Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


 İPLİK VƏ SAPIN NÖVÜNÜN VƏ QURULUŞUNUN PARÇANIN



Yüklə 375.3 Kb.
Pdf просмотр
səhifə4/4
tarix29.05.2017
ölçüsü375.3 Kb.
1   2   3   4

2.4. İPLİK VƏ SAPIN NÖVÜNÜN VƏ QURULUŞUNUN PARÇANIN 

GİGİYENİK XASSƏSİNƏ TƏSİRİNİN TƏDQİQİ. 

 

Parçanın gigiyenik xassəsinə onun xammalının, yəni iplik və sapın tərkibinin, 



növünün  çox  təsiri  var.  Məlum  olduğu  kimi  parçalar  insanın  bədəninin  atmosfer 

təsirindən  qorumaqla  bərabər,  həm  də  insan  orqanizmi  üçün  zərərli  təsirlər 

etməməlidir.  Əksinə,  geyim  zamanı  orqanizmüçün  maksimum  komfort  şərait 

yaratmalıdır.  Orqanizm  üçün  maksimum  kamfort  şərait  yaratmaq  üçün  gərək 

parçalar  geyimin  alt  klimatını  tənzimləsin.  Yəni,  paltarla  bədən  arasında  yaranan 

qazı,  nəmliyi,  istiliyi,  elektrik  və  s.  bədəndən  kənarlaşdırmalıdır.  Belə  ki,  24  saat 

ərzində bədəndən 5 1 karbon qazı ayrılır, 2 1 isə oksigen qazı qəbul edilir. Bu hal 

fıziki  iş  gördükdə bir  neçə dəfə artır. Eyni zamanda bədənin bu qazı qəbul etməsi 

və xaric etməsi sürətlənir. Ona görə də paltarın altında bədənlə təmasda olan parça 

bu prosesi təmin etməlidir. 

Parçanın hava keçirməsi ilə onun par keçirməsi sıx əlaqədardır. Yəni, nə qədər 

hava  keçirmə  sürətlə  gedərsə  par  keçirmə  də  bir  o  qədər  sürətlə  gedər,  bu  da 

bədənin  tez  soyumasına  səbəb  olar.  Bununla  bərabər  parçaların  gigiyenik  xassəsi 

dedikdə,  onun  codluğu,  xarici  tərtibatının  təmizliyi,  onun  tozla,  çirkə  qarşı 

müqaviməti də  nəzərdə tutulur ki,  bu da onun  iplik  və sapın  növü  və quruluşu  ilə 

sıx  əlaqədardır.  Ona  görə  də  parçanın  təyinatından  asılı  olaraq  onun  iplik  və 

sapının  əvvəlcədən  strukturası,  novü  və  tərkibi  müəyyənləşdirilməlidir.  Bütün 

bunları  nəzərə  alaraq  imkan  daxilində  parçanın  əsas  gigiyenik  xassələrinin 

xarakteristikasını verək. 

Hiqroskopiklik.  Təbii  və  süni  lif  tərkibli  parçalar  (yəni  lifin  kimyəvi 

quruluşunda OH qrupu olan 

Havada olan sərbəst su  molekullarını özlərinə çəkmək qabiliyyətinə malikdir. 

Parçanın bu xassələrinə onun hiqroskopikliyi deyilir. 

Hiqroskopiklik  xarakterinə  görə  parçalar  müxtəlif  olurlar.  Hiqroskopiklik 

parçaların  gigiyenik  xassələrindən  ən  əsasıdır.  Bu  xassə  bədəni  həddən  artıq 

temperatur dəyişmələrindən qorumaq üçün yer şərtdir. 


40 

 

İnsan  bədəninin  orta  temperaturu  36,5°C-dir.  Lakin  isti  hava  şəraitində  və 



fiziki  əməklə  məşğul  olduqda  bədəndə  olan  piy  vəzilərinin  bədəni  sıxması  ilə 

əlaqədar  olaraq  tər  ifrazı  çoxalır.  Belə  şəraitdə  bədəndə  nisbi  rütubətin  faizi  artır. 

Bu  da  insan  orqanizminin  fəaliyyətinə  pis  təsir  göstərir.  Ona  görə  də  geyim  üçün 

işlədilən  parça  bədənin  səthində  yaranan  nisbi  rütubəti  kənarlaşdırmaq  üçün 

hiqroskopik  olmalıdır.  Parçaların  hiqroskopikliyi  əsasən  onların  lif  tərkibindən, 

iplik  və  sapın  quruluşundan,  parçanın  özünün  strukturundan,  bəzəndirmə 

xüsusiyyətindən  asılı  olur.  Məsələn,  pambıq  və  kətan  parçalar  daha  çox 

hiqroskopikliyə  malikdir.  Bunlarla  yanaşı  süni  üsulla  alınan  viskoz  lifındən  olan 

ipək parçalar da yüksək hiqroskopikliyə malikdir. 

Parçalar  içərisində ən çox  hiqroskopikliyə  malik olan kətan parçadır ki, onun 

orta  hiqroskopikliyi  30%-ə  kimidir.  Pambıq  və  viskoz  parçaların  hiqroskopikliyi 

11-12%-dir.  Yun  parçalar  və  pambıq  və  kətan  nisbətən  daha  çox  hiqroskopikdir. 

Yun parçalar başqa parçalardan fərqli olaraq rütbəti özünə çox uzun  müddət çəkir 

və çox uzun müddətinə də xaric edir. 

Ona  görə  də  yun  parçalardan  tikilmiş  paltarlar  insan  orqanizmi  üçün  ən 

əlverişli və sabit mikroiqlim yarada bilir. 

Polimelərdən  alınan  sintetik  liflərdən  istehsal  edilən  parçalar  isə  ən  aşağı 

hiqroskopikliyə  malikdir.  Bu  da  sintetik  liflərin  kimyəvi  quruluşunda  «əla» 

qrupunun  olması  ilə  xarakterizə  olunur.  Bu  cəhət  sntetik  liflərdən  olan  parçaların 

ən  mühüm  çatmayan  cəhətidir.  Ona  görə  də  sintetik  liflərindən  toxunacaq 

parçaların  hiqroskopikliyini  artrmaq  üçün,  birinci  növbədə  onun  toxunması  üçün 

işlədiləcək  iplik  və  saplara  müxtəlif  quruluşalar  verilir.  Həmin  quruluş  hesabına 

sintetik parçalarda yeni effekt, yəni hiqroskopiklik artırılır. 

Parçanın qalınlığı nə qədər çox olarsa onun hiqroskopikliyi bir o qədər azalır. 

Hiqroskopikliyi  artırmaq  üçün  parçaların  səthinə  çox  vaxt  hiqroskopik  maddələr 

çəkilir.  Sintetik  parçaların  səthinə  çəkilən  bu  cür  təbəqə  isə  onun 

hiqroskopikliyinin daha da aşağı olmasına şərait yaradır. 

Parçanm  hiqroskopikliyini  təyin  etmək  üçün  50x200  mm  ölçüdə  üç  ədəd 

parça  nümunəsi  götürülmüş  və  hər  biri  ayrı-ayrı  ağzı  açıq  byukslara  qoyularaq, 


41 

 

sonra  havası  100%-ə  yaxın  nəmliyə  malik  olan  eksikatorda  4  saat  müddətində 



byukslarda  saxlanmışdır.  Sonra  byukslarm  ağzı  bağlanaraq  çıxarılır.  0,001  qram 

dəqiqliklə  çəkilir  və  hər  bir  nümunənin  çəkisi  müəyyən  edilir.  Nümunələr 

quruduqdan  sonra  bir  də  çəkilir  və  üç  nümunənin  orta  sabit  çəkisini  tapdıqdan 

sonra aşağıdakı düsturla hiqroskopikliyi təyin edilir: 



W= 

go

~

g

-100% 

Burada:      W-nümunənin rütubəti, %-lə; 

go-orta arifmetik hesabla eksikatorda rütubətlənmiş üç nümunənin ağırlığı; 

g

c



-nümunə quruduqdan sonra orta arifmetrik hesabla üç nümunənin ağırlığıdır. 

Cədvəl 8. 

Parçalann növü 

Havanın  müxtəlif  nisbi  nəmliyində  parçalann 

nəmliyi 

65% 


85% 

Ştapel polotnosu 

viskozdan 

11,9 


20,0 

kaprondan 

3,7 

6,0 


ipəkdən 

8,9 


14,0 

Pambıq parça 

6,0 

10,0 


Lavsan parça 

0,7 


1,0 

Qarışıq iplikdən polotno                                               ^ 

70% kapron və 30% ipək 

4,3 


7,2 

50%) kapron və 50%o ipək 

6,0 

10,9 


30% kapron və 70% ipək 

6,5 


11,8 

Cədvəldən  göründüyü  kimi  hiqroskopikliyi  yüksək  olan  ipliklərdən  toxunan 

parçalar daha hiqroskopikdirlər. 

 

 



 

 


42 

 

 



2.4.l. Parçanın su çəkmə qabiliyyətinin təyini. 

 

Parçanın  su  çəkmə  qabiliyyəti  onu  tam  suya  saldıqdan  sonra  özünə  nə  qədər 

su  çəkməsi  ilə  xarakterizə  olunur.  Bu  xassə  əsasən  alt  paltarların  keyfıyyətinin 

qiymətləndirilməsində  əsas  keyfıyyət  göstəricisi  kimi  götürülür.  Çünki  təyinatına 

görə  bu  məqsədlə  işlədilən  parçlar  başqa  parçalardan  fərqlənir.  Bu  xassə  isə 

müəyyən  olunur  ki,  bədəndən  ayrılan  tər  damcılarını  özünə  hansı  parça  yaxşı 

hopdura  bilər.  Lakin  bunun  əksinə  olaraq  təyinatına  görə  üst  geyimlər  üçün  olan 

parçalardan  su  çəkmə  qabiliyyəti  çox  aşağı  olmalıdır.  Üst  paltarlara  su 

höpdurduqda  onun  istilik  keçirmə  xassəsi  pisləşir,  bu  da  insan  bədənin  daha  tez 

soyumasına  səbəb  olur.  Ona  görə  də  üst  geyim  qrupuna  daxil  olan  parçaların 

əksəriyyəti  su  keçirməyən  maddələrlə  əmal  olunur.  Parçaların  su  çəkmə 

qabiliyyətini yoxlamaq üçü onu 1 dəqiqə su ilə isladırlar. 

Sonra  nümunə  sudan  çıxarılıb  çəkilir.  Onun  quruduqdan  sonrakı  çəkisi  yaş 

çəkisindən  çıxarılır  və  faizlə  hesablanır.  Aşağıdakı  şəkildə  müxtəlif  parçaların  su 

çəkmə və ötürməsinin qrafık təsviri verilmişdir: 

w=ıoo%                                                        w=o% 

 

Şəkil 3. 



Parçanın su çəkməsi Bıoo= Wı - Wo [100%] 

Su götürməsi isə Bo= W24 - Wı [ 



43 

 

Düsturları ilə hesablanmalıdır. 



Burada:      Wi - nümunənin isladıldıqda nəmliyi;  

Wo- nümunənin faktiki nəmliyi = 65%)  

W24-Q=100% olduqda, yəni maksimal nəmlik olduqda nümunənin çəkisi;  

Wı-quruma prosesində nümunənin nəmliyi. 



44 

 

2.3.2. Parçanm hava keçirmə qabiliyyətinin təyini. 



 

Parçanın  hava keçirmə qabiliyyətinə  onun  hava keçirməsi deyilir.  Bu paçalar 

üçün  əsas  göstərici  olub,  bütün  parçalar  üçün  hava  keçirmə  əmsalı  kimi  verilir. 

Hava  keçirmə  əmsalı  B

r

  ilə  işarə  edilərək  bir  saniyədə  parçanın  lm



3

-dən  keçən 

havanın mm-lə miqdarıdır və aşağıdakı düsturda hesablanır: 

FT

V

B

h

        m



3

/m

2



 dəq 

 

Parçadan  havanın  keçməsinin  miqdarı  bilavasitə  təzyiqlə  əlaqədar  olduğu 



üçün adətən bu təzyiq r=50 və yaxud 100 H/m

2

 ilə götürülür. 



Aşağıdakı  cədvəldə  müxtəlif  parçaların  hava  keçimə  əmsalı  müxtəlif 

təzyiqlərində (r=10; r=100 H/m

2

) göstərilir. 



Müxtəlif parçaların müxtəlif təzyiqdə, yəni Bıo və Bıoo olduqda hava keçirmə 

əmsalı, m-Vm

2

 san ilə. 



Cədvəl 9. 

№ 

Parçalar 



B

ıo

 



B

ıoo


 

1. 


Zərif yun drap parça 

2-9 


2-9 

2. 


Cod yundan mahud parça 

2-13 


2-13 

3. 


Kostyumluq pambıq parça 

7-20 


7-18 

4. 


Sıxışdırılmış dəyişəklik parça 

15-40 


13-30 

5. 


Qreb yun parça 

15-50 


13-40 

6. 


Orta sıxlıqlı dəyişək, parça 

40-75 


30-52 

7. 


Yüngül donluq parça 

200-600 


123-270 

8. 


Tənzif 

- 

520-840 


 

Cədvəldən  göründüyü  kimi  parçanın  ipliyi  qalın  olduqda  onun  qahnhğı  da  çox, 

sıxlığı  aşağı,  həcmi  çəkisi  az,  məsamələrinin  sahəsi  çox,  məsamələrinin  sayı  az 


45 

 

olur.  Buradan  belə  çıxır  ki,  iplik  və  sapın  növü  və  quruluşu  birbaşa  parçanın 



istehlak xassəsinə əsaslı təsir edir. 

 

24.3. Parçanın istilik saxlama xassəsinin təyini. 

 

Parçanın  istilik  saxlama  xassəsi  dedikdə,  onun  insan  bədəninin  atmosferin 



soyuq  və  isti  təsirindən  qorunması  başa  düşülür.  İnsan  bədəninin  soyuqdan 

qorunmasının  çox  böyük  gigiyenik  əhəmiyyəti  var.  Parçaların  istiliyi  saxlama 

xassələri  insan orqanizmi  üçün  yaradılan  mikro klimatın əmələ  gəlməsində böyük 

rol oynayır. 

Parçaların  istilik  keçirməsi  onlardan  keçən  istiliyin  miqdarı  ilə  ölçülür. 

Məlumdur  ki,  insan  bədəninin  temperaturu  çox  vaxt  onu  əhatə  edən  havanın 

temperaturundan  yuxarıdır.  Ona  görə  də  istər-istəməz  insan  bədənindəki  istiliyin 

miqdarı tədricən azalır  və paltarın  materialından asılı olaraq, hətta onu əhatə edən 

havanın temperaturu ilə öyrənilir. 

Parçanın  istilik  keçirməsi  və  həmçinin  istilik  saxlamasına  parçanın  rütubəti 

çox  mühüm  təsir  göstərir.  Parçaların  rütubəti  nə  qədər  çox  olarsa,  onun  istilik 

saxlama  xassələri  bir  o  qədər  aşaği  olur.  Bu  onunla  izah  olunur  ki,  su  damcıları 

parçaya hopduqca parçanın daxilindən havanı qovub çıxarır. Nəticədə suyun istilik 

keçirməsi havaya nisbətən 27 dəfə artıq olduğundan su istiliyi daha sürətlə keçirir 

və  bunun  nəticəsində  parçanın  istilik  saxlaması  azalır.  Parçaların  istilik  saxlama 

xassəsi  materialın  istilik  müqaviməti  p  ilə  xarakterizə  edilir.  Eyni  zamanda  əks 

təqdirdə istilik ötürmə əmsalı K ilə də xarakterizə edilir: 



K

Q

t

t

F

R

1

2



1



     (м



2

 dərəcə / vt) 



L

K

b

b

R

P

1

1





   (m


2

 dərəcə/vt) 

Burada:      Q- məmulatın keçən istilik selinin gücüdür, bt;  

b-məmulatın qalınlığı, m;  



46 

 

F-məmulatın  sahəsi,  m



2

;  tı  və  t2-məmulatın  səthində  temperatur  fərqidir,  °C  ilə 

ölçülür 

İstilik  müqaviməti  R  məmulatın  lm

2

-dən  keçən  istiliyin  enməsini  dərəcə  ilə 



göstərir.  İstilik  ötürmə  əmsalı  «K»  1  m

2

  sahəsi  olan  məmulatın  hər  iki  səthindəki 



istilik fərqini l°C-lə göstərir. 

Xüsusi  müqavimət  p  və  istilik  keçirmə  əmsalı  «A»  analoji  xarakteristika  üçün 

verilir.  Yadda  saxlamaq  lazımdır  ki,  A  və  K  toxuculuq  materiallarında  müxtəlif 

səbəblərdən  asılıdır.  Yəni  onun  qalınlığından,  lifınin  tərkib  maddəsindən  və 

məsamələrindəki havadan, hava konveksiyasından (hərəkət edən mühit) və s. 

Beləliklə,  A  və  K-nın  böyüklüyü  ilə  istilik  ötürmənin  və  ümumi  istilik 

keçirmənin ekvivalent əmsalı başa düşülür ki, bu da toxuculuq  mallarında  ümumi 

istilik  keçirməsi  qabiliyyətini  xarakterizə  edir.  Ona  görə  də  məmulatın  istilik 

mühafızə etmə xassəsi istismar zamanı (geyimdə) istilik müqaavimətinin məcmuyu 

ilə təyin edilir. Bu aşağıdakı formul ilə xarakterizə edilir: 



b

L

t

t

F

Q

K



)

(



2

1

  (vt/m



2

 dərəcə) 



b

L

t

t

F

Q

L



)

(



2

1

   (vt/m



2

 dərəcə) 

 

Xüsusi istilik müqaviməti p



m

 müxtəlif materiallar üçün standart üsulla ölçülür. 

Parça,  tirkotaj,  keçə  və  pambıq  uçun  Pm

  14-30  m  dərəcə/vt  həddində  dəyişir. 



Lakin parça üçün orta göstərici 21 m dərəcə/vt-dır. 

K.Q.  


Quşinin göstəricilərinə görə 20 mm qalınlığı olan pambıq xalatlar üçün 0,04-0,145 

q/sm


3

, yundan olanlar üçün 27,7, xlorin-26,1, kapron-24,6-26,1, pambıq 23,2, ipək 

21,5, şüşə lif-21,0 m dərəcə/vt təşkil edir. 

Daxili istilik müqaviməti R

m

=   p


m

v materialın qalınlığından asılı 

olaraq böyük sərhəddə dəyişir: 

Materialın adı: 

m vm

2

 dərəcə/vt 


47 

 

Bez pambıqdan                                        0,007-0,008 



Şüşəparça                                               0,008-0,018 

Pambıq flanel və bayka                            0,024-0,036 

Yunparça                                                0,020-0,140 

Pambıq və viskozdan olan 

Xovlu trikotaj                                          0,034-0,048 

Adeyal                                                     0,066-0,172 

Yun və qarışıq yun vaylok                       0,123-0,172 

Şüşə vaylok                                              0,280-0,290 

İstilik müqavimətinin məcmuyu-R

0

   havanın sürəti 1 m/san və nümunəni 5 q/s/sm



2

 

ilə sıxmaqla ölçülür.  



Bu zaman aşağıdakılara nail olmaq olar: 

Materialın adı: 

 

m vm



2

 dərəcə/vt 

Geyim üçün vatin  (400 q/m

2



0,327 



Süni xəz 

 

0,246 



İki qat (hər bir qatı 200 q/m

2

) 

 

Pambıq vatin 



 

0,237 


Şinel üçün mahud   

0,172 


Flanel 

 

0,149 



Moleskin 

 

0,156 



Yun dioqanal 

 

0,129 



Bez 

 

0,112 



Ro-havanın sürəti artdıqda azalır. 

 

 



 

 

 



 

48 

 

 



 

2.4.5. Parçanın tox keçirməsinin və toz tutumunun təyini. 

 

Parçaların  toxkeçirmə  qabiliyyəti  ondan  keçən  toz  və  qeyri  çirkləndiricilərin 

miqdarı  ilə  xarakterizə  edilir.  Bu  göstərici  ilə  əlaqədar  olaraq  xüsusi  ilə  alt 

paltarlarına daha yüksək tələblər verilir. Parçaların toz keçirməsi hava keçirməsi ilə 

birbaşa əlaqədardır. 

Parçaların  toz  tutumu  dedikdə,  onların  toz  və  qeyri  çirkləndirici  maddələri 

saxlaması başa düşülür. Parçaların toz götürmə xassələri onların mənfı cəhəti olub, 

onların gigiyenik və estetik xassələrinə ciddi təsir göstərir. Parçaların toz götürmə 

qabiliyyəti  onun  lif  tərkibindən,  iplik  və  sapınquruluşundan  çox  asıhdır.  Parçanın 

səthi  nə  qədər  hamar  olarsa,  onun  toz  götürməsi  də  bir  o  qədər  az  olar.  Qeyri-

hamar səthə malik parçalar isə çox toz götürmələri ilə fərqlənirlər. 

Bu  baxımdan  mahud,  drap,  tiftikli  parçalar  ən  çox  tutumuna  malik  parçalar 

hesab edilir. 

Bunlardan  birisi  parçanın  açıq  məsamələri  və  digəri  isə  liflərdən  daxil  olur. 

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hər bir lif təbəqəsindən asılı olaraq 

müxtəlif  şüa  buraxma  qabiliyyətinə  malikdir.  Ən  yüksək  şüa  buraxma  xassəsi 

ağardılmış  pambıq  parçalarda  olur.  Həmçinin  viskoz,  asetat  və  kapron  lifləri  də 

yüksək  şüa  buraxmaq  qabiliyyətinə  malikdirlər.  Parçanın  şüa  keçirməsinə  təsir 

edən  amillərdən  biri  də  onun  quruluşundakı  məsamələrin  olmasıdır.  Məsamə  çox 

olduqda şüa keçirmə də çoxalır.  Parçanm  məsaməliliyinə bilavasitə  iplik  və sapın 

quruluşu böyük təsir göstərir. 

 

 



 

 

 

49 

 

NƏTICƏ VƏ TƏKLİFLƏR 

 

Bu  mövzu  üzərində  işləyərkən  uzun  illər  boyu  alimlər  tərəfindən  aparılan 



tədqiqatlaıia  yaxından  tanış  olub  və  analiz  etdikdən  sonra  bir  daha  belə  nəticəyə 

gəlmək  olur  ki,  xammalın  parçanın  istənilən  xassəsinə  çox  böyük  təsiri  var. 

Parçanın  xammalın təşkil edən  iplik  və saplardır ki, onların da əsasını  liflər təşkil 

edir. Lifləri dərindən öyrənmək üçün birinci növbədə təsnifləşdirmək lazımdır. 

Ümumiyyətlə, toxuculuqda işlədilən iplik və saplar iki əsas qruppa ayrılır: 

1.  Təbii liflərdən alınanlar; 

2.   Kimyəvi liflərdən alınanlar. 

Təbii liflərdən alınanlara-pambıq, kətan, kənaf, kəndir, cüt, yun, təbii 

ipək və s. ipliklərdir. 

Kimyəvi liflərdən alınanlar özlüyündə iki yerə ayrılır: süni liflər və sintetik 

liflər əsasında alınanlar. Süni liflərə 

v,

'skoz, pollinoz, asetat, diasetat, triasetat 



o aiddir.  Sintetik liflərə poliamid, ^ÇL_ifır, poliakril, polivinilspirt, poliolefın 

lifləri aiddir. Xassə etibarı ilə təbii liflər bir-birinə çox yaxın və oxşardır. 

Bütün  təbii  liflər  «hidrofil»,  yəni  lifin  kimyəvi  quruluşunda  «OH»  qruppu 

olduğu  üçün  gigiyenikdir.  Sintetik  liflərdən  isə  gigiyenikliyi  «sıfra»  bərabərdir. 

Yəni,  həmin  liflər  «Hidrofob»  xassəlidir.  Onların  kimyəvi  quruluşunda  «OH» 

qruppu yoxdur. 

Digər  xassələrə  gəldikdə  isə  sintetik  liflər  istismar  xassələrinə  görə  təbii  və 

süni lifləri ötüb keçirlər, onlardan davamlıdırlar. 



50 

 

Təbii  liflərin  alınması  çox  zəhmət  tələb  edir.  Lakin  sintetik  liflər  XX  əsrin 



kimya  sənayesinin  məhsulu  olub,  təbii  liflərə  nisbətən  ucuz  başa  gəlir.  Eyni 

zamanda  istehlakçıların  tələbini  tam  surətdə  təbii  liflərdən  toxunan  parçalaıia 

ödəmək mümküni deyil. 

Buna  həm  materiah  azlığı,  həm  də  parçaların  digər  xassələrini  istehlakçı 

tələbinə uygun gəlməməsi imkan vermir. 

Kimyəvi  liflərin  qarışığı  ilə  müasir  tələbi  ödəyən  parça  istehsal  etmək 

mümkündür. 

Elə  bu  baxımdan  da  bizim  məqsədimiz  hər  bir  iplik  və  sapın  lif  növünün 

xassələrini  dərindən  öyrənmək  və  lifin  parçanın  istehlak  xassəsinə  necə  təsir 

etməsini analiz etməkdən ibarət olmuşdur. 

Belə  ki,  lifın  xətti  sıxlığı  parçanın  lm

2

  çəkisinə  bilavasitə  təsir  edən  amildir. 



Həm də parçanın xətti sıxlığı 20 qramdan 775 qramadək intervalda dəyişir. 

Xammalın  hiqroskopikliyindən  asılı  olaraq  parçada  hiqroskopiklik  0-30% 

kimi dəyişir. 

Lif  tərkibindən  asılı  olaraq  parçanın  dartılmağa  qarşı  davamlılığı  10-160 

kq/güc intervalında dəyişir. 

Təbii  lifin  materiallar  içərisində  ən  qısalmaya,  xüsusilə  də  dönməyən 

qısalmaya malik parçalar pambıq parçalar hesaba edilir. Bu göstəricinin vacibliyini 

nəzərə alaraq, onu standart göstəricilər içərisində salmışlar. Ona görə də parçaların 

qısalması müəyyən hədd daxılindən kənara çıxmamalıdır. 


51 

 

Bu  pambıq  parçalarda  3-4%,  ştabel  parçalarda  3-3,5%,  köynəklərin 



istehsalında  tətbiq  edilən  parçalarda  isə  1-1,5%  təşkil  edilir.  Beləliklə,  yuxarıda 

edilən tədqiqatlardan irəli gələn təklifləri irəli sürürəm: 

1.  Respublikamız keçid dövrünü yaşadığı bir dövrdə yerli sənaye məhsullarının 

istehsah  azaldılmışdır.  Hazırda  respublikamıza  dünyanın  hər  tərəfindən 

həddən artıq  gözəl  və  geniş çeşiddə parçalar gətirilir.  Hansı ki, biz  nə onun 

tərkibini,  nə  də  ondan  düzgün  təyinatda  istifadə  edə  bilərik.  Çünki  bütün 

alqı-satqı  kor-təbii  gedir.  Eyni  zamanda  respublikamıza  gələn  mallar 

keyfıyyətcə lazımınca yoxlanılmır. Bu da alıcı kütləsinin müəyyən dərəcədə 

aldadılması  xarakterini daşıyır. Ona  görə də yaxşı  olardı ki, respublikamıza 

daxil  olan  geniş  çeşiddə  parça  mallarının  İqtisadiyyat  Nazirliyi  tərəfdən 

müəyyən bir sistem altında, deyərdim ki, elə ticarət təsnifatı üzrə satışı təşkil 

olunsun.  Qiymət  və  keyfıyyətə  ixtisasçılar  tərəfındən  yoxlanıhb  nəzarət 

edilsin. 

2.  Xaricdən  ölkəmizə  gələn  gözəl  və  çox  çeşidli  parçalarla  bərabər 

respublikamızda  tezliklə  islahatlar  aparıb  yerli  sənayenin  inkişafına  kömək 

edilməsi  arzumuzdur.  Çünki  ölkəmiz  toxuculuq  üçün  zəngin  xammal 

mənbəyinə  malikdir.  Bu  da  bizə  iqtisadiyyatımızın  xeyli  qalxmasına  və 

xalqımızın ucuz mala tələbatını ödəmiş olmasına nail olmaqla imkan verər. 

 

 

 



 

52 

 

ƏDƏBİYYAT 



 

1.  П.А.Красновский,  А.М.Ковалев,  С.Г.Стрижков  «Товар  и  его  экспертиза»-

М: Центр экономики и маркетинга-1999-240с 

2.С.П.Валицкий,  Е.Е.Заресенец  и  д.  «Экспертиза  потребительских  свойств 

новых товаров»-М: «Экономика»-1981-173 

3.  “Коммерцеское  товароведение  и  экспертиза”  проф.Г.А.Васильева  и 

проф.Н.А.Нагапетьянца - М: «ЮНИПИ»-1997 

4.Сертификация  происхождения  товаров  (методические  пособия-М:  МВШЭ, 

МП001-96, 1996). 

5.Общие  правила  проведение  экспертизы  качества  и  количества  товаров-М: 

МВВЭ ПР-002-96, 1996 

6.Правила  проведения  независимой  экологической  экспертизы-М:  МВШЭ 

пр-002-96, 1996 

7.Порядок  проведения  экспертизы  потребительских  свойствновых  видов 

товаров народного потребления М-гоздательство стандартов, 1977. 

8.Э.П.Райхман,  Г.Г.Азгальдов  «Экспертные  методы  в  оценки  качества 

товаров» М: «Экономика»-1974-149 

9.Ю.Сомов, 

М.Федоров 

«Потребительские 

качества 

промышленных 

изделий» М: Издательство стандартов, 1969 

10.Ю.О.Гомлина,  И.Малевинская  «Экспертиза  потребительских  свойств» 

изделий,  атестуемых  на  высшую-  категорию  качетсва  труды.  Техническая 

эстетика вып. 19М. 1978 

11.Методическое  пособие  по  проведению  экспертизы  качества  и  количества 

импортных изделий-М:-1985 

12.Экспертиза качества товаров-М. «Экономика»-1984 

13.М.А.Николаева  Товарная  экспертиза.  Учебник  для  вуза-М:  Деловая 

литература-1998-288 с                                  ____        , 

14.Д.Федеренко 

Пособие 

по 


товароведческим 

экспертизам-М.»Внеш 

ториздат.-1963» 


53 

 

15.М.А.Николаева.  Товароведение  потребительских  товаров.  Теоретические 



основы М: Норма, 1997-283с 

16.Инструкция  о  порядке  проведения  экспертизы  товаров  экспертными 

организациями системы торгово-промышленной палаты. 

17.О.А.Семин «Организация контроля качества товаров в торговле» М: издат. 

«Экономика» 1972. 

18.Э.П.Райхман,  Г.Г.Азгальдов  «Экспертные  методы  в  оценке  качества 

товаров» издат. «Экономика», М: 1974 

19.Э.П.Райхман,  Г.Г.Азгальдов  «Комплексная  оценка  качества  продукции» 

М, издат-во стандартов, 1971 

20.Н.И.Ковалев  «Органолептическая  оценка  готовой  продукции»  М,  изд. 

«Экономика», 1968 

21.ГОСТ 16431-70 «Термины и определение качества продукции, показатели 

качества и методы оценки уровня качества продукции» 

22.İstehlakçıların  hüquqlarının  müdafıəsi  haqqında  Azərbaycan  Respublikasının 

qanunları - Biznesmenin Bülleteni,N947-1999 

23.Ciddi  hesabat  blankları  və  forma  və  rekvizitləri  və  onlardan  istifadə  qaydaları. 

Azərb.respub.qanunları- Biznesmenin Bülleteni,JY922-1999 

24.Məhsulların  (işlərin,  xidmətlərin)  sertifıkatlaşdırılması,  N9İ9,  Azərbaycan 

Respublikasının qanunları - Biznesmenin Bülleteni,N9İ9-1998 

25.Yoxlamalar haqqında normativ sənədlər Azərbaycan Respublikasının qanunları 

- Biznesmenin Bülleteni,N932-2000 

26.Ticarət,  məişət  və  digər  növ  xidmət  qaydaları,  Azərbaycan  Respublikasının 

qanunları - Biznesmenin Bülleteni,N9İ 1-1998 

27.Ə.P.Həsənov,  C.M.Vəliməmmədov  və  başqaları.  «Toxuculuq  malları»  Bakı-

1992 

28.Ə.P.Həsənov,  C.M.Vəliməmmədov,  N.N.Həsənov,  T.R.Osmanov  «İstehlak 



mallarının ekspertizasının nəzəri əsasları» Bakı-2003 

29.Ə.P.Həsənov, C.M.Vəliməmmədov, N.N.Həsənov, T.R.Osmanov. «Qeyri-ərzaq 



mallarının keyfıyyət ekspertizası» Bakı -2006 

Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə