27
Eşit məni, mən özüm özümə tanınmaz bir kəsəm, indi Allahın adına
mən nə etməliyəm?
Mən nə Xaça, nə də Ayparaya sidq-ürəkdən vurulmamışam, mən
nə gavur, nə də yəhudi deyiləm.
Nə Şərq, nə Qərb, nə torpaq, nə də dəniz mənim evim deyildir,
mən nə ilahə, nə də cinlə qohum deyiləm.
Mənim nə od, nə də köpüklə işim yoxdur, mən nə toz, nə də
şehdən yoğrulmamışam.
Mən nə Çindən uzaqlarda, nə Saksin, nə də Bulqar ölkəsində
doğulmamışam;
Nə beş çay axarlı Hindistanda, nə İraqda, nə də Xorasanda
böyüməmişəm.
Nə bu dünyada, nə də ki o dünyada, nə Cənnətdə, nə də
Cəhənnəmdə yaşamamışam;
Mən nə Behiştdən (cənnətdən) və onun mələk-mühafizindən yerə
düşməmişəm.
Nə də Adəmdən nəsil şecərəmi almamışam.
Dünyanın ən uzaq bir guşəsində həyat yolunun kölgəsi düşməyən
bir yerdə qəlblə bədənin hədd hüdudu aşıb keçdiyi bir məkanda
Mən sevdiyim bir kəsin qəlbində təzədən yaşayıram.
Şəms insanın qarşısına çox çətin vəzifə qoyur: «Allah-əkbər deyirsən, yəni
Allah böyükdür. Onda sən də çalış ki, böyük olasan!» yəni kamilləşəsən. O göstərirdi
ki, Peyğəmbərin yolu ilə getmək zahirən ona təqlid etmək deyil, məsələn, o qovun
yeməyibsə, sən də yemə (Məhəmməd peyğəmbər qovun yemədiyi üçün məşhur sufi
şeyxi Bayəzid Bəstami də qovun yemirmiş), Peyğəmbərin yolu ilə getmək odur ki, o,
Meraca gedibsə, sən də onun ardınca get!»
XIV-XV əsrlərdə yaşamış Şeyx Sədrədinin (Səfəviyə təriqətinin qurucusu
Şeyx Səfi Ərdəbilinin nəvəsi) müridi olmuş sufi şeyxi və şairi Seyyid Əli bin Harun
bin Əbülqasim Hüseyni Təbrizi (Qasimi-Ənvar) “Məscid ilə meyxanə, ya Kəbə və
bütxanə” rədifli qəzəlində yazırdı:
Məscid ilə meyxanə, ya Kəbə və bütxanə
Məqsud məhəbbətdir, baqi (
daimi, əbədi
) bütün əfsanə.
Dostları ilə paylaş: