Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
306 multikulturalizm m N2pdf

Nəsiminin
şeirlərində rast gəlirik. 
Səbəb isə onun hürufilik əqidəsilə bağlıdır. Məsələ bundadır ki, Quranda “Tanrının 
Məryəmə atdığı kəlmə” kimi tanıdılan İsa Məsihə İncildə də Tanrı sözü kimi tərif 
verilir. Nəsimi özünün haqq sözünü Tanrıdan gələn haqq kəlməsi kimi car 
çəkdiyindən İsanın biri digərinə uyğun bu islam və xristian teoloji təqdimatından 
yararlanaraq deyir:
Nəsiminin sözü gərçi dəmi-Isadır, ey münkir, 
Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın. 
Digər bir klassik 
Azərbaycan
şairi, hökmdar, 
Səfəvilər dövlətinin
 ilk şahı 
Xətainin şeirlərində də İsa Məsihə müraciətlər var. Bunların birində şair deyir:
Ey Məsiha, bəndəni kuyində yad et bir nəfəs
Bu Xətayinin yerin hicrində tоprağ etməgil. 
Sevgili qadına “Məsiha” müraciətilə edilən xitab Tanrı-bəndə münasibətləri 
silsiləsindən, İsa Məsihin sevgi təlimi kontekstində dini anlamda bir assosiasiya da 
yaradır və Azərbaycanlı oxucuya İsanın mübarək və məhrəm bir obrazını sevdirə 
bilir.


18
Azərbaycanlıların multikultural şüuraltısında İsa Məsihin peyğəmbər yeri o 
qədər məhrəmdir ki, bunun bir nümunəsini on yeddinci əsr Azərbaycan poeziyasının 
görkəmli nümayəndəsi Rüknəddin Məsud Məsihinin ləqəbində də görürük. O, 
dövrünün tanınmış şairi olmaqla yanaşı, həm də istedadlı həkim imiş. Bizə gəlib 
çatan əsəri ana dilində yazdığı 
"Vərqa və Gülşa" poemasıdır. Araşdırmaçıların 
yazdığına görə, atası kimi bir müddət şah Abbasın sarayında həkimlik edən Məsihi 
sonra onun müşaviri olur. Şahla arası dəyəndən sonra Hindistana üz tutur və iyirmi il 
orada yaşayandan sonra vətəninə qayıdır. Məsihi o zamanın Hindistanında da 
müəyyən mənada formalaşmaqda olan multikultural bir ortamda fəaliyyət göstərirmiş 
və tədqiqatçıların yazdığına görə, Hindistanda hakimiyyət sürən türk-moğol 
şahlarının ağıllı, mütərəqqi siyasətindən, bütün dinlərə eyni gözlə baxmasından razı 
qalıbmış.
Bəziləri şairin “Məsihi” təxəllüsünü onun həkimlik fəaliyyəti ilə 
əlaqələndirirlər. O mənada ki, Rüknəddin bu adı İsa Məsihin xəstələri sağaltması ilə 
əlaqədar götürübmüş. Bununla belə, daha çox şair kimi tanınan bir Azərbaycanlının 
Məsihi (bu söz xalq içində həm də xristian anlamında ifadə olunur) təxəllüsü hələ o 
zamanların Azərbaycan toplumlarında başqa dinlərə, xüsusən təktanrılıq dinlərinə 
doğma münasibətin təbii bir hal kimi geniş yayılmasından xəbər verir. 
Azərbaycanlıların multukulturalizmi sonrakı dövrlərin, Rusiya işğalına məruz 
qaldıqları zamanların da sınağından uğurla çıxdı. O zamanların ki, müsəlmanlar 
arasında xristianlığın yayılması müstəmləkə üsul-idarəsinin dini-ideoloji istiqamətini 
müəyyənləşdirirdi. Çar Rusiyasının imperiya dini ədavət yayan siyasəti Azərbaycan 
ərazisində çoxkonfessiyalılıq mühitində problemlər yaratsa da bunlar cəmiyyətdə 
dərin kök sala və əhalinin şüuraltısına əsrlər uzunu möhürünü vurmuş 
multikulturalizm dəyərlərini xələldar edə bilmədi. İsa Məsih şəxsiyyəti Azərbaycanın 
görkəmli aydınları, sənət adamlarının şüurunda əzəlki doğmalığını saxladı və 
əsərlərində təbliğ edildi. Bunun ədəbi irsimizdə əksini tapan gözəl nümunələri var. 
Belə örnəklərdən biri

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin