Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə64/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   60   61   62   63   64   65   66   67   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Kənd təsərrüfatı. XVI yüzilin başlanğıcında 
Azərbaycan torpaqlarının birləşdirilməsi, möhkəm dövlət 
idarəçiliyin yaradılması ilə ölkənin həyatında dirçəliş 
başlandı.
XVI-
XVII yüzillərdə kənd təsərrüfatında yenə 
əkinçilik üstün yer tuturdu. Kənd əhalisinin çoxu 
əkinçiliklə məşğul olurdu. Əkinçi təsərrüfatı başlıca olaraq 
suvarma özülündə qurulurdu.
Sənətkarlıq və ticarət. Azərbaycanın yaxşı təbii-
coğrafi şəraiti, xammal bolluğu, ipəyə, yuna, pambığa, 
sənət məhsullarına daxili ehtiyacın və beynəlxalq bazar 
tələbatının artması ölkədə şəhərlərin canlanmasına, 
sənətkarlıq və ticarətin irəliləyişinə müsbət təsirlər 
göstərmişdi. XVI-XVII əsrlərdə ölkə miqyasında əmək 
bölgüsünün dərinləşməsi, ticarətin və sənətkarlığın 
təkamülü 
mövcud 
şəhərlərin 
inkişaf 
prosesini 
sürətləndirmiş, bir çox kiçik yaşayış məskənlərinin 
şəhərlərə çevrilməsində başlıca amil rolunu oynamışdır. 
Ancaq Təbriz, Gəncə, Ərdəbil, Marağa, Şamaxı, Ərəş, 
Bərdə, Naxçıvan, Dərbənd, Culfa ölkənin əsas 
sənətkarlıq və ticarət mərkəzləri idilər. Azərbaycan 
şəhərlərində, hətta bir çox kənd və qəsəbələrdə toxucu


174 
başmaqçı, dərzi, misgər, dəmirçi, dulusçu, dabbaq, 
bənna kimi 44-dən çox peşə-sənət sahəsi vardı. 
Səfəvi dövlətinin iqtisadi siyasəti sənətkarlığın 
inkişafına təkan verdi. I Şah Təhmasib sənətkarlardan 
istehsala görə «mali möhtərifə», satışa görə isə «tamğa» 
adı ilə alınan vergiləri 1565-ci il fərmanı ilə ləğv etdi. Bu, 
sənətkarlıq və ticarəti canlandırdı.
XVI-
XVII yüzildə 
sənətkarlığın irəliləyişi daxili və xarici bazarlardakı 
ehtiyacla bağlı idi. Alış-veriş arttdıqca istehsal da 
genişlənir, istehsal texnikası yeniləşirdi. Məhsuldar 
qüvvələr canlandıqca sənətin yeni sahələri yaranırdı.
Dövlət xəzinəsi ticarətdən çox qazanc götürürdü. 
T
acir və sıravi satıcılardan gömrük nəzarətçiləri 
tərəfindən yollarda «rəhdari» adlı yol gömrüyü (rüsum), 
şəhərlərin giriş qapısı və bazarlarda isə bac (ticarət 
rüsumu) alınırdı.
Rusiya ilə Azərbaycan arasında alış-veriş Volqa-
Xəzər su yolu və Dərbənddən keçən qədim quru karvan 
yolu ilə aparılırdı. Dərbənd-Şabran-Muğan çölü, Cavad-
Ərdəbil-Xalxal-Zəncan-Sultaniyyə-Əhər başlıca ticarət 
yolu idi. Şamaxı, Ərəş, Təbriz, Marağa şəhərləri də bu 
karvan yolu ilə bağlı idilər. Volqa çayı ilə gələn gəmilər 
isə Xəzərin Dərbənd, Niyazabad, Bakı limanlarına yan 
alırdılar. Tacirlər bu limanlardan yenə də quru karvan 
yoluna çıxıb mallarını istədikləri şəhərlərə aparırdılar. 
XVII yüzilin ikinci yarısında Qərbi Avropa ticarət 
kapitalı Rusiya kapitalının rəqabəti ilə də qarşılaşdı. 
1667-
ci ildə Rusiya hökuməti Culfa ticarət şirkəti ilə 
müqavilə bağladı. Müqaviləyə görə şirkət xam ipəyi 
Rusiyaya satmalı, yaxud Avropaya Rusiya vasitəsi ilə 
ixrac etməli idi. 1672-ci ildə Şah Süleyman (1666-1694) 
çar Aleksey Mixayloviçə (1645-1676) yazdığı məktubda 
Culfa şirkətinin bağladığı müqavilə ilə razılaşdığını 
bildirirdi. 


175 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin