23
Tusini həbs etdirərək Ələmut qalasına saldırır. 12 ildən artıq bir müddətdə bu qalada
həbsxana həyatı keçirən Tusi burada da elmi yaradıcılıq fəaliyyətindən qalmır və bir
sıra elmi əsərlər yazır. 1253-cü ildə Hülakü xan Azərbaycana hücumu zamanı Tusini
Ələmut qalasından azad edir və onu özünün şəxsi məsləhətçisi təyin edir.
Ensiklopedik biliyə malik Nəsirəddin
Tusi elmin astronomiya,
riyaziyyat,
fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə dair bir çox kəşflərin və 150-dən
çox, bəzi müəlliflərə görə 200-dən çox əsərin müəllifidir.
Nəsirəddin Tusi tərəfindən Marağada yaradılmış rəsədxana və
Dar əl-ilm va-l-
hukman (Hikmət evi)
təkcə elmi araşdırmalar aparan mərkəz deyildi, o həmçinin bir
təhsil mərkəzi idi.
Mənbələr göstərir ki, burada müxtəlif
millətlərin nümayəndələri
çalışır və eyni zamanda burada bir çox ölkədən gəlmiş tələbələr də təhsil alırdılar;
“hətta burada Çindən gəlmiş bir neçə tələbədə oxuyurdu”.
Burada dünyanın bir çox məmləkətlərindən gələn alimlər (Dəməşqdən
Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini,
Qəzvindən Nəcməddin Dəbiranini, Buxaradan Cəmaləddin əz-Zeydi Buxari, Çindən
Fao Mun-çi, Monqolustandan İsa Monqol, Hindistandan
Kəmaləddin Əflatun əl-
Xindi, Xristianlığı qəbul etmiş Yəhudi Yuhanna Qriqori
Əbül Fərəc Hebraus və
digərləri) birgə çalışmış, bəziləri isə (Çinli Fao Mun-çi və başqaları)
öyrəndikləri
bilikləri öz ölkələrində tətbiq etmişlər.
Akademik Z.Bünyadov Nəsirəddin Tusi tərəfindən Marağada yaradılmış
rəsədxana və
Dar əl-ilm va-l-hukmanı
nəinki təkcə Şərq ölkələrinin, eləcə
də o zaman
ki, dünya sivilizasiyasının ilk elmlər akademiyası adlandırırdı
Dostları ilə paylaş: