100
3.8.1 Sintetik yag turşularının istehsal prosesində
yaranan yan məhsullar və onlardan istifadə
Parafin karbohidrogenlərinin oksigenin və Mn – Na tərkibli katalizatorların
iştirakı ilə maye fazada oksidləşdirilməsi ilə sintetik yag turşularının istehsalı
prosesində məqsədli məhsulla yanaşı tərkibində üzvi və qeyri üzvi turşular və onların
duzları, spirtlər, aldehidlər, ketonlar, natrium sulfat, kalsium duzları, manqan, dəmir
və üzvi sintezin digər məhsulları olan xeyli miqdar çirkab suları və kub qalığı da
yaranır. Bununla əlaqədar olaraq sintetik yag turşularının istehsalı prosesində yaranan
yan məhsulların və çirkab sularının emalı, onların tərkibindən çirkləndirici
komponentlərin ayrılması və istifadə olunması üçün yeni texnoloji proseslərin
yaradılması vacib məsələ hesab olunur.
Turş çirkab suları parafinin oksidləşməsi , işlənmiş havanın soyudulması və
yuyulması mərhələsində yaranır. Turş çirkab sularının tərkibində 15%-ə qədər kiçik
molekullu C
1
-C
4
- turşuları olur. Turş su axınında onların tərkibi kütlə faizi ilə
aşağıdakı kimidir: qarışqa turşusu – 5,48% ; sirkə turşusu – 5,04%; propion turşusu –
2,40% ; yağ turşusu – 1,98%.
Turş çirkab sularının tərkibində kiçik molekullu C
1
-C
4
- turşuları ilə yanaşı az
miqdarda yüksək molekullu karbon turşuları, efir və karbonil xarakterli birləşmələr,
neytral üzvi məhsullar da olur. Turş çirkab sularının (turşu ədədi 140-150 mq KOH/q
olan) miqdarı bir ton ilkin parafinə görə 430-450 kq təşkil edir. Turş çirkab sularının
destruktiv təmizləmə metodları (bioloji və termiki oksidləşmə, əlektrokimyəvi
təmizlənmə) turş sularda olan üzvi birləşmələrin parçalanmasına əsaslanır. Bu
metodların ümumi çatışmayan cəhəti qiymətli kiçik molekullu turşuların itkisidir. Ona
görə də son zamanlarda turş çirkab sularının regenerativ təmizləmə metodları – duzlu,
ekstraksiyalı, azeotrop rektifikasiya və s. geniş yayılmışdır. Bu üsullar kiçik
molekullu turşuların və onların törəmələrinin çıxarılması ilə əlaqədardır.
101
C
1
-C
4
- turşularının ammonium duzları azotlu gübrə kimi istifadə oluna bilər.
Turş suların amonyakla neytrallaşdırılmasından alınan su kondensatından neftlərin
susuzlaşdırılması və duzsuzlaşdırılması zamanı deemulqator kimi istifadə olunlası
zamanı da müsbət nəticələr əldə olunmuşdur. Su kondensatından qırmızı kərpicin
alınmasında, istilik energetik aqreqatlarının yuyulmasında, həmçinin də sintetik
solidolun qatılaşdırıcısının kiçik molekullu əsası kimi də istifadə oluna bilər. Kiçik
molekullu C
1
-C
4
- turşuları yemlərin istehsalı prosesində də istifadə olunur. Kiçik
molekullu C
1
-C
4
- turşuları konsentratının tərkibində qatışıqların çoxlu miqdarda
olması onlardan geniş miqyasda istifadə etməyə imkan vermir.
Sulfatlı çirkab suları tərkibində üzvı birləşmələr qatışığı ilə birlikdə 8-12%
natrium sulfat olan məhlullardır. Bu çirkab suların tərkibində olan üzvi qatışıqlar
ə
sasən C
1
-C
6
- tərkibli turşular və C
4
-C
11
- tərkibli dikarbon turşularından ibarətdir.
Sulfatlı çirkab sularının istifadə dərəcəsi 20% -dən azdır. Bu cür suların utilizasiyası
sellüloza-kağız, şüşə, kimya, toxuculuq, dərman preparatlarının istehsalı və digər
sənaye sahələrində istifadə olunan natrium sulfatın ayrılmasından ibarətdir. Bunun
üçün ən yaxşı variant çirkab suyunun əvvəlcə üzvi və metal qarışıqlarından
təmizlənməsi və sonra da buxarlandırılması hesab olunur. Bu halda natrium sulfat
98% təmizliklə alınır və həm də keyfiyyətli hesab olunur.
Sintetik yag turşularının istehsalı prosesində xeyli miqdarda laktonlar alınır ki,
onlar da əsasən çirkab sularında yığılırlar. Laktonlar oksiturşuların natrium duzları -
beton plastifikatorlarının alınmasında ilkin xammal kimi istifadə oluna bilər.
Oksiturşuların natrium duzu məhlulunun (tərkibi : i-C
5
-C
20
tərkibli sntetik yag turşusu
fraksiyası – 25-38%; lakton və efirlər – 0,5-1,2%; karbohidrogenlər – 12-17%; su)
beton qarışığına əlavə olunması onun plastikliyini xeyli artırır.
Sintetik yag turşularının isrehsalı prosesində əsas məhsullardan biri də əsasən C
20
və daha yüksək turşu fraksiyalarının distilləsi zamanı əmələ gələn kub qalıgından
(çıxım 30%) ibarətdir. Kub qalıgı tökmə bərkidicilər istehsalında geniş istifadə sahəsi
tapmışdır. Onun təsirini müəyyən etmək üçün kub qalıgı qətranlı və qətransız
102
komponentlərə ayırmışlar ki, ondan da öz növbəsində sabunlaşan və sabunlaşmayan
məhsullar almışlar. Kub qalıgının turşu ədədinin azalması onun əsasında alınan
bərkidicinin möhkəmliyinin artmasına səbəb olmuşdur. Bu əsasən kub qalıgında
qətranlı birləşmələrin artıq olması ilə əlaqıdardır. Əksinə, kub qalıgının tərkibində
qətransız birləşmələrin artıq olması onun turşu ədədinin azalmasına səbəb olur ki, bu
da onun əsasında alınan bərkidicinin möhkəmliyi azaldır. Sabunlaşan maddələrdən
alınan bərkidicilərin möhkəmliyi qətranlı və qətransız birləşmələrdən təşkil olunan
bərkidicilərin möhkəmliyindəm aşagı olur.
Turşu ədədi 70-100 mq KOH/q olan kub qalıgından yol tikintisi üçün bitum
emulsiyalarının hazırlanmasında emulqator kimi istifadə olunur. C
18
-C
23
tərkibli
sintetik yağ turşuları fraksiyası sürtkü materiallarının alınmasında istifadə olunur.
C
18
-C
23
tərkibli kub qalığı yüksəkparafinli neftlərin depressatorunun istehsalı
prosesində tətbiq olunan ali yag spirtlərinin alınmasında istifadə oluna bilər. Kub
turşuları əsasında alınan ali yağ spirtlərinə olan tələblər aşağıda göstərilmişdir:
Funksional ədədi, mq KOH/qr: turşu – 0,3 ; efir – 2,0; hidroksil 150 -165; karbonil –
1,0; yod ədədi, qr I
2
/100 qr. – 1,0-2,0; spirtlərin tərkibi küt.% -i ilə : C
18
– tərkibli
sintetik yağ spirtləri - 10%; C
18
– 65%;
Kub qalıgından alınan C
20
-C
25
tərkibli sintetik yag turşularının vinil efirlərinin
sintezi də mümkün olmuşdur. Kub qalıgının ayrılması metanol və ya aseton vasitəsilə,
30
0
C temperaturda, kub qalığı : həlledici nisbətinin 1:4 qiymətində, ekstraksiya yolu
ilə həyata keçirirlər. Bu halda alınan birləşmə orta distillatlı karbohidrogen
yanacaqlarında qoruyucu aşqar kimi istifadə oluna bilər.
103
IV. Sintez qaz və onun əsasında məhsul istehsalı
4.1. Sintez qaz istehsal
Neft xammalları resurslarının məhdud olması alternativ xammallardan istifadə
etməklə əsas üzvi sintez proseslərinin işlənib hazırlanmasını stimullaşdırır. Alternativ
xammal növlərinə təbii qaz və daş kömür misal ola bilər. Kömürdən, daha doğrusu
kömürün tərkibində olan karbondan çoxtonnajlı kimya istehsalında istifadə etmək
üçün onu kimyəvi aktiv və texnoloji rahat birləşmələrə çevirmək lazımdır. Hidrogen
və CO qarışıgı belə xassələrə malikdir. Bir sıra neft kimya məhsullarının alınmasında
istifadə olunan CO və H
2
– nin müxtəlif nisbətlərdə olan qarışığına sintez qaz deyilir.
Kömürün qazlaşdırılması onun su buxarı və oksigenlə qarşılıqlı təsiri ilə həyata
keçirilir. Bu halda sintez qazın tərkibində CO
:
H
2
– nin mol nisbəti 1:1 -ə kimi olur.
Təbii qaz (və ya onun əsas hissəsini təşkil edən, metan) kimyəvi proseslərdə bilavasitə
istifadə oluna bilər, lakin, o da, tərkibində CO
:
H
2
– nin mol nisbəti 1:3- ə bərabər olan
sintez qaza çevrilə bilər. Bunun üçün metan və su buxarı nikel katalizatoru
içərisindən buraxılmaqla konversiya prosesinə uğradılır. Sintez qazın üçüncü
mənbəyi ağır neft qalıqlarıdır ki, onların da natamam oksidləşməsi zamanı sintez qaz
alına bilər. Əvvəllər sintez qazı yüksək temperaturda qızdırılmış kömür içərisindən
su buxarı buraxmaqla alırdılar. Sonralar karbohidrogenlərin konversiyası üsulu
üstünlük təşkil etməyə başladı. Karbohidrogenlərin konversiyası həm katalitik, həm
də termiki yolla aparıla bilər. Karbohidrogenlərin katalitik konversiyası AI
2
O
3
üzərində olan nikel katalizatorunun iştirakı ilə karbohidrogenlərin su buxarıyla
qarşılıqlı təsirinə əsaslanır.
CH
4
+ H
2
O CO + 3 H
2
−∆
H
0
298
= 206 kCoul/mol ...(4.1)
Metanın konversiya dərəcəsini artırmaq üçün proses 800-900
0
C –də və su buxarının
artıqlığı şəraitində aparılır. Su buxarı və metanın həcm nisbətləri təxminən 4:1
həddində götürülür. Metanın konversiyası zamanı alınan qaz qarışığında H
2
:
CO– ya
həcm nisbəti 3:1 həddindədir. Lakin üzvi sintez üçün istifadə edilən sintez qazda H
2
:
104
CO nisbəti 1:1 –dən (2,0
÷
2,3):1 həddində olmalıdır. Odur ki, bu nisbəti almaq üçün
konversiya xammalı kimi ya maye karbohidrogenlər ğötürülür, ya da konversiya
zamanı su buxarına CO
2
əlavə olunur ki, o da karbohidrogeni konversiya edir :
−
CH
2
−
+ H
2
O CO + 2 H
2
...(4.2)
CH
4
+ CO
2
2 CO + 2 H
2
,
−∆
H
0
298
= 247 kCoul/mol ...(4.3)
Karbohidrogenlərin konversiyası yüksək endotermiki olduğundan prosesi heterogen
katalizatorla doldurulmuş borulu sobalarda aparırlar. Bu prosesin əsas çatışmayan
cəhəti yüksək temperatura davamlı materialdan hazırlanmış borulardan istifadə
olunması və sobanın faydalı iş əmsalının az olmasıdır. Odur ki, konversiya prosesi
üçün daha perspektiv üsul yaradılmışdır. Bu halda endotermik konversiya reaksiyası
ilə yanaşı konvertora az miqdarda oksigen verməklə karbohidrogenlərin bir
hissəsinin ekzotermik yanma prosesini də həyata keçirirlər. Bu üsul metanın parsial
(qismən) oksidləşməsinə əsaslanır. Burada parsial oksidləşmə aparılır, ona görə də
prosesə verilən oksigenin miqdarı məhdud götürülür.
CH
4
+ 1/2 O
2
CO + 2 H
2 .............
(4.4)
Müəyyən olunmuşdur ki, konversiyaya CH
4
və O
2
1,0:0,55 həcm nisbətində
verilməlidir ki, partlayış təhlükəsi baş verməsin. Bu proses oksidləşdirici və ya
avtotermiki konversiya da adlanır və geniş yayılmışdır. Konvertorun gövdəsi
odadavamlı kərpiclə hörülmüşdür və soyuducu su köynəyinə malikdir. Konvertorun
yuxarı hissəsində olan qarışdırıcıya CH
4
+ H
2
O və O
2
+ H
2
O qarışıqları verilir.
Metanın yanması konversiyaya nəzərən təxminən 10 dəfə sürətlə getdiyindən
katalizatorun yuxarı qatlarında temperatur surətlə maksimuma (1100-1200
0
C) çatır.
Sobanın çıxışında temperatur 800-900
0
C –yə qədər düşür. Parsial oksidləşmə
metodundan adətən yüngül karbohidrogenlər və təbii qaz ehtiyatları olmadıqda, daha
ağır xammal növlərinin (naftadan tutmuş qalıq yanacaq fraksiyasina qədər)
konversiyası zamanı istifadə edirlər. Bu üsulda yüksək temperatura davamlı borulara
ehtiyac olmur və reaktorun konstruksiyası da sadə olur.
105
Yüksək təzyiq altında metanın oksidləşdirici konversiyası ilə sintez qazın
istehsalı prosesinin texnoloji sxemi şəkil 4.1- də göstərilmişdir. Konversiya olunacaq
metanın tərkibində kükürdlü birləşmələr olmamalıdır. Odur ki, tərkibində kükürdlü
birləşmələr olan metan götürülərsə, o əvvəlcə təmizlənməlidir. Təmizlənmiş metan 1
kompressoru vasitəsilə 2-3 MPa təzyiqə qədər sıxılaraq, lazımi miqdarda su buxarı və
CO
2
ilə qarışdırılır, 2 istidəyişdiricisində qismən soyudulmuş konvertor qazı ilə 400
0
C
–yə qədər qızdırılır və 6 konvertorunun qarışdırıcısına daxil olur. Qarışdırıcıya
ə
vvəlcədən hazırlanmış eyni həcmdə oksigen və su buxarından ibarət olan qarışıq da
verilir. Konvertor köynəkdə qaynayan kondensat vasitəsilə soyudulur. Bu halda 2-3
MPa təzyiqli buxar əmələ gəlir ki, o da 5 buxar toplayıcısında ayrılır. 6
konvertorundan çıxan reaksiya məhsulları 4 istidəyişdiricisində qismən, sonra da
müvafiq olaraq 2 və 3 istidəyişdiricilərində soyudularaq 7 skrubberinə daxil olur.
Reaksiya məhsullarının istiliyi hesabına 4 utilizasiya qazanında yüksək təzyiqli buxar
hasil olunur, 2 istidəyişdiricisində su buxarı və CO
2
qarışığı 3 istidəyişdiricisində isə
su kondensatı qızdırılır. Qazın sona qədər soyudulması,8 soyuducusunda dövr edən su
vasitəsilə, 7 skrubberində aparılır. Bu mərhələdə alınan sintez qaz CO və H
2
nisbətinə
olan tələbatdan asılı olaraq (həcm % -i ilə) :15-45% CO, 40-75% H
2
, 8-15% CO
2
,
0,5% CH
4
və hər biri 0,5-1% N
2
və Ar qarışığından ibarət olur. Konvertor qazlarını
CO
2
–dən təmizləmək üçün təzyiq altında su ilə absorbsiya, monoetanolaminin və ya
kalium karbonatın sulu məhlulları ilə xemosorbsiya aparılır. Qızdırılma və təzyiqin
azaldılması hesabına əks çevrilmələr gedir və CO
2
ayrılır, məhlul isə regenerasiya
olunur:
CH
2
OHCH
2
NH
2
+ CO
2
CH
2
OHCH
2
NH
2
⋅
CO
2
...(4.5)
K
2
CO
3
+ CO
2
+ H
2
O 2 KHCO
3
...(4.6)
Konversiya olunmuş qaz 9 absorberinə daxil olur və orada CO
2
udulur və
təmizlənmiş qaz sonrakı ayrılma prosesinə göndərilir. Doymuş absorbent 10
istidəyişdiricisində regenerasiya olunmuş məhlul ilə qızdırılır və 11 desorberinə
verilir.
Desorberin
aşağısından
regenerasiya
olunmuş
absorbent
10
106
istidəyişdiricisini keçməklə yenidən 9 absorberinə qaytarılır. 11 desorberinin
yuxarısından çıxan CO
2
uyğun təzyiqə qədər sıxılır və yenidən konversiya
prosesinə qaytarılır.Bir ton təmizlənmiş sintez qaz almaq üçün 0,35-0,40 m
3
təbii
qaz, 0,2 m
3
texniki oksigen və istifadə olunan təzyiqdən və əlavə olunan CO
2
– dən
asılı olaraq 0,2 – dən 0,8 kq –a qədər su buxarı sərf olunur.
4.2. Sintez qaz əsasında gedən proseslər
Sintez qaz əsasında bir çox texnoloji proseslər işlənib hazırlanmış və sənaye
miqyasında tətbiq olunmuşdur. Sintez qaz metanol və butanolların oksosintez yolu ilə
istehsalında çox geniş istifadə olunur. Digər tərəfdən, sintez qazın tərkibindən ayrılan
hidrogen amonyak istehsalı prosesində istifadə olunur.
Sintez qaz əsasında neftin benzin, kerosin və qazoyl fraksiyalarını əvəz edə
biləcək doymuş karbohidrogenlər almaq olar (Fişer-Tropş sintezi). CO və H
2
–nin
metal nikel iştirakı ilə, 200-250
0
C temperaturda, təzyiq altında katalizi nəticəsində
metanın əmələgəlməsi yaxşı məlumdur.
CO + 3 H
2
CH
4
+ H
2
O ...(4.7)
Metanlaşma prosesi, kömürdən məişət qazının alınması üçün çox maraqlıdır.
1925-ci ildə Fişer və Tropş atmosfer təzyiqində dəmir tərkibli katalizatorların iştirakı
ilə, CO- nun katalitik hidrogenləşməsi sahəsində tədqiqat işləri aparmış, sintez
məhsulu kimi müxtəlif karbohidrogenlərdən ibarət olan qarışıq almışlar. Sintez
məhsulunun tərkibində metandan başlayaraq bərk parafinlərə qədər alkanlar
olmuşdur. Fişer-Tropş reaksiyasının ümumi tənliyi aşağıdakı kimidir.
2n CO + (n + 1) H
2
C
n
H
2n + 2
+ n CO
2
... (4.8)
Sonralar məlum oldu ki, bu proses üçün dəmir katalizatorundan daha aktiv olan kobalt
katalizatoru mövcuddur. Hazırda bu üsulla karbohidrogenlər istehsalı geniş
yayılmamışdır, bu üsulla karbohidrogenlər istehsal edən yeganə ölkə Cənubi Afrika
Respublikasıdır, çünki bu ölkə ucuz kömür ehtiyatları ilə zəngindir.
107
Kimyəvi məhsulların alınması üçün digər alternativ xammal növlərindən biri də sintez
qaz əsasında alınan metanol ola bilər. İstehsal olunan metanolun böyük bir hissəsi
formaldehidin alınmasına sərf olunur. Eyni zamanda, “Monsanto” (ABŞ) firması
tərəfindən təklif olunan, metanolun karbonilləşməsi yolu ilə sirkə turşusunun alınması
prosesi sənaye miqyasında tətbiq olunmuşdur.
CH
3
OH + CO CH
3
COOH .... (4.9)
Sirkə turşusunun bu üsulla istehsalı onun digər alınma usullarını müvəffəqiyyətlə
sıxışdırıb çıxarır. ABŞ-nın “Mobil” firması tərəfindən, seolitlərə əsaslanan
metanoldan yüksəkoktanlı benzinlərin və alçaq molekullu olefinlərin istehsalı prosesi
işlənib hazırlanmışdır.
Üzvi sintez proseslərində alternativ xammalların tətbiqi sahəsində tədqiqatlar
kompleksində şərti olaraq etilenə qənaət texnologiyalarının yaradılması xüsusi qeyd
oluna bilər. Bu istiqamət etilendən polimer materiallar istehsalında, etilendən alınan
etanol, asetaldehid, etilenqlikol və s. kimi məhsulların sintezində isə birkarbonlu
xammaldan istifadə olunmasına imkan verir. Alternativ xammallarının çoxlu sayda
istifadə istiqamətlərindən sənaye miqyasında tez tətbiq olunan, sintez qaz əsasında
aşagı molekullu olefinlərin, asetaldehidin,etanol və paraformun karbonilləşdirilməsi
ilə metilalın alınması çox maraqlıdır.CO və H
2
–nin katalitik çevrilməsi çox
müxtəlifdir. Onlardan iki ən mühüm olanı: karbohidrogenlərin, o cümlədən olefinlərin
sintezi və spirtlərin, xüsusən də metanolun alınması proseslərini nəzərdən keçirəcəyik.
4.3. Sintez qaz əsasında alçaq molekullu olefinlərin alınması
Ə
dəbiyyat dəlillərindən görünür ki, C
2
-C
4
tərkibli olefinlərin CO və H
2
-dən
alınması prosesində ən effektiv katalizator, tərkibində kobalt və manqan olan ,K
2
O ilə
promotorlaşdırılmış dəmir katalizatoru hesab olunur. Alçaq molekullu olefinlərin
sintezi, yüksək təzyiqdə, stasionar katalizator layı olan, axınlı qurğuda həyata
keçirilir. Sintez qaz komponentlərinin öz aralarında karbon monooksidinin
108
hidrogenləşməsi ilə olefin karbohidrogenlərinin alınması reaksiyası aşağıdakı kimi
gedir:
n
CO + 2n H
2
C
n
H
2n
+ n H
2
O ... (4.10)
Sintez qaz əsasında aşağı molekullu olefinlərin istehsalı prosesinin texnoloji sxemi
şə
kil 4.2-də göstərilmişdir. İlkin qaz qarışığı (təzyiqi 1,0-1,5 MPa olan) resirkulyasiya
olunan CO və H
2
ilə qarışdırılaraq 2 reaktoruna verilir. Sxemdə stasionar katalizator
laylı aralıq istilik çıxarma qurğusu ilə təchiz olunmuş reaktordan istifadə olunur.
Reaktordan çıxan sintez məhsulları 380
0
C temperatur ilə 3 buxar generatoruna daxil
olur, 200
0
C –yə qədər soyudulur, 4 istidəyişdiricisini keçərək 5 rektifikasiya kalonuna
daxil olur. 3 tablaşdırıcı-buxarlandırıcı aparatda təzyiqi 1,0 MPa olan su buxarı hasil
olunur. 5 rektifikasiya kalonunda reaksiya məhsullarının tərkibində olan prosesin yan
məhsulları ayrılır, qaz şəkilli məhsullar isə 6 absorberində CO
2
–dən absorbsiya
olunur. 7 desorberində CO
2
desorbsiya olunaraq ayrılır, absorbent yenidən 6
absorberinə qaytarılır. 6 absorberindən çıxan qazlar CO–dan tamamilə təmizlənmək
üçün 9 absorberinə daxil olur, burada qazların tərkibində olan CO monoetanolamin
məhlulunda tamamilə absorbsiya olunur. Tamamilə təmizlənmiş qazlar 11
demetanizatoruna verilir ki, burada da təmizlənmiş reaksiya məhsullarından H
2
+CH
4
fraksiyası ayrılır və 12 metan-hidrogen fraksiyasının ayrılması blokuna göndərilir.
Sonra H
2
+ CH
4
fraksiyasından ayrılmış reaksiya qazları qaz ayırma blokuna daxil
olur ki, burada da alınan C
2
-C
7
parafin fraksiyası C
5
-C
7
– olefin karbohidrogenləri ilə
birgə termiki piroliz prosesinə düçar edilmək üçün 15 borulu sobasına verilir. Borulu
sobadan çıxan piroqaz 15 buxarlandırıcı- tablaşdırıcı aparatda 840
0
C –dən 400
0
C –yə
qədər soyudulur ki, bunun da hesabına təzyiqi 4 – 13 MPa olan buxar generasiya
olunur. 15 buxarlandırıcı-tablaşdırıcı aparatdan çıxan piroqaz 14 rektifikasiya
kalonunda pirolizin maye məhsullarından ayrılaraq 1 nasosu vasitəsilə bir hissəsi
suvarma kimi 5 rektifikasiya kalonuna, digər hissəsi isə 6 absorberinə verilir. 14
rektifikasiya kalonundan çıxan pirolizin maye məhsullarının bir hissəsi 4
istidəyişdiricisini keçərək yenidən 16 borulu sobaya qaytarılır. Hesablamalar göstərir
109
ki, sintez qaz əsasında alınan etilen və propilenin maya dəyəri neft məhsullarından
alınana nəzərən 2,0-2,5 dəfə yüksəkdir. Qeyd etmək lazımdır ki, maya dəyərin 75-
80%-i xammalın payına düşür. Bu üsulla kiçik molekullu olefin karbohidrogenlərinin
istehsalı neft xammalından uzaq, lakin kömür ehtiyatı çox olan rayonlarda rentabelli
hesab oluna bilər.
Dostları ilə paylaş: |