340
qəti narazılıq edən zabit və əsgərlər silaha əl atdılar.
Üsyana Gəncə və ətraf kəndlərin sakinləri qoşulub.
Mayın 25-dən 26-na keçən gecə üsyançılar XI
Ordunun
hissələrinə hücum edib Mayın 26-da
şəhərin müsəlman
hissəsinə tam nəzarət olunurdu. Lakin Gəncənin erməni
hissəsini tutmaq cəhdi nəticə vermədi. Erməni əhalisi
Qızıl Ordunun tərəfini saxlayaraq, hərbi dəstələr təşkil
etmişdilər və üsyançılara qarşı hərbi əməliyyatlarda fəal
iştirak edirdilər. Mayın 26-da üsyana başçılıq etmək üçün
generallar Cavad bəy Şıxlinski, Məmməd Mirzə Qacar,
polkovnik Cahangir bəy Kazımbəyov və başqalarından
ibarət hərbi şura yaratdılar. Mayın 27-də Qızıl Ordunun
hissələri üsyançılara qarşı hücuma keçdi. Lakin
böyük
itkilərlə geri çəkildilər. Mayın 28-də buraya yeni üç dviziya
gətirildi, şəhər top atəşinə tutuldu. Çoxlu dağıntılar, insan
təlafatı baş verdi Hərbi sursatla dolu anbar partladıldı.
Qüvvələr qeyri-bərabər olsa da üsyançılar böyük
qəhrəmanlıq göstərdilər. Nəhayət düşmən şəhərə daxil
oldu və hər küçə uğrunda döyüş aparmağa məcbur oldu.
Yalnız mayın 31-də Qızıl Ordu şəhəri tam nəzarət altına
ala bildi. Əsgərlər və erməni könüllüləri şəhərin küçələrini
əsl soyqırım meydanına çevirdilər. Minlərlə dinc sakin, o
cümlədən qadınlar, qocalar, uşaqlar qətlə yetirildi.
Üsyandan sonra Gəncədə Azərbaycan Inqilab
Komitəsinin fövqəladə komissarı H. Sultanov rus
hərbçilərinə «xalq düşmənlərinin» axtarışında böyük
kömək göstərirdi. Yüzlərlə Gəncə sakini həbs edilir.
Azərbaycanın böyük maarifpərvəri və yazıçısı Firudin bəy
Köçərli də var idi. Bölşeviklər 13 mindən çox adamı qətlə
yetirdilər.
Gəncə üsyanından sonra Milli Ordu və XI Ordu
arasında yaranmış qarşıdurma mayın ortalarında
Tərtərdə insan qırğınına səbəb olan yeni üsyan dalğası
yaratdı və bu bütün qarabağa yayıldı.Qarabağın müxtəlif
341
yerlərində yerləşən Azərbaycan milli Ordusunun Şəki,
Tatar, Cavanşir, Ağdam suvari alayları, Bakı piyada alayı
və iki topçu dviziyası XI Ordunun, yerli hakimiyyətin və
erməni daşnaqlarının hərəkətlərinə biganə qalmış və
onların qarşısını almağa cəhd göstərirdilər. Odur ki, xalq
milli orduya inanırdı. Bu isə bolşevik hakimiyyətini
narahat edirdi və o XI Ordunun qarşısına milli ordumuzu
tərksilah etmək vəzifəsini qoydu.
Bolşevik ordusunun 2 dviziyası hərbi əməliyyatı
iyunun 10-
da başladı. «qırmızılar» hərbi təyyarələrlə
Tərtəri və ətraf kəndləri bombardman etdilər. Azərbaycan
əsgərləri igidliklə vuruşurdular.
Lakin qüvvələr qeyri-
bərabər idi və qoşunlarımız geri çəkildi. Düşmən Tərtəri
ələ keçirdi. Dinc əhaliyə qarşı düşmən cəza tədbirləri
apardı. Bəzi kəndlər tamamilə məhv edildi. Minlərlə kəndli
doğma yurdlarından didərgin düşdülər.
Bu zaman Qafqazda və Zaqafqaziyada Qızıl
imperiyaya
qarşı
mübarizə
aparan
qüvvələri
birləşdirməyə cəhdlər göstərilirdi. Dağıstandan bir qrup
türk zabiti və əsgəri general Nuru paşanın rəhbərliyi ilə
Şuşaya üsyan etmiş xalqa köməyə gəldi. Üsyançılar
Qarabağda sovet hakimiyyətini devirib, Nuru paşanı
Qarabağın diktatoru elan etdilər. Lakin XI ordunun əlavə
hissələri ermənilərin iştirakı ilə iyunun 11-də Ağdamı,
iyunun 14-
də isə Xankəndini və Şuşanı tutdular.
Azərbaycan Ordusunun əsgərləri
vətəni tərk etməyə
məcbur oldular.
Iyunun əvvəllərində Nuxa, Göyçay, Quba və başqa
bölgələrdə də xalq üsyanları baş vermişdi.
Qarabağ hadisələrinin davam etdiyi günlərdə
Zaqatalada üsyan başlandı. May ayında burada kütləvi
həbslər aparıldı ki, bu da xalqın etirazına səbəb oldu.
İyunun 5-də üsyançılar Zaqatalaya daxil oldular,
kommunistləri həbs etdilər. Üsyançılar bu bölgədə
342
yerləşən milli ordunun suvari alayı da qoşuldu. Birləşmiş
hərbi qüvvələrinin başında peşəkar hərbçi Əhmədiyev və
Hafiz Əfəndi dururdular. Onlar iyunun 7-də
Qaxa daxil
oldular. Qumıx çayı ətrafında düşməni məğlub etdilər.
Iyunun 16-
da Qarabağdan Qırmızı Ordunun hərbi
qüvvələri təcili Zaqatalaya keçirildi və iyunun 18-də şəhər
yenidən işğal olundu.
1920-
ci ilin yayında Şəmkir qəzası Müşkürlü kəndi
ətrafında üsyan baş vermişdi. Burada 29 kişi, 49 qadın
şəhid olmuşdu. Üsyan yatırılmışdı.
Cavanşir qəzasında Sultan bəyin başçılığı ilə üsyan
ba
ş vermişdi. Avqustda Lənkəranda da üsyan məğlub
edildi.
Bolşevik
rejiminə
qarşı
müəssisələrdə,
neft
sənayesində sabotaj, tətillər təşkil edilirdi. Bakıda «Yanar
ürək» adlı diversiya qrupu fəaliyyət göstərirdi.
Bu dövrün üsyanları məğlubiyyətə uğradı, çünki onlar
bir-
birilə əlaqədə olmadan vahid mərəkəzdən idarə idarə
olunmadan, müxtəlif vaxtlarda və plansız keçirilirdi, onlar
ümumi xalq üsyanına çevrilmədi və əvvəlcədən
məğlubiyyətə məhkum idi.
Dostları ilə paylaş: