Азярбайжан республикасы дахили ишляр назирлийи


Ermənistanın Naxçıvanı və Dağlıq Qarabağı ələ



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə125/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   121   122   123   124   125   126   127   128   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Ermənistanın Naxçıvanı və Dağlıq Qarabağı ələ 
keçirmək cəhdləri. Azərbaycanın bolşevikləşməsi və 
XI Ordunun burada yerləşməsinə baxmayaraq ermənilər 
Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər. 
Azərbaycanın ərazisi olan Qarabağa, Naxçıvana, 
Zəngəzura və b. bölgələrə erməni təcavüzü davam 
edirdi. 
1920-c
i ilin yayında Azərbaycanın siyasi 
vəziyyətinin mürəkkəbliyindən istifadə edən Ermənistan 
hökuməti təcavüzü gücləndirdi. Həmin ilin axırlarında 
erməni hərbi hissələri Zəngibasarı dağıtdı və Naxçıvana 
doğru irəlilədi. Lakin türk qoşunu tərəfindən Naxçıvanın 
nəzarət altına alınması ermənilərin qabağında sipər oldu. 
İyunun 6-da XI ordu hissələri Zəngəzur istiqamətində 


343 
hücuma keçən erməni qoşunlarının qarşısını aldı. Lakin 
iyulun axırında Ermənistanda məğlub olmuş üsyançıları 
təqib etmək bəhanəsi altında Ermənistan qoşunları 
Zəngəzura yenidən hücuma keçdi və Zəngəzurun böyük 
bir hissəsini zəbt etdi. XI Ordu buna biganə qalırdı, çünki 
Sovet Rusiyasını o torpaqların hansı millətin əlində 
olması deyil, bütün Qafqazı bolşevik təsirinə salmaq 
maraqlandırırdı. 1920- ci il noyabrın 29-da Ermənistanda 
«inqilab» baş verdi. Noyabrın 30-da AK(b)P MK-nin siyasi 
və təşkilat bürolarının birgə iclası keçirildi. Iclasda N. 
Nərimanova xüsusi bəyanat hazırlanması tapşırıldı. Bu 
bəyanatın 
əsas 
prinsiplərindən 
birinə 
əsasən 
Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin 
mövcudluğu inkar edilirdi. Bu o demək idi ki, Azərbaycan 
Zəngəzurun bir hissəsinin işğalı ilə razılaşır. Bəyanatın 
digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq 
hissəsinə öz müqəddaratını təyin etmək hüququ verirdi. 
1920-
ci il dekabrın 1-də elan olunmuş belə bir 
məsuliyyətsiz 
bəyanat 
nəticəsində 
Azərbaycan 
ermənilərin işğalı ilə razılaşdı. Lakin Qarabağın Dağlıq 
hissəsi və Naxçıvan məsələsi gündəlikdə qalırdı və 
Ermənistan hökuməti Qarabağın Dağlıq hissəsini öz 
tərkibinə daxil edilməsi məsələsini irəli sürdü. 1921-ci il 
iyunun 27-
də AK(b)P MK özünün siyasi və təşkilat 
bürosunun birgə iclasında bu məsələyə baxmağa məcbur 
oldu. Bu dəfə milliyyətcə azırbaycanlı olan kommunistlər 
birləşərək yekdilliklə Ermənistanın iddialarını rədd etdi.
Lakin RK(b)P-
nın Qafqaz bürosu rəhbərliyinin erməni 
və gürcü çoxluğu Qarabağ məsələsini Ermənistanın 
xeyrinə həll etmək fikrinə düşdü. 1921-ci il iyunun 4-5-də 
RK(b)P Qafqaz bürosunun iclasında Qarabağ məsələsi 
müzakirə edildi. Iclas səs çoxluğu ilə Dağlıq Qarabağı 
Ermənistan SSR-in tərkibinə daxil etmək haqqında qərar 
qəbul etdi. Lakin iclasda N.Nərimanovun təkidi ilə 


344 
Qarabağ məsələsinin Azərbaycan SSR üçün böyük 
əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu məsələnin 
RK(B) P MK-nin 
qəti qərarına keçirilməsi haqqında qərar 
qəbul edildi. N.Nərimanovun V.I.Leninə bu məsələ ilə 
bağlı teleqrama vurdu və məktub yazsa da, bu bir nəticə 
vermədi.
1921-ci il iyulun 5-
də MK-nin Qafqaz bürosunun 
plenumu RK(b)P MK-
nin rəyini nəzərə alaraq aşağıdakı 
qərarı qəbul etdi: «Müsəlmanlarla ermənilər arasında milli 
barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi 
əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan 
SSR-
in hüdudlarında saxlanılsın; ona inzibati mərkəzi 
muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla geniş 
vilayət muxtariyyəti verilsin». 
1921-
ci il sentyabr ayında AK(b)P MK-nin Təşkilat və 
Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq 
Qarabağa geniş vilayət muxtariyyəti verilməsi haqqında 
məlum qərarına yenidən baxılmasını xahiş edən qətnamə 
qəbul edildi. 1921-ci il oktyabrında Qarabağın məsul 
işçilərinin konfransının qəbul etdiyi qərarda deyilirdi ki, 
Dağlıq Qarabağa ayrıca vilayət muxtariyyətinin verilməsi 
məqsədəuyğun hesab edilməsin. Lakin respublikanın bu 
məsələdə fikri mərkəz üçün həlledici deyildi. 
RK(b) P MK-
nin Zaqafqaziya ölkə komitəsinin 1923-cü 
il iyunun 27-28-
də keçirilmiş plenumu Q. Orconikidzenin 
təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində 
Dağlıq Qarabağa vilayət muxtariyyatının verilməsi barədə 
AK(b)P MK-
ya tapşırıq verdi. Həmin qərarı yerinə 
yetirməyə məcbur olan Azərbaycan MIK «Dağlıq 
Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» 
dekret verdi.
Qarabağın Dağlıq hissəsinə muxtariyyət statusunun 
verilməsi 
Azərbaycan 
tərəfindən 
bu 
torpaqların 
ermənilərə məxsus olmasının qismən də olsa etirafı idi. 


345 
Bu isə Ermənistana və onun himayəçilərinə gələcək 
siyasi oyuncaq üçün bir «əlyeri» qoymaq idi. Bu belə də 
oldu. 
SSRI-
nin yarandığı vaxt meydana çıxan «Qarabağ 
muxtariyyəti» oyunu, elə SSRI-nin dağılmasında da həll 
edici amilə çevrildi. Necə deyərlər quyu qazan o quyuya 
özü düşdü. 
Ermənilərin Naxçıvana da böyük iddiaları var idi. Bu 
məsələnin Azərbaycanın xeyrinə həll olunmasında 
Türkiyənin inkar edilməz rolu oldu. XI Qızıl Ordu 
Ermənistanı tutub sovetləşdirdikdən 3 gün sonra 1920-ci 
il dekabrın 1-də Bakı Sovetinin təntənəli iclasında N. 
Nərimanov AK(b)P MK Siyasi və Təşkilat bürolarının bir 
gün əvvəl keçirilmiş iclasının Q. Orconokidze, Sarkis, 
L.Stasova, Q.Katipski və b. təzyiqi ilə qəbul olunmuş 
qərarı əsasında hazırlanmış bəyanatla çıxış etdi. 
Bəyanatda deyilirdi: «Zəngəzur və Naxçıvan qəzalarının 
ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir…». 
Naxçıvan əhalisi bu qərara tabe olmadı, kəskin etiraz 
çıxışları baş verdi. Ermənistan nümayəndələri diyara 
b
uraxılmadı. B. Vəlibəyov dekabrın 24-də Ermənistan 
İnqilab Komitəsi tərəfindən Naxçıvanda Fövqəladə 
Komissar təyin edildi. Lakin qəzəblənmiş xalq onu 
Naxçıvana buraxmadı. Dekabrın 28-də Ermənistan 
Inqilab Komitəsi Naxçıvanı müstəqil Sovet Respublikası 
kimi 
tanıdı. 1921-ci ilin əvvəllərində burada RSFSR, 
Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə 
əhalinin rəy sorğusu (referendum) keçirildi. Naxçıvan 
camaatının böyük (90%) hissəsi Azərbaycanın tərkibində 
qalmaq arzusunu bildirdi. Naxçıvanın statusu 1921-ci ilin 
martın 16-da Moskvada RSFSR və Türkiyə arasında 
imzalanmış xüsusi müqavilə ilə həll olundu. Tərəflər 
razılaşdılar ki, Naxçıvan ərazisi Azərbaycanın tərkibində 
qalmaq şərti ilə Naxçıvan SSR təşkil edilə bilər. 


346 
Müqavilənin III bəndində göstərildi ki, bu torpağı üçüncü 
dövlətə güzəştə getmək olmaz, əks təqdirdə onun hər 
hansı bir hissəsi Türkiyəyə güzəşt edilə bilər. Aprel 
ayında Türkiyə qoşunları Naxçıvanı tərk etdilər. Naxçıvan 
Ölkə Inqilab Komitəsi 1921-ci il sentyabrın 10-da 
səlahiyyətlərini Naxçıvan MIK və XKS-nə verdi. 1921-ci il 
oktyabrın 13-də Qarsda Rusiyanın iştirakı ilə bir tərəfdən 
Türkiyə, o biri tərəfdən Azərbaycan, Gürcüstan və 
Ermənistan respublikaları birlikdə dostluq haqqında 
müqavilə 
imzaladılar. 
Qars 
müqaviləsinin 
5-ci 
maddəsində qeyd olunurdu ki, Naxçıvan vilayəti 
Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir. 
Xəritə çəkildi və orada Naxçıvanın ərazisi dəqiq 
göstərildi. 
1923-cü 
ilin 
əvvəllərində 
Naxçıvan 
Respublikasının respublika muxtariyyəti ləğv edildi, ona 
ölkə muxtariyyəti verildi. Naxçıvan ölkə Icraiyyə Komitəsi 
yaradıldı. 1924-cü il dekabrın 9-da Azərbaycan MIK 
Naxçıvan ölkəsinin Azərbaycan SSR tərkibində Naxçıvan 
muxtar SSR-
ə çevrilməsi haqqında qərar qəbul etdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin