Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix01.10.2023
ölçüsü0,74 Mb.
#151420
1   2   3   4   5   6   7   8   9   10
179 movzu N 2. qedim sherqin quldarliq cemiyyetinde siyasi ve huquqi telimler

Brahmanizm 
«Brahmanlar» (nəsr şəklində dini kitablar – Vedlər üçün şərhlər, e.ə X-VII 
əsrlərdə tərtib edilib)
Ruhani hakimiyyət (brahmanındır»), dunyəvi hakimiyyət kralın (Raj») və ya 
hərbi rəhbərlərindir («Kşatri»). Qurban vermə və uzunömürlülük (ölümsüzlük) 
arasında əlaqə
Buddizm:
a) «Tripitaka» (b.e əvvəlində yazılıb)
b) «Jammapada» («Qanunun əsası» e.ə ıv-ııı əsrlər)
Dini-fəlsəfi doktrina (I-II əsrlər arasında buddizm Mahayana və Himayanaya 
bölündü 
Həyat – istək və ehtiraslardan törənən əzabdır. Varna və kastalardan asılı 
olmayaraq insanların bərabərliyi
«Sanqxa»-buddistlərin təşkilatı (ijması)
B.e.ə. VI-V əsrlərdə buddizm dini meydan gəlir. Buddizmin yaradıjısı 
Sadxartxa Qautama olmuşdur. Budda adı ona sonralar verilib (Budda sansksritjə – 
açıq, aydın, ali həqiqətə çatan deməkdir). Budda təliminin əsasını əzab-əziyyətdən 
xilas olmaq yolu təşkil edir. Yeddi il tərki- dünya (asketik) həyat tərzi keçirəndən 
sonra Budda belə nətijəyə gəldi ki, öz qüvvəsini itirmiş adam əsl həqiqət yoluna 
çıxa bilməz. Jəhd göstərmək, fəaliyyətə keçmək lazımdır. İnsan öz nəfsinin hakimi 
olmalı, onu pis yoldan çəkindirməlidir. Şər ilə fəal mübarizə aparmaq lazımdır. 
Budda kasta (silk) quruluşunun əleyhinə çıxmır. Qoy dövlət və jəmiyyət nejə 
var elə də yaşasın. Onsuz da dindar monax dünyəvi həyatdan uzaqdır və onun 
işlərində iştirak etmir. Budda üçün kastanın heç bir əhəmiyyəti yoxdur, çünki bu 
dünyanın işləri onu az maraqlandırır. 
Budda təliminə görə əxlaqi həyatın əsasını aşağıdkılar təşkil edir: dana 
(şəfqət), virya (ruhi qüvvə), şila (əxlaq), kşanti (səbr), dxyana (düşünjə), pradonya 


18 
(rahatlıq, xoşbəxtlik). Tərki-dünyalıq (asketizm) və yoxsulluq buddizmdə müstəsna 
əhəmiyyətə malikdir. 
Asketizm xoşbəxtliyə aparan yoldur. “İnsan o vaxt əsl mənada azad olur ki
onun ruhunu xariji aləmə, təbiətə bağlayan bütün zənjirləri, buxovları atır; əgər o 
bağlardan xarij olursa, onda özünü azad hiss edir”. 
Buddanın dediyinə görə bütün dünyanı ilahi həqiqət idarə edir və onun özü 
həmin həqiqəti ifadə edir. “Mən bu dünyanın hökmdarıyam, anjaq başqa 
hökmdarlardan fərqlənirəm, çünki mən həqiqətə çatmış hökmdaram, həqiqət isə 
həmişə həyatda şeylərin nizamını dəyişdirməyə qadirdir. 
Budda öyrədirdi ki, əgər insan pis əməllərinə görə peşman olursa, xeyiri adama 
çevrilə bilər. O, deyirdi: “Əgər insan öz əməllərinə görə peşman olursa, o, başa 
düşür ki, xeyirxah iş görüb və buna görə peşiman olmağa ehtiyaj yoxdur, onda o, 
sevinj və məmnunluqla anlayır ki, onun işi başqalarına xeyir gətirəjək”. 
Budda təliminə görə insanlar ölümdən və jəza almaqdan qorxur. Ona görə 
insana başa salmaq lazımdır ki, başqasını öldürməyə və jəzalandırmağa jan atmasın. 
O deyirdi: “Bütün insanlar ölümdən qorxur, ona görə də onları nə öldürməyə təhrik 
etmək, nə də öldürmək olar. Bütün insanlar istisnasız olaraq jəzalandırmaqdan 
qorxurlar; ona görə onları nə öldürmək, nə də jəzalandırmaq olmaz; özünü onların 
yerində hesab et”. “Öz xoşbəxtliyi üçün başqalarını öldürən, jəza verən şəxs, 
öləndən sonra xoşbəxtliyə, firavanlığa çata bilməyək”. 
Yalnız fərdi yolla xilas olmaq istiqamətində nirvanaya nail olmağı göstərən 
buddizm real həyata, sosial-siyasi məsələlərə az fikir verirdi. 
Buddizm və çaynizm hər hansı bir əqli başlanğıjın olmasını rədd edir
ilahiləşdirilən müqəddəslərə hörmət edir, ruhanilərin evlənməsini vajib hesab edir, 
heyvanları öldürməyi günah sayır. Bu sistemlər Vedlərə qarşı biganədir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin