Азярбайжан республикасы дахили ишляр назирлийи


XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə94/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   90   91   92   93   94   95   96   97   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda 
həyata 
keçirilən 
islahatlar. 
Komendant 
idarə 
üsulunun ləğvi. Azərbaycanda çarizmin iqtisadi 
siyasətinin həyata keçirilməsi, diyarın təbii ehtiyatlarının 
mənimsənilməsi cəhdləri bəzi digər amillərlə yanaşı, 
komendant üsul-idarəsinin təsiri altında ləngidilirdi. Bu 
idarəçilik üsulu hətta ali çar məmurlarının etirafına görə, 
«dövlət gəlirləri üçün soyğunçu, diyarın rifahı, onun 
sakinlərinin səadəti və mənəviyyatı üçün məhvedici» 
oldu. 
Komendant üsul-idarəsi dövlət xəzinəsinə xeyli 
ziyan vururdu. Komendantlar, hərbi hissə komandirləri və 
Rusiya idarə aparatı ilə bağlı olan məmurlar yığılan 
vergilərin xeyli hissəsini mənimsəyir, xəzinənin torpağını 
və vəsaitini dağıdırdılar. Hərbi hissələrin zabitləri olan bu 
hərbi rəislər xəzinə gəlirlərinin sahibi və bölüşdürücüsü 
vəzifələrinin öhdəsindən gəlməyə qadir deyildilər. 
Cənubi Qafqazda inzibati-məhkəmə islahatı 
haqqında qanun 1840-cı il aprelin 10-da I Nikolay 
tərəfindən təsdiq edildi. 1841-ci il yanvarın 1-dən islahat 
hər yerdə tətbiq olundu.


242 
Islahat Cənubi Qafqazın inzibati quruluşunu 
dəyişərək, onu Ümumrusiya inzibati ərazi bölgüsünə 
uyğunlaşdırdı. Cənubi Qafqaz diyarı mərkəzi Tiflis olan 
Gürcüstan-Imeretiya quberniyasına və mərkəzi Şamaxı 
olan Xəzər vilayətinə bölünürdü. Quberniya və vilayət 
qəzalara (dairələrə), onlar isə öz növbəsində nahiyələrə 
(sahələrə) bölünürdü. 
Azərbaycan torpaqlarının əksəriyyəti 7 qəzanı – 
Şamaxı (keçmiş Şirvan əyaləti), Şuşa (Qarabağ əyaləti), 
Nuxa (Şəki əyaləti), Lənkəran (Talış əyaləti), Bakı (Bakı 
əyaləti), Dərbənd (Dərbənd, Tabasaran və Qaraqaytaq 
əyalətləri) və Quba (Samur dairəsi ilə birlikdə Quba 
əyaləti) qəzalarını özündə birləşdirən Xəzər vilayətinin 
tərkibinə daxil oldu. Dərbənd və Quba qəzaları xüsusi 
Dərbənd hərbi dairəsinə daxil edildi. 
Çar hökuməti «parçala və hökm sür» prinsipini 
rəhbər tutaraq Azərbaycan torpaqlarının bəzi hissələrini – 
Qazax və Şəmşəddil distansiyaları ilə birlikdə 
Yelizavetpol qəzasını, Car-Balakən vilayəti və Ilisu 
sultanlığından yaradılmış Balakən qəzasını, Irəvan 
qəzasını və Ordubad dairəsi ilə birlikdə Naxçıvan 
qəzasını Gürcüstan-Imeretiya quberniyasının tərkibinə 
daxil etdi. Qəzaların tərkibində nahiyələr yaradıldı, 
onlardan çoxu keçmiş mahalların ərazilərinə müvafiq 
gəlirdi. Azərbaycan ərazisində 32 nahiyə yaradılmışdı. 
Cənubi Qafqazın ali idarəsi buradakı qoşunların 
baş rəisinin əlində saxlanılırdı. O, bilavasitə imperator 
tərəfindən təyin edilir və vəzifəsindən çıxarılırdı. Baş rəis 
general-
qubernatora nisbətən daha geniş səlahiyyətlərə 
malik idi. O, quberniya idarə orqanlarının qərarlarını ləğv 
etmək, məmurları vəzifələrindən uzaqlaşdırmaq və s. 
hüquqlara malik idi. 
Islahat hərbi-komendant idarələrinin ləğvinə və 
onların ölkənin daxili quberniyalarındakı idarələrə 


243 
müvafiq yeni idarələrlə əvəz olunmasına gətirib çıxardı. 
Quberniya idarələrinə ali hakimiyyətin nümayəndəsi olan 
qubernator, Xəzər vilayəti idarələrinə isə vilayət rəisi 
başçılıq edirdi.
1840-
cı il 10 aprel qanunu Cənubi Qafqazın 
məhkəmə sistemində mühüm dəyişikliklər etdi. Qəza 
məhkəməsi hakimlərdən, çar hakimiyyət orqanları və 
vergi verən təbəqələrdən olan iclasçıladan ibarət idi. 
Qəzanın polis və məhkəmə orqanlarında işlərin 
aparılması üzərində nəzarəti quberniya və vilayət 
prokurorlarının təqdimatı üzrə diyarın baş rəisi tərəfindən 
təyin edilmiş qəza prokurorları həyata keçirirdi. 
Məhkəmə islahatı həm də bunda ifadə olundu ki, 
artıq cinayət işlərinə hərbi məhkəmələrdə yox, mülki 
məhkəmələrdə baxılırdı. Lakin bu islahatın əsas 
ideyalarından biri – məhkəmənin idarəçilik işindən 
ayrılması həyata keçmədi və məhkəmə səlahiyyətlərinin 
bir hissəsi nahiyyədən tutmuş diyaradək Qafqaz 
hakimiyyət orqanlarının əlində qalmaqda idi. 
1840-
cı il qanunu ruhanilərin əlində ancaq nikah 
və vərəsəlik işlərini həll etmək hüququnu saxlasa da, 
Azərbaycanın 
yerli 
sakinləri 
bütün 
mülki-hüquqi 
mübahisələrə görə şəriət məhkəmələrinə üz tutmaqda 
davam edirdilər.
Inzibati-
məhkəmə islahatının obyektiv olaraq bəzi 
müsbət cəhətləri var idi. Çünki o, feodal pərakəndəliyinin 
aradan qaldırılmasına şərait yaradırdı. Islahat vahid pul, 
ölçü və çəki sistemlərinin tətbiq olunmasını, rahdar 
vergisinin ləğvini sürətləndirirdi. Bu isə sabit olan idarə və 
məhkəmə sisteminin yaradılmasına gətirib çıxarırdı. 
Bütün bunlar sənaye və ticarətin inkişafına şərait 
yaradırdı. 
Lakin 1840-
cı il inzibati-məhkəmə islahatı eyni 
zamanda çarizmin milli-müstəmləkə zülmünün daha da 


244 
güclənməsinə səbəb oldu. Azərbaycanlı məmurlar 
inzibati idarələrdən və məhkəmələrdən çıxarılır, hər yerdə 
onların vəzifələrinə rus məmurları təyin olunurdu. Bütün 
kargüzarlıq ancaq rus dilində aparılırdı. Xəzinə və xüsusi 
sahibka
r torpaqlarında yaşayan kəndlilərdən alınan 
vergilər artırıldı, pul mükəlləfiyyəti tətbiq olundu, kəndlilər 
və şəhər yoxsullarının narazılığının daha da artmasına 
səbəb olan bir sıra digər tədbirlər həyata keçirildi. 
Inzibati-
məhkəmə islahatı çarizmin sosial dayağı 
məsələsini xeyli kəskinləşdirdi. Islahatın keçirilməsi 
zamanı hökumətdə mütləqiyyətin etibarlı dayağı ancaq 
rus zadəganlığı olmalı, onlar yerli bəylərin və ağaların 
tiyul 
torpaqlarında 
yerləşdirilməli 
idilər. 
Bəzi 
tərəddüdlərdən sonra Baş idarə şurasının Gürcüstan-
Imeretiya quberniyası Qazax, Şəmşəddil və Borçalı 
nahiyələrinin ağaları və məliklərinin kəndlərin idarə 
olunmasından kənar edilməsi barəsində 1841-ci il 13 
fevral tarixli və Xəzər vilayəti bəylərinin kəndlərin 
idarəçiliyindən kənar edilməsi barəsində 1841-ci il 24 
mart tarixli qərarlarına əsasən bəylər və ağalar özlərinin 
tiyul torpaqlarından məhrum edildilər. Bu qərarlar əhalinin 
bütün təbəqələrinin narazılığına səbəb oldu.
Müstəmləkə 
əleyhinə 
çıxışların, 
kəndli 
həyəcanlarının yeni dalğası hökuməti həyata keçirilən 
siyasətə yenidən baxmağa məcbur etdi. Çar I Nikolay 
yerli əhalinin islahatdan narazılığının səbəblərini 
aydınlaşdırmaq üçün xüsusi müfəttişləri – hərbi nazir qraf 
Çernışevi və Qafqaz Komitəsinin sədri stats-sekretar 
Pozeni Cənubi Qafqaza göndərdi. Çernışev və Pozen 
günahı o zaman artıq gözdən düşmüş Qanın üzərinə 
qoyaraq, bu islahatın uğursuzluğunu etiraf etməli oldular.
1842-
ci ildə Qafqaz işləri üzrə yeni ümumimperiya 
orqanları – hərbi nazirin sədrliyi altında xüsusi komitə və 
imperiya dəftərxanasının ayrıca-IV şöbəsi yaradıldı. Çar 


245 
hökuməti dağlılarla müharibəni tezliklə başa çatdırmaq və 
Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün 
Zaqafqaziya diyarının Baş idarəsi əvəzinə 1844-cü ildə 
Qafqaz canişinliyini təsis etdi. Canişin mütləqiyyətin «ali 
hüquqlarının» keşikçisi idi və ona müstəsna dərəcədə 
geniş səlahiyyətlər verilmişdi. Qraf S.M.Voronsov Qafqaz 
canişini təyin olundu. O, tam mülki və hərbi hakimiyyətə 
malik idi və bütün hallarda bilavasitə imperatora müraciət 
edə bilərdi. 
Diyarın inzibati-ərazi quruluşunda da dəyişikliklər 
edildi. 
1846-1849-
cu 
illərdə 
Gürcüstan-Imeretiya 
quberniyası və Xəzər vilayətlərinin yerində 5 quberniya – 
Tiflis, Kutaisi, Şamaxı, Dərbənd və Irəvan quberniyası 
yaradıldı. Bu inzibati-ərazi quruluşu Azərbaycan 
torpaqlarını daha da parçaladı; demək olar ki, bütün 
quberniyaların tərkibinə Azərbaycan torpaqları qatılmışdı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin