Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
306 multikulturalizm m N2pdf

Hüseyn Cavidin
“Şeyx Sənan” dramındadır. 
Şeyx Sənanla bağlı əhvalatda onun şahidi oluruq ki, bu mütərəqqi müsəlman 
gənci, icma lideri, ətrafındakı insanların sevimlisi xristian din xadimlərinin onu 
alçaltması qarşılığında tolerantlığa söykənən etiqadını bada vermir və əksinə, elə bir 
tövr sərgiləyir ki, çoxmədəniyyətliliyin, necə deyərlər, teolojisindən qaynaqlanan bu 
etiqadın möhtəşəm bir nümunəsini təqdim edir.
Gürcü qızı Xumara aşiq Şeyx Sənan onunla evlənmək müqabilində qızın keşiş 
atası və ətrafının şərtləri ilə razılaşır: donuz otarır, şərab içir. Keşiş çibindən xaç 
çıxarıb ona verir ki, boynundan assın və dinindən döndüyü beləcə ictimaiyyət 
qarşısında təsdiqlənsin. Şeyx Sənan xaçı bouyundan asır və deyir:
İbn Məryəm asıldı darə, fəqət 
Onu təkrarə varmıdır hacət? 
Bumu İsanın ərşə meracı? 
Bən nəyim şimdi? Canlı dar ağacı... 
İbn Məryəm – Məryəm oğlu İsa Məsihdir. Xaçı İsa Məsihin çarmıxa 
çəkilməsinin simvolu kimi qəbul edən ənənəvi dinçilərə bu müsəlman icma lideri 
istehza ilə xatırlatmaq istəyir ki, İsa Məsih bu xaç simvolu ilə bağlı tutulan 


19
şərtilikdən xeyli ucadadır, xaçı boynundan asmaqla, yəni İsanı bu şərtiliyin 
səviyyəsinə endirməklə onun meracını, göylərə yüksəlişini anlamırlar. Bu hikməti 
anlamayan insanlar mahiyyət etibarilə dar ağacları funksiyasını daşıyırlar. Keşişlər 
onun xaç asmaq şərtiliyini kontekstində İsa ucalığından danışmasını istehza kimi 
qəbul edirlər və bunu ona irad tuturlar. Şeyx Sənan isə bu iradı sadəcə belə 
cavablayır: 
Xayır, onsuz da həzrəti-İsa 
Bizcə ən möhtərəm, böyük sima... 
Diqqət çəkən bir məqam odur ki, Şeyx Sənanın xaç asmağını öz dindaşları da 
sinirə bilmirlər. O da pərişan dostlarına deyir ki, asdığı gümüş parçasından başqa şey 
deyil. Əslində Şeyx Sənan öz dindaşlarına da din dərsi keçir ki, imanlarını çalışıb 
şərtiliklərin fövqündə tutsunlar. Bu səhnədə Şeyx Sənan həm öz dostlarından, həm də 
onu alçaltmağa çalışanlardan ucada dayanır. Onu ənənəvi islamın və ənənəvi 
xristianlığın fövqündə saxlayan səbəb əslində multikulturallıq şüuruna impulslar 
verən monoteizm teologiyasının mahiyyətindən gəlir. Şeyx Sənana təkid ediləndə ki, 
xaçı boynundan asandan sonra Quranı yandırsın, bu yerdə onun karına gələn yenə də 
çoxmədəniyyətliliyə təkan vermiş monoteizm məntiqinin ucaltdığı İsa Məsihdir. İsa 
Məsihi peyğəmbər kimi əziz tutan Şeyx Sənan keşişləri bu məntiqlə də məğlub edir:
Hökmi-Quranı tutmayan məğrur, 
Onu atəşdə yaqmış ədd olunur. 
Bir də bihudə etdiyin israr, 
Bunda İsa və Məryəmin adı var. 
Yuxarıda Azərbaycanda multikultural mühiti təhdid edən dövrdən yazmışdıq 
və şəksiz ki, həmin dövrdə multikultural dəyərlər xələldar etməyə yönəlmiş 
müstəmləkəçi çar Rusiyasının “ayır, buyur” siyasəti də aktiv idi. Bu ağır imtahan 
dövrünün reallıqlarını əks etdirən əsərlər içində dünyada bestsellerə çevrilmiş məşhur 
bir Azərbaycan romanı da var: 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin