Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
306 multikulturalizm m N2pdf

İnsanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda 
görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət 
qurmağa borclu bir varlıq kimi qəbul edir
"Sirlər xəzinəsi" poemasından aşağıdakı beytlərə diqqət yetirək:
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni, 
Ədalət səadətlə abad eylər ölkəni.
Bu dünyanın nəbzini kim tutsa İsa kimi 
İnsafı, mürvətiylə olar dünya hakimi. 
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət, 
Yer üzünün fatehi ədalətdir, ədalət! 
Ədalətin 

müjdəçi, bu dünyanı şad eylər, 
Ədalətin işidir, 

ölkəni abad eylər. 
Məmləkətin dayağı ədalətdir hər zaman, 
Ədalətlə nəsibin səadətdir hər zaman. 
Adam yemək üçün gəlməyib, o, fərasətli və ağıllı işlər üçün (bu dünyaya) 
gəlib” deyən şair bəşər övladının digər varlıqlardan fərqli olaraq başlıca missiyasının 
aləmin sirrini öyrənmək, araşdırmaq və axtarmaq olduğunu vurğulayır: 


16
Təbiətlərin yoğrulduğu mayadan 
Bizim üçün başqa varaq yazıblar ki, 
Diqqətlə baxaq, sirri axtaraq,
İşin tel ucunu (mənşəyini) tapaq. 
Yeri də, göyü də gərək, 
Birər-birər bunu da, onu da araşdıraq. 
(Bilək ki) bu iş, bu hikmət nə üçündür.
Y.E.Bertels "İsgəndərnamə" əsərinin müqəddiməsində yazır: "İsgəndərin 
həyatını təsvir edərkən qarşısına yalnız İran aristokratiyasının maraqlarına xidmət 
etmək vəzifəsini qoyan Firdovsinin əksinə olaraq, Nizami Azərbaycanın bütün 
xalqları tərəfindən qəbul ediləcək bir kitab yaratmaq istəyir". 
Y.E.Bertels yazır: "İsgəndər bütün xalqlarla ədalətli rəftar edir. O, heç bir xalqı 
başqasından üstün tutmur, onun üçün hamı birdir, o, İran əyanları ilə də, Azərbaycan 
padşahı (Nüşabə) ilə də, Çin xaqanı ilə də eyni asanlıqla dostlaşır. Bu xarakter 
İsgəndərə şair tərəfindən, əlbəttə, özünün arzu etdiyi bir xasiyyət kimi verilmişdir". 
Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik 
xüsusiyyətini daşımaqla bərabər, yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir 
meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla 
həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi, dövrlər və əsrləri yarıb 
keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa 
çalışmışdır. 
Tanınmış şərqşünas, akademik S.Braginski yazırdı: “Bir halda ki, milli 
mədəniyyətlər biri-birindən fərqlənsə də, biz bəşəriyyətin inkişafının tarixi 
qanunauyğunluqları kimi, ədəbiyyata ümumbəşəri dünya ədəbi prosesi kimi baxırıq, 
cəsarətlə deyə bilərik ki, Nizami poeziyası Şərqdə başlanan, Qərbə yayılıb XVII 
əsrdə İngiltərəyə və başqa ölkələrə çatan dünya renessansının inkişafında çox mühüm 
mərhələdir. 
İsa Məsihi Azərbaycanlılara doğmalaşdıran digər bir qaynaq da dahi şairimiz 
Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Əsərin əvvəllərində Qeysin 
doğulmasının təsviri var. Təsvir belə verilir ki, yoxdan pak bir oğlan uşağı dünyaya 
gəlir. Və bu uşağın həm kamil gözəlliyi var, idrakı körpəliyindən İsa kimi kamildir: 
Əlqissə, ədəmdən oldu peyda 
Bir tifli-müzəkkərü müzəkka. 
Xurşid kimi kəmalə qabil, 
İsa kimi tiflilikdə kamil. 
Sonra təsvir belə davam edir ki, elə doğulan andan öz halını anlayır. Gələcək 
aqibətini elə o andan dərk edərək fəryad çəkir. Füzuli körpə Qeysi İsa Məsih kimi 
danışdırır və müəllifin bu ədəbi fəndi İsanın çağalıqdan dil açıb danışması möcüzəsi 
ilə assosiasiya yaradır. Körpə Qeysin dilindən səslənən sözlər İsa Məsihin xristian 
qaynaqlarında ifadə olunan missiyasına oxşar bir məzmunu obrazlı bir tərzdə ifadə 
edir. Xristian təliminə görə, Adəmin suç işlətməsi ilə bəşəriyyət əbədi bir günah 
içindədir. İnsanların günahlarının bağışlanması üçün, onun adıyla saleh əməllərdə 


17
bulunaraq 
əbədi xilasa nail olmaları üçün 
İsa Məsih 
çarmıxa çəkilmişdir.
Körpə 
Qeys hal diliylə belə deyir: 
....Ey, cəfaçı dünya! 
Bildim qəmini sənin ki, çoxdur, 
Qəm çəkməyə bir hərif yoxdur. 
Gəldim ki, olam qəmin hərifi, 
Gəl, təcrübə eylə mən zəifi! 
Hər qanda qəm ola, qılma ehmal, 
Cəm eylə, dili-həzinimə sal! 
Həm ver mənə qəm yemək kəmali, 
Həm aləmi qəmdən eylə xali! 
Beləcə Füzuli İsa Məsihin bütün insanlığın günahlarını öz üzərinə götürməsilə 
Qeysin dünyanın bütün qəmlərini öz üzərinə götürməsi arasında məhrəm bir parallel 
aparır.
Füzulinin qəzəllərində də İsa Məsihlə bağlı təşbehlər var. Bunların biri onun 

Ey mələksima ki, səndən özgə heyrandır sana” sözlərilə başlayan 
çox məşhur 
qəzəlindədir. Buradakı
“Aşiqə şövqünlə can vermək ikən müşkül deyil, 
Çün Məsihi-vəqtsən, can vermək asandır sana” 
sözlərində aşıqin öz məşuquna can verməsi, onun yola fəda olması ona görə asandır 
ki, aşiq də çarmıxa çəkilməklə Müqəddəs Tanrı Ata-ya qovuşan İsa kimi sevgili bir 
ovqat yaşantıları içindədir.
İsa Məsihin xatırladılmasına daha çox 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin