Mövzu 9. Turizm müəssisəsinin qiymət strategiyası
Turizm müəssisəsinin marketinq kompleksində qiymətin yeri və rolu. Turizm firmalarının fəaliyyətində qiymət strategiyasının hazırlanmasının zəruriliyi. Turizmdə qiymətqoymaya təsir edən spesifik amillər. Qiymətqoymanın səviyyələri: strateji və taktiki qiymətqoyma.
Qiymətqoyma prosesinə təsir edən xarici amillər: tələblə təklifin mütanasibliyi; rəqabət qiymətlərinin səviyyəsi və dinamikası; iqtisadiyyatın, o cümlədən, turizm sferasının dövlət tənzimlənməsi; istehlakçılar.
Qiymətqoymanın məqsədlərinin müəyyən edilməsi. Cari mənfəətin maksimum həddə çatdırılması məqsədi və ondan istifadənin əsas şərtləri. Bazar mövqelərinin qorunması məqsədi və ondan istifadənin şərtləri. Bazarda liderlik məqsədi. Təklif olunan məhsulların keyfiyyəti üzrə liderlik məqsədi.
Qiymətqoyma metodları: xərclərə əsaslanan qiymətqoyma metodları, rəqabətin səviyyəsinə əsaslanan qiymətqoyma metodları, tələbin səviyyəsinə əsaslanan qiymətqoyma metodları. Metodların üstün və zəif cəhətləri. Qiymətqoymanın psixo-loji metodları.
Qiymət strategiyasının müəyyən edilməsi və həyata keçirilməsi. Yeni və mövcud turizm məhsullarına qiymətin təyin olunması. “Qaymaqların yığılması” və “Bazara dərin nüfuzetmə” strategiyaları. Prestijli qiymətlər strategiyası. Lideri təqib-etmə strategiyası. Qiymətin manipulyasiyası strategiyası. Bazar seqmentinin qiyməti strategiyası.
Dostları ilə paylaş: |