Азярбайъан республикасынын тящсил назирлийи бакы дювлят университети



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix04.01.2017
ölçüsü0,66 Mb.
#4443
  1   2   3   4   5   6   7   8   9   ...   13

АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫНЫН ТЯЩСИЛ 

НАЗИРЛИЙИ 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

СОСИАЛ ЕЛМЛЯР ВЯ ПСИХОЛОЭИЙА 

ФАКЦЛТЯСИ 

 

 

 

Бакы Дювлят Университетинин 

90 иллийиня щяср олунур 

 

 

 

 

 

 

 

 

XXI əsr – mülahizələr və 

düşüncələr 

 

ЭЯНЪ ТЯДГИГАТЧЫЛАРЫН ЕЛМИ-ПРАКТИК 

КОНФРАНСЫНЫН 

материаллары 

 

 

 

 

 

                     Bakı - 2009 

 

 

2



2

 

 

                   ПСИХОЛОЭИЙА ВЯ ПЕДАГОЭИКА 

 

Deviant davranışın xüsusiyyətləri 



və tədqiqi istiqamətləri 

                                                       Namazova  Aida ,magistrant 

 

        Бяшяриййятин  щям  цмуммилли,  щям  дя  планетар 

мигйасда  мин  илляр  бойу  горудуьу,  сахладыьы  яхлаги, 

мядяни  дяйярляр,  мейилляр,  адят-яняняляр  ъямиййятдя  чох 

мцщцм ящямиййят кясб едир. Тарихян щяйатымызда щяр кяс 

тяряфиндян  гябул  едилян  давраныш  гайдалары  вя  нормалары 

мювъуд олмушдур. Лакин еля инсанлар вардыр ки, онлар тез-

тез    узун  мцддят  ярзиндя  формалашыб,  щякк  олунмуш 

щярякят  вя  давраныш  системини  позараг,  ондан  узаглашыр. 

Саьлам психика,мядяниййят, яхлаг, щцгуг нормалары кими 

тясниф etdiyimiz bu  normaların   pozulmalarına  əsaslanan  

davranış  deviant  davranış  adlanır. 

     Şəxsiyyətin  deviant  davranışı  haqqında  müasir  biliklər 

bizə  şəxsiyyətin  mürəkkəb  sosial  davranış  forması  ilə 

məşğul  olmağımızı  çatdırır.  Təəssüf  ki,  deviant  davranışın 

vahid  nəzəriyyəsi  mövcud  deyil.  Bu  amil  haqqında  geniş 

biliklər  digər  elm  sahələrində  də  geniş  mövcuddur:  tibbdə, 

biologiyada,  psixologiyada,  sosialogiyada  və  hüquq 

elmində.  Bir  sıra  elm  sahələrində  isə  deviant  davranış 

öyrənən xüsusi bölmələr ayrılmışdır. 

           Девиант  давраныш  психи  феноменляр  арасында 

юзцнямяхсус  мювгейя  маликдир.  Девиант  давраныш 

шяхсиййятин  сосиал-психоложи  статусуну  «сосиализасийа 

дезадаптасийа-изолйасийа»  нюгтейи  нязяринdян  ифадə  едир. 

Мялумdур  кi,  ядябиййатда  девиант  давраныш  анлайышы 

«нормадан йайынан анлайышы» иля синоним кими ишлядилир.  

     Девиант  давраныш  ъямиййятдя  рясми  ъящятдян  мювъуд 

олан  вя  формалашан  нормалара  уйьун  олмайан  инсанын 


 

 

3



3

давраныш  формасыдыр.  Бу  анлайышын  изащы  мцяййян 

яламятлярин  цзя  чыхмасына  шяраит  йарадыр.  Мягсядйюнлц 

олараг  шяхсиййятин  девиант  давранышынын  еля  юзцнямяхсус 

xüsusiyyətlərini  айырмаг  лазымдыр  ки,  онлар  бу  феномени 



диэярляриндян  фяргляндирмяйя  имкан  верир.  Девиант 

давранышын ясас хцсусиййяти ондан ибарятдир ки, о мцхтялиф 

сосиал  дезадоптасийа  вязиййятляри  иля  мцшайият  олунур.  Бу 

давраныш формасы мцтляг шякилдя инсаны хястялийя вя юлüмя 

эятириб  чыхартмыр,  анъаг  ганунауйьун  олараг,  сосиал 

дезадаптасийа вязиййятини мейдана чыхарыр вя эцъляндирир. 

Дезатапдасийа  вязиййяти  юз  нювбясиндя  мцстягил  шякилдя 

девиант давранышын сябяби ола биляр. 

     Deviant 

davranışı 

sərtəndirən 

aşağıdakı 

amilləri 

fərqləndirmək mümkündür: 

     1)  Sosial  amillər:  Evdə  və  məktəbdən  kənar  şəraitdə 

uşağa  həmyaşıdlar  quruplarının  (qeyri  –  formal  ),  küçənin, 

sosimun göstərdiyi xoşagəlməz təsirlər sistemi. 

     2)  Pedаqoji    psixoloji    amillər:  U.aqların  ailə 

tərbiyəsində  yol  verilən  qüsurlar  və  səhvlər,  təlim-tərbiyə  

müəssisələrində  uşaq  yeniyetmə,  və  gənclərin  tərbiyəsində 

meydana gələn boşluqlar  bu qəbildəndir. 



          3)  Fərdi  psixoloji  faktorlar:    Cəmiyyətəzidd  və  qeyri-

sosial  davranışa  təkan                  verən  ilkin  təbii  psixoloji 

göstəricilər,  əxsi    sərvət  meyilləri    davranışın  özünütənzim 

mexanizmləri,  fərdin  sosial  normalara  neqativ  münasibətini 

inkişaf etdirən psixoloji xüsusiyyətlər 

             Hüquqazidd davranışın tədqiqi  maraq doğuran  və çox 

istiqamətli    bir  sahədir  .    Qeyd  olunan  davranışı  izah  edən  

aşağıdakı  nəzəriyyələr  diqqəti    cəlb  edir.Bu  nəzəriyyələr 

hüquqazidd  davranışının  bəzi  psixoloji    mexanizimləri 

,müxtəlif  formaları və .s xüsusiyyətlərini daha geniş şərh edir. 



         Deviant  davranış  haqqında  müxtəlif  konsepsiyalar 

arasında  banisi  Z.  Freyd  olan  psixoanalitik  meylli  tədqiqatlar 

xüsusi yer tutur. Psixoanalizdə pozuntuların əsas mənbəyi  “O” 

–  nun  strukturunu  təşkil  edən  şüursuz  meyllərlə  “Mən”  və 

 

 

4



4

“Fövqəl  –  Mən”  –  dən  çıxış  edən  məhdudiyyətlər  arasındakı 

daimi  konflikt  hesab  olunur.  Şəxsiyyətin  normal  inkişafı  şüur 

və  şüursuzluq  sahələrini  balanslaşdıran  optimal  müdafiə 

mexanizmlərinin  yaranmasını  nəzərdə  tutur.  Freyd  həm  də 

təklif etmişdir ki, libido istənilən yaradıcılıq fəaliyyətində çıxış 

axtarır;  insan  özünütəsdiqetmə  və  azadlığa  can  atır.  Lakin 

azadlıq mədəniyyətin inkişafıyla birgə məhdudlaşır. Libidonun 

sıxışdırılıb 

çıxarılması, 

boğulması 

seksual 


enerjinin 

sublimasiyasına,  davranışın  sadizm  və  cinayətə  qədər 

dəyişməsinə gətirib çıxarır. 

               Neofreydistlər  deviant  davranışın  təbiətini  digər 

davranış  pozuntularıyla  –  nevrozlar,  psixasteniyalar,  seksual 

pozuntular, 

sayıqlama 

halları, 

şəxsiyyətin 

sosial 


dezadaptasiyasının  müxtəlif  formalarıyla  –  yanaşı  olaraq 

nəzərdən  keçirirlər.  Xüsusi  diqqət  psixoanalitik  işlərdə 

zorakılıq  cinayətinin  ilk  səbəbi  hesab  olunan  aqressivliyin 

təbiətinə  verilir.  Anadangəlmə  dərk  olunmayan  meyllər 

aqressiv  enerjini  oyadır:  Freyddə  bu  libidodur;  Adlerdə 

hakimiyyətə,  digərləri  üzərində  üstünlüyə  meyl;  E.  Frommda 

ölümə,  əzab  çəkməyə  mazoxistik  meyl;  V.  Şutsda  yaxın  ətraf 

tərəfdən  bəyənilmə  və  tərəfdaş  olmadır.  Lakin  sonrakı 

tədqiqatlar  göstərdi  ki,  deviant  davranışın  mahiyyətini  yalnız 

psixoloji amillərin təhlili əsasında aydınlaşdırmaq olmaz. 

              Biheviorizm  və  neobiheviorizmin  nümayəndələri  B. 

Skinner,  E.  Torndayk,  D.  Uotson  sübut  edirlər  ki,  ətraf  mühit 

insanın  davranışını  tamamilə  təyin  edir:  öyrənmə  vasitəsilə 

insan  təcrübə  əldə  edir,  davranışın  nəticəsi  onun  təkrarlanma 

ehtimalını  müəyyən  edir.  Buna  müvafiq  olaraq,  xarici 

möhkəmlənmələr həm lider, həm də deviant davranışlı insanın 

davranışının 

şəklini 


dəyişir. 

Lakin 


həyat 

tərzinin 

proqramlaşdırılması  haqqında  elm  iflasa  uğradı.  Belə  ki,  o, 

şəxsiyyətin özünüdərki və özünüinkişafıyla konfliktə girmişdir. 

            Humanistik  yanaşma  davranışdakı  pozuntuları  uşağın 

öz  hissləriylə  uyğunluğu  itirməsinin  nəticəsi  kimi  nəzərdən 



 

 

5



5

keçirir və mövcud tərbiyə şəraitində özünütəsdiqləmə və məna 

tapmağın  mümkün  olmamasıyla  əlaqələndirilir.  Bu  yanaşma 

belə  hesab  edir  ki,  aqressiya  sosiallaşma  prosesinin  təhrif 

olunmasının, xüsusən də, valideynlərin cəzalardan sui – istifadə 

etməsinin, uşaqlara qarşı qəddar münasibətin nəticəsidir. 

        Nəzərdən  keçirdiyimiz deviant davranış amili daha geniş  

və  maraqlıdır. 

 

 

Yeniyetmələrdə asosial davranış problemi 



Ялийева Сара, магистрант  

 

        İstənilən  sosial  cəmiyyətdə  bu  cəmiyyətə  məxsus  olan 

sosial  normalar  mövcuddur,  yəni  hər  bir  cəmiyyətin 

özünəməxsus  yaşayış  qaydaları  vardır.  Bu  qaydalara  riayət 

edilməməsi  va  yaxud  onların  pozulması  sosial  pozuntu  və  ya 

asosial davranış adlanır. Bu problem hal-hazırda da mövcuddur 

və  aktualdır.  Asosial  davranış  istənilən  sosial  cəmiyyətin  ən 

vacib problemlərindən biri hesab olunur. İnsan cəmiyyətində o 

həmişə mövcud olmuş,var və olacaqdır. Və nə qədər biz onunla 

mübarizə  aparsaq  da,  onu  aradan  qaldırmağa  çalışsaq  da, 

yaşadığı  cəmiyyətdə  qəbul  olunmuş  qaydalara  uyğun  olaraq 

yaşamaq istəməyən insanlar həmişə olacaqdır.  

        Lakin  müxtəlif  sosial  cəmiyyətlər  bir-birindən  sosial 

pozuntu  dərəcəsinə  görə  fərqlənirlər.  Məsələn,  müxtəlif 

cəmiyyətlərdə asosial davranış anlayışı müxtəlif mənaya malik 

ola  bilər,sosial  normalar  fərqli  ola  bilər.  Sosial  normalar  öz 

əksini qanunlarda, adət və ənənələrdə və s. tapır.  

        Yeniyetmələrdə  asosial  davranış  problemi  son  dövrlərdə 

tədqiqatçıların  diqqət  mərkəzində  olmuşdur.  Belə  ki,  istər 

güzəran 


psixologiyasında, 

istərsə 


də 

elmi-psixoloji 

araşdırmalarda həmin problemin müxtəlif cəhətləri barədə ayrı-

ayrı  fikir  və  mülahizələr  olsa  da,  onlar  heç  də  müasir  dövrdə 

problemin  mahiyyətini  tamamilə  açmağa  imkan  vermir.  Çünki 

 

 



6

6

insanlarda,  xüsusən  də  yeniyetmələrdə  asosial  davranışın 



təzahürləri  müxtəlif  tarixi  şəraitlərdə  eyni  şəkildə,  eyni 

intensivlikdə, eyni çalarlarda özünü biruzə vermir. Ona görə də 

bu  və  ya  digər  yaş  dövrlərində  asosial  davranışı  şərtləndirən 

başlıca  amillər  və  onun  təzahürləri  bir-birindən  fərqlənir.  Bu, 

bir  sıra  mühüm  daxili  və  xarici  amillər  sisteminin  tasirindən 

asılı  olur.  Həmin  amillər  içərisində  sosial-iqtisadi,  psixoloji, 

etnik-psixolji, fərdi-psixoloji amillər, eləcə də şəxsiyyətlərarası 

münasibətlər  amili  və  s.  mühüm  yer  tutur.  Asosial  davranışa 

təsir  edən  həmin  mühüm  amillər  kompleksini  nəzərdən 

keçirərkən  maddi-iqtisadi  və  ictimai-tarixi  şərait  amili  ilə 

yanaşı  fərdin  yaş  xüsusiyyətləri  amili  də  ön  plana  keçir.  Eləcə 

də  həmin  amillərlə  yanaşı  respublikamızın  ərazisinin  20 

faizindən çoxunun zəbt edilməsi, bir milyondan  çox qaçqın və 

köçkünlərin  yaşayışı bir  çox  yeniyetmələrdə asosial davranışın 

məzmun və istiqaməti ilə yanaşı onun intensivlik dərəcəsinə də 

ciddi təsir gostərmişdir. 

        Son  illərdə  yeniyetmələrdə  davranış  pozuntuları  son 

dərəcə  aktual  problemə  çevrilmişdir.  Onların  bəzi  patoloji  hal 

alan  formaları,  bizim  dövrdə  müşahidə  olunan  sürətli  fiziki 

inkişaf və cinsi  yetkinliklə şərtlənir. Müasir sosial həyat  yarım 

əsr  bundan  qabaqkına  nisbətən  yeniyetmənin  sinir  sisteminə 

başqa cür təsir göstərir. 

        Qrup  normalarından,  rol  tələblərindən  kənara  çıxan 

davranış  onun  yaranma  səbəbləri  nöqteyi  –  nəzərindən  də 

böyük  maraq  doğurur.  Asosial  davranışın  öyrənilmə  tarixi  bu 

səbəblərin  aydınlaşdırılması  cəhətdən  tamamilə  fərqli    və 

müxtəlif  tendensiyalarla  zəngindir.  Bir  qrup  tədqiqatçılar 

ekzogen  amillərin  vacibliyini,  digərləri  isə,  əksinə  endogen 

amillərin üstünlüyünü qeyd edirdilər. Bununla bağlı demək olar 

ki,  yüz  il  davam  edən  mübahisələr  belə  bir  fikrə  gətirib 

çıxarmışlar  ki,  bir  qayda  olaraq,  şəxsiyyətin  davranışı  həm 

endogen, həm də ekzogen amillərin ahəngi ilə şərtlənmişdir. 

 


 

 

7



7

 

 Yeniyetməlik dövründə xarakterin aksentuasiyası 



Ялийева Сара, магистрант 

 

          Müxtəlif  sosial,  siyasi,  iqtisadi  amillər  cəmiyyətdə 

müəyyən  kütləvi  psixoloji  qeyri  –  stabil  vəziyyətə  gətirib 

çıxarır, sosial gərginlik yaradır. Bununla da stressli situasiyaları 

daha  da  artırır.  Bu  isə  insanlarda  müəyyən  xarakter 

əlamətlərinin  kəskinləşməsi  ilə  nəticələnir.  Yeniyetməlik  yaş 

dövrü bu cür stressli situasuyalarda daha tez təsir altına düşən, 

daha  zəif  olur.  Bu  dövrü  müəlliflərin  çoxu  “ikinci  doğuluş” 

kimi  təyin  edirlər.  Həyata  daxil  olmağa  hazır  olan  şəxsiyyətin 

doğulması.  Konfliktlərin  çoxu  bu  yaş  mərhələsinə  aid  edilir. 

Yeniyetməlik  dövrü  böhranlar  dövrüdür.  Bu  yaş  dövründə 

qlobal  sayda  məsələlər  həll  olunur:  identiklik  böhranı 

(depressiya  və  suitsidal  davranışa  meyl),  nüfuz  böhranı  (edip 

kompleksi – ataya qarşı  çıxma), seksual böhran,  tənhalıq,  yeni 

sosial  normalar  qəbul  etmək  qorxusu,  hormonal  dissonans. 

Əsasında  neyroendokrin  sistemin  dəyişilməsi  duran  bu  inkaşaf 

mərhələsindəki böhran xüsusi kəskinlik və sürəklilik ilə seçilir. 

90%  yeniyetmələr  müəyyən  xarakter  aksentuasiyası  tipinə 

malikdirlər.  Məhz  ona    görə  də  yeniyetməlik  dövründə  bu  cür 

halın tədqiqi indiki dövrdə mühüm əhəmiyyət kəsb edir.  

          Bütün  psixologiya  tarixi  boyunca  dəfələrlə  xarakter 

tipologiyasının  qurulması  cəhdləri  edilmişdir.  Onlardan  ən 

erkən  və  nisbətən  məşhuru  hələ  XX  əsrin  əvvəllərində  alman 

psixiatrı  və  psixoloqu  E.  Kreçmer  və  V.  M.  Bexterev  tərəfdən 

təklif  olunmuş  tipologiyadır.  Bir  qədər  sonra  psixoloqlar  P.  B. 

Qannuşkin,  M.  Framer,  O.  V.  Kerbikov,  U.  Şeldon,  daha 

sonralar  isə  E.  Fromm,  K.  Leonqard,  Q.  K.  Uşakov,  A.  Y. 

Liçko analoji cəhdlər etmişlər. 

          Xarakterin  formalaşması  mərhələsində  onun  tipoloji 

xüsusiyyətləri  hələ  həyat  təcrübəsi  ilə  səlişləşdirilməmiş  və 

yatırılmamış    vəziyyətdə  o  qədər  aydın  şəkildə  meydana  çıxır 

 

 



8

8

ki,  bəzən  psixopatiyanı,  yəni,  xarakter  anomaliyalarını 



xatırladır.  Yaşa  dolduqca  aksentuasiya  əlamətləri  adətən 

yumşalır. 

Bu 

bizə 


“keçici 

yeniyetməlik 

xarakterinin 

aksentuasiyası” barədə danışmağa imkan verir. 

           Xarakterin aksentuasiya tipləri psixopatiyaların tipləri ilə 

olduqca  oxşardır  və  qismən  üst  –  üstə  düşürlər.  Xarakterin 

aksentuasiyası dedikdə, onun ayrı-ayrı əlamətlərinin həddindən 

artıq  güclənməsi  nəticəsində  daha  kəskin  surətdə  nəzərə 

çarpması başa düşülür. Psixiatrik müşahidələr göstərir ki, onun 

əsas  tipləri  yeniyetməlik  yaşında  formalaşır.  Xarakterin 

aksentuasiyası isə yeniyetmələrin asosial davranışına çox ciddi 

təsir  göstərir.  Məhz  buna  görə  də  müasir  dövrdə  xarakterin 

aksentuasiyasının  yeniyetmələrin  asosial  davranışına  təsiri 

məsələsinin  araşdırılması xüsusi aktuallıq kəsb edir.  

          Hələ  aksentuasiyanın  tədqiqinin  ilk  dövrlərində  onlarla 

xarakterin patoloji anomaliyaları arasında sərhəddin qoyulması 

problemi  meydana  çıxmışdır.  V.  M.  Bexterev  (1886) 

“psixopatiya ilə normal vəziyyət arasındakı keçici halları” qeyd 

edirdi.  P.  B.  Qannuşkin  (1933)  bu  cür  halları  “latent 

psixopatiya”,  M.  Tramer  (1949),  O.  V.  Kerbikov  (1961) 

“psixopatiyadan  əvvvəlki”,  Q.  K.  Uşakov  (1973)  “normal 

xarakterin kənar variantları” adlandırırdılar. Bir çəx digər adlar 

da təklif olunmuşdur. Lakin alman psixoloq və psixiatrı, Berlin 

universitetinin 

nevroloji 

klinikasının 

professoru 

Karl 


Leonqardın  termini  –  “xarekterin  aksentuasiyası”  daha  geniş 

yayılmışdır. Xarekter şəxsiyyətin bazisi hesab olunur, o, əsasən 

yeniyetməlik  dövründə,  şəxsiyyət  isə  bir  tam  kimi  artıq  yaşa 

dolduqca  formalaşır.  Ona  görə  də  yeniyetməlik  dövrü  üçün 

“xarakterin aksentuasiyası” anlayışı daha dəqiq hesab olunur.  

 

 



 

 

 

 

 

9



9

İ

nkluziya, inkluziv təhsil və onun tarixi 

Nəsirova G.Ə., магистрант 

 

Məktəb  insanın  yalnız  bilik  aldığı  bir  məkan  deyil-bu 

məkanda  həmin  insan  həm  əqli,  həm  psixi,  həm  də  sosial 

baxımdan  formalaşır.  Bu  baxımdan  məktəbin  uşaqların 

həyatında  oynadığı  rol  önəmlidir.  Məktəbin  işinin  uğurluluq 

şərtlərindən biri də düzgün qurulmuş təhsil sistemidir. 

Təhsilin  məqsədi  təhsil  alanların  müəyyən  ictimai 

statusa  malik  olmağından  və  öz  sosial  əhəmiyyətini  təsdiq 

etməkdən  ibarətdir.  Amma  biliklər  əldə  etmək,  həmin  bilikləri 

təkmilləşdirmək,  öz  ictimai  əhəmiyyətini  təsdiq  etmək, 

cəmiyyətdə  müəyyən  mövqe  tutma  arzusu  heç  də  hamı  üçün 

reallığa  çevrilmir.  Belə  insanlar  arasında  sağlamlıq  imkanları 

məhdud  olan  uşaqlar  da  vardır.  Araşdırdığımız,  tədqiq 

etdiyimiz  inkluziya  bu  uşaqlar  üçün  müəyyən  imkanların 

açılmasını nəzərdə tutur.   

İnkluziya  ingilis  dilindən  tərcümədə  “daxil  olma”,  

“qoşulma”  deməkdir.  İnkluziya  sağlamlıq  imkanları  məhdud 

olan  təhsil  alanların  öz  güclərinə  inamlarını  artırmağa, 

həmçinin  onları  digər  uşaqlarla  birgə  məktəbdə  təhsil  almağa 

stimullaşdıran cəhddir. İnkluziya yalnız xüsusi qayğıya ehtiyacı 

olan  uşaqların  cəhdlərini  həyata  keçirməyə  kömək  etmir.  Belə 

uşaqlar sırasına həmçinin müxtəlif mədəniyyətlərə malik, həyat 

tərzlərinə  görə  bir-birindən  fərqlənən,  başqa  dillərdən  olan, 

təhsilə  müxtəlif  maraqları  və  imkanları  olan  uşaqları  da  aid 

etmək 

olar. 


Belə 

uşaqlara 

informasiyanın 

ötürülməsi 

üsullarında müxtəlif modifikasiya və variantlar lazımdır. 

İnkluziv  yanaşma  uşaqların  müxtəlif  təhsil  tələbatlarını 

başa  düşməyi  və  təhsil  prosesində  tam  iştirakla,  ictimaiyyətin 

cəlb 


edilməsi 

vasitəsilə 

təhsildə 

seqreqasiyanın 

və 

diskriminasiyanın aradan qaldırılması ilə bu tələbatlara müvafiq 



xidmətlərin  verilməsini  tələb  edir.  İnkluziv  təhsil  bütün  təhsil 

alanlara  böyük  həcmdə  məktəbəqədər  və  məktəb  həyatında 

 

 

10 



10 

uşaq baxçası, maktəb və universitet kollektivində iştirak etməyə 

imkan  verir.Bu  təhsil  sistemi  təhsil  alanların  bərabər 

hüquqluluğunu, 

kollektivin 

bütün 


işlərində 

iştirakını 

stimullaşdırmağa  yönəldilmiş  resurslara  malik  olub,  təhsil 

alanlara  ünsiyyət  üçün  lazım  olan  qabiliyyətlərin  inkişafına 

yönəldilmişdir.  

İnkluziya  və  inteqrasiya  anlayışları  arasındakı  fərqə 

baxaq.  “Bu  anlayışlar  eynidirlərmi?”  sualına  cavab  kəskin 

olaraq 


“Yox”-dur. 

İnteqrasiya 

şagirdlərin 

məktəbin 

xüsusiyyətlərinə  uyğunlaşdırılması  prosesidir.  İnkluziyada  isə 

məktəb  şagirdlərə,  onların  təhsil  ehtiyaclarına  uyğun  şəkildə 

dəstək vermək üçün tədris istiqamətini qurur. 

Məhdud  imkanları  olan  uşaqların  təlim  və  təhsil 

prosesinin tarixi dövrünü üç mərhələyə ayırmaq olar: 

I.

 



XX əsrin əvvəlləri və 60-cı illərin ortaları-“tibbi 

model” → seqreqasiya. 

II.

 

XX əsrin 60-cı illərinin ortalarından 80-ci illərin 



ortalarına 

qədər-“normallaşdırma 

modeli” 

→inteqrasiya 

III.

 

XX  əsrin  80-ci  illərinin  ortalarından  hazırki 



dövrə qədər-  “sosial model”       → qoşulma 

İctimai  həyatın  humanistləşməyə  meyl  cəhdi  dünya 

müharibələrindən  sonra  vəhşiliyə  və  dəhşətə  cavab  kimi 

başlamışdır.  Bəşəriyyət  bütün  dünyaya  təsir  edəcək  bir  üsul 

axtarırdı və bu üsullardan birincisi BMT-nin  yaradılması oldu. 

BMT-nin  bu  istiqamətdə  olan  bir  neçə  hüquqi  aktlarını 

sadalayaq:  “İnsan  hüquqlarının  ümumi  bəyannaməsi”  (1948), 

“Uşaq hüquqları bəyannaməsi” (1959), “Uşaq hüquqları barədə 

konvensiya”  (1989),  “Uşaqların  hüquq  və  müdafiəsinin  təmin 

edilməsinin  ümumdünya  bəyannaməsi”  (1990),  “Əlilliyi  olan 

insanlar  üçün  bərabər  imkanların  yaradılmasına  dair  standart 

qaydalar”  (1993)  və  nəhayət  1994-cü  ildə  Salamankada 

inkluziv təhsilin inkişafı üçün qəbul edilmiş bəyannamə. 


 

 

11



11 

Nəzəriyyədə və praktikada real dəyişikliklər 1960-cı ilin 

ortalarında  psixiatrik  xəstəxanaları  himayəyə  alan  dövlət 

müəssisələrinin  ləğv  edilməsilə  başladı.  Bu  müəssisələrin 

sakinlərinin  dünyadan  təcrid  edilmələri,  inkişafı  stimullaşdıran 

şərtlərin  olmamasında,  sevginin,  qayğının  olmaması,  çox  vaxt 

qəddar  rəftarın  mövcudluğunda,  insan  hüquqlarının  kobud 

surətdə  pozulmasında  sübut  olunurdu.  Aydın  oldu  ki,  bağlı 

şəraitdəinsanın qabiliyyətləri ölgünləşir,ünsiyyət dairəsi daralır, 

özünüqiymətləndirməsi  aşağı  düşür,  tam  dəyərli  həyata  olan 

yollar  həmişəlik  bağlanır.  Məhz  bu  vaxtlarda  tibbi  modelin 

qanunauyğunluğunda  şübhələr  yaranmağabaşladı.  Bu  modelə 

əsasən  məhdud  imkanları  olaninsanlara  uzunmüddətli  müalicə 

tələb  olunurdu  və  bunun  üçün  ən  yaxşı  yer  xüsusi  müəssisələr 

idi.  Yaranmış  vəziyyətə  cavab  kimi  bir  çox  ölkələrdə  ilk 

növbədə  ABŞ,  Böyük  Britaniya,  İsveç  və  İtaliyada  bütün 

sistemi dəyişmək və bu sistemi daha da insansevər etmək üçün 

çağırış səsləri yayıldı. Nəticədə qərbdə yetim evləri demək olar 

ki, yoxdur. Belə ki, İngiltərədə inkişafında yayınma ilə doğulan 

uşağa  malik  90%-dən  çox  ailələr  onları  evdə  tərbiyə  edirlər. 

Digər  uşaqları  isə  ya  övladlığa  götürür  ya  da  hami  ailələrə 

verirlər.  Böyüklər  üçün  bir  çox  ölkələrdə  artıq  ləğv  olunub  və 

ya  ləğv  olunmaq  üzrədir.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf 

pozuntuları  olan  uşaqların  imkanlarının  anlaşılması  və  onların 

dəstəklənməsi üçün yeni sistemin təşkilinə XX əsrin ortalarında 

keçirilən  elmi  tədqiqatlar  böyük  təsir  etmişdir.  Bağlılıq  və 

xüsusi  pedoqogika  sahəsində  olan  bu  tədqiqatlar  intellekt 

pozuntusu  olan  uşaqların  potensial  imkanlarının  aşkarlanması 

və  bütün  uşaqların  potensial  imkanlarının  aşkarlanması  və 

bütün uşaqların öyrənə bilməyə qadir olması faktının qəbulu ilə 

bağlıdır.  

Ötən əsrin 70-ci illlərində Skandinaviyada tibbi modelin 

əsasında duran təsəvvürlərin alternativi kimi “normallaşdırma” 

anlayışı  meydana  çıxdı.  Bu  anlayış  ABŞ  və  Kanadada  qəbul 

 

 

12 



12 

edilmiş  və  inkişaf  etmişdir.  Normallşdırma  modeli  aşağıdakı 

hallara gətirib çıxarırdı: 

 

münasibətini  dəyişmək  üçün  cəmiyyətə  təzyiq 



göstərmək 

 

təhsil  almaq  və  öz  gücünü  səfərbər  etmək  üçün 



uşağa təzyiq göstərmək 

Tədricən  bu  konsepsiya  da  şübhə  doğurmağa  başladı. 

Bu  konsepsiya  uşağın  məktəb  və  cəmiyyət  tərəfindən  qəbul 

edilməyə  hazırlığını  güman  edirdi.  Amma  cəmiyyət  tez  bir 

zamanda  dəyişə  bilməzdi.  Belə  bir  şəraitdə  isə  inteqrasiyanın 

sosial deyil, fiziki tərkibindən söhbət gedə bilərdi. 

Hazırki dövrdə məhdud imkanları olan insanlara dəstək 

xidmətinin  inkişafı  ideoloji  olaraq  “sosial  model”-lə  müəyyən 

olunur. Bu modelə əsasən insan ailənin həyatında iştirak etmək, 

məktəbdə  oxumaq,  işləmək  üçün  hazır  olmağa  borclu  deyil. 

Diqqət  daha  çox  mühitin  onun  imkanlarına  adaptasiya 

olunmasına, onun qabiliyyətlərinin inkişafı üçün sosial əlaqələr 

sisteminin  yaranmasına  ayrılır.  “Qoşulma”  anlayışı  bu  modelə 

keçidlə bağlıdır. İnteqrasiyadan fərqli olaraq “qoşulma” hər bir 

qrupun  qismən  muxtariyyətinin  saxlanılmasını  nəzərdə  tutur. 

Bu ideologiyaya görə ənənəvi dominantlıq edən qrup üçün xoş 

olan  təsəvvürlər  və  davranış  tərzi  düşüncələrdə  və  adətlərdə 

pluralizmə yol verə bilən obrazda şəklini dəyişməlidir. 

Beləliklə  ingilis  dilli  ölkələrdə  “qoşulma”  termini 

inteqrasiya  termininini  əvəz  etməyə  başladı.  İngilis  dilində 

“include”  “daxil  etmək”,  “tərkibində  olmaq”,  “ehtiva  etmək” 

deməkdir. “İnclusion” sözü yalnız təhsilə deyil, həm də insanın 

cəmiyyətdəki yerinə yeni baxışı ifadə edən termin kimi təqdim 

olunur.  

İnkluziv  təhsilin  təcrübəsinin  əsasında  hər  bir  təhsil 

alanın  fəaliyyətinin  qəbul  edilməsi  durur.  Bu  səbəbdən  təhsil 

hər  bir  uşağın  özünəməxsus  təlabatlarını  təmin  edə  bilmək 

şəklində təşkil edilməlidir. 



 

 

13



13 

Maraqlıdır  ki,  inkluziya  istiqamətində  ən  qəti  və  tez 

dəyişikliklər  dünyanın  kasıb  ölkələrində  müşahidə  olunur. 

Uqanda  və  ərəb  ölkələrində  məhdud  imkanları  olan  uşaqların 

inteqrasiyası  ilə  bərabər  qızların  da  ümumtəhsil  məktəblərinə 

inteqrasiya  halları  baş  verir.  Bu  dinamika  YUNESKO-nun 

proqramının  adı  çəkilən  ölkələrdə  effektiv  fəaliyyəti  ilə 

əlaqədardır.  

Müasir  tədqiqatçılar  qeyd  edirlər  ki,  bu  istiqamətdə 

mükəmməl  qanunvericiliyə  malik  ölkələr  sırasına  Kanadanı, 

Kipr,  İsveç,  Norveç,  İspaniya,  ABŞ  və  Böyük  Britaniya  kimi 

ölkələri  aid  etmək  olar.  Amma  mükəmməl  qanunvericiliyin 

olması  heç  də  bu  təhsilin  dəstəklənməsi  və  işləməsi  demək 

deyil.  Təcrübə  göstərir  ki,  yalnız  mükəmməl  qanunvericiliyin 

mövcudluğu  kifayət  etmir.  Məsələn,  Almaniya  mükəmməl 

qanunvericilik  bazasına  malikdir  amma  əksər  intellektual 

pozuntulu uşaqlar xüsusi məktəblərdə oxuyurlar. 

İnkluziv  təhsilin  inkişaf  səviyyəsinə  valideynlərin 

aktivliyi  təsir  edir.  Belə  ki  Niderlandda  Daun  sindromlu 

uşaqların  valideynlərinin  dövlətin  təhsil  siyasətinə  ciddi 

etirazları  olmuşdur.  Və  hazırki  dövrdə  onlar  məhz  onlar 

övladlarının ümumtəhsil məktəblərinin ibtidai siniflərinə qəbul 

olmasına nail olmuşlar.  

Cəmiyyətdə  mövcud  maneələrin  ləğv  edilməsi  üçün 

hamıya  bərbər  imkanlar  təmin  edilməlidir.  Diskriminasiyadan 

qaçmaq üçün bu prosesi ailədən və təhsil sistemindən başlamaq 

lazımdır. 

Ədəbiyyat: 

1.

 

Təhsilin əsasları.-Təhsil Nazirliyi, 2008 



2.

 

А.Н.  Конотлева,  Т.Л.  Лещинская-  Интегрированное 



обучение  детей  с  особенностями  психофизическое 

развития. Минск, 2003 

3.

 

Инклюзивное образование. http//www.fpgp.ru 



4.

 

Включающее  образование.  История  и  международ-



ный опыт (статья Наталъей Грозной)   

 

 



14 

14 


5.

 

Richard Rieser of Disability Equality in Education (пе-



ревод Вячеслава Котова, РООИ “Перспектива”, Мо-

сква ) 


 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin