ƏDƏBİYYAT
1.
İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və
psixoterapiya, Bakı Maarif nəşriyyatı, 2002.
2.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, Bakı Çinar-
çap nəşriyyatı, 2006.
3.
Xüsusi Hazırlıq Siniflərinin təşkili, Açıq cəmiyyət
institutu, Bakı yardım fondu, 2001.
4.
Крылова A.A. Психология, Москва Проспект, 1999.
5.
Развитие
ребенка.
Лаура
Е.
Берк,
Мастера
психологии, 6-с издание, Питер, 2006.
QİÇS-ə yoluxmuş insanlarda şəxsiyyət dəyişkənliyi
Pakdel B. Ə., магистрант
Şəxsiyyətin
normal
inkişafı
problemi
hər
zaman
psixoloqların diqqət mərkəzində olmuşdur. Müşahidələrdən və
araşdırmalardan məlum olmuşdur ki, şəxsiyyətin normal
inkişafına bir çox amillər təsir edir və bunların sırasında insanın
sağlamlıq durumu önəmli yer tutur.
Çox saylı tədqiqatlar göstərir ki, şəxsiyyətin patologiyası
özü ilə əsasən motivasiyası sahəsinin dəyişməsini gətirir. Hər
bir normal insan fəaliyyətinin tərkibində aparıcı motivlər
vardır. Həmin motivlər olmadan fəaliyyətin mahiyyəti
şəxsiyyət mənasında məhrum olur. Motivasiya sahəsinin və
dəyərlər sisteminin dəyişilməsi bir sıra somatik və psixi
xəstəliklər zamanı özünü göstərməkdədir. QİÇS sindromuna
yoluxmuş xəstələrdə bu hal qaçılmazdır. Bu xəstələrin
motivasiya sahəsi nəzərə çarpacaq dərəcədə kasadlaşma
mərhələsinə çatmamışdan öncə uzun müddətli və önəmli
keyfiyyət dəyişikliyi ilə qarşılaşır. Onların ailə üzvlərinə,
dostlarına, işlərinə və ümumilikdə mühitə münasibətləri
37
37
dəyişmiş olur. Onların həyatda ki, yəni hadisələr əhəmiyyətini
itirməyə başlayır.
İmmun çatışmamazlığı sindromuna yoluxmuş xəstənin
psixi vəziyyəti və davranışı yalnız xəstəlik zamanı orqanizmin
mexanizminin dəyişilməsi ilə əlaqədar olmayıb, həm də
şəraitdən, ətrafdakıların münasibətindən, mövcud imkanlardan
irəli gəlir.
QİÇS-ə yoluxmuş xəstənin şəxsiyyətini dəyişməsini
göstərən bir çox meyarlar vardır. Bunlardan aşağıdakıları
sadalamaq olar:
1.
fəaliyyətin aparıcı motivinin məzmunun dəyişməsi.
2.
xəstənin
maraqlar
dairəsinin,
ətraf
mühitlə
münasibətlərinin pozulması.
3.
fəaliyyətin səviyyəsinin aşağı enməsi və istiqamətinin
dəyişilməsi.
İmmun çatışmamazlığı sindromuna yoluxan insanın
fəaliyyətinin məqsədə yönlülüyünə baxarkən onu da qeyd
etmək lazımdır ki, xəstələrdə məqsədə çatmaq motivasiyası
olsa da bu sağlam insanlarda olan davranış motivlərindən
fərqlənir.
Bundan başqa şəxsiyyətin tipindən asılı olaraq insanın
öz xəstəliyinə görə göstərdiyi reaksiyalarda fərqli olur. Belə
ki, QİÇS-ə yoluxduğu haqda informasiya olan şəxsin
davranışında,
vəziyyətlə
barışmamaq,
xəstəliyin
mövcudluğunu inkar etmə və ya daha konstruktiv həll
yollarını seçmə kimi hallarda rast gəlinə bilər. Belə
emosional nəzarətin zəiflənməsi nəticəsində də psixi
pozuntuların bir sıra formaları təzahür edə bilər.
Buna görə də QİÇS-ə yoluxmuş xəstələrə tibbi
dəstəkdən
əlavə
həm
xəstənin
yaxınlarının,
həm
psixoloqların, Terapevtlərin
yardım
göstərməsi çox
önəmlidir.
38
38
Ə
DƏBİYYAT
6.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, Bakı
Çinar-çap nəşriyyatı, 2006.
7.
Reeve John Marshall, Understanding Motivation
and Emotion, “Virayesh” Publication Institute, 1998.
Hamiləlik dövründə analığa
namizədin emosional dəyişikliyi
Quliyeva Nuriyyə, magistrant
Analıq əslində olduqca özünəməxsus və xüsusi bir
vəziyyətdir, yəni hər bir analığa namizəd qadın yaşadığı şəraitlə
əlaqədar olaraq bu hadisəni digərlərindən daha fərqli formada
yaşayır.
Əksər insanlar belə hesab edirlər ki, hamilə qadınlar
hamiləlik ərzində gərgin, bununla bərabər xoşbəxt olurlar.
Lakin doğrusu budur ki, qadınlar ilk üç aya başlamaqla bir sıra
emosional hallar keçirirlər.
İ
lk üç ay: Hamiləliyin ilk üç ayı çox vaxt özünü daha çox
fiziki dəyişikliklərlə biruzə verir; menstruasiyanın gecikməsi,
müsbət nəticələnən hamiləlik testi, yorğunluq, mədə bulanması,
və s. Emosional vəziyyətdə isə çox vaxt çox böyük
dəyişikliklər olmaya bilər. Amma, yenə də bu vəziyyətini
diqqətlə müşahidə edən analığa namizəd hormonal dəyişikliklər
səbəbi ilə meydana çıxan tez-tez dəyişən əhval-ruhiyyəsini
nəzərindən qaçırmır.
Hamiləlikdə vacib rol oynayan başlıca iki hormon
estrogen və progesterondur. Qadının əhval-ruhiyyəsi bu
hormonlarla əlaqədar olaraq böyük sevinc və qəmginlik halları
arasında dəyişə bilər. Çox cüzi bir səbəb onu ağlamağa vadar
edərkən, birdən-birə səbəbini dərk edə bilmədiyi sevinc,
xoşbəxtlik də hiss eməsi mümkündür
39
39
İ
kinci üç ay: İlk üç ayın stress və narahatlığından sonra
hamilə qadınlar ikinci üç ayda daha sakit əhval-ruhiyyəli
olurlar, lakin hələ də onları gözləyən bir sıra problemlərlə
qarşılaşırlar.
Uşağı itirmək qorxusu hələ də davam edir, ikinci üç ayda
bununla bərabər birinci üç aydakı fiziki narahatlıqlar artıq
azalmış vəziyyətdə olur. İkinci üç ayda ən çox gözə çarpan
hadisə fetal irəliləmə zamanı baş verir. İlk dəfə hamilə olan
qadınların hamiləlik müddəti ümumi olaraq, təxminən 20 həftə
müddətində müəyyənləşir. Əgər ana ikinci vı ya daha sonrakı
uşağa hamilədirsə, bu, nisbətən tez müddətdə gerçəkləşə bilər.
Son üç ay: Hamiləliyin son üç ayında olan ana artıq
övladına qovuşmaq üçün daha çox can atır, səbirsizliklə bu anı
gözləyir.Təbii ki, hamiləliyi ilə bağlı ona daha həssas
davranılması, ətrafdakıların ona diqqətlə yanaşması onu
sevindirir.
Hamiləliyin son həftələrində olan ananın psixoloji
narahatlıq və qorxuları, fiziki narahatlıqlarının da çoxalması ilə
daha da artır. Hamiləliyin son günlərini yaşayan qadına həyat
yoldaşı tərəfindən göstəriləcək, xoş münasibət və diqqət onun
əhval-ruhiyyəsinin artmasına kömək edəcək.
Fəsadlı hamiləliyin tibbi-psixoloji
xüsusiyyətləri
Quliyeva Nuriyyə, magistrant
Hər bir hamiləlik müəyyən risklərə malikdir. Lakin
yüksək riskli hamiləlikdə analığa namizədin və rüşeymin
səhhəti ilə bağlı daha böyük risklər olur. Bunu qabaqcadan
anada olan və ya sonradan inkişaf edən səbəblər şərtləndirə
bilər. Onlar birdən çox uşağın olması, əvvəlki hamiləlikdə
problemin olması və ya analığa namizədin 35-dən çox yaşı
olmasını özündə ehtiva edir.
40
40
Qeyd etməliyik ki, son dövrlərdə bu mövzu qlobal
problemlərdən biridir. Çünki statistika göstərir ki, fəsadlı
hamiləliklərin sayı müxtəlif səbəblərdən get-gedə artır.
Hamiləliyi çətinləşdirə bilən vəziyyətlər aşağıdakılar ola
bilər:
• Ürək xəstəliyi
• Yüksək qan təzyiqi
• Böyrək problemləri
• Avtoimmun pozulmalar
• Cinsi olaraq ötürülmüş xəstəliklər
• Şəkərli diabet
• Xərçəng xəstəliyi
Başqa şərtlər də hamiləliyi riskli edə bilər. Məsələn,
gestasional diabetli hamilə olmaq. Doğuşqabağı yaxşı və
düzgün qayğı bu vəziyyətləri aşkar etməyə və onları müalicə
etməyə kömək edə bilər.
Qadın hamilə olmazdan əvvəl yaxşı qidalanması və
sağlam həyat tərzi olması vacibdir. Yaxşı doğuşqabağı qayğı və
hamiləlik dövründə tibbi müalicə fəsadların qarşısını almağa
kömək edə bilər.
Riskli hamiləlik üçün üçün risk faktorlarına daxildir:
• Gənc və ya yaşlı ana olmaq
• Normadan çox və ya normadan aşağı çəkili olmaq
• Əvvəlki hamiləliklərdə problemlərin olması
• Yüksək qan təzyiqi, şəkər və ya İİV (İnsan İmmundefisit
Virusu) kimi xəstəliklərin mövcud olması
• Preeklampsiya və eklampsiya
• Anemiya
Səhhət ilə bağlı problemlər həmçinin hamiləlik əsnasında
da yarana bilər. Belə problemlər hətta daha əvvəl sağlam olan
qadınlarda da rast gəlinə bilər.
Qeyd olunan riskləri nəzərə alaraq könüllü olaraq ana
olmağa can atan analığa namizədlərin psixologiyası normal
41
41
hamiləlik keçirən analardan fərqlənir. Belə ki, övlad sevgisi
onları bütün riskləri gözə alaraq ana olmağa vadar edir.
Bu kimi risklər zamanı hamilə qadın mütləq həkim
nəzarətində olmalı və müvafiq məsləhətlər almalıdır.
Hamiləlik dövründə qadınların psixoloji
vəziyyəti
Quliyeva Nuriyyə,magistrant
Hamiləlik fizioloji bir prosesdir. Ancaq o,qadın
orqanizmində bir sıra dəyişikliklər yaradır. Bəzi hallarda, bu
dəyişikliklər toksikoz və nevrozlaşma formasında, müxtəlif
somatik pozuntularla özünü göstərir. Qadının hamiləliyə
münasibəti bir sıra amillərlə-sosial, iqtisadi, mənəvi, etik, o
cümlədən qadının öz şəxsiyyət problemləri ilə bağlı olur.
Hamiləlik arzuolunan və arzuolunmaz ola bilər ki, bu da
özünəməxsus problemlər yaradır.
Bəzən hamiləliyin əvvəlində əsəbilik, müxtəlif iylərə
qarşı həssaslıq, bəzi qidalardan çəkinmək, yuxululuq,
yorğunluq və s. əlamətlər yarana bilər. Ürəkbulanma və qusma
hamiləlik toksikozu üçün xarakterikdir. Toksikozun bir çox
səbəbləri vardır. Onlardan ən əhəmiyyətlisi psixogen amillərdir.
Qadınların əksəriyyətində hamiləlik heç bir dəyişiklik yaratmır.
Onlar həyat tərzini dəyişmədən doğuşu və dünyaya gələcək
körpələrini gözləyirlər.
Bir sıra qadınlarda xarici görünüşlərinin dəyişməsinə və
cazibədarlıqlarının itirilməsinə görə çox təsirlənirlər. Birinci
doğuşa gedən qadınların əksəriyyəti isə doğuşun necə
keçəcəyindən narahat olur, uşağın xəstə və ya qüsurla
doğulacağından qorxurlar. Çox az hallarda isə psixogen
amillərin təsiri ilə qadında ,,yalançı hamiləlik” hissi yarana
bilər. Bu zaman onun qarnı get-gedə böyüyür , menstruasiya
kəsilir, qadın qarnında hamiləliyə məxsus müəyyən hisslər
duyur.
42
42
Doğuş gərgin fiziki və psixi güc tələb edir. Buna görə də,
hamiləlik, xüsusən də doğuşqabağı dövrdə təcrübi hazırlıq
məşğələlərinin keçirilməsi hamilə qadınların doğuş ağrılarından
qorxusunu, ümumiyyətlə, mənfi emosiyaları kənarlaşdırmağa,
onların doğuş prosesində fəal iştirak etməsinə kömək edir.
Doğuşdan sonrakı dövrdə qadın uşağa qulluq etməlidir
(məsələn, ona doyunca döş südü verməli, yatırmalı və s.). Bu
dövrdə adi məyusluq, uşaq üçün narahatçılıqdan başlamış ağır
psixi pozuntulara ( doğuşdan sonrakı psixoz) qədər psixotik
vəziyyət inkişaf edə bilər. Depressiv əlamətlər vegetativ,
emosional dəyişikliklərlə müşayiət olunaraq, bir neçə gündən
3-4 aya qədər davam edə bilər. Bu halları aradan qaldırmaq
üçün psixoloji korreksiya, psixoterapevtik müdaxilə və fiziki
kömək tələb olunur.
Cinsi həyat,ailə münasibətləri, hamiləlik, onun pozulması
intim məsələ olduğu üçün bu barədə söhbətləri lazımi
istiqamətə yönəltmək mütəxəssisdən xüsusi nəzakət və
pasiyentin etibarını qazanmaq bacarığı tələb edir (1, səh.209-
210).
Analıq əslində olduqca özünəməxsus və xüsusi bir
vəziyyətdir, yəni hər bir analığa namizəd qadın yaşadığı şəraitlə
əlaqədar olaraq bu hadisəni digərlərindən daha fərqli formada
yaşayır. Amma yenə də bəzi dəyişikliklər var ki, bunlar normal
olan bütün hamiləliklərdə yaşanılır. Ananın yaşayacağı fiziki və
psixoloji dəyişikliklər haqqında qabaqcadan maarifləndirilməsi
isə hamiləliyə daha şüurlu və müsbət yanaşmasını təmin edər.
Əksər
qadınlar
yeni
ana
kimi
uşağı
dünyaya
gətirmək,yeni doğulmuş uşaq və analıq həyatı haqqında neqativ
məzmunlu yuxular görürlər. Bu mərhələdə,qeyd edək ki hamilə
qadınların ümumi yuxuları əksərən uşağın cinsiyyəti haqqında
olur və bəzən isə hamilə qadınlar yuxuda özlərini tələyə
salınmış və təcavüzə məruz qalmış şəkildə görürlər.
Əksər insanlar belə hesab edirlər ki, hamilə qadınlar
hamiləlik ərzində gərgin, bununla bərabər xoşbəxt olurlar.
43
43
Lakin doğrusu budur ki, qadınlar ilk üç aya başlamaqla bir sıra
emosional hallar keçirirlər.
Bütün hamiləliklərin müəyyən ümumi oxşarlıqları olsa
da, hər bir hamiləlik xüsusidir.
Bədənin
ümumi
görünüşündəki,
hormonlardakı
dəyişikliklər, mədəni təzyiqlərə istiqamətlənən mövqe və
gözləmələr kombinasiyası hamiləliyin xüsusiliyinə gətirib
çıxarır.
Hamiləliyin hər bir fiziki tərəfi onun xüsusi hissəsi olan
qavramaya təsir göstərən spesifik psixoloji problemlərlə
müşayiət olunur. Məsələn,əgər hamiləliyiniz əvvəlcədən
arzulanıb və planlaşdırılıbsa, siz və həyat yoldaşınız, sübhəsiz
ki, əvvəlcədən xəyalınızda canlandırdığınız uşağınızın olacağı
haqqında xəbərə sevinclə qarşılıq verirsiniz. Lakin əgər
hamiləlik gözlənilməz olubsa, ilkin olaraq siz bu barədə qarışıq
hisslər keçirə bilərsiniz (3).
İ
lk üç ay:Hamiləliyin ilk üç ayı çox vaxt özünü daha çox
fiziki dəyişikliklərlə biruzə verir; menstruasiyanın gecikməsi,
müsbət nəticələnən hamiləlik testi, yorğunluq, mədə bulanması,
və s. Emosional vəziyyətdə isə çox vaxt çox böyük
dəyişikliklər olmaya bilər. Amma, yenə də bu vəziyyətini
diqqətlə müşahidə edən analığa namizəd hormonal dəyişikliklər
səbəbi ilə meydana çıxan tez-tez dəyişən əhval-ruhiyyəsini
nəzərindən qaçırmır.
Hamiləlikdə vacib rol oynayan başlıca iki hormon
estrogen və progesterondur. Qadının əhval-ruhiyyəsi bu
hormonlarla əlaqədar olaraq böyük sevinc və qəmginlik halları
arasında dəyişə bilər. Çox cüzi bir səbəb onu ağlamağa vadar
edərkən, birdən-birə səbəbini dərk edə bilmədiyi sevinc,
xoşbəxtlik də hiss eməsi mümkündür. Bu vəziyyət onun üçün
olduğu qədər hamilə qadının həyat yoldaşı üçün də çətin və
qarışıq bir haldır. Bütün bunları yaşayan atalığa namizəd həll
yolu tapmağın mümkün olmadığını bildiyi üçün çox vaxt bu
vəziyyəti ,,görməmək” yolunu seçir. Halbuki, müxtəlif
44
44
zamanlarda davamlı olaraq ünsiyyət və sevgiyə ehtiyac duyan
analığa namizəd özünü emosional baxımdan boşluqda hiss edə
bilər. Bu vəziyyətin hamiləlik dövrü üçün normal olduğunu
bilən ər-arvad isə hazırlıqlı olmağın rahatlığı ilə bu dövrü daha
rahat və daha problemsiz keçirirlər.
Hamiləlik planlı formada həyata keçirilmiş və ər-arvad
uzun vaxtdır ki, bu anı gözləmiş ola bilər. Amma, bu o demək
deyil ki, ana bu dövrdə heç bir narahatlıq yaşamayacaq. Bu
narahatlıqların
əvvəlində analığa namizədin hər şeyə
baxmayaraq əlverişli vaxtın olub-olmadığına (uşağın doğulması
üçün doğru zaman olub-olmadığına) dair qərarsızlıq durur.
Xüsusilə işləyən və yaxşı iş həyatı olan qadınlar hamiləlik və
uşaqla
birgə
bu
sahədəki
hədəflərini
həyata
keçirə
bilməyəcəklərindən çox qorxurlar. Təbii ki, hər şeyin normal
şəkildə gedib-getməyəcəyinə dair narahatlıqlar da hamiləlik
dövründə dövründə daha tez-tez yaşanan hisslərdir.
Uşağın ilk ürək döyüntülərini -təxminən onikinci həftəyə
qədər- duyana qədər bu vəziyyətin gerçəkliyini tam olaraq
qavraya bilməyən ana bundan sonra həqiqətən də bətnində bir
uşaq olduğuna inanır və narahatlıqları daha intensiv şəkildə hiss
etməyə başlayır.
İ
kinci üç ay: İlk üç ayın stress və narahatlığından sonra
hamilə qadınlar ikinci üç ayda daha sakit əhval-ruhiyyəli
olurlar, lakin hələ də onları gözləyən bir sıra problemlərlə
qarşılaşırlar.
Uşağı itirmək qorxusu hələ də davam edir, ikinci üç ayda
bununla bərabər birinci üç aydakı fiziki narahatlıqlar artıq
azalmış vəziyyətdə olur. İkinci üç ayda ən çox gözə çarpan
hadisə fetal irəliləmə zamanı baş verir. İlk dəfə hamilə olan
qadınların hamiləlik müddəti ümumi olaraq, təxminən 20 həftə
müddətində müəyyənləşir. Əgər ana ikinci və ya daha sonrakı
uşağa hamilədirsə, bu, nisbətən tez müddətdə gerçəkləşə bilər.
Psixoloji olaraq ola bilər ki, hamilə qadınlar bu hamiləlik
müddətində yoldaşlarından az asılılıqlarını daha çox artmış
45
45
hesab etsinlər.Hamilə qadınların ehtiyacları həmişəkindən daha
çox olur, onların həyat yoldaşlarının bu vəziyyətinə
uyğunlaşması,onunla maraqlanması və hamiləlik ərzində baş
verən dəyişikliklər zamanı onu qorumağa müvəffəq olub-
olmaması barədə narahatlıq keçirirlər.
İlk üç ayda ürək bulanması və sinə həssaslığının azalması
da daxil olmaqla, bu dəyişikliklər, hamilə qadınlarda öz həyat
yoldaşı ilə cinsi əlaqədə olmaq arzusunu artırır. Ola bilsin ki,
hamilə qadınlar həyat yoldaşının onları yenə də cazibədar hesab
edib-etməməsilə maraqlanırlar. Hamilə qadınlarla həyat
yoldaşlarının bu barədə söhbət aparması analığa namizədin bəzi
qorxu və yanlış anlamaları aradan qaldırmağa kömək edər.
İkinci üç ayın ən vacib xüsusiyyəti artıq uşağın hiss edilə
bilən olmasıdır. Övladının hərəkətlərini hiss etmək ana üçün
əvəzedilməz bir təcrübədir. Artıq uşağını həqiqi bir insan
olaraq qəbul edər və həyacanı daha da artar.
Bəzi qadınlar bu həyəcanla birgə özlərini çox enerjili və
xoşbəxt hiss edirlər. Əksər qadınlar hamiləlik geyimlərini
geyinməyə bu dövrdə başlayırlar. Hamiləlik, doğum və
uşaqlarla daha çox maraqlanma, bu mövzuyla bağlı kitablar
alma yenə də bu dövrdə yaşanır (5).
Son üç ay: Hamiləliyin son üç ayında olan ana artıq
övladına qovuşmaq üçün daha çox can atır, səbirsizliklə bu anı
gözləyir.Təbii ki, hamiləliyi ilə bağlı ona daha həssas
davranılması, ətrafdakıların ona diqqətlə yanaşması onu
sevindirir.
Hamiləliyin son həftələrində olan ananın psixoloji
narahatlıq və qorxuları, fiziki narahatlıqlarının da çoxalması ilə
daha da artır. Rahat vəziyyət tapa bilmədiyi üçün yuxusuz
qalır. Ağırlaşan vicudu özünü çirkin görməsinə gətirib çıxara
bilər. Həmçinin həyat yoldaşının onu cazibədar və gözəl
görmədiyinə inanır. Hamiləliyin son günlərini yaşayan qadına
həyat yoldaşı tərəfindən göstəriləcək, xoş münasibət və diqqət
onun əhval-ruhiyyəsinin artmasına kömək edəcək (4).
46
46
Hamiləlik zamanı diqqət edilməsi ən vacib məsələlərdən
biri də ananın emosiyalarının uşağa təsiri məsələsidir.
İnkişafın ilkin dövrü uşağın təkcə fiziki deyil, həm də
psixi sağlamlığı qurulur. Həm də özünə və ətrafdakılara
münasibət
kimi,
emosional
və
intellektual
potensial,
çətinliklərlə rastlaşdıqda davranış stereotipi kimi şəxsiyyətin
vacib xarakteristikaları və müəyyən dərəcədə insan xarakteri
qurulur (2).
Ananın emosiyaları dölə onun psixikasına ya müsbət ya
da mənfi təsir göstərərək ötürülür. Sevinc, narahatlıq, qorxu və
gərginlik onun ürəkdöyünməsinə, maddələr mübadiləsinə təsir
edir: ana sevinəndə qan endorfin – sevinc hormonlarını,
kədərlənib və ya gərgin olanda katexolamin- stress
hormonlarını paylayır. Müvafiq təhlükə və təhlükəsizlik
duyğularını uşaq da keçirir.
Əlbəttə, balaca rüşeym bu siqnalları qeyri-şüuri olaraq
keçirir, amma bütün öz varlığı ilə ona sevinc gərginliklə, sevinc
və qorxu ilə yanaşdığının hiss edir. Tədqiqatlar göstərir ki,
uşaqda şüur işartıları hamiləliyin ikinci yarısından yaranır. III-
IV ayda qüvvətli stress sinir sistemi üçün nəticə verəcək, uşaq
beyni anasından emosiyasına daxil olan informasiyanı ötürmək
üçün kifayət qədər yetkin deyil. Emosiyalar özlərinə təkcə
duyğuları deyil, həm də bu duyğuya mənanın verilməsini də
daxil edirlər. Hamiləliyin 6-cı ayına duyğuları emosiyalara
keçirməyə qadirdir, gələcək uşağın daxili reallığı ananın
emosiyalarının təsiri altında formalaşmağa başlayır (6).
Emosiyalar təkcə subyektin psixi vəziyyəti deyil, həm də
onun
orqanizminin
hormonal
reaksiyasıdır.
Ananın
uzunmüddətli
stressləri
zamanı
onun
qanında
steroid
hormonlarının artıq sayı yaranır. Bu hormonlar plasentar
baryeri keçir və uşağın formalaşan beyninə təsir edir. Ana və
döl arasında emosional kontaktın böyüklük və xarakteri ola
bilsin ki, uşağın inkişaf edən psixikasına təsir edən ən həlledici
amillərdən biridir (7).
47
47
Summary
The psychological problems of a pregnancy period
reflected in this article. Also, a woman’s adaptation to the new
condition, the problems such as anxiety and expectations that
emerges in a pregnancy period were researched. During a
desirable pregnancy a woman feels happy and delighted. In
addition to all of these,a woman’s relationship with her family,
work condition, anxiety and stresses that pregnancy causes
affect the going of the process.
Dostları ilə paylaş: |