Азярбайжан Республикасы Мцдафия Назирлийи


Mülki Müdafiə qərargahlarında aşağıdakı əsas sənədlər işlənib hazırlanır



Yüklə 0,58 Mb.
səhifə18/19
tarix24.12.2023
ölçüsü0,58 Mb.
#193105
1   ...   11   12   13   14   15   16   17   18   19
M-1təzə - for merge

Mülki Müdafiə qərargahlarında aşağıdakı əsas sənədlər işlənib hazırlanır:

  1. Mülki Müdafiənin təşkili və aparılması barədə sərəncam və ya əmr.

  2. Mülki Müdafiə planı.

  3. İllik planlaşdırma sənədləri.

  4. Föqəladə Hallar Komissiyasının sənədləri.

  5. Mülki Müdafiə qüvvələrinin sənədləri.

  6. Təlim və məşqlərin sənədləri.

  7. Təcili məlumatlar cədvəli üzrə hesabat sənədləri.

8. Arayış sənədləri (hesabatlar, sxemlər, arayışlar, aktlar, məlumatlar və s.).


Sənədlərə olan əsas tələblər:

  1. Sənədlər, düzgün, qısa və aydın tərtib olunmalı və icraçılara vaxtında çatdırılmalıdır.

  2. Sənədlərin tərtibatında qərargah mədəniyyətinə əməl olunmalıdır.

3. Sənədlərin məxfilik dərəcəsi (“xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” və ya “xidməti istifadə üçün”) sənədin sağ yuxarı hissəsində qeyd olunmalıdır.
4. Məxfilik dərəcəsinin aşağı hissəsində sənədin nüsxəsi və tərtib olunma tarixi yazılmalı, sənəd bir neçə ünvana göndərilirsə, ümumi ünvan göstərilməlidir.
5. Sənədlər yazılı, qrafik formada, səs lentinə yazılmış, fotoşəkilli ola bilər və bir neçə nüsxədə hazırlana bilər. Bir neçə ünvana göndərilən sənədlərin nüsxələrinin sayı qərargahda qalan nüsxədə göstərilir.
6. Açıq üsulla göndərilən sənədlərdə, ünvanın əvəzinə idarəetmə məntəqələrinin şərti adları yazılır.
7. Sənədlərdə olan bütün düzəlişlər, sənədi təsdiqləyən və onu hazırlayan şəxslərlə razılaşdırılır.
8. Sənədin əks tərəfində, yaxud başqa jurnalda göndərilən nüsxələrin hesabatı, onların göndərilmə və alınma vaxtı qeyd olunur. Bu qeydləri sənədi göndərən şəxs təsdiqləyir. Sənədin alınma tarixi və vaxtı onu alan, yaxud açan şəxs tərəfindən hökmən qeyd olunur.


İş və ya hesabat xəritələrini hazırlayanda aşağıdakıları qeyd etmək lazımdır:

  • məxfilik dərəcəsi;

  • nüsxə nömrəsi;

  • sənədin adı;

  • qərargahın yerləşdiyi yer;

  • sənəd tərtibatının başlanma saatı və tarixi;

  • sənəd tərtibatının qurtarma saatı və tarixi;

  • mövcud şərait:

  • Mülki Müdafiə qüvvələrinin yerləşdiyi rayon (ərazi) ən azı üç nöqtə ilə, saat əqrəbi istiqamətində;

  • hərəkət marşrutları ən azı üç nöqtə ilə, birinci nöqtədə – qüvvələr haradan çıxır, ikinci nöqtədə – marşrut haradan keçir və üçüncü nöqtədə – toplanış yeri və yaxud dağıntı ocaqları;

  • nüvə silahının partlayış mərkəzi və partlayışın vaxtı;

  • radioaktiv zəhərlənmənin aşkar edildiyi vaxt;

  • xəritəni hazırlayan şəxsin vəzifəsi, imzası və soyadı;

  • xəritənin miqyası.

Xəritinin əks tərəfində nüsxələrin sayı, göndərilmə ünvanları, sənədlərin uçotu jurnalında qeydiyyata alınma tarixi və qeydiyyat nömrəsi yazılır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin