42
keçirən Roma dövləti Şərq
ölkələrini tutmaq üçün fəal
hərbi əməliyyata başladı.
Romanın Albaniyanı ələ keçirmək istəyində
başlıca məqsədi buradan keçən ticarət yolunu tutmaq,
onun hərbi strateji mövqeyindən istifadə etmək idi.
Albaniyanın təbii zənginlikləri və romalıların diqqətini cəlb
edirdi.
E.ə.66-cı ilin sonunda Pompeyin qoşunları
Albaniyanın
sərhədlərinə
yaxınlaşdı.
Soyuqların
düşməsini nəzərə alaraq Pompey Albaniyaya hücumu
təxirə saldı. Kür sahilində qoşuna istirahət verən Pompey
yazda hücum etmək qərarına gəlmişdi. O,
qoşunu üç
hissəyə
bölərək
möhkəmləndirilmiş
düşərgələrdə
yerləşdirdi. Roma sərkərdəsinin fikrini başa düşən alban
hökmdarı Oroyz düşmənə
qəflətən zərbə vurmaq
qərarına gəldi. E.ə. 66-cı ildə romalıların Kroni (saturnali)
bayramında (bu bayram dekabrın 17-dən başlanır, bir
həftə davam edir). 40 min piyada və atlı alban qoşunu
romalıların düşməni qəflətən məhv etmək planı baş
tutmadı. Roma qoşunları özlərini
müdafiə edərək əsas
qoşun hissələrinin döyüşə girməsinə şərait yaratdı.
Pompey Kurdən keçən alban qoşunlarına xeyli tələfat
verdi. O, Oroyzu əsir almağa çalışsa da, buna nail ola
bilməzdi. Oroyz qoşunlarının qalıqlarının ölkənin
içərisindən çəkib apardı. O, Pompeyin yanına elçi
göndərib onunla sülh bağladı.
Albanlarla sülh bağlayan
Pompey iberlərin üzərində hərəkət etdi. Iberlər onu öz
ərazilərin-dən
buraxmayaraq,
ciddi
müqavimət
göstərirdilər, Albanlar isə yenidən Pompeyə qarşı üsyan
qaldırdlılar.
Pompey e.ə. 65-ci ildə albanlara qarşı yenidən
yürüşə başladı. O, albanlara qəflətən zərbə vurmaq
qərarına gəldi. Abait çayı yaxınlığında Roma qoşunlarını
albanların 60 min piyada, 12 min atlı qoşunu qarşıladı.
43
Onlara alban hökmdarlarının qardaşı Kozis başçılıq
edirdi. Romalıların piyada, albanların isə atlı qoşun
hissələri güclü idi. Hər iki tərəf özlərinin üstünlüklərindən
istifadə etməyə çalışırdı. Əsas diqqəti piyadalara verən
Pompey, döyüş zamanı hərbi hiyləyə əl atdı. O, döyüşə
əvvəlcə atlı hissələri çıxardı; albanlar Roma qoşunlarının
yalnız süvarilərdən ibarət olduğunu güman etdilər.
Döyüş zamanı alban süvariləri
Roma süvarilərini
sıxışdırdı. Albanlar döyüş meydanından qaçan romalıları
təqib etdilər. Roma piyadalarının qəflətən döyüşə girməsi
ilə vuruşma daha da şiddətləndi. Öz ölkəsinin azadlığı
uğrunda mübarizə aparan alban döyüşçüləri cəsarətlə
döyüşürdülər.
Albanlarla romalılar arasındakı vuruşmanı təsvir
edən Roma tarixçiləri döyüşdə alban qadınlarının iştirak
etdiklərini göstərmişlər. Tarixçi Appian yazır ki,
əsirlər
içərisində kişilərdən az yarısı olmayan qadınlar da vardı.
Ərləri və qardaşları ilə çiyin-çiyinə öz vətənini qoruyan
alban qadınlarının şücaəti romalıları heyrətə gətirmiş və
onlar bu haqda müxtəlif əfsanələr yaratmışlar
Qanıx (Alazan) döyüşdən sonra Pompey sülh
bağlamaq üçün Qafqaz dablarında düşərgə salmış
Oroyzdan onun düşərgəsinə gəlməyi tələb etdi.
Lakin
Oroyz bu tələbdən byun qaçıraraq Pompeyə məktub və
çoxlu hədiyyələr göndərdi. Hədiyyələr arasında iki nəfər
girov da var idi. Pompey məmnuniyyətlə hədiyyələri
qəbul etdi və albanlarla sülh bağladı. O, Albaniyanın
içərilərinə, Xəzər dənizinə
doğru irəliləməyə cəhd
göstərdi. Albanların müqaviməti və ərzaq çətinliyi
Pompeyin irəliləməsinə imkan verməmişdi.
B.e. 64-
cü ilində Roma və Parfiya arasında sülh
bağlandıqdan sonra Albaniyada romalıların təsiri
gücləndi. Romalılar hətta Xəzər dənizinə qədər irəlilədi.
1948-
ci ildə Qobustanda qaya üzərində aşkar edilmiş
44
latın kitabəsi də bunu təsdiq edir. Kitabədən məlum olur
ki, imperator Domisianın dövründə (81096) 12-ci ildırım
sürətli Roma legionu Azərbaycanda olmuşdu. Bu
kitabənin 80-cı illərə aid olduğu göstərilir.
72-74-
cü illərdə Şimali Qafqazda yaşayan albanlar
Zaqafqaziya, Iran və Kiçik Asiyaya hücum etdilər.
Albaniya bu basqından daha zərər çəkdi.
I əsrin ikinci yarısında Albaniyada parfiyalıların
nüfuzu güclənir. Parfiya şahı I Balaş 51-80
Ermənistan
taxtına qardaşı Trdatı çıxardı. Albaniyada da hakimiyyət
Arşakilər süləlsinin nümayəndəsinin əlinə keçdi. II əsrin
əvvəllərində Zaqafqaziyada Romanın təsiri gücləndi. 114-
cü ildə Zaqafqaziya uğrunda Parfiya və Roma arasında
müharibə yenidən başladı.
Dostları ilə paylaş: