M.F.Axundzadə.
Xalqın iqtisadi-mədəni həyatda mövcud problemləri duyan,
onların tərəqqisinə təkan verən görkəmli Azərbaycan maarifçilərindən biri də
M,F.Axundzadə olmuşdur. O, maarifçi-realist metodunun ədəbiyyat tariximizdə
böyük nümayəndəsidir.
Fikir azadlığını tərəqqinin əsası hesab edən M.Fətəli yazır: "Canlılar aləmində
insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün
ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar.
Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər,
qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər
cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar
verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını
mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul
toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya
30
onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz
vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki
dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz
ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr
vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər
və dünya nemətlərindən tamamilə faydalanmış olardılar". O, bərabərliyi insan
tərəqqisinin özülü sayırdı, hesab edirdi ki, o Anayasanın əsasında durmalıdır.
Mənəvi, milli və ictimai bərabərlik tələblərini Axundzadə dialektik vəhdətdə və
qarşılıqlı əlaqədə ələ alır, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm
fərd, şəxsiyyət, həm də cəmiyyət və xalq miqyasında irəli sürürdü.
Böyük mütəfəkkir qeyd edirdi ki,"...Bəşər övladına səadət və qurtuluş o zaman
nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi
həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı
yeganə dəlil, sənəd və hakimi - mütləq olsun”.
Şərqin dinçi və heç bir düşüncə və din pluralizminə haqq tanımayan qaranlıq
kültüründə Axundov ilk dəfə olaraq sekularizm sözünü tələffüz etmiş, dinin
siyasətdən ayrı olması zərurətini savunmuşdur. O, öz nəzərlərini konstitusiya
quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirirdi. Beləliklə, Axundov
Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını
dəstəkləyən mütəfəkkir idi.
Mən elə bir dinə üstünlük verə bilərdim ki, onun vasitəsilə insan bu dünyada
azad və xoşbəxt yaşaya biləydi
Heydər Hüseynovun fikrincə, M.F.Axundov öz xalqını savadlı görməyi çox
istəyirdi. Buna görə də ilk növbədə Azərbaycan xalqı tərəfindən yeni əlifbanın (latın
əlifbası) qəbul edilməsini zəruri sayırdı. O, bildirirdi ki, ərəb əlifbası elmin və
mədəniyyətin inkişafına, geniş xalq kütlələri arasında maarifin yayılmasına böyük
maneə yaradır. M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış və praktiki
olaraq yeni əlifbanın qəbul edilməsi-Şərqdəki mədəni inqilab uğrunda mübarizə
aparırdı. Bu iş uğrunda yorulmadan, cəsarətlə mübarizə aparan Axundov yazırdı:
“Mənim əlifbam yüz ildən sonra şərq ədəbiyyatında öz layiqli yerini tutacaq... Bu
əlifba ilə yeni əsərlər yazılacaq, həmçinin onun hərfləri ilə köhnə kitablardakılar
oxuculara çatdırılacaq... O zaman mənim məqsədimə nail olunacaq və mən
qabaqcadan arxayın ola bilərəm, baxmayaraq ki, o xoşbəxt günü görməyəcəyəm”.
M. F. Axundzadə “Kəmalüddövlə məktubları”nı fars və rus dillərinə
çevirmişdir.
Dünyagörüşü Şərq fəlsəfəsi ilə yanaşı XVII – XVIII əsrlər Avropa, daha çox
Fransa materialistlərinin baxışları əsasında formalaşan Mirzə Fətəli “Həkimi-ingilis
Yuma cavab”, “Yek kəlmə haqqında” əsərlərində Qərb idealizminin, təsəvvüfün,
Şərq arestotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı qəti olaraq
çıxırdı. Məktublarının birində qayəsini izah edən alim və maarifçi yazırdı: “Mənim
məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri
inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün islamiyyətdən
əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi üçün ədalətə rəvac
verməkdir”
31
M.Fətəlinin A.S.Puşkini yaxından tanıyıb, duyması, dərin məhəbbətlə sevməsi
ən çox Belinskinin əsərləri ilə tanışlıqdan irəli gəlirdi. M.Fətəli Rusiyada dünyəvi
elmlərin banisi Lomonosovun, şair Derjavinin, Karamzinin, A.S.Puşkinin əsərlərini
oxuyub, onların ədəbi fəaliyyəti ilə yaxından tanış olurdu. Belə bir vaxtda
A.S.Puşkinin öldürülməsi (1837-ci il yanvarın sonu) kimi bədbəxt və gözlənilməz bir
hadisə üz verdi. Bu hadisə bütün Rusiyanı sarsıtdı. Ölkənin hər yerində bu xəbər milli
matəm kimi qeyd edilirdi. M.Fətəli 1837-ci ildə xəyanətin qurbanı olan bu böyük
şairin faciəsinə çox təsirlənmişdi. Bu münasibətlə o, özünün ən yaxşı şeiri olan
“A.S.Puşkinin ölümünə Şərq poeması”nı yazmışdır.
Dostları ilə paylaş: |