Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 375.3 Kb.
Pdf просмотр
səhifə3/4
tarix29.05.2017
ölçüsü375.3 Kb.
1   2   3   4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

28 

 

2.2.2. Kətan lifinin tərkibi, quruluşu və xassəsi. 

 

Kətan lifı SSRİ-nin dövründə ən çox istehsal edilən toxuculuq liflərindən biri 



idi.  Təkcə  onun  göstərmək  kifayətdir  ki,  kətan  istehsalma  görə  SSRİ  dünyada 

birinci yeri tuturdu. 

Lakin  kətan  Azərbaycanda  bitmir.  Buna  baxmayaraq  biz  onun  xassələrtini 

şərh edəcəyik. 

Kətan  lifınin  uzunluğu  pambıq  lifınə  nisbətən daha çoxdur. Bu  xüsusiyyətinə 

görə kətan lifı elementar və texniki liflərə ayrılır. Elementar lifınin uzunluğu 4-dən 

70 mm kimi, texniki lifınin uzunluğu isə 600-1000 mm olur. 

Elementar  lifınin  orta  qalmlığı  18-17  mikrona  bərabərdir.  Pambıq  lifmdən 

fərqli olaraq kətanın elementar lifınin daxili kanalı çox kiçikdir və hər iki tərəfdən 

bağlanmışdır.  Ayrı-ayrı  hissələrindən  isə  eninə  kəsilmişdir.  Özünəməxsus  qanuna 

malik  olması,  kətan  lifınə  bir  çox  məxsus  xassələr  verir,  buna  görə  də  kətan 

parçalar  pambığa  nisbətən  daha  çox  istilik  keçirirlər.  Kətan  lifınin  üz  səthinin 

hamar olması onlardan istehsal edilən parçaların daha az çirklənməsinə səbəb olur. 

Buna görə də kətandan olan parçalar daha tez yuyulma qabiliyyətinə malik olurlar. 

Pambıq lifınə nisbətən kətan lifındə makro molekullar daha sıx yerləşdirildiyindən, 

onların  mexaniki  möhkəmliyi  daha  artıq  olur.  Dartılmağa  qarşı  davamlılıq  bu 

liflərdə  80-150  kq/km  olur.  Bu  liflərin  uzanma  qabiliyyəti  aşağı  olduğundan 

(2,5%)  onlardan  istehsal  edilən  parçaların  mexaniki  möhkəmliyi  olmaqla  yanaşı 

əzilməyə  qarşı  davamlılığında  yüksək  olur.  Bütün  bunlarla  yanaşı,  kətan  lifinin 

submikroskopik  məsamələri  az  olduğundan  onlaeın  böyanması  kətan  lifınə 

nisbətən çox aşağı olur. 

Kimyəvi  tərkib  etibarı  ilə  kətan  lifı  pambıq  lifinə  yaxındır.  Lakin  onun 

tərkibində  liqnin  maddəsi  olduğundan  pambıq  parçalarda  aparılan  merserizasiya 

əməliyyatş  aparılmır.  Məhz  ona  görə  də  kətan  parçaların  əksəriyyətinin  rəngi  sarı 

və ya sarıya çalır. 


29 

 

Yuxarıda  göstərilditi  kimi  pambıq  lifinə  nisbətən  kətan  lifinin  mexaniki 



möhkəmliyi  3  dəfədən  çox  artıqdır.  Bu  hər  şeydən  əvvəl  həmin  liflərin  yüksək 

dərəcədə  polimerləşməsi  ilə  əlaqədardır.  Kətan  lifınin  də  elstikliyi  aşağıdır.  Ona 

görə  də  ondan  istehsal  edilən  parçaloarın  üzəri  daha  tez  əzildiyindən  paltarların 

xarici  görünüşü  çox  aşağı  səviyyədə  olur.  Hiqroskopikliyinə  görə  kətan  lifı 

pambıqdan  daha  üstün  sayılır.  Belə  ki,  havanın  nisvi  rütubəti  65%  temperatura 

20°C  olduqda  lifın  hiqroskopikliyi  12%-ə  qədər  çatır.  Bu  xüsusiyyətini  nəzərə 

alaraq,  kətan  lifındən  istehsal  edilən  geyim  qrupuna  daxil  olan  parçalara  əhali 

tələbi böyükdür. 

Kətan  lifınin  hiqroskopiklik  xassələrindən  istifadə  edərək,  onlardan  dəsmallıq 

parçalar istehsalında da istifadə edilir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

30 

 

2.2.3. Yun lifi tərkibi, quruluşu və xassələri. 

 

Yun lifi və onun xassəsi: yun lifı toxuculuq sənayesi üçün ən qiymətli xammal 



sayılır.  Bu  lifin  çox  gözəl  əyricilik  xassələri,  həmçinin  qeyri-xassələri  onlardan 

daha geniş istifadə olunmasına səbəb olur. Bu lifdən istehsal olunan parçalar xarici 

görünüşünə,  mexaniki  və  gigiyenik  xassələrinə  əsasən  bütün  qeyri-liflərdən 

istehsal edilən parçalardan üstün sayılır. 

Ölkəmizdə  qoyunçuluğun  inkişafı  daha  çoxlu  növlərdə  yun  lifı  istehsal 

edilməsinə şərait yaratmışdır. 

Yunlifınin  uzunluğu  onlardan  istehsal  edilən  parçanın  xassələrinə  təsir 

göstərən  əsas  amillərdən  biridir.  Belə  ki,  yun  lifi  nə  qədər  uzun  olursa,  onun 

əyiricilik qabiliyyəti də üstün olur. Pambıq lifindən fərqli olaraq yun lifınin ən qısa 

uzunluğa  malik  olan  50-90  mm  təşkil  edir.  Ən  uzun  lifı  zərif  cinsli  qoyunlardan 

istehsal  edilir.  Yun  lifınin  uzunluğunun  texnoloji  cəhətdən  də  əhəmiyyəti 

böyükdür.  Belə  ki,  uzunluğundan  asılı  olaraq  onlara  məhdudluq  və  komvol  (şal 

parçalar) yuna ayırırlar. Mahud yun lifınin uzunluğu 50  mm olur. Bunlar qısa yun 

lifləridir ki, mahid parça istehsalında tətbiq edilir. 

Şal  parçaların  istehsalında  tətbiq  edilən  yunların  uzunluğu  isə  60-120  mm 

olur. Bu liflər əsasən kavirkot, baston, qabardin və s. parçaların istehsalında tətbiq 

edilir. 

Yunli  fınin  nazikliyinin  də  çox  böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  yun  lifı  nə 

qədər  nazik  olsa,  ondan  istehsal  edilən  məhsulun  keyfıyyəti  də  bir  o  qədər  yaxşı 

olar. 


Daxili  quruluşca  yun  lifi  qeyri-təbii  liflərdən  fərqlənirlər.  Belə  ki,  bunlar 

dalğavari quruluşa malik olub, əsasən spiral şəkilli olurlar. Yun lifı nə qədər nazik 

olursa,  o  qədər  də  qıvrım  olur  ki,  bu  onun  əyiricilik  xassələrinin  yüksəldilməsinə 

səbəb  olur.  Məlum  olduğu  kimi,  yun  lifınin  üzəri  xırda  pulcuqlarla  örtülmüşdür. 

Yunl  ifınin  pulcuqlara  malşik  olması  yun  lifındən  istehsal  edilən  parçaların  daha 

yaxşı  istilik  saxlamasına  imkan  verir.  Belə  ki,  əyiricilikdən  keçirilmiş  yun  lifı 



31 

 

toxuculuq  prosesində  bir-birini  yaxşı  yapışır  və  eyni  zamanda  pulcuqlar  arasında 



müəyyən  miqdar  hərəkət  etməyən  hava  kütləsi  qalır  ki,  bu  onların  istilik 

saxlanılmasının  artımasına  səbəb  olur.  Ədəbiyyat  mənbələrindən  məlumdur  ki, 

hava istiliyi ən az keçirən təbəqə hesab edilir. 

Yun  lifınin  forması  bir  neçə  cür  olur  ki,  bunlar  parça  istehsalında  istifadə 

edildikdən müəyyən qarşıqlar halında tətbiq edilir. 

Yun lifınin tərkibinin bir çox qeyri-üzvi maddələrlə xüsusi ilə keratin maddəsi 

ilə  zəngin  olması  onların  turşuya  qarşı  davamlılığını  artırır.  Bu  xassəsi  yun  lifin 

materiallardan texniki məqsədlərdə istifadə edilməsinə səbəb olur. 

Başqa  liflərdən  fərqli  olaraq  yun  lifı  qələvilərin  təsirinə  davamsızdırlar.  Bu 

yenə  də  onların  tərkibindəki  maddələrin  qələvi  təsirindən  tez  parçalanması  ilə 

əlaqədardır. 

Yun  lifınin  işıq təsirinə qarşı davamlılığı onun ən  yaxşı xassələrindən biridir.  

Belə  ki,  yun  lifındən  istehsal  edilən  paltarların  əksəriyyəti  gün  altında 

geyildiyindən (palto, kostyum və s.) gün işığının daimi təsiri altında olur. 

Yun  lifınin  gün  işığına  qarşı  davamlılığı  heyvanların  cinsindən,  onların 

sağlamlığından və yemlənmə şəraitindən də çox asılıdır. 

Yun  lifınin  dartılmağa  qarşı  orta  davamlılığı  15-18  qs/mm

2

  götürülür. 



Göründüyü kimi bu qeyri-təbii liflərə qarşı daha az göstəricidir. Buna baxmayaraq, 

yun  parçalardan  başqa  liflərə  nisbətən  daha  çox  istifadə  olunur.  Bu  hər  şeydən 

əvvəl onunla izah edilir ki, yun lifınin pulcuq qatı elastik və plastik uzanmaya qarşı 

daha davamlıdır, həmçinin sürtünmə təsirindən öz xassələrini az dəyişir. 

Dartınma  zamanı  uzanma  qeyri-liflərə  nisbətən  yun  lifındə  daha  çoxdur. 

Müxtəlif  növ  uzanma  yun  lifındə  25-35%  təşkil  edir.  Yunlifı  isti  şəraitdə  özünün 

elastikliyə  qarşı  uzanması  ilə  də  fərqlənir.  Bu  hər  şeydən  əvvəl  yun  lifınin 

qıvrılması ilə əlaqədardır. Məhz bu xassələri yun lifındən istehsal edilən parçaların 

mexaniki,  fiziki  xassələrinin  yaxşılaşmasına  və  bu  məmulatların  başqaları  ilə 

müqyisədə daha keyfıyyətli olmasına səbəb olur. 

Bu  xassələri  ilə  yanaşı,  yun  lifı  yüksək  hiqroskopiklik  xassələrə  də  malikdir. 

Havanın  nisbi  eütubətinin  normal,  temperaturasının  20°C  olarkən  yun  lifındə  40-



32 

 

50% rütubət olur. Yun lifi qeyri-liflərdən fəqrqli olaraq rütubəti özünə nisbətən gec 



çəkir. Gec də buraxır. 

Təbii  liflərin əksəriyyətindən  yun  lifınin temperatur təsirinə davamlılığı daha 

üstündür.  Bu  onun  kimyəvi  tərkibi  ilə  əlaqədardır.  100-120°C-də  yun  lifı  öz 

təsirindəki  rütubəti  itirir  ki,  nəticədə  o,  kövrək  və  tez  sınan  olur.  Ttemperatur 

artdıqca yun lifındə kömürləşmə başlanır. Yuun yandırdıqda buynuz iyi verir. 

 

 



2.2.4. Ipək lifinin quruluşu və xassələri. 

 

Təbii  ipək-təbii  ipəkdən  insanlar  qədim  zamanlardan  istifadə  edirlər.  Birinci 



dəfə təbii  ipək Öində  ipək  lifınin bir çox  gözəl  xassələri,  imkan  verir ki, onlardan 

toxunan parçaların zərif görünüşü, qəşəng və davamlı olmasına səbəb olur. 

İpək lifı çox nazik olamsı ilə fərqlənir. Onların nazikliyi 250-300 nömrələrdə 

olmasına səbəb olur. 

İpək  lifınin  uzunluğu  həddindən  uzun  olduğundan  əyrilməmiş  tətbiq  edilir. 

İpək  lifınin  mikroskop  altında  baxdıqda  onun  hamar  quruluşa  malik  olması 

mışahidə olunur. 

Yun  lifınin  fərqli  olaraq  ipək  parçalar  daha  da  az  turşuya  davamlılığa 

malikdirlər.  Bu  onların  tərkibində  olan  fıbronı  maddəsinin  quruluşundan  asılıdır. 

İpək lifləri qələvilərə qarşı da az dayanıqlıdır. 

İşıq təsirindən çox tez öz daxili quruluşunu dəyişərək daha tez parçalanır. İpək 

lifınin  dartılmağa  qarşı  davamlılığı  pambıq  lifi  kimidir.  Dartılmağa  qarşı 

davamlılıq həddi ipək parçalarda 47 kqs/mm

2

 təşkil edir. 



Dartılma zamanı uzanma 18-22% təşkil edir. Bu göstəriciyə görə yun lifındən 

aşağı olsa  da, qeyri-təbii  liflərdən  üstündür. Bu parçaların əzilməyə qarşı davamlı 

olurlar  ki,  bunlarla  dartılmadan  uzanmaq  qabiliyyətinin  üstün  olması  ilə 

xarakterizə edilir. Hiqroskopikliyinə əsasən yun 

v

lifr4k} pambıq lifı arasında aralıq 



yeri  tutur  (8,5%).  Bu  liflərdən  əsasən  gözəl  xarici  görünşündən  zərif  qadın 

paltarlarınm istehsalında tətbiq edilir. 



33 

 

İpək  lifınin  istiliyə  qarşı  davamlı  olmadığından  o  qədər  onda  istehsal  edilən 



parçalar 180 dərəcədə qızdırıldıqda öz daxili quruluşunu dəyişərək gömürləşir. 

 

2.2.5. Kimyəvi liflərin xassələri. 

 

Süni liflər və onlann xassələri: 



a) Viskoz lifi və onun xassələri- bu lif süni lif istehsalının 80%-ni təşkil edir. 

Viskoz lifı bir çox təyinatlı parçaların istehsalmda geniş tətbiq edilir. 

Viskoz  lifı  kifayət  qədər  dartılmağa  qarşı  davamlı  olub,  çox  yüksək 

hiqroskopikliyə  malikdir.  Bu  liflərin  həmçinin,  turşulara  və  qələvilərə  qarşı 

davamlılığı,  həmçinin  sürtülməyə  və  çox  dəfə  təkraralanan  əyilməyə  qarşı 

davamlılığı  onlardan  müxtəlif  təyinatlı  parçaların,  o  cümlədən  ən  çox  alt 

paltarlarının istehsalında daha geniş surətdə istifadə ediıiər. 

Viskoz  lifi  və  ondan  istehsal  edilən  parçalar  özlərinin  işıq  təsirinə,  ultra 

bənövşəyi şüaları buraxmaq qabiliyyətinə,  gözəl  xarici  görünüşə, parlaqlığa  malik 

olması  ilə  fərqlənirlər.  Bu  üstün  xassələri  ilə  yanaşı,  viskoz  lifınin  bir  çox  mənfi 

cəhətləri  də  vardır.  Bu  liflər  yaş  halda  olduqda  öz  davamlılığının  50-60%-ni 

itirirlər.  Bunların  elastik  və  plastik  uzanması  çox  aşağıdır.  Bu  səbəbdən  də  bu 

liflərdən istehsal edilən parçalar tez bir zamanda öz xarici görünüşünü dəyişirlər. 

Viskoz  liflərinin  bir  mənfı  cəhəti  də  vardır  ki,  çox  tez  və  parlaq  alovla 

yanırlar.  Bunlardan  başqa  istehsal  edilən  mis  ammonyak,  asetat  və  triasetat  lifləri 

də özlərinin xassələrinə əsasən viskoz lifınə oxşadıqları və onlardan istehsal edilən 

parçaların xassələri viskoz lifindən istehsal edilən parçaların xassələri kimidir. 

Sintetik liflər və onlann xassələri. 

Sintetik  liflər  toxuculuq  sənayesində  tətbiq  edilən  xammal  matəeriallar 

içərisində  mexaniki  cəhət  möhkəmliyinə  görə  fərqləndiyindən  onlardan  istehsal 

edilən parçaların əksəriyyəti mexaniki cəhətcə qeyri-liflərdən möhkəm olub, forma 

saxlama, istismar şəraitində davamlılığına görə qeyri-liflərdən fərqlənirlər. 

a) Poliamid lifləri və onlann xassələri. 


34 

 

Kapron  lifi  və  onun  xassələri.  Ölkəmizdə  ən  çox  yayılmış  sintetik  liflər 

poliamid lifləridir. Onlardan da kapron lifləri ən çox istehsal edilir. Kapron lifınin 

ən  qiymətli  xassəsi  onların  sürtünməyə  qarşı  və  çox  dəfə  təkrarlanan  əyilməyə 

qarşı davamlı olmasıdır. 

Bu  yüksək  dartılma  uzunluğuna  malikdir.  Bunlarla  yanaşı,  daha  davamlı 

olması ilə fərqlənir. Ancaq qatı turşulara qarşı davamlı deyildir. Bu lifın yuxarıdakı 

xassələrindən  asılı  olaraq  onlardan  istehsal  edilən  parçalarda  çox  üstün  xassələrə 

malikdirlər. 

Kapronlifınin  çox  aşağı  işığa  davamlılığı  və  qızdırmağa  qarşı  davamlılığının 

az  olması,  həmçinin  çox  aşağı  hiqroskopikliyə  malik  olması  həmin  liflərdən 

istehsal  edilən  parçaların  xassələrinə  təsir  göstərən,  istismar  səviyyəsinin  aşağı 

olmasına səbəb olur. 

Kapron  qarışıq  parçalar  istehsalında  tətbiq  edilir  ki,  bu  həmin  lifləıiə  təbii 

lifləri  qarışdırmaqla  yaradıhr.  Belə  hazırlanan  parçaların  istismar  xassələri  təmiz 

kaprondan  istehsal  edilən  parçalardan  daha  yaxşı  olur.  Parça  istehsah  ilə  yanaşı 

kapron lifindən texniki məqsədlər üçün də istifadə edirlər. 

b) Polimer lifləri və onlann xassələri. 

Polimer sintetik liflərdən ən çox yayılanlarından biri də lavsan lifıdir. Lavsan 

lifi sintetik lifli materiallar içərisində dartılmağa qarşı ən möhkəm lif hesab edilir. 

Onun  dartılmaq  üçün  möhkəmlik  həddi 87-88 kqs/mm

2

.  Bu  liflərin  ikinci spesifik 



xüsusiyyəti  ondan  ibarətdir  ki,  bunlar  temperatur  təsirindən  öz  xassələrini 

dəyişmir.  Məsələn,  1000  saat  lavsan  lifınin  150  temperatura  qızdırdıqda  öz 

möhkəmliyini  50%-ni  itirir.  Başqa  lifləri  ancaq  200  saat  ble  ətemperaturda 

saxladıqda möhkəmliyini 100% itirərək davamsız olur. Bunlarla yanaşı, lavsan lifi 

üzvi  və  aeyri-üzvi  turşuların  təsirinə  davamlılı  olurlar.  İstilik  saxlamasına, 

yumşaqlığına,  yüngüllüyünə  görə  lavsan  lifı  yun  lifıni  xatırladır.  Məhz  bu 

səbəbdəndir  ki,  müasir  dövrdə  bir  çox  kostyumluq  parçaların  istehsalında  yun 

lifınin  lavsan  lifı  ilə  qarışdırıb  istehsal  edirlər.  Lavsan  lifinin  uzanması  88%-

olduqda  o  öz  əvvəlki  vəziyyətinə  qayıdır  ki,  bu  həmin  liflərdən  istehsal  edilən 

parçaların  əzilməyə  qarşı  davamlılığını  göstərir.  Lavsan  parçalarla  bir  dəfə  üsüt 



35 

 

çəkdikdə  çox  uzun  müddət  davam  edir.  Elastikliyinə  görə  lavsan  lifı  yundan 



üstündür. Lavsan lifinin ən mənfi tərəfi isə onların hiqroskopik olmamasıdır ki, bu 

parçaların  səthində  parıltı  əmələ  gəlməsinə  səbəb  olur.  LŞavsan  lifı  yun  lifı  ilə 

yanaşı, həmçinin pambıq və kətan lifləri ilə də qarışdırılmış halda istehsal edilir. 

Son  zamanlar  lavsan  lifındən  müxtəlif  qısalma  qabiliyyətinə  malik  parçalar 

istehsal edilir ki, bunlar hətta yun parçalardan da gözəl xarici görünüşə malikdir. 

v) Polivinil lifləri və onlann xassələri. 

Bu  elastik  liflərdən  biri  də  xlorin  lifidir.  Xlorin  lifi  özlərinin  çox  yüksək 

kimyəvi  davamlılığı,  mikroorqanizmin  təsirindən  dəyişmələri,  çox  yüksək 

mexaniki  möhkəmliyi  və  sair  xassələri  ilə  fərqlənirlər.  Xlorin  lifindən  çox  geniş 

miqyasda müalicə əhəmiyyətli paltarların istehsalında tətbiq edilir. 

q) Poliakrilnitril lifləri və onlann xassələri. 

Bu  liflərin əsasını  nitron  lifı təşkil edir. Notron  lifı öz ağırlığından 20-25 km 

məsafədə  qırılır.  Bu  lif  işığın  təsirinə  çox  davamlıdır.  20%-ə  qədər  uzana  bilir. 

Nitron  lifı  xarici  görünüşünə  görə  xalis  ipək  lifinə çox  yaxındır.  Bunun ştapel  lifı 

yun  lifinə  oxşayır.  Nitron  lifı  yun  lifı  kimi  istiliyi  yaxşı  saxlayır.  Nitron  lifınə 

bakteriya,  kiflənmə,  güvə  təsir  etmir.  Kimyəvi  maddələr  də  bu  lifə  öz  təsirini 

göstərir. 

Nitron  lifındən  toxunan  parçalardan  tikilən  paltarlar  yuyularkən  qısalmır  və 

ütülənməyə  ehtiyacı  olmur,  həmçinin  qırışımır.  Nitron  pambıq  və  yunla  

qarışdırılaraq    ondan    kostyumluq,    paltoluq    parçalar,    trikotaj  məmulatlar,  süni 

xəzlər, vatin və pərdəlik parçalar toxunur. 



d) Polivinilspirt lifləri və onlann xassələri. 

Bu  qrup  lifləqrin  əsas  nümayəndəsi  vinoldur.  Vinol  yüksək  davamlılığa 

malikdir.  Onun  qırılma  uzunluğu  30-47  km,  uzanması  30-35%-dir.  İslandıqda 

davamlılığını  10-15%  itirir.  Uzanması  isə  5-3%  artır.  Vinol  sürtünməyə  qarşı 

davamlıdır.Vinol turşuya, qələviyə  və s. kimyəvi  reaktivlərə qarşı çox davamlıdır. 

Vinol 5% hiqroskopikliyə malikdir. 220°C-də lif yumşalır. Xüsusi çəkisi 1,20-1,30 

qs/sm

3

-dir.  Vinol  istiliyi  az  keçirir.  Pambıq,  kətan  qarışığı  ilə  istehsal  edilirç 



Həmçinin təmiz halda parça istehsalında istifadə edilir. 

36 

 

e) Poliolefin lifləri və onlann xassələri. 

Bu  qrup  liflərə  polietilen  və  polipropilen  lifləri  aiddir.  Bu  liflər  yüksək 

davamlılığı  ilə  fərqlənir.  Polietilen  lifınin  qırılma  uzunluğu  42,7  rkm, 

polipropileninki  isə 52,5 rkm-dir. Yaş  halda davamlılığı  dəyişmir.  Bu  liflər təkrar 

qatlanmaya  çox  davamlıdır  və  temperatura  qarşı  da  kifayət  qədər  davamlıdır.  Bu 

lifın  xüsusi  çəkisi  0,9  s/sm

3

-dir.  Hiqroskopik  deyil  və  yaxşı  elaktroizolyasiya 



xassəsinə  malikdir.  Bu  lidən  kanat,  parusin,  xüsusi  parçalar,  dekorativ  mebel 

parçaları, xalçalar, izolyasiya materialları hazırlanır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


37 

 

2.3.  İPLİK VƏ SAPIN PARÇANIN FİZİKİ XASSƏSİNƏ TƏSİRİNİN 



TƏDQİQİ. 

 

Parçanın  fıziki  xassəsi dedikdə, onların çəkiləri  və əsasən  gigiyenik  xassələri 



başa düşülür. Parçanın çəkisinə onun lm

2

 çəkisi və həcmi aiddir. 



Gigiyenik  xassələrinə  isə  onun  hiqroskopikliyi,  su  götürməsi,  su  keçirməsi, 

hava  keçirməsi,  buxar  keçirməsi,  istilik  saxlaması,  toz  götürməsi,  şüa  keçirməsi, 

insan bədəninə zərərli təsir göstərməməsi kimi xassələr aiddir. 

 

2.3.1. Iplik və sapm xətti sıxlığının parçanm çəkisinə təsiri. 



 

Parçanın kütlə  xarakteristikasına parçanın  1  m

2

 kütləsi, səthi sıxlığı  və həcmi 



kütləsi daxildir. Parçanın  lm

2

 kütləsi  və  həcmi kütləsinin onun təyinatının  düzgün 



seçilməsində  çox  böyük  əhəmiyyəti  var.  Eyni  zamanda  parçanın  gigiyenik 

xassəsinə də əsaslı dərəcədə təsir göstərir. Parçanın lm

kütləsi başqa göstəricilərin 



düzgün seçilməsində nəzarətçi rolu oynayır. Əgər parçanın lm

2

 çəkisi aşağı olarsa, 



bu onu göstərir ki, onun istehsalında daha aşağı xətti sıxlığa malik olan ipliklərdən 

istifadə  edilib  və  yaxud  onun  sıxlığı  həddən  artıq  aşağıdır.  Elə  buna  görə  də 

parçanın kütləsi bütün parçalar üçün əsas göstərici sayılır. 

Parçalar  1  m

2

  kütləsi  çox  geniş  intervalla  dəyişir.  Yəni,  20  qramdan-775 



qramadək  olur.  Təyinatına  görə  parçaları  yüngül,  orta  və  ağır  kütləli  olanlara 

bölürlər. 

Yüngül  parçalar  əsasən  alt  dəyişəklərinin,  göynəklərin;  orta  kütləli  parçalar 

kostyumluq,  yay  paltarları;  ağır  çəkili  parçalar  isə  qış  paltarlarının  istehsalında 

tətbiq edilir. 

Parçaların  həcmi  kütləsinin  quruluş  elementlərindən  asılıdır.  Yəni,  lifın      və   

ipliyin      qalınlığından,      sıxlığından,      parçanın      quruluşundan      və  parçanın 

məsaməliliyndən çox asılıdır. Eyni kütləyə  malik olan parça  müxtəlif qalınlığa  və 

həcmə  malik  ola  bilər.  Parçaların  həcmi  çəkisi  0,2-0,6  q/sm

2

  arasında  dəyişir.  Ən 



38 

 

çox  həcmi  kütləyə  malik  olan  parçalar  sıx  və  kalandırlaşmış  kətan  və  pambıq 



parçalardır.  Məsələn,  buna  misal  olaraq  xovlu  və  daranmış  parçaları  (drapları, 

flanel və pamazı və s.) göstərmək olar. 

Parçaların 

həcmi 


çəkisi 

onların 


istilik 

saxlama 


xassələrinin 

qiymətləndirilməsində əsas rol oynayır. 

Aşağıda  bir  neçə  parçanın  ipliyinin  xətti  sıxlığından  asılı  olaraq  onun  səthi 

sıxlığının  əriş  və  arğac  saplarının  10  sm-də  sıxlığının  dəyişməsini  nəzərdən 

keçirək. 

 

 



 

 

 

 

        Şəkil 2. 

 

 

 

 

 
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə