173
Bəylərbəyiliklər
mahallara bölünürdü. Mahalları şah
tərəfindən təyin olunan mahal hakimləri (
sultan və
məliklər) idarə edirdilər. Bu hakimlərə hərbi-inzibati və
polis funksiyası verilirdi. Vilayətlərin idarə olunmasında
bəylərbəyi müavini (canişin), eşikağasıbaşı, divanbəyi,
me
hmandar da mühüm rola malik idilər.
Səfəvilər dövründə canişin və
naib əl-hökumə
sinonim kimi işlənmişdir. Bu adı daşıyan məmuru bir
qayda olaraq bəylərbəyi özü təyin edirdi. Səfəvi dövləti
sistemində başlıca idarəçilik qurumları iki inzibati
bölmədən ibarət idi: bəylərbəylik (vilayət) və sultan-
məliklik (mahal).
Dostları ilə paylaş: