33
sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək
özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər
hansı zülmü də rədd etməlidir”. Amma hakim millətçilik bu zaman Rusiyada
azlıqlara qarşı nifrət püskürür, onları assimilyasiya etməyə çalışırdı. Məsələn,
“Novoye vremya” jurnalının yazarı Menşikov erməniləri, bolqarları, serbləri və
başqa
azlıqları dilindən imtinaya məcbur etmədiyi, onlara zorla İslamı qəbul etdirmədiyi,
başqa sözlə, assimilyasiya etmədiyi üçün Osmanlını “axmaq” adlandırır. Əhməd bəy
Ağayev rusiyasayağı bu tip millətçiliyi, müasir terminlə ifadə etmiş olsaq, şovinizmi
rədd edir.
Avropa ölkələrindən öyrənməyin vacib olduğunu deyir, Avropa tarixində
millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: “...
cümlə
millətlərin ən parlaq mərhələləri haman “millətçilik” deyilən dövrələridir! Əlan
ümum dünyanı heyrətdə qoyan, ümum dünyaya hökmfərma olan, o moşəşe (parlaq),
o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, İngiltərəni,
Almaniyanı, İtaliyanı bu əzəmətə, bu həşəmətə çıxaran haman millətçilik, haman
nasyonalizm dövrəsi oldu!”. Əhməd bəy başqa məsələlərlə yanaşı, hər millətçiliyin
müsbət olmadığı fikrində də israr edir. Rusiyada Pruşkeviçin
millətçiliyi ilə
Turgenevin millətçiliyi arasında böyük fərq olduğunu izah edir. Elə buradaca o, öz
millətinin eyiblərini, başqa millətlərin müsbət keyfiyyətlərini gizlətməyi xəyanət
sayır: “Həqiqi millətçi millətini tənqid etməkdən, millətinin eyyubatını (eyiblərini),
qüsuratını görkəzməkdən, millətinin azarlarını, dərdlərini arıyıb da açıq-açığa
deməkdən
nəinki çəkinmiyorlar, bəlkə bir an böylə qafil olmuyorlar. Və həmçinin
həqiqi millətçilər qeyri millətlərin arasında olan gözəl sifətləri, gözəl adətləri, gözəl
binaları öz milləti üçün imtisal edüb (örnək bilib), millətini bu günə şeyləri əxz
etməyə təhrik və təşviq etməkdən çəkinmiyorlar”.
“İslama görə və islamiyyətdə qadın” əsərində
Dostları ilə paylaş: