Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   15   16   17   18   19   20   21   22   23
306 multikulturalizm m N2pdf

Ə. Ağaoğlu
yazırdı: Quranın 
mətni İslamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi ilə tanış etmiş sabinləri necə 
də nəcib minnətdarlıq hissləri ilə xatırlayır. İsanın iztirabları haqqında, Onun 
mövludu, Məryəm, “İlahi ruh”un anası haqqında bəhs olunan yerlər elə dərin 
həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir ki, buna Quranın 
üslubunda nadir hallarda rast gəlmək olar.
Müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha 
hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin 
ehtiram hissləri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “İlahi ruhun anası olan 
Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, İsanın təlimini özünəməxsus tərzdə 
dərk etmişdi və Məhəmmədin yaratdığı din, onun təbirincə, İsanın dininin təhrif 
olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən İsanın 
təliminin həqiqətlərini bərpa etmək üçün gəlmişəm”.


34
NƏTİCƏ 
Burada sizə təqdim edilən Azərbaycan ədəbiyyatının həm şifahi, həm də yazılı 
nümunələrində tolerantlığın, multikulturalizmin insanlar arasında təbliğinə həsr 
edilən çox sayda nümunələr vardır. Hər gün yaşadığı həyatında insanlara, digər 
xalqın və dinin nümayəndələrinə mehriban olmayan bir xalq belə bir ədəbiyyat 
yarada bilməz. Demək olar ki, heç bir ədəbiyyat nümunəmizdə nifrət, digər xalqlara 
və başqa dilərin təmsilçilərinə kəskin, aşağılayıcı münasibət əks olunmamışdır. Bu 
Azərbaycan ədəbiyyatının yalnız zəngin multkultural köklərə malik olan Azərbaycan 
xalqı kimi bir xalq tərəfindən yaradıla biləcəyini təsdiqləyir. 
Qeyd edək ki, bu dövrdə formalaşan və mühüm ideya istiqamətlərindən biri olan 
Azərbaycan maarifçiliyini öz xarakterinə görə bir-birindən fərqli iki mədəniyyətin 
toqquşması nəticəsində yaranan ictimai-mədəni dirçəliş kimi qiymətləndirmək 
mümkündür. Bu maarifçilik bir çox cəhətlərə görə bir-birindən fərqlənən 
mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın mübarizəsi mühitində inkişaf 
etmişdir. O, Şərqlə Qərbin dialoq və görüş formalarından biridir. Azərbaycan tarixi 
boyu bir neçə sivilizasiyaların toqquşması nəticəsində bir çox dirçəliş mərhələləri 
yaşamışdır. Maarifçilik həmişə və hər yerdə milli intibahın, milli özünüdərkin, 
istisnasız bütün sahələrdə və çağdaş mənada etnik mentalitetin, ədəbi dilin və realist 
milli ədəbiyyatın ən qəti təşəkkülü dövrünün ideoloji hadisəsi kimi yaranır, 
bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı məsələlər qaldırır və onları xalq, millət 
miqyasında da həll edir. 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin