Quba üsyanı. XIX əsrin 30-cu illərində baş vermiş
ən böyük üsyan Quba üsyanıdır. Quba əyalətində
kəndlilərin böyük hissəsini dövlət kəndliləri təşkil edirdilər.
Bu isə əyalətdə baş verən kəndli hərəkatının xarakterinə
həlledici təsir göstərdi. Əyalət kəndlilərinin narazılığının
əsas mənbəyi iltizam sistemi idi. Bu sistemə görə,
237
müxtəlif dövlət vergilərinin böyük hissəsi ayrı-ayrı
şəxslərə
iltizama
verilirdi.
Iltizamçılar
kəndliləri
amansızcasına soyub-talayırdılar. Otlaqların iltizama
verilməsi heyvandarlıqla məşğul olan kəndlilərin
vəziyyətini xüsusilə ağırlaşdırırdı. 1835-ci ildə Quba
əyalətinin bütün otlaqları praporşik Şergilov tərəfindən
iltizama götürülmüşdü. Iltizamçı otlaqları soyğunçu
şərtlərlə kəndlilərin istifadəsinə verir, kəndli torpaqlarını
ələ keçirir, heyvanlarını Şamaxı əyalətinə sürüb aparan
və quru otla saxlayan kəndlilərdən otlaq xərci alırdı.
Dövlət vergilərinin ağırlığını onları toplayarkən yol
verilən görünməmiş özbaşınalıqlar daha da artırırdı.
Polkovnik Gimbut komendant olduqdan sonra vilayətdə
özbaşınalıq daha da gücləndi. Vergilər kəndlilərdən
qanunla müyyənləşdirildiyindən bir neçə dəfə artıq
toplanır, fərq isə komendant tərəfindən mənimsənilirdi.
Əyalətin idarə edilməsi üzrə komendant köməkçiləri olan
mahal naibləri də öz rəislərindən geri qalmırdılar.
Müflisləşmiş kəndlilər dövlət boyunduruğunu daşımaq
iqtidarında deyildilər və nəticədə vergi borcları sürətlə
artırdı. Kəndlilərin vəziyyəti elə pisləşmişdi ki, 1836-cı ildə
buğda və arpa ilə ödənilən natural vergini ödəməkdən
imtina etdilər.
Hökumət
dairələrinin
Yuxarıbaş
mahalı
kəndlilərinə Varşavada yerləşən süvari müsəlman
alayında xidmət üçün könüllülər vermək təklifi kəndlilərin
səbr kasasını dolduran sonuncu damla oldu. Könüllülər
tamamilə yerli əhali hesabına təchiz edilməli (silah, at,
paltar və s.) olduğundan, əslində çarizm bu aktla çar
hakimiyyət orqanlarının əlavə özbaşınalıqları üçün
mənbə olan yeni mükəlləfiyyət tətbiq edirdi. Bu tələb
kəndlilər tərəfindən əsgəri mükəlləfiyyətin başlanması
kimi qəbul edildi və 1837-ci ilin aprelində əyalətdə kütləvi
kəndli hərəkatının başlanmasına təkan verdi. Hərəkat
238
Yuxarıbaş mahalında başlandı, sonra iki qonşu mahala
yay
ılaraq tezliklə bütün əyaləti bürüdü.
Gündüzqala kəndində toplanan kətxudalar hərbi
dairə rəisi Reutdan əyalətin əhalisini süvarilər verməkdən
azad etməyi tələb etdilər. Tezliklə kətxudalar əlavə
tələblə
irəli
sürdülər:
dövlət
mükəlləfiyyətlərinin
azaldılması, komendant Gimbutun vəzifəsindən kənar
edilməsi, əhalinin nifrət etdiyi iki mahal naibinin vəzifədən
kənar edilməklə əyalətdən çıxarılması. Hərəkat çox
sürətlə inkişaf edərək müstəmləkə və feodal əsarətinə
qarşı çevrilmiş hərəkat xarakteri aldı. Yaranmış vəziyyətin
ciddiliyi hökuməti güzəştə getməyə məcbur etdi. Reutun
adından elan olundu ki, Quba əyalətindən süvarilər cəlb
olunmayacaqlar. Gimbutun və iki naibin vəzifələrindən
götürülməsi tələbləri də yerinə yetirildi. Hökumət bu yolla
kəndliləri sakitləşdirməyə, vaxt qazanmağa və əsas
tələbləri unutdurmağa ümid bəsləyirdi. Reutun taktikası
özünü doğrultdu. Kəndlilər evlərinə dağılışdılar və
bununla hərəkatın birinci mərhələsi başa çatdı.
1837-
ci ilin avqustunda Quba əyalətində kütləvi
silahlı üsyan başlandı. Ona Xuluq kəndinin kətxudası
Hacı Məhəmməd rəhbərlik edirdi. dağlıların Şamil
tərəfindən rəhbərlik edilən mübarizəsi də Quba
əyalətindəki hadisələrin inkişafına, əhali arasında
müstəmləkə əleyhinə əhval-ruhiyyənin güclənməsinə
təsir göstərirdi. 1837-ci il avqustun əvvəlində Hacı
Məhəmməd mürid Əli ilə görüşdü. Görüşdə Əli Şamilin
Yuxarıbaş kətxudalarının adına ünvanladığı məktubunu
ona verdi. Şamil onları çar hakimiyyət orqanlarının
yalançı vədlərinə inanmamağa, əldə silah öz hüquqlarını
müdafiə etməyə çağırırdı. Avqustun 20-dən sonra Hacı
Məhəmməd üsyan bayrağını qaldırdı. Silahlı üsyana
başlamaq çağırışını o, oğlunun Xuluq kəndində keçirilən
və 3 yuxarı mahaldan 200-ə yaxın adamın, o cümlədən
239
kətxudaların iştirak etdikləri toyunda irəli sürdü.
Kətxudalar Hacı Məhəmmədə tərəfdar çıxdılar və
kəndlərə
çaparlar
göndərərək,
kəndliləri
silahlı
mübarizəyə çağırdılar.
Hadisələr çox sürətlə inkişaf edirdi. Artıq bir neçə
gündən sonra, Barmaq mahalı istisna olmaqla bütün
əyalət kəndli üsyanı alovlarına bürünmüşdü. Üsyançılar
tərəfindən xan seçilmiş Hacı Məhəmməd Qubaya
yaxınlaşdı və onun dörd verstliyində düşərgə saldı.
Avqustun 30-
da Qubanın mühasirəsi başlandı. Şəhəri
qeyri-
nizami hərbi qulluqçular da daxil olmaqla sayı
təxminən 600 nəfər olan qarnizon qoruyurdu. Lakin
onların gücünü üsyançılarda olmayan toplar xeyli artırırdı.
Bunu nəzərə alan üsyançılar şəhərə gizlicə daxil olmağı
və düşmənə eyni zamanda həm arxadan, həm də öndən
zərbə vurmağı qərara aldılar. Sentyabrın 4-dən 5-nə
keçən gecə üsyançıların hər biri 4 min nəfərdən ibarət
olan iki dəstəsi qərbdən və şərqdən qala divarlarına
həmlə
etdilər.
Hacı
Məhəmmədin
ən
yaxın
silahdaşlarından olan kəndli Yarəlini başçılığı ilə sayı 4
min nəfər olan üçüncü dəstə gizlincə şəhərə daxil olmağa
cəhd göstərdi. Əvvəlcədən əldə edilmiş razılığa əsasən
şəhərlilər üsyançılarla birgə çıxış etməli idilər.
Güclü tüfəng və top atəşləri üsyançılara qala
divarları üzərinə qalxmağa imkan verməsi. Yarəlinin
dəstəsinin xeyli hissəsi isə şəhərlilərin köməyi ilə gizlincə
Qubaya dax
il olaraq, şəhər məhkəməsinin binasını ələ
keçirdi, şəhərin mərkəzində yerləşən meydana çatdı.
Lakin bu zaman üsyançıları gördülər. Qoşun dəstəsi
sürətlə üsyançılara hücum etdi. Top atəşi onları meydanı
tərk etməyə məcbur etdi. Üsyançılar yaxınlıqdakı evlərə
dağılışaraq, inadla soldatların hücumlarını dəf etməyə
başladılar. Şiddətli döyüşdə üsyançılarla birlikdə çoxlu
şəhərli də vuruşurdu. Lakin onların ayrı-ayrı evlərdə
240
gizlənmiş pərakəndə qrupları təlim görmüş çar ordularına
qarşı dura bilmədi. Axşama yaxın üsyançılar şəhərdən
çıxarıldılar.
Kəndlilər Hacı Məhəmmədi tərk edərək, evlərinə
dağılışmağa başladılar. Az qüvvə ilə mübarizəni davam
etdirməyin mənasızlığını görən Hacı Məhəmməd
kəndliləri evlərinə buraxmağı qərara aldı. Özü isə doğma
kəndi Xuluqa gələrək, ailəsini götürüb Kürə xanlığına yola
düşdü. O, burada Mirzə Məhəmməd xan tərəfindən ələ
keçirilib hökumətə təslim edildi. Çar müstəmləkəçilərinin
qurduğu məhkəmənin hökmü ilə Hacı Məhəmməd edam
edildi. Üsyanın 44 fəal iştirakçısı hərbi məhkəməyə
ver
ildi. Yarəli isə dağlarda gizlənə bildi. 1838-ci il Acıaxur
döyüşündən sonra o da ruslara tabe oldu.
Dostları ilə paylaş: |