Азярбайжан республикасы дахили ишляр назирлийи


Az ərbaycanlıların müharibədə iştirakı



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə106/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   102   103   104   105   106   107   108   109   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Az
ərbaycanlıların müharibədə iştirakı. Çar 
Rusiyası əsarət altına aldığı müsəlman türk xalqlarını 
ord
uya çağırmır, digər sahələrdə olduğu kimi, hərbi 
sah
ədə də onların inkişafına mane olurdu. 
Az
ərbaycandan rus ordusuna xidmətə yalnız ali 
müsəlman silkinə məxsus olanlar qəbul edilirdilər. Hərbi 
m
əktəblərdə təhsil alan azərbaycanlılar orduda hərbi 
xidm
əti davam etdirirdilər. Birinci Dünya müharibəsi 
ill
ərində rus ordusu sıralarında 200 nəfərdən çox 
az
ərbaycanlı zabit qulluq edirdi. Rus Ordusunun məşhur 
generalları Səməd bəy Mehmandarov, Əliağa Şixlinski, 
Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov və 
başqalarının hərbi xadim kimi istedadı müharibə 
dövründə daha da parladı. General-leytenant Əliağa 
Şıxlinski “Rus artilleriyasının allahı” kimi yüksək ada layiq 
görülmüşdü. Polkovnik Qalib Vəkilov, rotmistr Teymur 
Novruzov “Müqəddəs Georqi” ordeninin dörd dərəcəsi ilə 
t
əltif edilmişdilər. İlk azərbaycanlı təyyarəçi poruçik 
F
ərrux ağa Qayıbov göstərdiyi igidliyə görə (havada 


283 
düşmənin üç təyyarəsini məhv etmişdi) ölümündən sonra 
“Müqəddəs Georqi” ordeninə layiq görülmüşdü. 
Müharibənin Azərbaycan iqtisadiyyatına təsiri. 
Müharibə cəbhəyanı bölgəyə çevrilmiş Azərbaycanın 
iqtisadiyyatına çox ağır təsir göstərmişdi. Neft hasilatı 
aşağı düşmüş, qazma işləri azalmış, dəmir yolu və dəniz
g
əmiçiliyi daşımanın öhdəsindən gələ bilmirdi. Müharibə 
başlananda Azərbaycanda 431 milyon pud neft hasil 
edilmişdisə, 1917-ci ildə bu rəqəm 402 milyon puda 
enmişdi. 
Müharibənin törətdiyi çətinliklər təsərrüfatın digər 
sah
ələrində də özünü göstərirdi. Dağ-mədən, ipəkçilik və 
başqa sənaye sahələrində də gerilik əmələ gəlmişdi. 
G
ədəbəydə mis çıxarılması 1913-cü ildəki 1,8 milyon 
puddan 1915-ci ild
ə 103 min puda, mis istehsalı isə 
h
əmin dövrdə 49,7 min puddan 2,5 min puda enmişdi. 
Şuşa və Nuxada fəaliyyət göstərən ipək emalı 
fabrikl
ərinin yarıdan çoxu işləmirdi. Pambıq parça 
istehsalı da kəskin surətdə azalmışdı, 1917-ci ildə 
Az
ərbaycanda tütün istehsalı müharibədən əvvəlki 
s
əviyyənin 30 %-ni təşkil edirdi. Balıqçılıq sənayesində 
d
ə istehsal müvafiq olaraq 11,6 min puddan 7,2 min puda 
enmişdi. 
Müharibə illərində kənd təsərrüfatı da böhran 
keçirirdi. Əkinçilik və maldarlıq xeyli ixtisara düşdü, 
pambıq əkilən sahələr əsaslı surətdə azaldı, bağçılıq və 
üzümçülük tənəzzülə uğradı. 1915-ci il iyunun 15-də çar 
hökuməti “özgə xalqlar”dan olan 18 yaşından 43 yaşadək 
olan kişilərin müharibə ilə əlaqədar işlərə səfərbərliyə
alınması barədə fərman verdi. Arxa cəbhədə işləmək 
üçün səfərbərliyə alınan azərbaycanlılar əsasən cəbhəyə 
xidm
ət edən yardımçı işlərdə çalışırdılar. Çarın fərmanına 
əsasən 50 mindən artıq azərbaycanlının səfərbərliyə 
alınması kəndlərdə işçi qüvvəsinin sayını xeyli azaltmışdı. 


284 
Müharibə 
dövründə 
Az
ərbaycan 
k
əndinin 
işçi 
qüvvəsindən, qoşqu heyvanlarından, əmək alətlərindən, 
toxumdan, 
ərzaqdan məhrum edilməsi, Rusiya və xarici 
bazarlarla 
əlaqələrin kəsilməsi Azərbaycan kəndində 
ciddi t
əsərrüfat böhranına səbəb oldu. Taxıl əkinləri 1914-
1915-ci ill
ər ərzində 43 % azaldı, dənli bitkilər əkilən 
sah
ələr Yelizavetpol quberniyasında 1913-cü ilə nisbətən 
1916-
cı ildə 70 %, Şuşa qəzasında isə 80% azaldı. Taxıl 
istehsalı müharibədən əvvəlki dövrün 60%-nə enmişdi. 
Davarların və iri buynuzlu mal-qaranın sayı ayrı-ayrılıqda 
yarım milyon baş azalmışdı. Atların sayı 200 min başdan 
81 min başa enmişdi. 
Müharibə illərində ərzaq məhsullarının qiyməti 
d
əfələrlə artmışdı. Zəruri ərzaq məhsullarının: çörəyin, 
ətin, yağın, südün, düyünün və s. qiymətləri 300-500% 
artmışdı. 1914-cü ilə nisbətən 1916-cı ildə çörəyin qiyməti 
226 %, 1917-ci ild
ə isə 300 % artmışdı. Qaçqınların və 
əsgərlərin hesabına Bakı şəhərində əhalinin sayı 70 min 
n
əfər artmışdı. Ərzaq böhranı şəraitində əhalinin axını 
burada 
v
əziyyəti daha da gərginləşdirir, xalqın 
narazılığını artırırdı. 
1916-
cı ilin fevralında Bakıda qadınların aclığa, 
bahalığa, möhtəkirliyə qarşı kütləvi etiraz aksiyası baş 
verdi. Fevralın 14-16-da minlərlə qadın küçələrə çıxaraq, 
mağazaları, anbarları, ticarət köşklərini yandırdı və 
dağıtdı. İki gün ərzində polislə toqquşma nəticəsində 64 
adam h
əlak oldu, şəhərə 3 milyon rubl dəyərində ziyan 
d
əydi. Qadınların üsyanını yatırmaq üçün hökumət 
Bakıya Tiflis, Port-Petroviç, Dərbənd, Yelizavetpol və s. 
şəhərlərdən yüzlərlə polis, atlı kazak, artilleriya gətirməyə 
m
əcbur oldu. Xalqın narazılığı getdikcə artmaqda davam 
edir, ölkədə inqilabi şərait yetişirdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin