16
Təbiətlərin yoğrulduğu mayadan
Bizim üçün başqa varaq yazıblar ki,
Diqqətlə baxaq, sirri axtaraq,
İşin tel ucunu (mənşəyini) tapaq.
Yeri də, göyü də gərək,
Birər-birər bunu da, onu da araşdıraq.
(Bilək ki) bu iş, bu hikmət nə üçündür.
Y.E.Bertels "İsgəndərnamə" əsərinin müqəddiməsində yazır: "İsgəndərin
həyatını təsvir edərkən qarşısına yalnız İran aristokratiyasının maraqlarına
xidmət
etmək vəzifəsini qoyan Firdovsinin əksinə olaraq, Nizami Azərbaycanın bütün
xalqları tərəfindən qəbul ediləcək bir kitab yaratmaq istəyir".
Y.E.Bertels yazır: "İsgəndər bütün xalqlarla ədalətli rəftar edir. O, heç bir xalqı
başqasından üstün tutmur, onun üçün hamı birdir, o, İran əyanları ilə də, Azərbaycan
padşahı (Nüşabə) ilə də, Çin xaqanı ilə də eyni asanlıqla dostlaşır. Bu xarakter
İsgəndərə
şair tərəfindən, əlbəttə, özünün arzu etdiyi bir xasiyyət kimi verilmişdir".
Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik
xüsusiyyətini daşımaqla bərabər, yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir
meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla
həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi, dövrlər və əsrləri yarıb
keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa
çalışmışdır.
Tanınmış
şərqşünas, akademik S.Braginski yazırdı: “Bir halda ki, milli
mədəniyyətlər biri-birindən fərqlənsə də, biz bəşəriyyətin inkişafının
tarixi
qanunauyğunluqları kimi, ədəbiyyata ümumbəşəri dünya ədəbi prosesi kimi baxırıq,
cəsarətlə deyə bilərik ki, Nizami poeziyası Şərqdə başlanan, Qərbə yayılıb XVII
əsrdə İngiltərəyə və başqa ölkələrə çatan dünya renessansının inkişafında çox mühüm
mərhələdir.
İsa Məsihi Azərbaycanlılara doğmalaşdıran digər bir qaynaq da dahi şairimiz
Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Əsərin əvvəllərində Qeysin
doğulmasının təsviri var.
Təsvir belə verilir ki, yoxdan pak bir oğlan uşağı dünyaya
gəlir. Və bu uşağın həm kamil gözəlliyi var, idrakı körpəliyindən İsa kimi kamildir:
Əlqissə, ədəmdən oldu peyda
Bir tifli-müzəkkərü müzəkka.
Xurşid kimi kəmalə qabil,
İsa kimi tiflilikdə kamil.
Sonra təsvir belə davam edir ki, elə doğulan andan öz halını anlayır. Gələcək
aqibətini elə o andan dərk edərək fəryad çəkir. Füzuli körpə Qeysi İsa Məsih kimi
danışdırır və müəllifin bu ədəbi fəndi İsanın çağalıqdan dil açıb danışması möcüzəsi
ilə assosiasiya yaradır. Körpə Qeysin dilindən səslənən sözlər İsa Məsihin xristian
qaynaqlarında ifadə olunan missiyasına oxşar bir məzmunu obrazlı bir tərzdə ifadə
edir.
Xristian təliminə görə, Adəmin suç işlətməsi ilə bəşəriyyət əbədi bir günah
içindədir. İnsanların günahlarının bağışlanması üçün, onun adıyla saleh əməllərdə
17
bulunaraq
əbədi xilasa nail olmaları üçün
İsa Məsih
çarmıxa çəkilmişdir.
Körpə
Qeys hal diliylə belə deyir:
....Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi,
Gəl, təcrübə eylə mən zəifi!
Hər
qanda qəm ola, qılma ehmal,
Cəm eylə, dili-həzinimə sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Beləcə Füzuli İsa Məsihin bütün insanlığın günahlarını öz üzərinə götürməsilə
Qeysin dünyanın bütün qəmlərini öz üzərinə götürməsi arasında məhrəm bir parallel
aparır.
Füzulinin qəzəllərində də İsa Məsihlə bağlı təşbehlər var. Bunların biri onun
“
Ey mələksima ki, səndən özgə heyrandır sana”
sözlərilə başlayan
çox məşhur
qəzəlindədir. Buradakı
“Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana”
sözlərində aşıqin öz məşuquna can verməsi, onun yola fəda olması ona görə asandır
ki, aşiq də çarmıxa çəkilməklə Müqəddəs Tanrı Ata-ya qovuşan İsa kimi sevgili bir
ovqat yaşantıları içindədir.
İsa Məsihin xatırladılmasına daha çox
Dostları ilə paylaş: