Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   15   16   17   18   19   20   21   22   23
306 multikulturalizm m N2pdf

H. Zərdabi.
"Əkinçi" qəzetində isə Həsən bəy, bizim Avropalılardan 
fərqimizdən danışarkən, belə bir fikir irəli sürür: "Neçə dəfə Avropa tayfalarının, yəni 
Məğrib-zəminin bizim tayfalardan, yəni Məşriq əhlindən artıq tərəqqi etməyindən və 
onun səbəbləridən danışmışıq. Əlbəttə, bu səbəblərin ümdəsi onlar bizdən artıq elm 
təhsil etməkdir və bunun bir səbəbi də azadlıqdır. Nə qədər Avropa əhli bizim təki 
azadlıqdan bixəbər olub ol vaxtacan bizdən bədtər avam olub. Amma bu halda 
azadlıq cəhətindən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb. 
Əgərçi bizim şəriətimizə görə qul azad etmək çox böyük savabdır, amma biz bu 
barədə həm işi gec qanmışıq. Satınalma qulu azad etməyi savab hesab edə-edə, biz öz 
xahişimiz ilə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, 
nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil?". 
M.Ə. Rəsulzadə. 
"Millətlərin, qövmlərin, heyətlərin siniflərin və şəxslərin 
hüquq və ixtiyaratda azad və bərabər olmalarını", hər növ təcavüzdən qorunmalarını 
müdafiə Məmməd Əmin "İnsanlara hürriyyət, millətlərə istiqlal!" şüarını irəli 
sürürdü. 
Bütün millətlərin bir arada sülh şəraitində yaşaya bilməsinə inanan Rəsulzadə 
yazırdı: «Məntiq diyor ki, bir ölkənin, bir əyalətin tərəqqi və təməddünü bağlıdır o 
əyalətdə olan müxtəlifülcins millətlərin təvafüq qədəm ilə tərəqqi etmələrinə». 
"Fərdin, (şəxsin, insanın) azadlığı, əmək və çalışma azadlıqları və millətlərin 
azadlığı kimi üç ana ünsürdən ibarət olan bu Qərbi Avropa azadlıq ideyasının Şərq 
dünyasına yayılmasına və yerləşməsinə qarşı çətin bir cəhalət səddi təşkil edən 
Rusiya imperatorluğunu, inqilabçı həmlələrlə yıxıb ortadan qaldırmağın mümkün 
olacağına inanan Rəsulzadə "insanlara hürriyyət, millətlərə istiqlal" şüarı ilə milli 
Azərbaycan məfkurəsinin insani, mədəni və aləmşümul mənasını da qısa bir şəkildə 
ifadə etmişdir". Fərdin, (şəxsin, insanın) azadlığı, əmək və çalışma azadlıqlarını 
qabardan Rəsulzadə yazır: «Heç bir qanun, heç bir şəriət, heç bir kitab, heç bir əql, 
heç bir elm, ictimaiyyət və rəvaşi fəhlələrin müəllimlərdən, ruhanilərdən və 
amirlərdən ixtiyarları az olmasına işarə eləməyib və eləməz». Hər bir millətin rahat 
yaşaya biləcəyi hökümətinin yaradılmasını irəli sürən mütəfəkkir qeyd edirdi ki,
indiki Rusiyada millət təzyiqini rəf etməkdən ötrü hökuməti-istibdadiyyəyənin 
kökünü bilmərrə aradan götürüb el hökumətilə bərabər elə müəssisələr icad etməlidir 
ki, hər millətin həyati-ruhaniyyəsinə azadlıq ilə tərəqqi etmək yollarını təmin eləsin". 
Çarizmin “parçala hökm sür” siyasəti əsasında Qafqaz xalqları arasında 
düşmənçilik toxumlarının səpilməsini qınayaraq o yazırdı: "Ey vətənini istəyən 
qafqazlı sülhsevən ünsürlər! Əgər sülh istəyirsiniz, yəni düçar olduğumuz mərəzdən 
səhhət tapmağımızı arzu edirsiniz, müttəhid olun, birləşin taki zikr olunan illətlər 


32
aradan götürülsün. Nə qədər ki, bu illətlər duruyor, bu mərəz, bu xəstəlik də 
olacaqdır".
M.Ə.Rəsulzadə millətin formalaşmasını dil, din, tarix və ümumiyyətlə kültür 
və ortaq ideal kimi amillərdə görürdü. O Dirilik nədir? sualına cavab verərək yazırdı: 
“Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq 
və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. Avropa 
qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq 
əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklinə “millət” deyilir. Millət 
daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid, bir 
dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi 
heyətlərin digərinə təsəllüt etməməsi də əlzəmdir”.

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin