5.3.5
Mis
Mis orqanizmdə bioloji aktivliyinə görə əsas mikroelement-
lərdən biri olub orqanizmə qida vastəsilə daxil olur. Mis ən çox
subtropik meyvələrdə, ət məhsullarında, yumurtada, paxlalı bitki-
lərin toxumlarında, meyvə və tərəvəzlərdə olur. Gün ərzində misin
orqanizmə daxil olma həddi 2-3 mq, toksiki həddi isə 250 mq-dır.
Orqanizmə daxil olan misin 95%-i mənimsənilir ki, bu proses
mədə-bağırsaq yollarında gedir. Qana daxil olan mis kationu-Cu
2+
albumin zülalı ilə birləşərək qan laxtalanmasında iştirak edir. Eyni
zamanda digər aminturşuları – histidin, treonin, qlutamin –
karboksil qrupunun donor oksigen atomları ilə ion və kovalent
rabitə əmələ gətirərək bioloji molekullara çevrilir.
Orqanizmdə mis bütün orqan və toxumalarda rast gəlinir.
Lakin ən çox qaraciyərdə, qanda, böyrəkdə, beyin hüceyrələrində
olur.
Qaraciyərdə olan mis zülalların sintezində koferment rolu
oynayaraq, bu orqanın fəaliyyətini tənzim edir. Tədqiqatlar göstər-
mişdir ki, orqanizmdə mis çatışmadıqda qaraciyərin hepatiti xəstə-
liyi baş verir, hiss olunan anemiya qeyd edilir və bədxassəli
şişlərin yaranma ehtimalı yaranır.
Misin orqanizmdə bioloji aktivliyi aşağıdakı kimidir:
mis bir sıra vitaminlərin, hormonların tərkibinə daxil
olmaqla onların katalitik aktivliyini artırır;
mis tənəffüs aktında yaxından iştirak edərək, ağciyərdə
gedən maddələr mübadiləsini tənzim edir;
sümük və ximirçəklərdə birləşdirici toxumaların normal
inkişafını təmin edir;
damar divarlarının elastikliyini artıraraq ağciyər alveol-
larının normal funksiyasını təmin edir;
sinir hüceyrələrinin qlafına daxil olaraq onların keçirici-
85
lik qabiliyyətini artırır;
qlükozanın oksidləşmə prosesini artırır və qaraciyərdə
qlikogenin qlükozaya çevrilməsini tənzimləyir;
orqanizm antioksidant müdafiəsini artırır;
superoksiddismitaza
fermentinin
kofermenti
rolunu
oynayaraq oksigenli radikalların neytrallaşmasını təmin
edir;
infeksiyalar zamanı orqanizmin müdafiə qabiliyyətini
artıraraq, antibiotiklərin fəallığını təmin edir;
dəmirin mənimsənilməsinə müsbət təsir göstərərək qan
hüceyrələrinin çoxalmasını təmin edir;
revmatik artrit zamanı əzələlərin normal funksiyasını təmin
edir.
Tibbdə misin birləşmələrindən geniş tətbiq edilir. CuSO
4
-duzu-
nun məhlulundan mikrob əlehinə maddə kimi, bir sıra mis üzvi
birləşmələrindən uşaqlarda rast gəlinən anemiya zamanı istifadə
olunur.
5.3.6
Molibden
Molibdenin insan orqanizmində rolu, 1953-cü ildə ksanti-
noksidaza fermentinin kəşfi və onun bioloji təsirinin hərtərəfli
öyrənilməsindən sonra müəyyən edilmişdir. Molibden orqanizmə
qida məhsulları ilə daxil olur və elementin miqdar faizindən asılı
olaraq, gündəlik qəbul norması çox dəyişkən olub, 75-200 mikro-
qram həddindədir. Orqanizmə daxil olan molibden birləşmələrinin
60-70%-i mənimsənilir. Qana daxil olmuş molibden kationu zülal-
larla molekulyar komplekslər əmələ gətirərək bütün orqanlara
nəql olunur. Orqanizmdə molibden əsas etibarı ilə qaraciyərdə
toplanır, onun həll olan birləşmələri ifrazat vastəsilə orqanizmi
tərk edir.
Molibden heyvanların daxili orqanlarında, paxlalı bitkilərdə,
yeraltı kök meyvələrində çox olur. Molibdenin bioloji aktivliyi
aşağıdakı kimidir:
86
molibden aldehidoksidaza, sulfitooksidaza və ksantinoksi-
daza fermentlərinin tərkibinə daxil olaraq bir çox
fermentativ reaksiyaları tənzim edir;
sidik turşularının mübadiləsində iştirak edir;
ammonium tiomolibdat duzu, mis mikroelementinin
antoqonisti olub, onun orqanizmdə mənimsənilməsinə
maneçilik törədir;
orqanizmdə molibdenin normdan artıq olması padaqra
xəstəliyini törədir;
molibden çatışmadıqda bir sıra fermentativ proseslər
zəifləyir.
Molibden birləşmələrindən tibbdə (ammonium tetramolibdat
duzunun məhlulundan) baş beyin şişlərinin müalicəsində və
kişilərdə dölsüzlük zamanı istifadə olunur.
5.3.7
Xrom
Xrom mikroelement kimi fizioloji əhəmiyyətə malikdir. O,
orqanizmə bitkilər vastəsilə daxil olur və gündəlik norması 150
mq olaraq müəyyənləşmişdir. Xrom mədə bağırsaq yolu və
ağciyər vasitəsilə sorulur. Tədqiqatlar göstərmişdir ki, xromun
insan orqanizmində əhəmiyyətli rolunu Cr
3+
kationu həyata
keçirir, Cr
6+
kationu isə güclü oksidləşdirici olduğundan toksiki
təsirə malikdir.
Xrom ən çox dərman bitkilərində, balıqlarda, xərçəngdə,
qaraciyərdə, yumurtada, pivədə və qara istiotda olur. Normal
insan orqanizmində (75-85 kq) 6 mq xrom vardır. Xromun əsas
bioloji effektlərindən biri tolerant faktorluğuna təsiridir. Belə ki,
xrom çatışmadıqda qlükozanın mübadiləsi pozulur və şəkər
diabeti zamanı hiperqlikomiya müşahidə olunur. Göz billurunda
udulma tezliyinin azalması, həmçinin, lipogenez zamanı qlükoza-
nın mübadiləsi pozularaq onun qlükogendən sintezi zəifləyir.
İnsulin hormonuna xrom birləşmələri əlavə edildikdə bu simptom-
lar aradan qaxır.
87
Canlı orqanizmlərdə xrom çatışmadıqda aminturşuların- qlisin,
serin, metionin, β-aminizoyağturşusu -ürək əzələsinin toxumaları
ilə birləşməsi ləngiyir.
Hamiləlik dövründə ana orqanlarında və toxumalarda xromun
azalması, onun rüşeymin inkişafında rolu ilə əlaqədardır.
İdmançıların fiziki gərginlik zamanı sidiklərində xromun miqdarı
çox olur ki, bu da enerji ayrılması zamanı xrom kationunun bir
başa istifadəsi ilə bağlıdır. Orqan və toxumalarda xromun miqdarı,
qanda olandan bir neçə dəfə çox olur. Xrom ən çox qaraciyərdə,
böyrəklərdə, qalxanabəzər vəzdə və ağciyərdə rast gəlinir. Xrom
həyat əhəmiyyətli mikroelement olub, aşağıdakı bioloji aktivliyə
malikdir:
yağlarin sintezi və sulukarbonların mübadiləsini nizamla-
yaraq, sulukarbonların yağlara çevrilməsini təmin edir;
qanda qlükozanın normasını nizamlayır;
insulinlə birlikdə şəkərin qanda miqdarını təmin edərək
insulinin aktivliyinə müsbət təsir göstərir;
nuklein turşularının strukturunun dağılmasının qarşısını
alır;
ürək əzələlərinin işini nizamlayaraq, qan-damar sisteminin
normal fəaliyyətini təmin edir;
radioaktiv izotopların və toksiki ağır elementlərin orqani-
zmdən çıxarılmasında iştirak edir;
Xromun bir sıra kompleks birləşmələri- pikolin və asparagin
duzları qida məhsullarına bioloji aktiv əlavələr kimi istifadə
olunur.
5.3.8
Nikel
Nikelin mikroelement kimi rolu son zamanlar müəyyən
olunmuşdur. Hazırda nikelin dəmirin kofermenti olması təsdiq
edilmişdir. Dəmirin orqanizmə daxil olma miqdarı çoxaldıqca,
nikelə təlabat da artır. Digər tərəfdən, qan yaradan elementlərdən
biri olan misin bioloji aktivliyi nikelin miqdarından çox asılı olur.
88
Nikelin birləşmələri orqanizmə qida vastəsilə daxil olur. Çay,
kakao, qarabaşaq, kök və digər tərəvəzlər nikellə zəngindir.
Orqanizmə daxil olan nikelin az bir hissəsi- 10%-ə qədəri
mənimsənilir. Orqanizmin toxumalarında nikel bərabər miqdarda
paylanmışdır, lakin ağciyərdə bir qədər artılqlıq təşkil edir.
Nikelin orqanizmə gündəlik qəbul norması 100-200 mikro-
qram olub, 50 mikroqramdan az olduqda defisit yaranır.
Tədqiqatlar göstərmişdir ki, mədəaltı vəzin hormonları nikellə
daha zəngindir. İnsulinin ardınca orqanizmə daxil edilən nikel
tərkibli preparatlar hipoqlikomik aktivliyi artırır.
Nikelin bioloji aktivliyi aşağıdakı kimi xarakterizə olunur:
fermentativ proseslərə təsir göstərərək askarbin turşusu-
nun oksidləşməsini sürətləndirir;
adrenalinin miqdarını tənzim edərək, qan təzyiqinin
azalmasına şərait yaradır;
hipofiz vəzinin hormon ifrazını artıraraq, kartikostero-
idlərin orqanizmdən sidik vasitəsilə kənar olmasını təmin
edir;
nikelin orqanizmdə artıqlığı dərinin piqmentsizləşməsinə
gətirib çıxarır;
nikelin sintetik birləşmələrinin kanserogen xassəli olması
aşkar edilmişdir.
Nikel tərkibli tibbi preparatlar demək olar ki, istifadə olunmur.
5.4 Qeyri-metalların bioloji aktivliyi
Orqanizmdə olan 60-dan çox kimyəvi elementlərin bir qrupu
orqanogen adlanır ki, onlar orqanizmin formalaşmasında və
inkişafında əsas rol oynayırlar. Bunlar oksigen, azot və karbon
olub, orqanizmdə miqdar faizinə görə ilk yerləri tuturlar. Ayrılıq-
da onların bioloji aktivliyini qeyd etmək vacibdir.
89
5.4.1
Oksigen
Oksigenin yaşlı orqanizmdə miqdarı 62%-dir. Orqanizmin 55-
65%-ni təşkil edən suyun 88,89% oksigenin payına düşür.
Oksigen zülalların, karbohidratların, yağların, aminturşuların,
fermentlərin, hormonların, sümük və əzələ toxumalarının tərkib
hissəsidir. Bütün qida məhsulları ilə yanaşı oksigen ağciyər
vasitəsilə orqanizmə müntəzəm daxil olur.
Hava vasitəsilə daxil olan oksigen əsasən, qida maddələrinin
metabolizmi zamanı gedən oksidləşmə prosesinə sərf edilir. İnsan
tənəffüz zamanı havanın tərkibində olan 21% oksigenin 4-5%-ni
mənimsəyə bilir. Ağciyərdə oksigen alveollarda hemoqlobinin
tərkibində olan dəmirlə və qanda olan digər kationlarla birləşərək
toxumalara nəql edilir və orada gedən maddələr mübadiləsində
iştirak edir.
İnsan bir neçə gün susuz, bir neçə ay ac qala bilir, lakin bir
neçə dəqiqə oksigensiz qala bilməz. Hazırda havasız yaşama müd-
dəti 8,3 dəqiqə olaraq müəyyənləşmiş və rekord göstərici sayılır.
Bu zaman metobolizmi prosesi demək olar ki, dayanır və oksigen
aclığı baş verməməsi üçün orqanizm oksigeni toxumalardan alır.
Oksigen həyat elementi olub, ondan və allotropik şəkildə-
yişməsi olan Ozondan (O
3
) tibbdə geniş istifadə olunur:
tənəffüz orqanlarının fəaliyyəti zəiflədikdə oksigen
inqalyasiyasından istifadə olunur;
tənəffüz alma aktı zəifləyən andan, oksigen yüksək təzyiq
altında (hiperbarik oksigenasiya) istifadə edilərək
orqanizmdə ―oksigen aclığının‖ qarşısı alınır;
tropik yaralarda, qanqrenada oksigen maye halında dəri
altına yeridilir;
ozon terapiyası vasitəsilə, hazırda daha çox rast gəlinən və
cavan analarda müşahidə edilən toksikoz zamanı zərərli
mikrobların və bakteriyaların qanda inkişafını dayandırılır;
oksigenin nişanlanmış izotopu-
15
O vasitəsilə tac arteri-
yasının qanla təchizatı öyrənilir.
90
5.4.2
Karbon
Orqanizmə karbon qida məhsulları ilə daxil olur. Daxiı olma
norması gün ərzində 300-350 q müəyyən edilmlş və orqanizmdə
onun bədən çəkisi miqdarının 21% ni təşkil edir. Karbon elektron
quruluşuna görə hidrogenlə, azotla və oksigenlə davamlı rabitə
əmələ gətirərək, polimer zəncir yaratmaq qabiliyyətinə malikdir.
Karbon bütün qida maddələrinin tərkibinə daxil olaraq, üzvi
maddələr adı ilə orqanizmdə gedən bütün metobolik proseslərdə
iştirak edir. Orqanizmdə bütün üzvi maddələr fermentlərin və
katalitik oksidləşdiricilərin təsiri ilə karbon qazına və suya
çevrilərək orqanizmi tərk edir. Bu zaman orqanizmin həyat fəa-
liyyətini təmin edən lazımi enerji ayrılır.
Karbon sərbəst halda toksiki xassəyə malik deyildir. Odur ki,
aktivləşdirilmiş kömürdən qida zəhərlənmələri (adsorbsiya edici
maddə kimi) və mədədə turşuluğun miqdarı çox olduqda istifadə
olunur.
5.4.3
Azot
Azot canlı orqanizmin vacib elementlərindən olub, orqanizmin
tikinti materialı olan azotlu üzvi birləşmələrin molekullarına daxil
olur.
Yaşlı orqanizmin bədən çəkisinin 3%-i azotun payına düşür.
Azot əsasən qida vasitəsilə orqanizmə daxil olur. Azotlu qida
maddələri mədə və bağırsaqlarda fermentativ olaraq parçalanır və
əmələ gəlmiş aminturşulardan və kiçik molekullu peptidlərdən
orqanizm özünə lazım olan maddələri sintez edir. NH
2
- qrupu
şəklində bioloji molekulların tərkibində olan azot, maddələr
mübadiləsi nəticəsində ammonyaka və sidik cövhərinə qədər
reduksiya olunur.
Orqanizmin quru çəkisinin 44%-i zülal olduğundan, azotun
fizioloji rolu aydın olur. Azotun orqanizmə gündəlik qəbul norma-
sı 7-17 q həddində olur.
91
Zülalların tərkib dəyişmələri, aminturşuların metobolizminin
düzgün gütmədiyi hallarda orqanizmdə bir sıra dəyişikliklər baş
verir. Bunlardan biri azot balansının pozulmasıdır.
Azotlu üzvi maddələrin metobolizmi nəticəsində alınan azot
monooksidin- NO fizioloji rolu yaxşı öyrənilmişdir. O, orqaniz-
min hemodinamikasını tənzimləyərək əzələ tonusunun aşağı
salınmasında iştirak edir və arterial təzyiqi normallaşdırır. NO
hüceyrədaxili parazitlərin foqositoz yolu ilə zərəsizləşdirilməsini
təmin edir. O, bir sıra xəstəliklər- bronxial asma, xroniki qlomeru-
lonefrit, vərəm, yayılmış skleroz, bir sıra hətta spid zamanı media-
tor rolu oynayaraq orqanizmin müdafiyə qabiliyyətini artırır.
NO- orqanizmdə mikroelementlər daxil olan bir sıra zərərli
mikroorqanizmlərin inkişafı və çoxalmasının qarşısını alaraq ingi-
bitor rolu oynayır.
Azotun digər oksidləri NO
2
, N
2
O
5
, N
2
O
3
toksiki olub, qəbul
edildikdə orqanizmdə kəskin nasazlıqlar baş verir, havada NH
3
-ün
miqdarı 0,2% olduqda zəhərlənmə ilə nəticələnir.
5.5
Orqanizmin digər vacib elementləri
Bu elementlərin bioloji rolu son zamanlar öyrənilmiş və
məlum olmuşdur ki, onların az miqdarı belə həyatı prosesləri
tənzim edir.
Selen. Hələ XX əsrin ortalarında selen orqanizim üçün toksiki
element sayılırdı və onun kanserogen (xərçəng əmələ gətirən)
olması haqqında məlumatlar yayılmışdır. 1960-cı illərdə elmi
yolla müəyyən oldu ki, torpaqda selen çatışmadığına görə
endemik (yerli xarakterli) xəstəliklərdən olan kardiomiapatiya
(Keşan xəstəliyi) baş verir. Artıq, 70-ci illərdə, selenin antioksi-
dant sistemlər üçün vacib olan qlütationperoksidoza fermentinin
kofermenti olması təsdiq edildi.
Bu ferment hüceyrə membranında gedən və onun quruluşuna
dağıdıcı təsir göstərən lipid oksidləşməsinin qarşısını alır. Ən çox
ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir edən, ürəyi
92
qidalandıran damarda gizli aterosklerozun yaranması qanda selen
defsiti ilə əlaqədardır. Bundan başqa, müəyyən olmuşdur ki, selen
qalxanabənzər vəzin hormonu - yodperoksidozanın kofermenti
olub, onun çatışmazlığı yod mübadiləsini pozur və orqanizmə
yodun daxil olmasına baxmayaraq onun effektivliyi olmur. Son
zamanlar müasir elmi nəticələrin araşdırılması sübüt etmişdir ki,
qədim Çin təbabətinin uzun ömürlülük prinsiplərindən biri orqani-
zmdə selenin miqdarını tənzim olunması təşkil edir.
Məlum olmuşdur ki, Qədim Çin sarayında imperator süla-
ləsinin sağlam və uzun ömür sürməsi onların mətbəxində istifadə
olunan yaşıl çayın məhz dağlıq ərazidə çay becərilən torpaqda
selenin normadan artıq olması əsas amillərdən biri olmuşdur.
Selenin bioloji aktivliklərindən biri də onun E vutamini ilə
birlikdə oksidləşmə prosesini sürətləndirməsidir. Bu iki antioksi-
dant, hətta xərçəng hüceyrələrinin çoxalmasını dayandırır və
onların hüceyrə membranında peroksid qruplaşmalara dağıdıcı
təsir göstərir.
Maraqlıdır ki, bitki toxumalarında E vitamini ilə yanaşı selen
birləşmələrinə də rast gəlinir.
Selenin orqanizmə daxil olma norması gün ərzində 20-100
mikroqram olaraq hesablanmışdır.
Selenin qida vasitəsilə orqanizmə daxil olması, qidanın
xarakterindən və onun tərkibində olan aktiv elementin miqdarın-
dan çox asılıdır.
Zeytun yağı, dəniz yosunları, pivə mayaları paxlalı bitkilərin
toxumları, sarımsaq, ağ göbələk, dəniz və okean balıqları selenlə
daha çox zəngindir.
Qida ilə qəbul edilmiş selen birləşmələri nazik bağırsağın
xovlarında sorulur və burada metionin və sisteinlə birləşərək
toxumalara nəql edilir. Selen əsasən böyrəklərdə, qaraciyərdə,
sümük iliyində, ürək əzələlərində, mədəaltı vəzdə, ağciyərdə, dəri
və tüklərdə toplanır.
93
Normal qidalanma zamanı gün ərzində ən azı 30 mikroqram
selen qəbul edilməlidir. Selenin bioloji aktivliyi aşağıdakı kimi
xarakterizə olunur:
əsas antioksidant birləşmələrin- sitoxrom C, qlütation-
peroksidaza, qlisinreduktoza- molekullarının yaradılmasında
iştirak edir və onların normal metabolizmini tənzimləyir;
biokimyəvi adaptasiyanın birinci fazasını- yad maddələrin
oksidləşərək oksi və peroksidlərə çevrilməsi və ikinci
fazasını- aktiv metobolitlərlə birləşərək onların orqanizmdən
çıxarılması- tənzim edir;
toksinlərin orqanizmdə dağılmasından əmələ gələn zəhərli
qruplaşmaları zərərsizləşdirən qlütationun peroksidaza
fermentinin əsas komponentlərindən biri olub, onun
effektivliyini artırır;
selen kükürdün anoloqu olduğundan və daha aktiv donor
xassəsinə malik olduğundan, orqanizmə düşən ağır
metallarla- qurğuşun, civə, kadmium, tallium kompleks
birləşmələr əmələ gətirərək onları zərərsizləşdirir və
antioksidant rolu oynayır;
orqanizmin immunitet qabiliyyətini gücləndirərək uzun
ömürlülüyü təmin edir;
bir sıra potoloji proseslərdə- müxtəlif mənşəli kardiopatiya,
hepatit, pankreatit, dəri və boğaz xəstəliklərində müalicə
effekti göstərir;
Bədxassəli şişlərin müalicəsində selen birləşmələri effektiv
təsir göstərir.
Yod. Yod tiroksin hormonunun əmələ gəlməsində iştirak edən
ən vacib elementlərdən biridir. Müəyyən edilmişdir ki, normal
orqanizm üçün gün ərzində 100-150 mikroqram yod qəbul edil-
məlidir. Bu rəqəm 10 mikroqramdan aşağı olduqda orqanizmdə
yod çatışmazlığı müşahidə edilir. Yodun toksiki həddi gün ərzində
5 mq-dır.
İnsan orqanizmi üçün əsas yodlu mənbə dəniz məhsulları,
yodlaşdırımış qida məhsulları və duzdur. Bundan başqa yod az
94
miqdarda meyvə və tərəvəzdə olur və onun miqdarı becərilən
torpaqların yod tərkibindən asılıdır. Yod həmçinin bulaq və çay
sularında da olur. Böyük Qafqaz dağlarının sularında yod olmadı-
ğından, həmin ərazidə yaşayan insanlarda endemik xəstəliklər
yaranır; dişlər tez tökülür, qalxanabənzər vəzin xəstəlikləri əmələ
gəlir.
Yod əsasən mədə-bağırsaq aparatının yuxarl hissəsində
mənimsənilir. İnsan orqanizmində qida məhsulları vasitəsilə düşən
yod miqdarından asılı olmayaraq, toksiki təsir göstərmir.
Normal orqanizmdə (75-85 kq) 15-25 mq yod olur ki, bunun da
çox hissəsi qalxanabənzər vəzdə olur. Yod həmçinin mədənin
selikli qişasında, tüklərdə (4 mq/q), ağız suyunda, süd vəzlərində,
qaraciyərdə, böyrəkdə və limfa düyünlərində də toplanır.Yod
birləşmələri əsasən orqanizmdən sidik vastəsilə kənarlaşır.
Yodun yüksək fiziolojhi aktivliyi aşağıdakı kimidir:
biokimyəvi reaksiyaların sürətini tənzimləyir;
bədən temperaturunu tənzimləyərək enerji mübadiləsinin
normalaşdırılmasında iştirak edir;
zülalların və yağların mübadiləsində iştirak edir;
bir çox vitaminlərin kofermenti olaraq onların təsir
mexanizmini gücləndirir;
toxumaların differensial xassəsini, həmçinin orqanizmin
sinir-psixoloji fəaliyyətini tənzimləyir;
toxumaların oksigenlə zənginləşdirilməsində iştirak edir;
qalxanabənzər vəzin treodid və tireotrop hormonlarının
tərkibinə daxil olaraq, orqanizmin inkişaf mərhələlərinin
normal getməsini təmin edir.
Yod birləşmələrindən diaqnostikada kontrast maddəsi kimi
istifadə olunur. Yod birləşmələrindən həmçinin, qalxanabənzər
vəzin xəstəlikləri zamanı istifadə olunur.
Flüor. Flüor əsasən orqanizmə qida məhsulları ilə daxil olunur.
Bir sıra ölkələrdə flüorun qəbul normaları müxtəlif cür qəbul
edilmişdir. Flüorun əhəmiyyəti və zəhərli dozaları arasındakı fərq
o qədər kiçikdir ki, bəzi mütəxəssislər suyun flüorlaşmasının
95
əlehinə çıxış etmişdir. Yaşlı insanlar üçün yodun gündəlik qəbul
norması 0,2-3,1 mq, 1-3 yaşlarda isə 0,5 mq müəyyənləşdiril-
mişdir. Ərzaq məhsullarında- düyü, mal əti, yumurta,süd, soğan,
alma flüor birləşmələri vardır. Xüsusən çay (100 mkq/q) və dəniz
balıqları (5-10 mkq/q) flüorla daha çox zəngindir.
Orqanizmə daxil olan flüor kalsium, maqnezium, mis və dəmir
kationları ilə suda çox çətin həll olan duzlar əmələ gətirir. Odur ki,
flüorun normdan artıq qəbul edilməsi bu kationları katalitik
proseslərdən ayırır və maddələr mübadiləsinə mənfi təsir göstərir.
Çatışmadıqda isə orqanizm lazım olan flüoru dişlərin emal
təbəqəsindən alır ki, bu da kariesin güclənməsinə səbəb olur.
Dişlərin kariesdən qorunması məqsədi ilə diş pastalarına flüor
birləşmələri (1q/kq) əlavə olunur.
Flüorun orqanizmdə normdan artıq miqdarda toplanması bir
sıra patoloji hallara səbəb olur:
lipidlərin, zülalların və sulukarbonların mübadiləsi pozulur;
mineral duzların, vitaminlərin, fermentlərin bioloji fəallı-
ğına mənfi təsir göstərir;
sümüklərdə toplanaraq onun rəngini dəyişdirir;
oynaqlarda osteroxandroz yaradaraq hərəkəti məhdudlaş-
dırır, dişlərin normal quruluşunu pozur;
Tibbdə flüor tərkibli dərman preparatları hipoftoroz xəstə-
liyinin müalicəsində və narkoz yaradan maddə kimi tətbiq edilir.
Flüorlaşdırılmış sudan ərzaq məhsullarının istehsalında tətbiq
edilərək, onların flüor tərkibini 2-3 qat artırır.
Dostları ilə paylaş: |