Тящсил Гануну лайищясинин мцзакирясиндя фяал иштирак едян
факцлтя коллективи эяляъяйя цмцдля бахыр: онун йцксяк елми вя
мяняви потенсиалы бунун цчцн реал зяманятдир.
Hissi idrak prosesinin formaları
Elbəy ƏLİ, magistr
Hissi idrakın əsas formaları duyğu, qavrayış və
təsəvvürdür. Hissi idrak və onun formalarında hiss orqanları
əsas rol oynayır.
Hissi idrakın əsas forması olan duyğu, varlıq və
hadisələrin xassələrini, xüsusiyyət və tərəflərini əks etdirir. Biz
gündəlik təcrübədə hər hansı varlığı öyrənərkən ona diqqətlə
baxırıq, onun dadını, iyini bilirik. Günəşin istiliyini, işığını hiss
edirik, dağları, düzləri, meşələri görürük, çayların qıjıltısını,
bulaqların şırıltısını, güllərin, çiçəklərin “pıçıltısını”, quşların
səsini eşidirik. Bunlar hiss orqanlarımıza təsir edərək bizdə
74
74
görmə, eşitmə, iy duyğuları əmələ gətirir. Məsələn, varlığın
görünən surəti, onun əks etdirdiyi və ya şüalandırdığı işığın
gözün tor qişasına düşməsi yolu ilə əmələ gəlir. Deməli görmə
duyğularının mənbəyi işıq kimi bir xarici qıcıqlandırıcıdır.
Görmə əsasında biz varlığın rəngini, hamarlığını, parlaqlığını,
formalarını, hissələrini və s. xassələrini duyuruq. Hər hansı
qidanın acı və şirinliyi, isti və soyuqluğu, dad və dadsızlığı və
s. kimi xassələri bizdə dad duyğusu əmələ gətirir. Müəyyən
səslər insanın qulağına düşdükdə səs duyğusu yaradır. Biz
varlıqların fərqli və oxşar xassələrini bilmək üçün müxtəlif
duyğuları bir-biri ilə tutuşdurub müqayisə edirik, onların
quruluşu haqqında müəyyən məlumat alırıq. Hiss orqanları
(görmə, eşitmə, dadbilmə və s.) varlığın xassələrinə uyğun ayrı-
ayrı duyğular yaratmasına baxmayaraq onlar bir-biri ilə
əlaqədardır. Əgər hər hansı hiss orqanı varlığın xassəsi
haqqında bizdə şübhə yaratdıqda biz dərhal başqa hiss üzvünə
müraciət edirik. Biz özümüzə inanmadıqda başqa adamın
gözünü və əlini şübhəni aradan qaldırmaq üçün köməyə
çağırırıq. Nəhayət, bu da müəyyən nəticə vermədikdə
eksperimentə, cihazların köməyinə əl atırıq. Beləliklə, nəticədə
həmin duyğunun obyektə, varlığa uyğun olub-olmadığını aşkar
edirik.
Duyğular formasına görə subyektiv, məzmununa görə
obyektivdir. Duyğular ona görə subyektivdir ki, onlar subyektin
(insan) hiss orqanlarının fəaliyyəti ilə əlaqədar olaraq əmələ
gəlir. Çünki, müxtəlif adamlar eyni xarici təsiri müxtəlif
səviyyədə duyur, eyni oyun havasını hərə bir cür oynayır.
Müxtəlif obyektlər müxtəlif səviyyəli duyğular yaradır.
Duyğular məzmunca obyektivdir. Onlar varlıqların,
obyektiv xassələrini əks etdirir və ona uyğun gəlir. Varlıqların
rəngini, formasını, tamını, hərə fərdi surətdə duysa və qavrasa
da bu subyektiv obrazlar varlığın obyektiv xassələrinə uyğun
gəlir.
75
75
Hissi idrakın daha yüksək forması qavrayışdır. Baş
beynin sintezləşdirici fəaliyyəti nəticəsində müxtəlif duyğular
qavrayışda birləşir. Varlığın hissi obrazı yaranır. Qavrayış ayrı-
ayrı duyğuları bütöv obraz halında əlaqələndirir və birləşdirir.
O, varlığın xarici tərəflərini, xüsusiyyətlərini ayrı-ayrılıqda
deyil, bütöv, tam və vəhdət halında əks etdirir. Varlığın tam
halında hissi obrazına qavrayış deyilir.
Hissi idrakın ən yüksək forması təsəvvürdür. Təsəvvür
qavrayışlar əsasında yaranır. İnsan vaxtilə qavradığı varlıq və
hadisəni, onların obrazını xəyalında canlandırır. Deməli,
təsəvvür əvvəllər qavranılmış varlıq və hadisənin şüurda
bərpasıdır.
Təsəvvürdə xüsusi və ümumi bir-biri ilə əlaqədardır.
Insanın hafizəsində konkret bir obyektin, varlığın və hadisənin
xarakterik cəhətləri ilə bərabər bir-birinə bənzər obyekt, varlıq
və hadisələr qrupunun təkrar olunan ünsürlərinin müəyyən
məcmusu da qalır. Insanın əməli fəaliyyəti, başqa adamlarla
ünsiyyəti, hadisə və varlıqlarla əlaqəsi prosesində onun
təsəvvürü ümumiləşmiş xarakter daşıyır.
Təsəvvürlərin belə bir xassə və xüsusiyyəti də var ki,
təsəvvür təkcə əvvəl qavranılmış obyekt əsasında deyil, eyni
zamanda ideal şəkildə də yaranır. Məsələn, rəssam çəkəcəyi
şəkli, memar tikəcəyi binanı əvvəlcədən təsəvvür edir. Insan
görəcəyi hər hansı işi, qarşısına qoyduğu məqsədi qabaqcadan
təsəvvüründə canlandırır.
Rasional idrak prosesinin formaları
Elbəy ƏLİ, magistr
Rasional idrak anlayış, mühakimə və əqli nəticələr
formasında gerçəkləşir. Yaxşı olardı ki, xüsusi və ümumi adlar
arasında fərqləndirmə aparaq. Xüsusi ad bir predmeti bildirir
(bu stol, o kitab, Platon). Ümumi ad predmetlər sinfini ifadə
76
76
edir – A2 qrupunun tələbələri, ağaclar. Verilən sinfin
predmetləri ortaq cəhətlərə malik olur (xüsusiyyətə və ya
münasibətlərə görə). Məsələn, A2 qrupunun tələbələri – bu
ümumi addır, onların hamısının ortaq bir cəhəti var – onlar A2
adlanan qrupda təhsil alırlar. Güman etmək olar ki, oxucularda
xüsusi və ümumi adlar barəsində xüsusi bir anlaşılmazlıq
yaranmadı, hər şey aydındı.
İndisə biz bütün rasional idrakın mərkəzi məsələsinə
müraciət etməliyik. Anlayış nədir? Bu çətin suala “tələbə”
anlayışının analizinin köməyilə cavab tapmağa çalışacağıq.
Tələbənin kim olduğunu texnikumun yaxınlığında yaşayan beş
yaşlı qızdan, 14 yaşlı dəliqanlıdan, bank işçisindən və təcrübəli
müəllimdən soruşaq. Qız: “Tələbələr – hələ də hərdən pis söz
danışan cavan, şən dayılar və xalalardır”. Dəliqanlı: “Tələbələr
avaralanmağı xoşlayan adamlardırlar”. Bank işçisi: “Tələbə,
orta və ya ali təhsil müəssəsində oxuyan adamdır”. Müəllim:
“Tələbə, texnikumda və ya ali təhsil müəssisəsində oxuyan, öz
dərslərinə məsuliyyətlə yanaşan kəsdir”. Görürük ki, müxtəlif
adamlar tələbəni necə fərqli dəyərləndirirlər. Anlayış bir çox
kəsə izah imkanı yaradan maksimum dərəcədə aktiv fikirdir.
Anlayış, nəsə haqqında başlıca fikir, ümumiləşdirmə,
interpretasiyadır. Anlayış obyektiv aləmdəki cisim və
hadisələrin ən mühüm və əhəmiyyətli cəhətlərinin baş beyin
qabığında inikasıdır. Müəllim iddia edir ki, tələbənin mənəvi
cəhəti onun təhsilə münasibətini müəyyənləşdirir ki, buradan da
onun nə qədər tələbə olduğu anlaşılır. Təbiidir ki, tələbə təkcə
təhsil almır. Onun digər bir çox məşğuliyyəti var, lakin o
bunlarla digər gənclərdən fərqlənmir.
Deməli, anlayış – verilmiş şeylər sinfinin mənasını izah
etməyə imkan yaradan fikir – ümumiləşdirmədir. Cisim və
hadisələrin ümumi və mühüm xassələrini ifadə edən məfhum,
insanın əməli fəaliyyəti prosesində yaranır və insan idrakının
daha da dərinləşməsinə kömək edən bir vasitə rolunu oynayır.
77
77
Anlayışların həqiqi təbiəti elm tərəfindən izah olunur.
Hansı ki, anlayışları daha mükəmməl şəkildə aydınlaşdırıcı
səviyyədə təqdim edir. Bütün hadisələrin mahiyyəti anlayışlar
əsasında izah edilir. Anlayışlar obyektiv aləmdəki cisim və
hadisələri qnoseoloji nöqteyi-nəzərdən dərk etməyə imkan
verir. Anlayışların nə olduğunun izahından sonra növbədə
mühakimələrdir.
Rasional idrakın yaradıcı fəaliyyətinə daxil olan
anlayışlar özündən sonrakı formalarla dialektik surətdə
bağlıdır. Bu cəhətdən məntiqi idrak prosesinin ən geniş və
ümumi forması mühakimədir.
Anlayışların fəaliyyət nəticəsi öz əksini mühakimədə
tapır. Mühakimə anlayışlar sayəsində yaranır və inkişaf edir.
Digər
tərəfdən,
mühakimə
də
yeni
anlayışların
mənimsənilməsində çox böyük əhəmiyyətə malikdir.
Bəzi alimlər məntiqi təfəkkürün formalarını şərh
edərkən mühakiməni anlayışdan əvvəl şərh edirlər və
göstərirlər ki, mühakimə təfəkkürün bir forması kimi
anlayışdan əvvəl fəaliyyət göstərir. Əslində isə belə fikirlə
razılaşmaq olmaz, çünki anlayış olmadan mühakimə nə
yaranar, nə də inkişaf edə bilər. Ona görə də mühakimə
anlayışların materialı əsasında cərəyan edir..
Mühakimə nəyisə iqrar və ya inkar edən fikirdir. İki
ifadəni müqayisə edək: “Bütün metalların elektrikkeçiriciliyi”
və “Bütün metallar elektrik cərəyanını keçirir”. Birinci ifadədə
nə iqrar, nə də inkar olduğu üçün o, mühakimə deyil. İkinci
ifadədə isə bütün metalların elektrik cərəyanını keçirdiyi iqrar
olunur. Bu – mühakimədir. Mühakimə nəqli cümlə şəklində
ifadə edilir.
Təfəkkürün fəaliyyət formalarından biri olan əqli nəticə
maddi dünyadakı cisim və hadisələrin mürəkkəb və rəngarəng
xüsusiyyətlərinin, mahiyyətinin
yüksək səviyyədə dərk
olunmasında çox mühüm rol oynayır. Əqli nəticə bir-birilə
bağlı olan bir neçə mühakimədən yeni, nəticə xarakterli hökm
78
78
hasil etmək deməkdir. Başqa sözlə, əqli nəticə elə təfəkkür
formasıdır ki, burada insan əməli fəaliyyət prosesində qazanmış
olduğu bilik, bacarıq və vərdişlər sistemindən istifadə edərək
yeni bilik əldə edir. Insanın məntiqi idrakının yaradıcı
fəaliyyəti və xarakteri əqli nəticədə aydın surətdə özünü
göstərir. Məntiqi idrakın başqa formaları kimi, əqli nəticə də
obyektiv aləmin, maddi gerçəkliyin şüurumuzda fəal, doğru və
düzgün, adekvat surətdə dərk olunmasına imkan verir.
Əqli nəticə prosesi anlayış və mühakimələrdən onunla
fərqlənir ki, o, ayrı-ayrı fikirlər arasında məntiqi əlaqə yaradır.
Digər tərəfdən, əqli nəticənin fəaliyyət məzmununda maddi
aləmin cisim və hadisələrinin qarşılıqlı əlaqəsini əks etdirən
məntiqi əlaqə özünü dialektik formada göstərir. Əqli nəticəyə
misal olaraq aşağıdakını göstərə bilərik:
Bütün metallar – elektrik keçiricidirlər
Mis – metaldır
Mis – elektrik keçiricidir
Əqli nəticə “təmiz”, səhvsiz aparılmalıdır. Buradan bir
fikrin meydanaçıxma qanunauyğunluğu digər fikirlərin
köməkliyi ilə əsaslandırılır. Mühakimə düzgün olsa və biz əqli
nəticələri məntiq elminin tələblərinə uyğun surətdə qursaq,
onda çıxardığımız nəticə də həmişə düzgün olar.
Rasional idrakın üç forması – anlayış, mühakimə, əqli
nəticə - düşüncənin mahiyyətini təşkil edir. İnsan hər zaman
düşünərkən bunlara əməl etməlidir.
Müasir Azərbaycan mədəniyyəti və
qloballaşmanın mənəvi - mədəni
faktorları
Həziyev Əli, magistrant
Bəşəriyyət elmə, fəlsəfəyə , texnikaya yiyələnməkdən ötrü
min illərlə zəruri təkamül yolu keçmişdir. Insanlar ,
özünütəsdiq və özünüifadə üçün mənəvi –mədəni fəaliyyətin
müxtəlif növlərini ,o cümlədən mif, din , incəsənət , fəlsəfə ,
79
79
elm və.s üsullarını sınaqdan çıxarmışlar. Bəşəriyyətə özünün
yaradıcı fəaliyyətinin və məzmununu mədəniyyətdə başa
düşməyə imkan vermişdir. Bununla bərabər , mədəniyyət
həyatımızı humanizm elementləri ilə zənginləşdirmişdir.
Bu paraqrafda həm ümumiyyətlə mədəniyyətin mahiyyəti
, həm də Azərbaycan mədəniyyəti , onun qloballaşan dünyada
digər mədəniyyətlərlə qarşılıqlı əlaqəsi , tutduğu mövqe
barədə məlumat verilmiş. Bununla bərabər müasir
Azərbaycan mədəniyyəti və onun xüsusiyyətləri də nəzərdən
keçirilmiş.
Bu bölumde azərbaycan mədəniyyətinin islam
mədəniyyətində rolu haqqında da yazılmış , digər islam
ölkələrinə mənsub xalqların mədəniyyətləri ilə ortaq və eyni
zamanda avtonom xüsusiyyətləri də qeyd edilmiş. Müasir
dövrdə - mədəni qloballaşma dövründə İslam mədəniyyətinin
Azərbaycan mədəniyyətinə təsir səviyyəsi göstərilmiş.
Burada Azərbaycan dövlətinin milli- ideoloji əsasları
həm “ milli ideya ” , həm də “ümummilli ideologiya ” kimi
qəbul edilən “Azərbaycançılıq ” ideologiyasından bəhs edilir.
Xalqımızın tarixi keçmişinin, günümüzün reallıqlarını ,
ümummilli psixoloji yönümlərimizi , mentalitetimizi, adət-
ənənənələrimizi , sivil beynəlxalq təcrübəni nəzərə alan ,
Azərbaycanın sintetik, yeniliklərə açıq , konstruktiv rol
oynayan
ideoloji
inkişaf
konsepsiyası
kimi
“Azərbaycançılıq” ideologiyasının yaranması və yayılması ,
inkişafı göstərilmiş.
Artıq qloballşamanı üçüncü minilliyin fenomeni hesab
edirlər. Həqiqətən üçüncü minilliyin mühüm xüsusiyyəti insan
fəaliyyətinin bütün sahələrində - siyasətdə , iqtisadiyyatda ,
sosial sahədə (beynəlxalq münasibətlərdə , mədəniyyət,
ekologiya , təhlükəsizlik və.s sahələrdə ) qloballaşmanın baş
verməsidir.
Qloballaşma: mahiyyəti və perspektivləri
80
80
Həziyev Əli, magistrant
Qloballıq dedikdə bizim çoxdan dünya cəmiyyətində
yaşamağımız başa düşülür. Yəni heç bir ölkə ,yaxud ölkələr
qrupu bir-birindən ayrılıqda mövcud ola bilməz . İqtisadi ,
mədəni , siyasi cəhətdən qarşılıqlı təsirə malik olan ölkələr
bir –birilə mütləq əlaqədə olmalıdır. Qloballaşma elə
prosesləri irəli sürür ki , milli dövlətlər və onların
suverenliyi , transmilli aktların toruna çulğalaşır və onların
hökm vermək imkanlarına oriyentasiya və identikliyi ilə
razılaşmalı olur. Artıq yaranmış qloballığı aradan qaldırmaq
qeyri-mümkündür. Bu onu sübut edir ki bir-birilə yanaşı
mədəni , ekoloji , iqtisadi , siyasi , ictimai –vətəndaş
qloballaşması baş verir.
Burada ilk olaraq qloballaşmanın mahiyyəti göstərilmiş.
Yaşadığımız dövrdə qloballaşmadan kənarda durmaq , təcrid
olunmuş şəkildə fəaliyyət göstərmək mümkünsüz olmuşdur.
Bu da bizim qoyduğumuz mövzunun nə dərəcədə aktual
olduğunu göstərir .
Qloballıq elə bir vəziyyəti əks etdirir ki, bu gündən
sonra planetdə baş verəcək nə varsa onu lokal sahəyə
məhdudlaşdırılmış hadisələr sırasında daxil etmək olmaz .
Yəni bütün ixtira və kəşflər qələbə və katastroflar bütün
dünyaya aiddir. Deməli bütün proseslər “lokal – qlobal” xətti
üzrə getməlidir. Bu şəkildə başa düşülən qloballıq diqqəti
doğrudan doğruya cəlb edir.
Paraqrafda qloballaşmanın dünya –bəşəriyyət üçün son
dərəcə vacibliyini, əhəmiyətliyini göstərməyə çalışmışıq.
Qloballaşma ümumdünya dövlətinin olmamasını irəli sürür (
hazırda qloballaşma dedikdə çox vaxt amerikanlaşma deyirlər
ki, bu da qətiyyən düzgün deyildir). Dünya cəmiyyəti vardır
– lakin bu cəmiyyət ümumdünya dövləti və ümumdünya
hökumətini ağlına belə gətirə bilmir. Söhbət qlobal
deaorqanizə edilmiş kapitalizmin genişlənməsi haqqında
gedir. Bir sözlə qloballaşma XX əsrin sonundan başlayaraq
81
81
insan fəaliyyəti nəticəsində aradan qaldırılması mümkün
olmayan bir prosesdir .
Burada həlli bir ölkənin imkanları xaricində olan
qlobal problemlərdən də bəhs edilmiş. Onların yaranma
səbəbləri, həlli yolları göstərilmiş.
Ailə – sosial strukturun
əsas elementlərindən biridir
NƏCƏFOV T. Ş., magistrant
Cəmiyyətdə ailə münasibətlərinin tarixi formaları müxtəlif
olmuşdur. Bu formaların təbii və sosial tərəflərinin ifadə tərzi
də bir-birindən fərqlənmişdir.
İnsan birliyinin ilkin formalarından biri olan ailə özündə
bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir, bununla da
sosial idealların və davranışın meyarının mənbəyi kimi çıxış
edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının,
mənəvi aləminin sosio-mədəni özəyini yaradır. O, tarixi
ənənələrin vacib ünsürlərindən biri olaraq, yeni nəsildə şüur
stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər
yaradır, sosial təcrübəni nəsildən-nəsilə ötürür.
Sosial-fəlsəfi fikir tarixində ailə problemi həmişə maraq
doğurub. Məsələn, “Kitabi Dədə Qorqud” eposunda türk
xalqlarının ailə-nigah münasibətlərinin təsviri mühüm yer tutur.
7-9-cu əsrləri əhatə edən bu eposda ailə, kişi-qadın
münasibətləri, valideyn, övlad, ailə və cəmiyyət haqqənda çox
maraqlı ideyalar irəli sürülmüşdür. Bu ideyalarda həm
ümumbəşəri, həm də real milli-etnik, o cümlədən də dini,
hüquqi, məişət problemləri öz əksini tapmışdır. Burada o
dövrün ailə problemlərini həm konkret, real hadisələrin
təsvirində, həm də ayrı-ayrı qəhrəmanların öyüd-nəsihətlərində
öyrənmək olar.
Böyük
şair,
mütəfəkkir
N.
Gəncəvi
ailənin
cəmiyyətdəki rolunu yüksək qiymətləndirirdi; onun məişət-
82
82
istehlak və tərbiyəvi funksiyalarından bəhs edən şair, eyni
zamanda
insanlarda
yüksək
əxlaqi
və
ümumbəşəri
keyfiyyətlərin aşılanması yollarını axtarıb göstərmişdir. Nizami
öz əsərlərində həm də cəmiyyətdə qadınların rolunu yüksək
qiymətləndirmişdir.
Görkəmli şair, filosof M.Füzuli feodal rejiminin sosial
ədalətsizliyinə qarşı çıxış etmiş, əmək bölgüsünə uyğun
cəmiyyətin sosial strukturunda baş verən prosesləri təhlil edib,
cəmiyyətin inkişaf qanunları, qadınların cəmiyyətdəki rolu,
sülh və müharibə, dövlət siyasəti, ailə haqqında ibrətli fikirlər
irəli sürmüşdür. Füzulinin məhəbbət aləmində kişi və qadın
arasındakı sevgidən bəhs edilir; şairin təsvirində məhəbbət –
azadlıq, ədalətlilik və müstəqillik deməkdir, çünki əsl məhəbbət
insanları cəhalətdən, feodal zülmündən uzaqlaşdırır, daha
mükəmməl olmağa imkan yaradır.
Görkəmli filosof, astronom N. Tusi ailədə sosial
funksiyaların
yerinə
yetirilməsində
ictimai
mühiti
qiymətləndirərkən, göstərirdi ki, insan yaçamaq üçün öz əzəli,
təbii ehtiyaclarını ödəməlidir, bunun üçün də cəmiyyətdə
birləşməli, fəaliyyət göstərməlidir. Cəmiyyətdə insanın təbii
sığınacağı ailədir. Ailədə həm nəsil artırılır, həm ev-eşik
qorunub saxlanılır, həm də ailə üzvləri lazımi tərbiyə alır. Tusi
ailənin yaranmasında adət-ənənə, idarəçilik vərdişlərinin,
sosial-psixoloji mühitin rolunu xüsusi olaraq qeyd edirdi. O,
ailədə idarəetmə funksiyasındakı əsas rolu ailə başçısına aid
edirdi. Ev sahibi ailənin maddi təminatına, vacib məsələlərin
həllinə, tərbiyə işlərində mükafatlandırma və cəzalandırma,
əmək bölgüsünün təşkilinə cavab verməlidir. Tusi
münasibətlərin
idarəetmə
baxımından
tənzimlənməsi
problemlərini
də
nəzərdən
keçirmiş,
məişət-istehlak
funksiyasının vacibliyini göstərmişdir. Bu funksiyaların ən
vacib olduğunu göstərən Tusi, onların həyata keçirilməsi
yolunu, yüksək əxlaqi dəyərlərə əsaslanmaqda görürdü.
83
83
Digər görkəmli filosof S. Urməvi etik məsələlər
sırasında ailə münasibətlərinin struktur və idarə olunması
problemlərini də araşdırmışdır. Ailə üzvləri bir-birilə qarşılıqlı
məsuliyyət və hörmət şəraitində davranmalıdırlar. Tərbiyə,
sosiallaşma prosesində ailə, müəllim və mühitin rolunu qeyd
edən filosof hesab edirdi ki, ictimai münasibətlərin iştirakçısı
olan hər bir şəxs öz fəaliyyətində dil, təfəkkür və iradə
triadasından vəhdət halında istifadə etməlidir.
Qədim yunan filosofu Aristotelin fikrincə, ailə -
insanların birgə yaşayışının ilk təbii formasıdır və tarix boyu
dəyişilməyib qalandır. Ailənin üç ikitərəfli hissəsi və bu
hissələrə uyğun olan üç münasibət forması var: quldar və qul,
ər və arvad, valideyn və övladlar. Hakimiyyət qul üzərində,
arvad və uşaq üzərində olur. Belə hakimiyyət bir növ
monarxiyaya bənzəyir. Arvadın hakimiyyətdə olması təbiətə
ziddir. Sofoklun fikrinə görə isə, qadına yaraşıq verən cəhət –
onun susmağıdır. Qadına bu cür münasibət təbii idi. O dövrün
cəmiyyətində qadın mədəniyyət, təhsil, ictimai işlər, siyasətdən
tamamilə uzaqlaşdırılmışdı. Platonun ailə haqqindakı fikirləri
ideal dövlət quruluşundan irəli gəlirdi. O qeyd edirdi ki, ailə
münasibətlərini bütövlükdə dövlət tənzimləyir. Onun təlimində
təbəqələşməyə və sosial struktura uyğun olaraq, cəmiyyətin
bəzi üzvləri ailə qurmaq imkanından məhrum edilirdi. Ailə
quranlar isə bütün həyatını uşaqların tərbiyəsinə, uşaqların
mənafeyinə həsr etməlidir
Fəlsəfi fikrin inkişafının sonrakı mərhələlərində, ailəni
tədqiq edən konkret elmlər inkişaf etdikcə, bu sahədə biliklər
dərinləşmiş,
yeni-yeni
nəzəriyyələr,
baxışlar
meydana
gəlmişdir.
Dostları ilə paylaş: |