21
boşboğazlığı və özünəməxsus filosofluq etməsindədir. Muğdusi Akopa verdiyi
suallara qısa və başqaçırıcı cavablar almasına baxmayaraq
Usta Zeynal ondan əl
çəkmir və işi yarımçıq qoyaraq lazımsız boşboğazlığa başlayır. Nəhayət, hövsələsi
daralmış ev sahibi ona kəskin surətdə deyir ki, o, bura söhbət üçün deyil, işləmək
üçün gəlmişdir. Ev sahibinin bu töhmətindən qəti narahat olmayan Usta Zeynal
Muğdusi Akopa təskinlik verir ki, inşaallah işi
təyin edilmiş vaxta görüb
qurtaracaqdır. Lakin o, qətiyyən tələsmir, tez-tez çubuq çəkir, vaxtı-vaxtında namaz
qılır və ev sahibi yanında olmayanda özü kimi Şərqin tənbəl və boşboğaz oğlu olan
köməkçisi Qurbanla birlikdə filosofluq edir. İş isə çox ləng və yavaş görülür.
Hekayədən sitatlar:
“Yaxşı adam olmağına yaxşı adamdı, allah dinə gətirsin, amma nə fayda?!”
“Usta, mən bir şeyə mat qalıram. Yaxşı, ermənilər bu aşkarlıqda zadı
görmürlər? Bunlar niyə bəs dönüb müsəlman olmullar?...”
“Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar
hamısı allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman
oldu, onda cəhənnəmi allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək. Bu işlərin
hamısının bir səbəbi var, yoxsa ermənilər çox yaxşı bilir ki, bizim məssəbimiz
olarınkından yaxşıdı. ”
Çox keçmədən, Usta Zeynal işi yarımçıq atır və pərt çıxıb
gedir ki, bu da
Muğdusi Akopu çox dilxor edir. Əhvalat belə olur: İkinci gün məlum olur ki,
kütbeyin Qurban öz yaddaşsızlığı üzündən Usta Zeynalgildən gətirilmiş ləyəni bir
kənara qoyub, bütün günü erməninin səhəngində su daşımış və bununla da nəinki
təkcə Usta Zeynalın üst-başını, hətta bütün işi murdarlamışdır. Bizim nadan və
fanatik ruhanilərin təlimi əsasında tərbiyə almış Usta Zeynalın
tipi Cəlil
Məmmədquluzadə tərəfindən çox müvəffəqiyyətlə və məharətlə yaradılmışdır.
Azərbaycan öz milli müstəqilliyini qazanandan sonra İsa Məsih obrazı bir daha
poeziyaya qayıtmağa başlayır. Klassik poeziya nümunələrindən fərqli olaraq indiki
şairlərin İsa Məsih təliminə müraciəti dövrün ağrı-acılarına sevgi ilə üstün gəlməyin
zərurətini car çəkməklə bağlıdır. Görkəmli Azərbaycan şairi Vaqif Bayatlının bir
şeirində olduğu kimi:
Min ildi, milyon ildi
Sənə sarı qaçıram
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Göyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?!..
22
Sovetlərin vaxtilə qadağan etdiyi dini dəyərlərin milli müstəqillik dövründə
bərpası zamanında belə şeirlər tamamilə yeni bir ovqatda multikulturalizmə xidmət
edir. Müasir Azərbaycanın başqa bir şairi də bu mövzuda qələm çalıb. Bu, ölkədə
xeyli populyar olan Ramiz Rövşəndir. Onun “Çarmıxdakı İsa” adlı bir şeiri var. Bu
şerdə müəllifin İsa Məsihə münasibəti klassik Azərbaycan şairlərindən fərqli olaraq
islam teologiyası ilə də səsləşmir, çünki müsəlmanlar çarmıxa çəkilən şəxsin İsa
olduğuna inanmırlar, Quran-da yazıldığı kimi həmin şəxsin bir başqası
olduğunu
düşünürlər. Ramiz Rövşən isə xristianlıqda Ata-Oğul-Müqəddəs Ruh üçlüyü ilə
assosiasiya yaradan misralarında belə deyir:
Mən sənin oğlunam bu yer üzündə,
həsrətinlə göyə çox baxdım, Allah.
Axır ki, arzuma çatdım deyəsən,
ayağım üzüldü torpaqdan, Allah.
Daha yerlə göyün arasındayam,
çarmıxa çəkilib qalmışam daha.
Mismarlanıb ayaqlarım, əllərim,
özüm öz tabutum olmuşam daha.
Əlbəttə, şeirdə İsa Məsih ümumiləşmiş İnsan obrazıdır, yer kürəsindəki
əzablardan qurtulub Tanrıya qovuşmağa can atan İnsan obrazı ki, poetik təcəssümünü
İsada tapır. Və bu şeir dini şeir də deyil. Ancaq müsəlman oxucularına xristian
teologiyası prizmasından xitab edən şair dini tolerantlığa da, multikultural mühitə də
beləcə öz töhfəsini vermiş olur.
Yeri gəlmişkən, Azərbaycanın milli müstəqillik
illərində multikulturalizmə
islam teologiyası baxımından da töhfə verənlər var. Onların arasında dini fikirdə
islahatçı imici qazanmış, Quranın Azərbaycan dilinə tərcüməçilərindən biri Nəriman
Qasımoğludur. Hazırda dinin tolerantlığın təbliğatçısı qismində fəaliyyət göstərən bu
ilahiyyatçı-alimin “İsa Məsih”, “Yamanlığa yaxşılıq: Bibliya və Quran işığında”
başlıqlı tədqiqatları, “İslamda etiqad azadlığı məsələsi” mövzusunda çoxsaylı məruzə
və çıxışları dini durumda da multikultural ovqatın yayılmasına xidmət edir. Onun
“Quranda və Bibliyada Ekoteologiya Ümumilikləri” monoqrafiyası beynəlxalq dini
və akademik çevrələrdə maraqla qarşılanmış, müəllifinə şöhrət qazandırmışdır.
Dostları ilə paylaş: