Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2013
Yuxarıdakı cədvəldə Onlayn xidmət indeksində ölkəmizin dünyada, Avropada və Asiyada ortalama, inkişaf etmiş, inkişaf etməkdə ölkələrdə ortalama ilə müqayisəsi aparılmışdır. Cədvəl məlumatlarından aydın olur ki, Azərbaycanın bu alt-indeks göstəricisi 32% olmasına baxmayaraq, dünyada ortalama 38% və inkişaf etməkdə olan ölkələrdə ortalama rəqəm 38%-dir. Ölkəmizin qeyd edilən ölkə qrupları ilə müqayisədə göstəricisi aşağı səviyyədədir.
Cədvəl 9. 2012-ci il E-Hökumət inkişaf indeksində MDB ölkələrinin onlayn xidmət indeksində və onun tərkib hissələri üzrə dəyəri
№
|
Ölkələrin adı
|
Onlayn xidmət indeksi
|
Mərhələ I
|
Mərhələ II
|
Mərhələ III
|
Mərhələ IV
|
CƏMİ
|
1
|
Qazaxıstan
|
0.7843
|
92%
|
64%
|
52%
|
80%
|
69%
|
2
|
Rusiya
|
0.6601
|
100%
|
67%
|
35%
|
62%
|
58%
|
3
|
Gürcüstan
|
0.6013
|
100%
|
55%
|
58%
|
39%
|
53%
|
4
|
Moldova
|
0.5163
|
100%
|
50%
|
25%
|
48%
|
45%
|
5
|
Özbəkistan
|
0.4967
|
100%
|
62%
|
21%
|
39%
|
43%
|
6
|
Ukrayna
|
0.4248
|
83%
|
57%
|
8%
|
39%
|
37%
|
7
|
Qırğızıstan
|
0.4248
|
83%
|
60%
|
4%
|
41%
|
37%
|
8
|
Belarus
|
0.4118
|
100%
|
55%
|
25%
|
22%
|
36%
|
9
|
Azərbaycan
|
0.3660
|
92%
|
38%
|
15%
|
30%
|
32%
|
10
|
Ermənistan
|
0.3268
|
100%
|
36%
|
12%
|
25%
|
29%
|
11
|
Tacikistan
|
0.2418
|
67%
|
40%
|
2%
|
16%
|
21%
|
12
|
Türkmənistan
|
0.1895
|
67%
|
19%
|
4%
|
16%
|
17%
|
Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2013
Yuxarıdakı cədvəldə 2012-ci il E-Hökumət inkişaf indeksində yer alan Onlayn alt-indeksdə MDB ölkələrinin göstəriciləri verilmişdir. Cədvəl məlumatlarından aydın olur ki, ölkəmiz bu alt-indeksə görə MDB ölkələri içərisində doqquzuncudur. Bu heç də yaxşı göstərici hesab olunmur.
Cədvəl 10. 2012-ci il E-Hökumət inkişaf indeksində Azərbaycanın telekommunikasiya infrastrukturu indeksində dəyəri
|
Telekommunikasiya infrastrukturu alt-indeks dəyəri
|
100 nəfərə İnternet istifadəçiləri
|
100 nəfərə əsas telefon xətləri
|
100 nəfərə mobil istifadəçilər
|
100 nəfərə sabit internet istifadəçilər
|
100 nəfərə sabit genişşəbəkəli internet istifadəçilər
|
Azərbaycan
|
0.3033
|
35.99
|
16.33
|
99.04
|
5.75
|
5.44
|
Dünyada ortalama
|
0.3245
|
32.79
|
18.87
|
88.53
|
9.33
|
8.73
|
İnkişaf etmiş ölkələrdə ortalama
|
0.6509
|
67.45
|
40.69
|
117.24
|
24.60
|
23.92
|
İnkişaf etməkdə olan ölkələrdə ortalama
|
0.2860
|
28.62
|
16.11
|
98.11
|
5.90
|
5.24
|
Avropada ortalama
|
0.6460
|
66.01
|
40.40
|
119.52
|
24.06
|
23.63
|
Asiyada ortalama
|
0.2818
|
29.33
|
15.06
|
91.64
|
6.98
|
5.41
|
Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2013
Yuxarıdakı cədvəldə isə ölkəmizin E-Hökumət inkişaf indeksində yer alan Telekommunikasiya infrastrukturu alt-indeksdə dəyərinin bəzi ölkə qrupları üzrə müqayisəsi verilmişdir. Cədvəl məlumatlarından əldə olunur ki, ölkəmizin Telekommunikasiya infrastrukturu alt-indeksdə dəyəri yalnız Asiyadakı ortalamadan yüksəkdir. Demək olar ki, bu dəyərə əsasən ölkəmizin 100 nəfərə internet istifadəçiləri və 100 nəfərə mobil istifadəçilər kimi indikatorlarından başqa digər göstəricilərdə aşağı səviyyədədir.
Elektron iştirak indeksi
Elektron iştirak indeksinin nəticələri elektron hökumət sorğusundan əldə olunur və elektron hökumətin hansı mərhələdə olması ilə əlaqədar keyfiyyətini göstərir. Ölkənin elektron iştirak indeks dəyəri dövlət orqanları saytlarının faydalılığı və başqa ölkələr ilə müqayisədə hansı səviyyədə hazırlandığını əks etdirir.
Cədvəl 11. E-İştirak indeksinə görə MDB ölkələri
Sıra
|
Ölkə
|
E-iştirak indeks dəyəri
|
2010
|
2012
|
1
|
Qazaxıstan
|
0.5571
|
0.9474
|
2
|
Rusiya
|
0.1286
|
0.6579
|
3
|
Moldova
|
0.2000
|
0.3947
|
4
|
Qırğızıstan
|
0.4286
|
0.2895
|
5
|
Özbəkistan
|
0.3143
|
0.2368
|
6
|
Gürcüstan
|
0.0571
|
0.2105
|
7
|
Ukrayna
|
0.2571
|
0.1579
|
8
|
Azərbaycan
|
0.1714
|
0.1316
|
9
|
Belarus
|
0.2429
|
0.0789
|
10
|
Ermənistan
|
0.0429
|
0.0000
|
11
|
Tacikistan
|
0.0286
|
0.0000
|
12
|
Türkmənistan
|
0.0000
|
-
|
|
Avropada ortalama
|
0.3482
|
0.3236
|
|
Asiyada ortalama
|
0.2738
|
0.2396
|
|
İnkişaf etməkdə olan ölkələrdə ortalama
|
0.2223
|
0.1840
|
Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2009-2013
Yuxarıdakı cədvəldə isə elektron iştirak indeksi üzrə MDB ölkələri ilə müqayisəsi aparılır. Cədvəl məlumatlarından aydın olur ki, Azərbaycan bu göstərici üzrə MDB ölkələri içərisində səkkizincidir. Bir faktı da qeyd etmək lazımdır ki, ölkəmizin bu indeks üzrə dəyəri Avropada, Asiyada və hətta inkişaf etməkdə olan ölkələr üzrə olan ortalama göstəricidən aşağıdır.
FƏSİL III. ÖLKƏDƏ ELEKTRON XİDMƏTLƏRİN İQTİSADİ İNKİŞAFA TƏSİRİ VƏ ELEKTRON XİDMƏTLƏRİN MONİTORİNQ SİSTEMİNİN YARADILMASI PERSPEKTİVLƏRİ
3.1. Azərbaycanda İKT-dən istifadənin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər
Azərbaycan Respublikasında elektron hökumət və elektron xidmətlərin formalaşması və inkişafı məqsədilə keçən illər ərzində bir sıra dövlət proqramları, qanunlar və fərmanlar qəbul olunmuşdur ki, bunlar ölkədə qeyd edilən sahələrin inkişafında hüquqi baza rolunu oynamışdır.
17 fevral 2003-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003—2012-ci illər)" təsdiq edilmişdir.
Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.
Milli Strategiyada elektron hökumətin formalaşması və inkişafı ilə əlaqədar əsas vəzifələrinə aşağıdakılar aiddir:
- informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişaf etdirilməsi;
- cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması;
- vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması;
- effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi, elektron hökumətin yaradılması, elektron ticarətin formalaşdırılması və inkişaf etdirilməsi;
- inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi;
Milli Strategiyanın həyata keçirilməsi nəticəsində dövlət idarəetməsində şəffaflığın təmin olunması, davamlı iqtisadi dirçəlişə nail olunması, əhalinin həyat şəraitinin yüksək dərəcədə yaxşılaşması, ölkədə vahid elektron informasiya məkanının formalaşması, bütün vətəndaşlar üçün informasiya əldə etmək imkanlarının yaranması və milli maraqlar nəzərə alınmaqla ölkə ümumdünya elektron informasiya məkanına inteqrasiya olunması nəzərdə tutulmuşdur. Milli Strategiyanın əsas fəaliyyət istiqamətlərindən biri elektron hökumətin formalaşdırılması və inkişaf etdirilməsidir.
2003-2012-ci illər üçün nəzərdə tutulmuş Milli Strategiyanın elektron hökumət bölməsində aşağıdakı məqsədlər nəzərdə tutulmuşdu:
- dövlət idarəetmə orqanlarında və təşklatlarında, yerli özünüidarəetmə orqanlarında informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və inkişaf etdirilməsi;
- vətəndaşların, qeyri-hökumət təşkilatlarının dövlətin idarə edilməsində iştirakı üçün münasib şəraitin yaradılması;
- informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə siyasi sistemin müxtəlif tərkib hissələri arasında əməkdaşlığın gücləndirilməsi;
- dövlət qulluqçularının informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərinin müntəzəm artırılması mexanizminin hazırlanması və həyata keçirilməsi;
- dövlət idarəetmə orqanlarında və təşkilatlarında elektron sənəd mübadiləsinin geniş tətbiqi;
- vətəndaşlara informasiya xidmətləri göstərən dövlət avtomatlaşdırılmış məlumat sistemlərinin, tematik, sahə, regional informasiya resurslarının yaradılması;
- seçkilər prosesində informasiya texnologiyaları tətbiqinin inkişaf etdirilməsi.
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21 oktyabr 2005-ci il).
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisi üçün xidmət göstərmək, eyni zamanda İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, müəyyən edilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq və icra etməkdir. Cəmiyyətin müasir tələblərə uyğun inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və şəffaflığının təmin edilməsi, milli informasiya resurslarının yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, informasiya təhlükəsizliyi və azadlığının müdafiəsi, qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir. Bununla əlaqədar olaraq "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulmuşdur. Qeyd edilən məsələlərin həlli nəticəsində aşağıdakı nəticələr əldə olunacaqdır:
- dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artıran və əhaliyə, özəl qurumlara keyfiyyətli informasiya xidmətləri göstərən "Elektron hökumət"in formalaşması;
- dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkil edilməsi;
- dövlət idarəetməsində və yerli özünüidarəetmədə müasir texnologiyalardan geniş istifadənin təmin edilməsi;
Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu (9 mart 2004-cü il).
Ölkədə elektron hökumətin formalaşması və inkişafına təkan verən dövlət tədbirlərindən biri elektron imza və elektron sənəd haqqında Qanundur. Bu qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.
“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (4 sentyabr 2012-ci il).
İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə idarələrarası elektron sənəd dövriyyəsi sisteminin yaradılması, idarə olunması və bu sistemdən istifadə qaydalarını müəyyən edir. Sistemin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.
Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (23 may 2011-ci il).
Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Bu Fərmana əsasən mərkəzi icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirməlidirlər:
-
səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsi yaradılmalı;
- elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməlidir.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üç ay müddətində dövlət orqanlarının elektron xidmətlərindən «bir pəncərə» prinsipi əsasında istifadənin təşkili məqsədilə «elektron hökumət» portalının yaradılmasını təmin etməlidir.
«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 — 2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (11 avqust 2010-cu il).
Dövlət Proqramının məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir.
Dövlət Proqramında elektron hökumətin formalaşması və inkişafı ilə əlaqədar məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
-
respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması;
-
dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi;
-
vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi, təşkilati-texniki, texnoloji tədbirlərin həyata keçirilməsi və müvafiq mühitin formalaşdırılması;
-
dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması üçün «E-hökumət» həllərinin geniş tətbiqi, «bir pəncərə» prinsipi əsasında elektron xidmətlərin təşkili;
Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan əsas istiqamətlərdən biri dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsidir. Bu məqsədlə aşağıdakıların həlli nəzərdə tutulmuşdur:
-
dövlət orqanlarında İKT həllərinin geniş tətbiqi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi və vahid informasiya fəzasının formalaşdırılması;
-
dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması, inteqrasiyası və inkişaf etdirilməsi, dövlət orqanlarının öz aralarında, həmçinin fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqə zamanı təhlükəsiz informasiya mübadiləsi üçün mütərəqqi mexanizmlərin tətbiq edilməsi;
-
«E-hökumət» həllərinin tətbiqi və «bir pəncərə» prinsipi əsasında elektron xidmətlərin təqdim olunması;
-
İKT sahəsində görülən işlər barədə məlumatların yayılması.
“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 fevral 2013-cü il).
Azərbaycan Respublikasında dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “elektron hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq “Elektron hökumət” portalı haqqında Əsasnamə” təsdiq edilmiş və “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsinin hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (3 iyul 2012).
Bu Fərmana əsasən dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tərkibində dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzləri yaradılmışdır.
“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI (29 dekabr 2012-ci il).
Ölkəmizin gələcək inkişaf konsepsiyasında qeyd edilmişdir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması Konsepsiya çərçivəsində qarşıda duran prioritet vəzifələrdəndir.
Qarşıdakı illərdə İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcəkdir. Distant təhsil, elektron ticarət, tele-tibb və digər müasir xidmət növlərinin geniş tətbiqinə nail olunacaq, elektron ticarət əqdləri iştirakçılarının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün qanunvericilik təkmilləşdiriləcəkdir. Bölgələrdə İKT-nin tətbiqi genişləndiriləcək, əhalinin rəqəmsal hazırlığı və ölkənin qlobal informasiya məkanına inteqrasiya səviyyəsi yüksəldiləcəkdir.
İKT və əqli mülkiyyətin qarşılıqlı təsiri və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmsal şəbəkəyə çıxışı nəzərə alınaraq, on-line lisenziyalaşmaya və one-stop-shops formatında xidmətlərin göstərilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sistemi yaradılacaqdır.
Bununla yanaşı, kosmik sənayenin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir. Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması nəticəsində etibarlı peyk rabitəsi təmin ediləcək və bununla ölkənin informasiya təhlükəsizliyi gücləndiriləcəkdir. Telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən paket yayımı təşkil ediləcəkdir. Eyni zamanda, aşağı orbitli peyklərin orbitə çıxarılması nəzərdə tutulur ki, bu da ölkədə ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcəkdir.
Ölkənin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədi ilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr gerçəkləşdiriləcəkdir.
"Elektron hökumətin formalaşdırılması məqsədi ilə ardıcıl və mərhələli qaydada müvafiq tədbirlər görüləcək. Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndiriləcək, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, onların funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsi təmin ediləcək, informasiya təhlükəsizliyinin yüksəldilməsi, səriştəli istifadəçi və mütəxəssislər hazırlanması kimi məsələlər diqqətdə saxlanılacaqdır. Eyni zamanda, elektron xidmətlərin keyfiyyəti yüksəldiləcək, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxış təmin ediləcək. Dövlət informasiya resurslarının və sistemlərinin vahid texnoloji standartlar əsasında inteqrasiyası təmin olunacaq və vahid informasiya fəzası formalaşdırılacaqdır.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi, ölkəyə daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və maarifləndirmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır.
İKT üzrə kadr hazırlığı işi də təkmilləşdiriləcəkdir. Yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühit yaradılacaq, dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndiriləcək, həmçinin ölkədən kənara "beyin axını"nın qarşısının alınması üçün təsirli tədbirlər görüləcəkdir.
Dostları ilə paylaş: |