32
aradan götürülsün. Nə qədər ki, bu illətlər duruyor, bu mərəz, bu xəstəlik də
olacaqdır".
M.Ə.Rəsulzadə millətin formalaşmasını dil, din, tarix və ümumiyyətlə kültür
və ortaq ideal kimi amillərdə görürdü. O Dirilik nədir? sualına cavab verərək yazırdı:
“Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq
və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. Avropa
qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq
əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklinə “millət” deyilir. Millət
daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid, bir
dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi
heyətlərin digərinə təsəllüt etməməsi də əlzəmdir”.
Dostları ilə paylaş: