Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   15   16   17   18   19   20   21   22   23
306 multikulturalizm m N2pdf

 
Əhməd Ağaoğlu. 
Əhməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan «Üç 
mədəniyyət» traktatı 1920-ci ildə Maltada sürgündə ikən yazılmış, lakin ilk dəfə 
1927-ci ildə İstanbulda çap olunmuşdur. Mədəniyyətdə dil ortaqlığı amilini Şərq və 
Qərbin timsalında müqayisə edən ədib yazır ki, «... bu gün ən azı üç Avropa dilini - 
fransızcanı, inciliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və ədibinə həmən-
həmən rastlanmaz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti amillərindən 
bulunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir zamanlar bu 
iki dil, İslam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat 
dili idi. Bütün alimlər latınca yazarlardı». 
Şərq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb 
mədəniyyətinə tərk etməsinin səbəbini Şərqdə fəzilətin hökmdara, Qərbdə isə 
qanunlara itaətdə dərk olunması ilə xarakterizə edən müəllif «həyat tərzi» kimi 
mənalandırdığı mədəniyyət amilinin müxtəlif tərəflərinin (ailə, dövlət, hökumət, din, 
təlim-tərbiyə, əxlaq və s.) bu kontekstdə təfsirini verir. 
«Üç mədəniyyət» əsərində millətin əxlaqının formalaşmasında dindən sonra ən 
çox ədəbi və fəlsəfi əsərlərin rol oynadığını göstərən Ağaoğlunun fikrincə, «bizim ta 
dünənə qədər təqlid etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin nümunələri ərəb və fars 
mənbələrindən alınmış olanlarıdır. Bunların arasında bu gün əsrin ruhuna müvafiq, 
onu təmin edəcək tək bir əsər göstərilə bilərmi?» 
Bu səbəblər sırasında, Ağaoğlunun yazılarında da gördüyümüz kimi, islam 
cəmiyyətlərinin durğunluğu, idarəçilərin və üləmanın insani qüsur və ya 
yetərsizliyindən qaynaqlanan problemlər, cəhalət və təəssüb, qadının ictimai həyatda 
passiv iştirakı, zehni və elmi düşüncəyə qapalılıq, qədərçilik, despotizm və s. 
göstərilməkdədir 
İslam aləminin tənəzzülünü dinin təməllərinə bağlamaması, ona bir sıra 
yönlərdən haqq qazandırmaqdadır. Bu mövzudakı təhlillərində o, islam dininin 
mövcud vəziyyətini xristianlığın vaxtilə yaşadığı analoji proseslə müqayisəli şəkildə 
araşdırır və tənəzzülün dinin mahiyyətindən qaynaqlanmadığına dair analitik 
mühakimələr yürüdür 
Müəllifə görə, “millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir 
hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki
bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük 
mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların səbəbi olmuş, yenə də olacaq. 
Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun 


33
sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək 
özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər 
hansı zülmü də rədd etməlidir”. Amma hakim millətçilik bu zaman Rusiyada 
azlıqlara qarşı nifrət püskürür, onları assimilyasiya etməyə çalışırdı. Məsələn, 
“Novoye vremya” jurnalının yazarı Menşikov erməniləri, bolqarları, serbləri və başqa 
azlıqları dilindən imtinaya məcbur etmədiyi, onlara zorla İslamı qəbul etdirmədiyi, 
başqa sözlə, assimilyasiya etmədiyi üçün Osmanlını “axmaq” adlandırır. Əhməd bəy 
Ağayev rusiyasayağı bu tip millətçiliyi, müasir terminlə ifadə etmiş olsaq, şovinizmi 
rədd edir. 
Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində 
millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: “... cümlə 
millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan 
ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq), 
o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni, 
Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman 
nasyonalizm dövrəsi oldu!”. Əhməd bəy başqa məsələlərlə yanaşı, hər millətçiliyin 
müsbət olmadığı fikrində də israr edir. Rusiyada Pruşkeviçin millətçiliyi ilə 
Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu izah edir. Elə buradaca o, öz 
millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət 
sayır: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini), 
qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa 
deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin 
həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl 
binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu günə şeyləri əxz 
etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar”.
“İslama görə və islamiyyətdə qadın” əsərində 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin