20
xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına qaldıqlarını bilirəm. Bu pis
şey deyil! Amma orada yalnız boş şeylər tədris edilirsə,
o məktəb kimə və nəyə
lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır?
Bizim ruhumuz Tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus
bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə, keçmiş neçə-neçə uluların diliylə
desək, özünü bizə tanıtmış olan Tanrı birdir. Buna görə də mən eyni zamanda həm
Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və
həm də Məhəmməd Peyğəmbərə
inanıram. Biz hamımız bir Tanrıdan törənmişik və Bab yoluyla onun yanına
dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ,
ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki,
dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və
hər ruh da bizim bir parçamızdır”. Bu sözləri deyən sadəcə romanın çoxsaylı
qəhrəmanlarından
biri deyil, həm də azərbaycanlıların kifayət qədər tanıdığı, real
tarixi şəxsiyyətlərdən biridir və romanda əksinin tapan bu məzmunlu çıxışlar XX
əsrin əvvəllərinin Bakı mühitində tamamilə normal qarşılanır və təqdir görürdü.
Yazıçı, dramaturq və Azərbaycan xalqının savadlanması, dünyada gedən
proseslərdən xəbərdar olması
üçün çox böyük işlər görən
Dostları ilə paylaş: