Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
306 multikulturalizm m N2pdf

Əli və Nino.
Həqiqi müəllifliyin Stalin 
repressiyalarını qurbanı olmuş milliyyətcə Azərbaycanlı Y.V.Çəmənzəminliyəmi, 
yaxud yəhudi Lev Nissimbauma məxsusluğu haqqında mübahisələrə toxunmadan 
onu vurğulamalıyıq ki, müsəlman Əli ilə xristian Ninonun sevgi macərası üzərində 
qurulan romanda Azərbaycan paytaxtı Bakıda yaranan multikultural bir mühitin
maraqlı təsvirləri də gedir. Bu mühitin qəhrəmanları arasında etnik azərbaycanlıların 
heç də hamısı müsəlman deyil. Onların biri də bəhailik dinini qəbul etmiş məşhur 
Bakı milyonçusu, neft maqnatı 
Ağa Musa Nağıyevdir. Romanda Azərbaycanın siyasi 
elitasına daxil insanların toplaşdığı bir yığıncaqda dövrün gərgin siyasi təlatümlərinə 
münasibət bildirən bu nüfuzlu şəxs deyir: “Mən yaşlı bir adamam... Gördüklərim, 
eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə 
vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də 
ölkəmizdən rusları təmizləməyə çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz 
Zeynal ağanın, Mirzə Əsədullanın, Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi 
barədə fikirlərini dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin


20
xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına qaldıqlarını bilirəm. Bu pis 
şey deyil! Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə və nəyə 
lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır? 
Bizim ruhumuz Tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus 
bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə, keçmiş neçə-neçə uluların diliylə 
desək, özünü bizə tanıtmış olan Tanrı birdir. Buna görə də mən eyni zamanda həm 
Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də Məhəmməd Peyğəmbərə 
inanıram. Biz hamımız bir Tanrıdan törənmişik və Bab yoluyla onun yanına 
dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ, 
ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, 
dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və 
hər ruh da bizim bir parçamızdır”. Bu sözləri deyən sadəcə romanın çoxsaylı 
qəhrəmanlarından biri deyil, həm də azərbaycanlıların kifayət qədər tanıdığı, real 
tarixi şəxsiyyətlərdən biridir və romanda əksinin tapan bu məzmunlu çıxışlar XX 
əsrin əvvəllərinin Bakı mühitində tamamilə normal qarşılanır və təqdir görürdü. 
Yazıçı, dramaturq və Azərbaycan xalqının savadlanması, dünyada gedən 
proseslərdən xəbərdar olması üçün çox böyük işlər görən 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin