Sənaye inşaat hissələri.
Son zamanlar tikintinin başa çatdıtılma müddətini azaltmaq üçün inşaat
meydançalarına hazır, zavodda emal edilib, yığılmış hissələr gətirilir. Tikintidə bu
hissələr yerində yığılır və bərkidilir.
Zavodda yığılan hissə və elementlərin əsasları bunlardır: mıxlanmış bruslu
tirlər, arakəsmə və döşəmə üçün mıxlanmış lövhələr,xarrat məmulatı, divar
brusları, dam hisələri, şpallar.
Mıxlanmış bruslu tillər. Bir tərəfində və ya iki tərəfində brus olmaqla iki
növdür. Bu tirlər iynəyarpaqlı oduncaqdan hazırlanır. Tirin hündürlüyü 200-
240mm, eni 80-120mm, uzunluğu isə 6,5mm qədər olur. Brusun hündürlüyü
40mm və alınlığı 50mm olur.
Yapışdırılmış tirlər və lövhələr. Bu lövhələrin qalınlığı 50mm-ə kimi və
nəmliyi 15% olan taxtalardan hazırlanır. Taxtaların zədələnmiş yerlərini kəsib,
yapışqan ilə birləşdirirlər.
Yapışdırılmış tirlərin tətbiqi, uzun ölçülü meşə materiallarına olan ehtiyyac və
habelə onların daşınması ilə əlaqədar olan çətinlikləri aradan qaldırır.
Lövhəşəkilli nagelli tirlər. Eni 100mm-dən artıq olan bir-birinin üzərinə
qoyulmuş 2-3 taxta və yaxud brusdan ibarətdir. Bərk oduncaqdan hazırlanmış
lövhəşəkilli nagellər tirin oxuna perpendikulyar istiqamətdə yerləşdirməklə.
Liflərin eninə kəsilməsinə işləyir.
19
IV.
Dostları ilə paylaş: |