Азярбайъан республикасы дахили ишляр назирлийи


Azərbaycanın sufi mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
306 multikulturalizm m N2pdf

Azərbaycanın sufi mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları.
Orta yüzilliklərdə islam aləmində, o cümlədən Azərbaycanda geniş yayılmış dini 
cərəyanlardan biri ideya-nəzəri baxımdan zəngin, eləcə də ritual və ayinlərin çoxluğu 
və rəngarəngliyi ilə diqqəti çəkən sufizm mühüm əhəmiyyət kəsb edirdi. 
Sufililər başqa dindən olanlara, digər dini inanclara hörmət bəsləyir, hətta 
başqa dindən olanları öz aralarına almaqdan belə çəkinmirdilər. Onlar deyirdilər ki, 
"nə qədər insan varsa, haqqa da o qədər yol var". Böyük sufi bilim adamı İbn Ərəbi 
deyirdi: “Mənim könlüm istənilən formanı götürməyə başlayıb: o həm cüyürlər üçün 
otlaq, həm xristianlar üçün monastır, bütpərəstlər üçünsə məbəddir. O təvat edənlər 
üçün Kəbə, Tövratın, Quranın səhifələridir”. Bütün dinləri bir arada görən Mövlana 
isə deyirdi: “...kafirsən, müsəlmansan, bütpərəstsən, hətta din düşmənisənsə, bizim 
ümid qapımız sənin üzünə açıqdır, gəl”, “...ayrılıq gediş tərzindədir, yolun 
həqiqətində deyil”. Hətta İstanbul civarından bir nəfər keşiş onun müridi olmuşdu. 
Şəms Təbrizli isə bildirirdi: “Mən kafirəm, sən müsəlmansan. Müsəlman kafirin 
içində amma. Aləmdə kafir hanı? Göstər, səcdə edim ona. 
Orta əsrlər Azərbaycanın ensiklopedik biliklərə malik şəxsiyyətlərindən biri də 
Mahmud Şəbüstəri idi. Sədəddin Mahmud ibn Əbdül Kərim ibn Yəhya Şəbüstəri 
Təbrizi 1287-ci ildə Təbriz yaxınlığında yerləşən Şəbüstərdə doğulmuşdur. O, 
ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və s. elmlərlə yanaşı, sufizmin də ən 
görkəmli nəzəriyyəçilərindən biri olmuşdur. O, təhsilini davam etdirmək üçün 
ilahiyyat və elm mərkəzləri kimi tanınan Misirdə, Hicazda, Suriyada, İraqda və digər 
ölkələrdə olmuşdur. Şəbüstəri yaradıcılığının çiçəkləndiyi bir dövrdə - 1320-ci ildə 
33 yaşında vəfat etmişdir. Buna baxmayaraq, o, özündən sonra çox zəngin bir irs 
qoyub getmişdir: “Səadətnamə”, “Kənzül-xəqaiq” (“Həqiqətlər xəzinəsi”), “Həqqül-


26
yəqin fi Mərifəti rəbbül aləmin” (“Aləmin yaradıcısını dərk etmək üçün şəksiz 
həqiqətlər”), “Mirat ul-mühəqqiqin” (Həqiqət axtaranların güzgüsü) və “Gülşəni-raz” 
(Sirlər bağçası). Onun sufizmin bir sıra nəzəri məsələlərinin şərhində mühüm rol 
oynayan “Gülşəni-raz” əsəri çox populyarlıq qazanmış və XIV yüzillikdən etibarən 
bir çox dillərə tərcümə olunmuşdur (1426-cı ildə əsər Şirazi tərəfindən Azərbaycan 
dilinə tərcümə olunmuşdur). Bu əsərin populyarlığını və əhəmiyyətini təsdiq edən 
faktlardan biri də odur ki, bu əsərə zaman-zaman müraciətlər olunmuş və şərhlər 
yazılmışdır. Məlumatlara görə, təkcə Şəbüstərinin bu əsərinə 49 şərh yazılmışdır. 
Şəbüstəri Xorasanlı alim şeyx Mir Hüseyni Səadətinin suallarını 
cavablandırdığı və sufiliyə dair bir sıra baxışların və anlayışların izahını verdiyi
“Gülşəni-raz” əsəri şərh edəcəyimiz mövzu baxımından əhəmiyyətlidir. 
Büt, zünnar (xristianların bellərinə bağladıqları qurşaq) və tərsalıq (xristianlıq) 
qal əhlinin nəzərində küfr hesab edilir. «Gülşəni-raz» müəllifinə görə bu əsl həqiqəti 
dərk etməyən zahir əhli, qal əhli üçün belədr. Məna əhlinə, irfani təsəvvürə görə isə 
büt eşq və vəhdət məzhəri, həqiqi sevgili, zünnar Haqq yolunda xidmətə bağlanmaq, 
salikin təriqət yolunda etdiyi xidmət və itaət, tərsalıqsa kamil mürşid, hər cür dünyəvi 
həvəslərdən, pis sifətlərdən qurtulan və ali mənəvi-ruhani məqama yüksəlmiş irşad 
sifətlərinin təcəllisi, ruhi yüksəliş anlamındadır. M.Şəbüstəriyə görə küfr də, din də 
varlığa bağlı olduğundan tövhidlə bütpərəslik arasında heç bir fərq yoxdur. Çünki 
maddi gerçəklikdəki bütün əşyalar vahid bir varlığa – Allaha bağlıdır. Belə ki, 
varlıqdakı bütün əşyaları, o cümlədən də bütü Allah yaratmışdır. Ona görə də büt pis 
ola və küfr hesab edilə bilməz. O səbəbə görə ki, «yaxşıdan sadir olan hər şey 
yaxşıdır». Əgər bütü də, başqa məxluqatı da Allah-taala, yəni yaxşı yaradıbsa, onlara 
pis demək olmaz: 
Bu məqamda büt eşqin və vəhdətin (birliyin) rəmzidir,
Zünnar bağlamaq isə xidmətə bağlanmaqdır.
Küfr də, din də varlıqla bağlı olduğu üçün
Vəhdət (birlik) elə bütpərəstliyin özüdür.
Bütün əşyalar, varlığın rəmzidir,
O cümlədən biri də elə bütdür.
Ey ağıllı insan yaxşıca düşün,
Büt varlıq baxımından batil deyil.
Bil ki, bütü yaradan da ulu Tanrıdır,
Yaxşının yaratdığı hər şey yaxşıdır.
M.Şəbüstəri təsəvvüf nöqteyi-nəzərdən onu da izah edir ki, müsəlman əgər 
bilsəydi ki, büt nədir, ona sitayişin Haqqa sitayiş olduğunu anlayardı. Bütpərəst isə 
bütün nə olduğunu dərk etsəydi, dinindən dönüb günah işlətməzdi. Şair filosof israr 
edir ki, dinlər, etiqadlar, inanclar, ibadət və itaətlər arasında heç bir fərq yoxdur. 
İnsanları dini, irqi, cinsi və s. əlamətlərinə görə fərqləndirmək, müsəlmanı 
xristiandan, birini başqasından üstün tutmaq olmaz. Çünki son məqsəd bütün dinlər 
və etiqadlar üçün yeganə məbud olan Allahdır. İnsanları fərqləndirən yalnız onların 
mütləq olan Haqqı və onun həqiqətlərini hansı dərəcədə dərk etmələri, cahillikləri və 
kamillikləri, bu yolda tutduqları məqamdır.

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin