19
şərtilikdən xeyli ucadadır, xaçı boynundan asmaqla, yəni İsanı bu şərtiliyin
səviyyəsinə endirməklə onun meracını, göylərə yüksəlişini anlamırlar.
Bu hikməti
anlamayan insanlar mahiyyət etibarilə dar ağacları funksiyasını daşıyırlar. Keşişlər
onun xaç asmaq şərtiliyini kontekstində İsa ucalığından danışmasını istehza kimi
qəbul edirlər və bunu ona irad tuturlar. Şeyx Sənan isə bu iradı
sadəcə belə
cavablayır:
Xayır, onsuz da həzrəti-İsa
Bizcə ən möhtərəm, böyük sima...
Diqqət çəkən bir məqam odur ki, Şeyx Sənanın xaç asmağını öz dindaşları da
sinirə bilmirlər. O da pərişan dostlarına deyir ki, asdığı gümüş parçasından başqa şey
deyil. Əslində Şeyx Sənan öz dindaşlarına da din dərsi keçir ki, imanlarını çalışıb
şərtiliklərin fövqündə tutsunlar. Bu səhnədə Şeyx Sənan həm öz dostlarından, həm də
onu alçaltmağa çalışanlardan ucada dayanır. Onu ənənəvi islamın
və ənənəvi
xristianlığın fövqündə saxlayan səbəb əslində multikulturallıq şüuruna impulslar
verən monoteizm teologiyasının mahiyyətindən gəlir. Şeyx Sənana təkid ediləndə ki,
xaçı boynundan asandan sonra Quranı yandırsın, bu yerdə onun karına gələn yenə də
çoxmədəniyyətliliyə təkan vermiş monoteizm məntiqinin ucaltdığı İsa Məsihdir. İsa
Məsihi peyğəmbər kimi əziz tutan Şeyx Sənan keşişləri bu məntiqlə də məğlub edir:
Hökmi-Quranı tutmayan məğrur,
Onu atəşdə yaqmış ədd olunur.
Bir də bihudə etdiyin israr,
Bunda İsa və Məryəmin adı var.
Yuxarıda Azərbaycanda multikultural mühiti təhdid edən dövrdən yazmışdıq
və şəksiz ki, həmin dövrdə multikultural dəyərlər
xələldar etməyə yönəlmiş
müstəmləkəçi çar Rusiyasının “ayır, buyur” siyasəti də aktiv idi. Bu ağır imtahan
dövrünün reallıqlarını əks etdirən əsərlər içində dünyada bestsellerə çevrilmiş məşhur
bir Azərbaycan romanı da var:
Dostları ilə paylaş: