Азярбайъан республикасы кянд тясяррцфаты назирлийи азярбайъан дювлят аграр университети



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3872
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

B
2
  vitamini-  Riboflavin-  canlı  orqanizmlərdə  gedən  oksidləş-
mə-reduksiya 
reaksiyalarında  iştirak  edərək  flavinmono-
nukleotidlərin kofermenti rolunu oynayır. 
B
2
 vitamini ən çox süd və süd məhsullarında olur (mq % hesabı 
ilə):  süddə  0,15,  şorda  0,3,  pendirdə  0,4,  yumurtada  0,4,  çörək 
məmulatlarında  0,2,  ət  məhsullarında  0,1-0,2,  qaraciyərdə  2,2, 
paxlalı bitkilərdə 0,15, meyvə tərəvəzlərdə 0,01-0,06. 
 
 
 
 
 
 

108 
B
2
 vitamininin orqanizmdə bioloji rolu aşağıdakı kimidir: 

 
yağların və zülalların mübadiləsində iştirak edir; 

 
sinir sisteminin fəaliyyətini normallaşdırır; 

 
həzm prosesinin normal getməsini tənzimləyir; 

 
B

vitamini  və  fol  turşusunun  aktif  koferment  quruluşuna 
keçməsini təmin edir; 

 
orqanizmdə  gedən  oksidləşməreduksiya  reaksiyalarında 
iştiurak edərək enerji mübadiləsini tənzim edir; 

 
boy artımına, görməyə müsbət təsir göstərir. 
B

vitamini çatışmadıqdsa aşağıdakı fizioloji hallar baş verir: 

 
dəri xəstəlikləri- seboroy, pserioz baş verir; 

 
ağız  boşluğunun  selikli  qişası  zədələnir  və  boşluğun 
yanlarında çatlar əmələ gəlir; 

 
qan damar sistemi zədələnir; 

 
həzm  orqanlarının  fəaliyyəti  zəifləyərək,  kolit  və  enterit 
baş verir; 

 
görmə  zəifləyir,  gözün  yaş  axıtması  çoxalır,  toyuq 
korluğu müşahidə edilir. 
B
2
  vitamininin  fərqli  xüsusiyyətlərindən  biri  də  orqanizmdə 
fəaliyyət göstərən bağırsaq mikroflorası tərəfindən sintez olunması-
dır. O, işığın təsirinə və turş mühitə qarşı davamlıdır. 
B
3
  vitamini-  Pantoten  turşusu  (yunan  dilində  ―hər  yerdə  quru" 
deməkdir)  koferment  A  adı  ilə  bioloji  asilləşmədə  iştirak  edən 
fermentlərin fəaliyyətini gücləndirir. 
B
3
  vitamini  təbiətdə  geniş  yayılmışdır.  Əsas  mənbələri  (mq  % 
hesabı ilə qaraciyər və böyrəklər -2,5-9, qarabaşaq-2,6, düyü-1,7-
2,1, vələmir- 2,5, yumurta- l,4-l,7-dir, və s.-dir. 
 
 
 
 
 
 
Pantoten turşusu 

109 
B
3
 vitamini orqanizmdə aşağıdakı funksiyaları həyata keçirir;     

 
yağların  oksidləşməsində  və  yenidən  orqanizmdə  sintezində     
iştirak edir; 

 
xolestirinin sintezini tənzimləyir;  

 
steroid  qrup  hormonların  sintezində  iştirak  edir  və  onların     
bioloji fəallığını artırır; 
•  bioloji asilləşmədə katalitik təsir göstərir. 
B
3
 vitaminin avitaminozu çox az hallarda baş verir, çünki mədə- 
bağırsağın florası onun orqanizmdə miqdarını tənzim edir. Dərman  
preparatlarının qəbulu  zamanı
 
bağırsağın mikroflorası məhv edil-
dikdə B
3
 vitaminin çatışmazlığı baş verir və orqanizmdə aşağıdakı 
xəstəlik və nasazlıqlar meydana gəlir; 

 
orqanizmin  iş  qabilyyəti  zəifləyir,  yorğunluq  halı 
müşahidə edilir; 

 
dəri zədələnərək dermatit baş verir; 

 
saçın tükləri tökülür, barmaqlarda keyləşmə baş verir. 
B
3
  vitamini  ilə  zəngin  ərzaq  məhsulları  bişirildikdə  vitaminin 
30%-i məhlula keçir. O turşu və qələvilərə qarşı davamlıdır. 
PP  vitamini  -  nikotin  turşusu  (niatsin)  və  ya  nikatinamid 
forması orqanizmdə eyni funksiyanı həyata keçirirlər. 
 
 
 
                     
 
 
                   nikotin turşusu                                   nikotinamid 
 
PP  vitamini  ərzaq  məhsullarında  mq  %  hesabı  ilə  aşağıdakı 
miqdarda olur: qaraciyər və böyrək-5,6, mal əti-4,7, donuz əti -2,6, 
qoyun  əti  -3,8,  subtropik  bitkilər  3-12,  balıq  -4.  Süd  və  süd 
məhsullarında PP vitamini çox cüzi miqdarda olur. Dənli bitkilər-
də  olan  PP  vitamini  güclü  rabitə  ilə  birləşmiş  vəziyyətdə  olduğun-
dan orqanizm tərəfindən mənimsənilmir. Süni sintez olunmuş  niat-

110 
sindən  qarğıdalı  və  buğda  məhsullarının zənginləşdirilməsində  isti-
fadə olunur. 
PP vitamini orqanizmdə aşağıdakı bioloji funksiyaları həyata 
keçirir: 

 
koferment kimi toxuma tənəffüsündə iştirak edir; 

 
hüceyrələrdə  gedən  oksidləşmə  -reduksiya  reaksiyalanrında 
istirak edir; 

 
tərkibində  olan  aktiv  donor  atomları  -N,O  vasitəsilə   
mikroelementləri hüceyrələrə daşıyır; 

 
nikotinamidadenindinukleotid (NAD) və nikotinamiddenin-
denukleotid  fosfatın  (NADF)  kofermenti  kimi  fəaliyyət 
göstərir; 

 
orqanizmdə  gedən  oksidləşmə  reduksiya  proseslərində  işti-
rak edir; 

 
mədənin sekretor və motor funksiyasını gücləndirir. 
 PP  vitamininin  avitaminozu  nəticəsində  aşağıdakı  simp-
tomlar müşahidə edilir; 

 
bağırsaqlarda  və  dəridə  dəyişykənliklə  müşahidə  olunan 
pellaqra (italyanca dərinin aşınması mənasını  verir) xəstə-
liyi baş verir; 

 
sinir sistemi zədələnir və psixoloji narahatlıqlar yaranır; 

 
davamli ponos halları baş verir; 

 
ağız boşluğunun və mədənin selikli qişası zədələnir; 

 
dəridə ləkələr əmələ gəlir. 

 
tez yorulma, yuxusuzluq, ürək döyünməsi müşahidə edilir; 

 
orqanizmlərin  infeksion  xəstəliklərinə  qarşı  müqaviməti 
azalır. 
PP vitamininin çatışmaması zamanı orqanizm onu triptofan 
 aminturşusundan  sintez  edir.  Qida  ilə  daxil  olan  60  mq 
triptotofandan 1 mq niatsin sentez olunur. 
PP  vitamini  ərzaqın  tərkibində  uzun  müddət  dəyişmədən  qala 
bilir. İşığın, hava oksigeninin, turşu və qələvi mühitin təsirinə qarşı 
davamlıdır. Ərzaqların termiki emalı zamanı molekullar dağılmır və 
tərkibində olan PP vitamininin 25%-i məhlula keçir. 

111 
B

  vitamini  - piridoksin  müxtəlif kimyəvi formada  olur: piri-
doksin,  niridoksal  və  piridoksamin.  Təbiətdə  geniş  yayılmışdır. 
Ərzaq  məhsullarında - mq% hesabı ilə ən  çox ət məhsullarında -
0,3 -0,4, balıqlarda-0,2, soyada və lobyada-0,9, buğda yarmasında 
-0,4, kartofda-0,3 olur.  
 
 
 
 
 
 
 
                            
pridoksin: R═CH
2
OH 
 
Temperatura qarşı davamlı  olub,
 
qələvi mühitdə və işığın təsiri 
ilə tez dağılır. B
6
 vitamininin müəyyən miqdarı bağırsaq mikroflorası 
tərəfindən  sintez  olunur.  İnsanların  B
6
  vitamininə  tələbatı  gün 
ərzində 1,5-3 mq -dır. O, əsəb sisteminin, qan törədici orqanların və 
qaraciyərin normal fəaliyyəti üçün lazımlı birləşmədir.  
B
6
  vitamininin  fizioloji  aktivliyi  çox  cəhətli  olub  aşağıdakı 
kimidir: 

 
piridoksal  fosfataza  fermentinin  kofermenti  olub  azot  müba-     
diləsində iştirak edir; 

 
amin  və  yağ  turşularının  sintezində  və  çevrilmələrində  işti-
rak edir; 

 
linol turşusunu araxidon turşusuna çevrir; 

 
triptofandan nikotin turşusunun sintezində katalitik ferment  

 
təsiri göstərir; 

 
fosforlaşmada iştirak edərək fosforpiridoksala çevrilir; 

 
aterosklerozun profilaktikasında müsbət təsir göstərir ; 

 
sinir sistemində sakitləşdirici təsir göstərir; 

 
qan yaradan orqanların normal işləməsini təmin edir. 
Orqanizmin  B
6
  vitamininə  olan  təlabatı  ödənilmədikdə  sulfa-
mid preparatları və antibiotiklər istifadə edildikdə bağırsaq mikro-

112 
florası pozulduqda avitaminozu yaranır və aşağıdakı mənfi təsirlə-
rə malik olur: 

 
qlütamin mübadiləsi pozulur dermit baş verir ; 

 
sinir sisteminin pozğunluqları nəticəsində sudorqa, depresi-
ya, həssas qıcıqlanmalar baş verir; 

 
aterosklerozun inkişafı sürətlənir; 

 
amin və yağ turşularının sintezi ləngiyir. 
Fol turĢusu, B
9
 
vitamini, folatsin adı altında iki maddə istifadə 
olunur;  sadə  fol  turşusu  və  tetrahidrofol  turşusu.  Yarpaqlarda  çox 
olduğundan bu ad verilmişdir. Latın dilində fol yarpaq deməkdir. 
 
 
 
 
 
 
 
 
fol turşusu 
 
Fol  turşusu  təbiətda  geniş  yayılmışdır.  Qida  məhsullarında 
mq%  hesab  ilə  aşağıdakı  kimidir:  cəfəridə  -110,  lobyada-48, 
qaraciyərdə-240,  böyrəklərdə  -56,  çörəkdə  16-27,  şorda-35-40, 
süddə az olub -5mq %-dir. Fol turşusu orqanizmdə bağırsaq florası 
vasitəsilə para-aminbenzoy turşusundan sintez olunur. 
Fol turşusunun orqanizmdə rolu çox tərəfli olub aşağıdakı fun-
ksiyaları yerinə yetirir: 

 
porfirin  va  hemin  radikallarının  sintezində  iştirak  edərək 
qan hüceyrələrinin çoxalmasını təmin edir; 

 
aminli birləşmələrin, pirimidin əsaslarının, xolinin sintezində 
iştirak edir; 

 
Addison anemiyasının qarşısını alır; 

 
orqanizmdə  lesitin-xolesterin  nisbətinin  nizamlanmasında   
və qanda xolesterinin azalmasında iştirak edir; 

113 

 
B
12
  vitamininin kofermenti kimi təsir  göstərən  qan yaradan  
orqanlarm fəaliyyətini gücləndirir. 
Orqanizmin  fol  turşusuna  gündəlik  təlabatı  200-300  mq  olub, 
ödənilmədikdə  və  bağırsaqlarda  onun  sintezində  iştirak  edən
 
E. 
Coli bakteriyaları məhv edildikdə avitaminozu baş verir. Fol turşusu 
ərzaq məhsullarının termiki emalı zamanı da 90% itkiyə məruz qalır.  
Çatışmazlığı zamanı aşağıdakılar baş verir: 

 
qan yaradan orqanların fəaliyyəti zəifləyərək anemiya və 
leykomiya yaranır; 

 
həzm orqanlarının fəaliyyəti pozulur; 

 
sinir sisteminin müxtəlif pozğunluqları müşahidə olunur; 

 
tetrahidrofol turşusunun sintezi getmir. 
B
12
  vitamini  siankobalamin,  oksikobalamin,  antianemik 
vitamin  adi  ilə  tətbiq  olunur.  O  mürəkkəb  tərkibə  malik  olub, 
quruluşu  ilk  dəfə  tərəfindən  açılmış,  və  antianemik  preparat 
olmasının sirri müəyyən edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Vitamin B
12
 (sianokobalamin) 

114 
Tərkibində  olan  -C=N  qrup  -OH  qrupu  ilə  əvəz  edildikdə 
hidroksikobalaminə çevrilir və təsir effekti çoxalır. 
İnsan  orqanizmində  olan  kobalamin  kobalamidə  çevrilir  və  
axrıncı B
12
 vitamininin kofermenti təsiri göstərir.  
B
12
  vitamini heyvan mənşəli qida məhsullarında mq% hesabı ilə 
çox olur: qaraciyər daha zəngindir 70-100, mayalar 50-60, böyrəklər-
20-30, balıq ətində -10, mal ətində -3-6, pendirdə-1,2-2, süddə 0,4. 
B
  12
  vitamini  orqanizmdə  aşağıdakı  bioloji  funksiyaları  həyata 
keçirir:  

 
antianemik preparat olub qan hüceyrələrinin yaranmasında 
və çoxalmasında iştirak edir; 

 
aminturşuların silntezində və çevrilmələrində iştirak edir; 

 
nevralgiya -polinevrit və radikulit xəstəliyinin yaranmasının 
qarşısını alır; 

 
sinir sisteminin normal funksiyasını təmin edir. 
Normal orqanizmdə B
12
 vitamininə gündəlik təlabatı 250-300 mq 
olub çatışmazlığı aşağıdakı nasazlıqları törədir; 

 
müxtəlif anemik xəstəliklər ,iştahsızlıqlar baş, verir; 

 
sinir hüceyrələrinin qıcıqlara həssaslığı çoxalır; 

 
orqanizmdə aminli turşuların parçalanması və sintezi düzgün 
getmir; 

 
hem zülallının sintezi zəifləyir; 

 
qan yaradan orqanların fəaliyyəti pozulur. 
 
H Vitamini -Biotin -H hərfi Alman dilində dəri mənasını verən 
Haut sözünün baş hərfidir – karboksilləşmə reaksiyalarına katalitik 
təsir  göstərən  fermentlərin  tərkibinə  daxildir.  Bütün  əksər  qida 
məhsullarının tərkibində olur və mq % miqdarı ilə aşağıdakı kimidir: 
qaraciyədə  və  böyrəkdə  80-140,  yumurtada-28,  ət  və  süddə  -3-5, 
buğda çörəyində -4,8, çovdar yarmasında -20, soyada -60, noxudda-
20.  Qida  məhsullarının  termiki  emalı  zamanı  demək  olar  ki, 
parçalanmır. 
 
 

115 
 
 
 
 
biotin (H vitamini) 
 
İnsanların biotinə olan gündəlik
 
təlabatı 0,2-0,3 mq-dır. Biotin 
həmçinin  bağırsaq  florası  tərəfindən  də  sintez  olunur.  Və 
aşağıdakı bioloji funksiyaları həyata keçirir: 
Karboksilaza  və  D-karboksilaza  fermentlərinin  tərkibinə  daxil 
olaraq,  lipid,  aminturşular  və  nuklein  turşularının  mübadiləsində 
iştirak edir;  
Çiy  yumurta  zülalında  olan  avidinin  neytrallaşmasını  həyata 
keçirərək, həll olmayan avidin-biotin kompleksini əmələ gətirir; 
Karboksilləşmə reaksiyalarında iştirak edərəkpeptid rabitəsinin 
yaranmasına şərait yaradır; 
Çörək  emalı  zavodlarında  istifadə  olunan  xəmir  mayalarının  
tərkibinə daxil olaraq onun fəaliyyətini nizamlayır. 
Orqanizmdə  biotin  çatışmadıqdadəridə  piqmentsizləşmə  baş 
verir  və  dəri  dermatiti  yaranır,  sinir  pozğunluqları  müşahidə 
olunur. 
 
 
Yağlarda həllolan vitaminlər 
 
A  vitamini  -  4  müxtəlif  maddələr  adı  ilə  tanınır:  Retinol, 
retinilasetat,  retinal  və  retin  turşusu.  Retinol  kimyəvi  formuluna 
görə bir atomlu spirt olub, β-ion həlqəli və yan zəncirində iki ədəd 
izopren  qalığından  ibarətdir.  O,  həlqədə  əlavə  ikiqat  rabitə 
yaranması  səbəbi  ilə  iki  izomer  quruluşda  –  A
1
  və  A
2
  olur.  A 
vitamini ilk dəfə 1912-ci ildə yağların sabunlaşmayan fraksiyasın-
dan sintez edilmişdir.  
Normal  orqanizmin  A  vitamininə  gündəlik  təlabatı  1000-1500 
mq olub, əsas etibarı ilə heyvan mənşəli ərzaq məhsullarında olur 
(mq%): balıq yağında-15, treska balığının qaraciyərində-4, ərimiş 
və kərə yağında-0,5, süddə-0,03. A vitamini həmçinin, provitamin 

116 
kimi  bitkilərin  karotinində  olur.  Orqanizmdə  β-karotindən  iki 
molekul  a  vitamini  sintez  olunur.  β-  karotindən  iki  molekula 
vitamini sintez olunur. β- karotin ən çox (mq%) kökdə-9, qırmızı 
bibərdə-2, pomidorda-1, kərə yağında- 0,2-0,4 olur.  
Retinol havada günəş şüasının təsiri ilə oksidləşərək parçalanır.  
A  vitamini  hüceyrə 
membranlarında 
gedən 
biokimyəvi 
proseslərdə 
iştirak  edir  və  askarbin 
turşusu  ilə  birlikdə  orqa-
nizmdə  qan  damarlarının 
divarında  lipidlərin  çök-
məsinin  qaşısını  alaraq, 
qan  zərdabında  xoleste-
rinin miqdarını azaldır. 
Orqanizmdə  A vitamini 
çatışmadıqda aşağıdakı xəstəliklər baş verir: 

 
görmə qabilyyəti pozularaq kseroftalamiya hadisəsi baş, verir; 

 
cavan orqanizmin böyüməsi və inkişafı ləngiyir; 

 
həzm sistemində və nəfəs yollarında pozğunluqlar baş, verir  

 
beyin  hüceyrələrinin  qidalanması  pozularaq,  kəskin  baş 
ağrıları baş verir. 

 
yersiz qaşınmalarla müşahidə olunan yuxusuzluq baş verir;  

 
qaraciyərin və mədəaltı vəzin fəaliyyəti zəifləyir. 
 
D-vitamini  sterinlərə  aid  olub  bir  sıra  birləşmələri  özündə 
birləşdirir  ki,  onlardan  da  ən  əhəmiyyətlisi-erqokalsiferon (D
2
)  və 
xolekalsiferoldur. (D
3
) ∙ D
2
 əsasən bitki məhsullarında, D
3
 isə hey-
van mənşəli ərzaq məhsullarında olur. 
 
 
 
 
 
D
2
 vitamini 

117 
 
 
 
 
 
D
3
 vitamini 
 
                                          D
3
 vitamini 
 
D-vitamini  fizioloji  roluna  görə  kalsiferol  adlandırırlar,  çünki 
orqanizmdə kalsium və fosforun qeyri  üzvi birləşmlərini tənzim-
ləyərək,  sümüklərin  və  dişlərin  mineral  tərkibinin  formalaşmasını 
təmin edir.
 
 
D  vitaminin  defisiti  zamanı  ən  çox  uşaqlarda  sümük  inkişafı 
dayanır  və  skeletdə  anormallıq  əmələ  gəlir.  Yaşlılarda  isə  tez-tez 
sümük qırılmaları ilə müşahidə olunan -osteporoz baş verir. 
Kalsiferollar  əsasan  heyvan  mənşəli  ərzaq  məhsullarında  çox 
olur  (mq  %):baliq  yağında  -125,  balığın  qaraciyərində  -100,  mal-
qaranın qaraciyərində -2,5, yumurtada - 2,2, süddə-0,5, kərə yağında-
1,3-1,8. 
Orqanizimdə  D  vitamininin  defisiti  zamanı  o  günəşin  ultrabə-
növşəyi şüalarının təsiri ilə dəri altında 7-dehidroxolesterindən sintez 
olunur. 
D vitamininin insanlarda gündəlik qəbul norması 15-30 mq olub, 
ən çox uşaqlara lazımdır. Hipovitaminoz və avitaminoz hallarında 
qidaya  əlavə  olaraq  D-vitamini  qatılır.  Digər  vitaminlərda  fərqli 
olaraq  D  vitamininin  hipervitaminozu  (vitamin  artıqlığı)  hallarında 
orqanizmdə intoksikasiya (öz-özünə zəhərlənmə) baş verir. 
D  vitamini  qida  məhsullarının  termiki  emal  zamanı  dağılmır. 
Lakin isığın, metal ionlarının və hava oksigeninin təsirinə çox həssas 
olub, tez parçalanır.  
E  vitamini-  Tokoferollar  bu  qrup  birləşmələr  vitaminlər 
arasında ən aktiv fizioloji xassəyə malikdir. Bunlardan α-tokoferol 
təmiz  halda  ilk  dəfə  1936-ci  ildə  buğda  sütülündan  sintez 
edilmişdir. 
Bir  neçə  digər  tokoferollar  da  məlumdur  ki,  onlar  orqanizimdə 

118 
vitamin  aktivliyi  gostərmirlər,  əksinə  antioksidant  təsirinə 
malikdirlər. 
Normal  insan  orqanizminin  E  vitamininə  gündəlik  təlabatı  15-
20 mq olub, əsasən qida məhsulları vasitəsilə təmin edilir.  
Ən çox bitkilərin yağında və yarmasında olur (mq%):  pambıq 
yağında  -99,  günəbaxan  yağında  42,  soyada-115,  qarğıdalı 
yağında-35%  miqdarında olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
E  vitamini  termiki  emal  zamanı  davamlı  olub  parçalanmır,     
lakin oksigenin və ultrabənövşəyi şüaların təsirindən tez parçalanır. 
E  vitamini  oraqnizmdə çox tərəfli funksiyalar yerinə yetirir və 
aşağıdakı kimidir: 

 
yağların, sulukarbonların  və zülalların mübadiləsində işti-
rak edir; 

 
əzələlərin fəaliyyətini tənzimləyir; 

 
bir sıra hormonların sintezində iştirak edir; 

 
orqanizmdə  doymamış,  yağ  turşularının  oksidləşməsini 
tənzim  edərək  hüceyrə  membranının  və  eritrositlərin 
dağılmasının qarşısını alır; 

 
endokrin vəzlərinin funksiyasına təsir edərək onların normal 
ifrazını tənzimləyir; 

 
cinsiyyət vəzlərinin fəaliyyətini tənzimləyir; 

 
əzələ  toxumalarında  gedən  bioloji  proseslərdə  iştirak 

119 
edərək onların funksiyasını tənzimləyir; 

 
orqanizmin  əhval-ruhiyəsini  yaxşılaşdıraraq  iş  qabilyyətini 
artırır. 
E  vitamini  çatışmadıqda  ən  çox  zədələnən  orqanlardan  biri 
cinsiyyət  orqanı  olub,  onun  tez  fəaliyyətdən  düşməsinə  və  dölsüz-
lüyə gətirib çıxarır. Beləliklə prostat vəzinin funksiyası pozulur və 
şişlər əmələ gəlir. 
K  vitamini  -1929-cu  ildə  kəşf  olunmuş  və  alman  dilində 
kouqlyasiya sözünün baş hərfi ilə  göstərilmişdir. Orqanizmdə qan 
laxtalanmasını  tənzim  edən  bu  vitamin  iki  təbii  birləşmədən  -
filloxinon (K
1
 vitamini) və menaxinondan (K
2
 vitamini) ibarətdir. 
Filloxinon  və  onun  törəmələri  bitkilərin  yaşıl  hissəsində  çox 
olur  və  orqanizmə  qida  vasitəsilə  düşür.  Menaxinon  isə  bağırsaq 
mikroflorasının  təsiri  ilə,  həmçinin  orqanizmdə  naftoxinonların 
metobolizmi zamanı sintez olunur. 
K  vitamini  orqanizmdə  qan  laxtalanmasını  təmin  edən 
protrombinlərin  sintezində
     
iştirak edir

Onun çatışmaması halında 
qanın  laxtalanması  pozulur  və  kəsiklər  zamanı  kəskin  qanaxmalar 
baş verir . 
K
1
 vitamini 
 
K
2
 vitamini 
 

120 
CH
 
HC
 
K  vitamininə  gündəlik  təlabat  0,5-0,7  mq  olub,  əsasən  tərəvəz 
bitkilərində  -şüyütdə,  kələmdə,  vəzəridə  olur.  Temperatura  qarşı 
davamlı olub, qələvi mühitdə və günəş şüasında tez parçalanır.  
 
6.3.  VitaminəoxĢar birləĢmələr 
 
Elə  birləşmələr vardır ki, onlar orqanizmdə göstərdiyi fizioloji 
aktivliyə görə vitaminlərə çox  oxşayır. 
Cədvəldə  onların  təsnifatı  verilmişdir.  Ən  əhəmiyyətlərinin 
xas-sələrini  və  təsir  mexanizmini  göstərmək  qida  kimyası  nöqteyi 
nəzə-rincə əhəmiyyət kəsb edir. 
Para-aminobenzoy  turĢusu.  Benzoy  turşusunun  törəmələ-
rindən  olub,  vitamin  aktivliyi  göstərdiyinə  görə  H
1
  vitamini  də   
adlanır.  İki  modifikasiyada  olur  və  a-modifikasiyasının  qurluşu 
tərəfimizdən açılmışdır . 
Para  -aminobenzoy  turşusunun  bioloji  aktivliyi  1946-ci  ildə 
kəşf olunmuş fol  turşusunun  qurluşundan  sonra  miiəyən  edilmiş-
dir.  Bakteriyalar  (E.Coli)  para
:
-aminbenzoy  turşusundan  fol  turşu-
sunu  sintez  edir.  Odur  ki,  para-aminbenzoy  turşusunun  defisiti 
zamanı  fol  turşusu  sintez  olunmur.  O  hamçinin  sulfamid  dərman 
preparatının  antogonistidir. 
Para  -  aminbenzoy  turşusu  olmadıqda  bakteriyalar  qruluşlarının 
ölçüsü eyni olan sulfamiddən istifadə edərək ―yalançı‖ fol turşusunu 
sintez edərək məhv olurlar.  
Orqanizmin para-aminbenzoy turşusuna olan gündəlik təlabatı 8-l0 
mq  olub,  ən  çox  meyvə  şirəsində,  üzümdə,  qarağatda,  zoğalda  va 
heyvanların  qara  ciyərində  olur.  Para-aminbenzoy
 
turşusunun 
birləşmələrindən olan novakain ağrı kəsicidir. 
                           
 
 
                                            
                                                
                    
N
H
2
                                    
 
                                                  OH  
                               HC               CH  

121 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin