Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə123/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   119   120   121   122   123   124   125   126   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
Ə D Ə B İ Y Y A T: 
1. 
Azərbaycan tarixi. V cild. Bakı, 2001. 
2. 
İsmayıl Məmmədov. Azərbaycan tarixi (Ali 
məktəblər üçün dərslik). Bakı, 2005.
3. 
Nəsibzadə 
N. 
Azərbaycan 
demokratik 
Respublikası. Bakı, 1990. 
4. 
Nəcəfov 
B. 
Azərbaycan 
demokratik 
Respublikası. Bakı, 1992.


335 
5. 
Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. Bakı, 
1990. 
6. 
Məmmədzadə M.B. Azərbaycan milli hərəkatı. 
Bakı, 1992.
7. 
Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. 
Bakı, 1992.
8. 
Həsənov 
C. 
Azərbaycan 
beynəlxalq 
münasibətlər 
sistemində. 
(1918-1920). 
Bakı,1993. 
9. 
Nərimanov N. Məqalələr və nitqlər. Bakı, 1989. 
cild.


336 
MÖVZU № 8.  “Azərbaycan Sovet hakimiyyəti 
illərində”. 
P L A N: 
 
1. 
Azərbaycan 20-30-cu illərdə. 
2. 
Azərbaycan İkinci Dünya müharibəsi dövründə.
3. 
Azərbaycan 50-80-ci illərdə. 
Sual 1. Azərbaycan 20-30-cu illərdə 
 Sovet reji
minin qurulması. Azərbaycanda 28 
aprel hadisələri demokratik cümhuriyyətin süqutu, 
kommunistlərin hakimiyyətə gəlməsi, Qızıl Ordu 
tərəfindən Azərbaycanın işğal edilməsi ölkəmizin 
tarixində yeni bir dövrün başlanması idi. Yeni tarixi 
şəraitdə keçmiş imperiya üsullardan istifadə etməyin 
qeyri-
mümkün olduğunu başa düşən bolşeviklər 
Azərbaycana qoşun yeridərkən onlar nəinki milli 
müstəqilliyin əleyhinə çıxmış, əksinə özlərini onun 
qorunub saxlanmasının təminatçıları kimi təqdim etməyə 
çalışmışdılar. 
Respublikad
a hakimiyyət yeni yaradılan oyuncaq 
Müvəqqəti Hərbi Inqilab Komitəsi ələ aldı. Onun tərkibinə 
ancaq azırbaycanlılar (N.Nərimanov, M.Hüseynov, 
Ə.Qarayev, A.Sultanov) seçilmişdi. Komitənin sədri 
Nəriman Nərimanov idi. İnqilabi Komitə respublikanın 
yeni hökumətini-Xalq Komissarları Şurasının tərkibini 
təşkil etdi. Onun da tərkibi azərbaycanlı kommunistlərdən 
ibarət idi. Bu təşkilatın geniş real səlahiyyəti yox idi. Real 
hakimiyyət əslində RK(b) P-nın yerli təşkilatı olan AK(b)P-
ə məxsus idi. Respublikanın müstəqilliyi tam formal 
xarakter daşıyırdı.


337 
Qızıl Ordu tutduğu ərazilərdə özbaşınalıqlar törədir, 
müqavimət göstərən vətənpərvərləri məhv edirdi. 
Əsgərlər və zabitlər soyğunçuluq edirdilər. Əhali, banklar 
talanırdı. Yığılan sərvətlər, qızıl-gümüş, 300 min ton neft, 
750 min pud pambıq və çoxlu ipək əvəzsiz Rusiyaya 
daşınmışdı. Ordu hissələri terror diktaturasının əsas 
silahı idi.
Yerlərdə köhnə idarəçilik aparatı ləğv edilirdi. Polis 
əvəzinə fəhlə-kəndli milisi təşkil olunurdu. Mülki və 
cinayət işlərinə baxmaq üçün xalq məhkəmələri 
yaradılırdı. Onlara yalnız fəhlə və kəndlilər üzv seçilə 
bilərdilər. 
Əksinqilaba, təxribata və möhtəkirliyə qarşı mübarizə 
üçün Fövqəladə Komissiya (FK) təşkil edilmişdi. Siyasi 
işlərə Ali İnqilabi Tribunal baxırdı. İlk illər FK-nın 
funksiyasını XI ordunun xüsusi şöbəsi həyata keçirirdi.
Bolşeviklərin hakimiyyətə gəlməsinin ilk günlərində 
Azərbaycanda diktatura bərqərar oldu. 
Azərbaycan hökuməti tərəfindən terroru həyata 
keçirən əsas təşkilat Fövqəladə komissiya idi. XI 
Ordunun xüsusi şöbəsinin məmurları hər hansı qəzaya 
qoşun göndərdikdən sonra varlı adamların bir hissəsini 
həbs edir, bir hissəsini isə güllələyirdilər. Ilk günlərdən 
yüzlərlə günahsız adam onların qanlı əməllərinin qurbanı 
olmuşdu. 
1920-
ci ilin aprelindən 1221-ci ilin avqustuna qədər 48 
min azərbaycanlı (əsasən ziyalılar) məhv edildi. Bakıda 
(Nargin adasında), Gəncədə, Şəkidə, Qazaxda və başqa 
yerlərdə «inqilab düşmənlərinin» güllələnməsi üçün 
xüsusi yerlər ayrılmışdı. 
Rusiya Azərbaycanı özündən iqtisadi və hərbi 
cəhətdən asılı vəziyyətə salmaq üçün tədbirlər görürdü. 
1920-
ci il sentyabrın 30-da RSFSR və Azərbaycan SSR 
arasında hərbi- iqtisadi ittifaq haqqında müqavilə 


338 
bağlandı. Azərbaycan Ordusu, xalq təsərrüfatını və xarici 
ticarəti idarə edən orqanlar, təchizat orqanları, dəmiryol 
və su nəqliyyatı, poçt-teleqraf idarələri maliyə işləri 
Moskvaya tabe edildi.
Mayın 5-də Inqilab Komitəsi torpağın milliləşdirilməsi 
haqqında dekrkt verdi. 1920-ci ilin avqustun 26-dan taxıl 
ticarəti dövlət inhisarına alınmışdı. Bakının əsasən 
erməni və rus fəhlələrindən təşkil edilmiş xüsusi ərzaq 
dəstələri kəndlərə göndərildi və camaatın taxıl, yağ, mal-
qara, yem əllərindən alındı.
1920-
ci il mayın 15-də meşələr, sular, yeraltı 
sərvətlər dövlət mülkiyyəti elan olundu. Mayın 27-də neft 
sənayesi, bütün iri sənaye sahələri milliləşdirildi. İyunda 
banklar, Xəzər ticarət donanması, balıq sənayesi 
müəssisələri, tütün fabrikləri, sement, şüşə, yağ, sabun 
fabrikləri, sentyabrda dəmir, mis filizi mədənləri
oktyabrda pambıqtəmizləmə zavodları milliləşdirildi. 
Təsərrüfatı idarə etmək üçün Azərbaycan Təsərrüfatı 
Şurası təşkil edildi. Yerli və yüngül sənaye sahələrində 
firmalar ləğv edildi, 200-dən çox müəssisə milliləşdirildi. 
272 xüsusi neft sənaye firması ləğv olundu. Neft və neft 
məhsulları ticarəti dövlət inhisarına alındı. Neft sənayesi 
və ticarətini idarə etmək üçün birbaşa Moskvaya tabe 
olan «Azneftkom» yaradıldı. Onun sədri Serebrovski 
Azərbaycan hökumətini tanımırdı. Neftin cəmi 15 
faizindən Azərbaycan sovet respublikası istifadə edə 
bilərdi.
Rusiyanın Azərbaycandakı siyasətinin əsil mahiyyətini 
başa düşən və ona qarşı etiraz N.Nərimanovu 
respublikadan uzaqlaşdırmaq üçün 1922-ci il martın 12-
də Zaqafqaziya Respublikası Federativ Ittifaqında (ZRFI) 
Ittifaq Soveti s
ədrlərindən biri, 1923-cü il yanvarın 2-də 
Sovet Sosialist Respublikaları Ittifaqı (SSRI) Mərkəzi 


339 
Icraiyyə Komitəsi (MIK) sədrlərindən biri vəzifəsinə 
seçmişdilər.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin