307
1917-
ci il noyabrın 28-i və dekabrın 3-də Təbrizdə 2
mitinq xüsusilə izdihamlı idi. Cənubi Azərbaycanı və
Iranın başqa yerlərini bürüyən çıxışlar nəticəsində
Vüsüqqüddövlə və onun əlaltıları 1917-ci
ilin sonunda
istefa verməyə məcbur oldular.
Oktyabr çevrilişindən sonra rus qoşunları Irandan
çıxarıldı. Ingilis hökuməti isə 1918i ilin yanvarında
general Denstervilin xüsusi hərbi dəstəsini Irana
göndərdi. Bu dəstə Ənzəli və Rəşti, sonra isə Bakını işğal
etməli idi. Cənuba isə başqa dəstələr göndərildi.
Onlar
Zəncan və Miyanəni işğal etdilər. Xoy və Urmiyada ingilis
zabitlərini komandanlığı altında polis və qoşun dəstələri
yerləşdirildi.
Ingilispərəst
Vüsüqqüddövlə
yenidən
hakimiyyətə gətirildi.
Şimalda erməni daşnak hissələrinin bolşeviklərin
himayəsi ilə həyata keçirdikləri soyqırımı
cənubda da
ingilis-
fransız-rus zabitlərinin təhrikilə erməni-aysor və
kürdlər tərəfindən törədilirdi. 1918-ci ilin əvvəllərində türk
hərbi hissələrinin azərbaycanlılara qarşı törədilən erməni
vəhşiliklərinin qarşısını almaq üçün Cənubi Qafqaza və
Cənubi Azərbaycana daxil olması vəziyyəti dəyişdirdi.
Türk qoşunları Maku xanlığını, Urmiya, Səlmas və Təbrizi
tutdular.
Lakin
Osmanlı
Türkiyəsinin
dünya
müharibəsində məğlub olması
türk qoşununun həm
şimaldan, həm də Cənubdan çıxarılmasına səbəb oldu.
Onların yerini ingilis qoşunu tutdu.
1919-cu il avqustun 9-
da Vüsüqqüddövlə hökuməti
Iranı siyasi və iqtisadi cəhətdən İngiltərədən tam asılı
hala salan
İngiltərə-Iran sazişi imzaladı.
Bu isə bütün
Iranda etiraz nümayişlərinə səbəb oldu. Hərəkatın
kul
minasiya nöqtəsi Təbriz silahlı üsyanına doğru gedirdi.
ADR artıq passiv mübarizə mövqeyindən uzaqlaşıb
hökumətə qəti surətdə öz tələblərini bildirdi. 1920-ci ilin
əvvəlində partiya silahlı üsyana hazırlıq haqqında qərar
308
qəbul etdi. Bu zaman hökumət nümayişçilərə qarşı cəza
tədbirləri həyata keçirirdi. 1920-ci il aprelin ilk günlərində
ADR-
nin üzvlərindən də bir neçəsi polis tərəfindən həbs
olunmuşdu. Belələiklə, aprelin 6-da ayağa qalxmış
demokratlar
silahlanaraq
«Təcəddüd»
qəzeti
redaksiyasında toplandılar.
Aprelin 7-
nə keçən gecə redaksiya binasında ADR-
nin rəhbərliyi ilə silahlı üsyan planı hazırlandı. «Ədalət»
Dostları ilə paylaş: