Азярбайжан республикасы дахили ишляр назирлийи


Hökmdarın mənfi kefiyyətləri



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix01.10.2023
ölçüsü0,74 Mb.
#151420
1   2   3   4   5   6   7   8   9   10
179 movzu N 2. qedim sherqin quldarliq cemiyyetinde siyasi ve huquqi telimler

Hökmdarın mənfi kefiyyətləri: 
 
1)
«İnsanları düz yola gətirmədən edam etmək – qeyri-insanidir» 
2)
«Qabaqjadan xəbərdar etməyərək nəyinsə ijrasını tələb etmək – tələskənlikdir» 
3)
«Göstərişlərdə lənglik və onların təjili ijrasında tələbkarlıq – zərərlidir» 
4)
İnsanlara nəyisə verərkən simijlik göstərmək (yəni, verilən əşya ilə ayrılmamaq 
istəyi) – belə hərəkət hökmdara yox, məmura xas olan xırdaçılıqdır
Konfutsinin yaratdığı patriarxal-patrenalist konsepsiyaya görə, dövlət böyük 
bir ailəni xatırladır, onun idarə olunması isə aristokratik prinsiplərə əsaslanır. 


12 
Qədim Çində siyasi fikir sonradan Laoszı, Moszı, legistrlər və b. tərəfindən 
inkişaf etdirlmişdir. 
Konfutsini tənqid edən, eramızdan əvvəl VI-V əsrlərdə xalqın mənafeyini 
qoruyan Daosizmin (Qədim Çin fəlsəfəsinin kortəbii materialist xarakterli əsas 
istiqamətlərindən biri) banisi Lao-Tszıdir (e.ə.VI əsr). Daosizmə görə hər jür qeyri 
təbii addımlar (mədəniyyət və idarəetmə sahəsində süni, insani hərəkətlər və s.) 
həqiqətdən kənarlaşmadır və yalan yoldur. Onlar siyasi hadisələrə bütövlükdə 
təbiinin təsirini əsas götürürlər. Daosizm müharibəni, güjü, ordunu inkar edir və 
insanlara passivlik aşılayır. 
Daosizm ilə Konfutsinin fəlsəfi-siyasi görüşləri bir-birinin əksinədir. Daosizm
hər yerdə və hər şeydə təbiiliyi, təbii qanunları əsas götürür. Lao-Tszı və onun 
böyük ardıjıllarına görə insanların borju həmin təbii qanunları dərk edib onların 
ardınja getməkdir. Ziddiyyətlərin qırılmaz bağlılığı Daosizmin əsas prinsipərindən 
biridir. Lao Tszıya görə xeyirxah olmasa şər, çirkinik olmasa gözəllik, alçaqlıq 
olmasa yüksəklik yoxdur. Onun fikrinjə ziddiyyətlər bir-birinə “qayıdır” və ya 
çevrilir. O iddia edirdi ki, dövlətin başçısı müdrik adam olmalıdır. Çünki müdrik 
hökmdar humanist olub xalqın təbii həyatını pozmur, dövləti düzgün idarə edən, 
daim fəaliyyətdə olan qanunların ijrasına nəzarət edir. 
Daosizm öz təlimlərini jəmiyyət hadisələrinə də şamil etməyə çalışmışdır. Lao-
Tszı göstərirdi ki, xalqın həyatında bədbəxtlik təbii qanunun pozulmasıdır. O, belə 
hesab edirdi ki, bu qanuna müvafiq nətijə etibarilə ədalət zəfər çalır. Belə ki, indi 
zəif olan müəyyən dövrdə güjlənir və üzərindəki zorakılığı aradan qaldırır. Lao-
Tszının fikrinjə insan inkişafın təbii gedişinə qarışmamalıdır. Kim inkişafın təbii 
gedişinə qarışırsa, onu özünün şəxsi mənafeyinə tabe etmək istəyirsə, o, mütləq 
müvəffəqiyyətsizliyə uğrayır. 
Lao-Tszı dövlət başçısının adilliyindən, idarəetmə qabiliyyətindən və yüksək 
keyfiyyətlərindən bəhs edərək demişdir: “Kim adamları tanıyırsa-arifdir, özünü 
tanıyırsa-ağıllıdır, adamlara qalib gəlirsə-güjlüdür, özünə qalib gəlirsə-qüdrətlidir, 
biliyi çoxsa-dövlətlidir, inadkarsa-iradəsi var, təbiətini dəyişmirsə-uzunömürlüdür, 
ölüb unudulmayıbsa-ölməzdir”. 


13 
Daosizmin ilk nümayəndələrindən və Konfutsinin qatı əleyhidrlarından biri də 
Yan Çcu (e.ə.440-300) olmuşdur. Öz adını daşıyan məşhur traktatın müəllifi olan 
Yan Çcu mənəvi kamilliyə jan atmağı belə rədd edirdi. Onun fikrinjə, bu, insanı 
həyat sevinjlərindən məhrum edir. İnsanın öz hisslərinin ardınja gedib qəlbinin 
çağırışına qulaq asması təbiətin qanunları ilə həmahəng olduğu üçün həm də ən ali 
mənəviyyatdır. Fövqəlbəşər qüvvələri rədd edən Yan Çcu hələ o dövrdə şəxsiyyət 
azadlığını tələb etmişdir. O, həm yoxsulluğun, həm də həddən artıq varlanmanın 
əleyhinə çıxırdı. Onun fikrinjə insan həyata sevinməli, qayğılarla özünü 
üzməməlidir. Belə olanda nə yoxsullaşmaq olar, nə də varlanmaq. 
Qədim Çində fəlsəfi, ijtimai-siyasi fikrin inkişafında Daosizmin banilərindən 
biri olan Çcuan-Tszının (e.ə. 269-286) da böyük rolu olmuşdur. Azad fikirli filosof 
kimi çox byük şöhrət qazanıb “dərin dərrəkalı” ləqəbini almış, sadə və təvazökar 
olmuş, əyalət hakiminin məsləhətçisi vəzifəsindən imtina etmiş Çcuan Tszı insanın 
bütün ləyaqətini, həyatının bütün dəyərini onun təbiətlə həmahəng olmasında 
görürdü. Bu mənada təbiiliyi və təbiəti korlayan hər jür dövlət hakimiyyətinin, 
əleyhinə çıxır. Çcuan Tszı həm də insan fəaliyyətini məhdudlaşdıran hər bir qayda-
qanuna qarşı çıxırdı. 
Qədim Çində daha ardıjıl, fəal və xalqın mənafeyini ifadə edən təlim Mo-
Tszının (e.ə.479) təlimi idi (moizm). Bu təlim bütün insanların təbii bərabərliyi 
prinsiplərindən irəli gələrək Konfutsiyə qarşı mübarizədə formalaşmış və dövlətin 
meydana gəlməsinin “müqavilə konsepsiyası”nı əsalandırırdı. Bu konsepsiyanın 
əsasında isə ali hakimiyyətin xalqa məxsus olduğu ideyası durur. Mo-Tszının 
ideyalarına görə aqillik və müdriklik idarəetmənin əsasını təşkil etməlidir. O, qeyd 
edir ki, hakimiyyətdə nəinki güjdən, həm də insanlara mənəvi təsir formalarından da 
istifadə olunmalıdır. 
Dövlətin müqavilə konsepsiyası nədir? 
Mo-Tszının ideyalarına görə antik dövrdə, ibtidai jəmiyyətdə idarəetmə 
olmyıb, o dövrdəki insanlar arasındakı qayda-qanun, münasibətlər vəhşi heyvanlar 
arasındakı münasibətlərdən fərqlənmirdi. Nəhayət, bütün xaosların səbəbinin 


14 
idarəetmənin və başçının olmaması müəyyən edildikdən sonra insanlar özlərinə 
ağıllı adamları rəhbər-başçı seçməyə başlamışlar. 
Mo-Tszı təlimində dövlətin idarə edilməsi prosesində xalqın mənafeyinin 
nəzərə alınması zəruriliyi və tələbi mühüm yer tutur. Mo-Tszının tərəfdarları hətta 
Konfutsinin təlimini jiddi tənqid edərək göstərirdilər ki, onların geniş təlimi dünya 
ölkələri üçün ümumi qayda ola bilməz. Mo-Tszın təliminin tərəfdarları isə ölkənin 
ədalətlə idarə edilməsi barədə düşünmüşlər, lakin sadə insanlara heç jür kömək edə 
bilmirdilər. Mo-Tszının təliminə görə idarəetmədə bütün qayda-qanunsuzluğun 
kökü, əsas səbəbi yoxsulluq, kasıbçılıqdır. 
Mo-Tszı və həm də onun şagirdlərinin əksəriyyəti öz sosial mənşələrinə görə 
zəhmətkeş xalqa yaxın idilər. Bunlar üçün hadisələrə qiymət verərkən meyar 
kütlənin mənafeyi idi. Onlar aristokratiyanı tənqid edir və həddən artıq firavan 
yaşamağın əleyhinə çıxış edirdilər. Bilavasitə əməkdə iştirak etməməyi və 
başqasının əməyini mənimsəməklə yaşamağı ədalətsiz sayırdılar. Mo-Tszı 
Konfutsinin insanları “aljənablara” və “aşağılara” bölməsi və bunların hər biri üçün 
müxtəlif davranış normalarının olmasını qəbul etməsi əleyhinə çıxırdı. 
Mo-Tszı Konfutsinin sosial təbəqələrin toxunulmazlığı ideyasını da tənqid 
etmiş, dünyadakı bədbəxtlik və qanunsuzluğun mövjudluğunu qarşılıqlı məhəbbətin 
olmaması ilə bağlamışdır. Mo-Tszıya görə hakimiyyət və xalq “baxışlar eyniliyini” 
gözləyərək ümumi mənafe qayğısına qalmalıdır. O, həqiqətin dərk olunmasında üç 
amilin zəruri olduğunu qeyd edirdi: keçmiş nəslin təjrübəsi, xalqın rəyi və ölkənin 
idarə olunmasında biliklərin praktiki tətbiqi. 
Qədim Çində siyasi fikrin əsas ideyalarından biri də e.ə.IV əsrdə “Şan vilayəti 
hökmdarının kitabı”nda əks olunur. Burada qanunlara əsaslanaraq, jiddi 
jəzalandırılmağa yönəldilən idarəetmə sistemi əsaslandırılmışdır. Kitabda irəli 
sürülən ideyalara görə dövlət hakimiyyəti və əhali arasında qarşılıqlı münasibətlər 
çox jiddi intizama və dəmir kimi möhkəm qanunlara əsaslanmaılıdır. Bu kitabda 
qeyd edilir ki, əgər xalq hakimiyyətdən güjlü olarsa, onda dövlət zəifdir, əgər 
hakimiyyət xalqdan güjlüdürsə, onda ordu qüdrətlidir. Kitabda irəli sürülən 


15 
idarəetmə konsepsiyası xalqa düşmənçilik münasibəti bəsləyirdi. Lakin bütün bu 
siyasi ideyalar Qədim Çində dövlətin inkişafına xeyli təsir göstərmişdi. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin