АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети



Yüklə 0,92 Mb.
səhifə2/9
tarix03.12.2016
ölçüsü0,92 Mb.
#696
1   2   3   4   5   6   7   8   9

Şəkil 1. Müasir idarəçilikdə İKT-nin üstünlükləri


Qeyd etmək lazımdır ki, e-hökumət anlayışının çoxcəhətli olması BMT-nin “Elektron hökumət yol ayrıcında” adlı hesabatında da göstərilir. E-hökumət, o demək deyildir ki, gələcəkdə kompüterlər dövlət qulluqçularını əvəz edəcəkdir, e-hökumət dedikdə, dövlət orqanlarının öz daxili fəaliyyətlərində, həmçinin biznes və vətəndaşlarla qarşılıqlı münasibətlərdə güclü, səmərəli və təhlükəsiz elektron sistemindən istifadə etməsi nəzərdə tutulur.

Beləliklə, informasiya cəmiyyətində dövlət idarəçiliyin elektronlaşdırılmasına üç cür yanaşma mövcuddur:



  1. Hər bir dövlətdə cəmiyyətin mədəni dəyərlərinə, bərqərar olmuş normalara və sosiumunstimullaşmasına uyğun olan İKT-dən istifadə edilməsi;

  2. “Dövlətin informasiya menecmenti” qismində bütün səylərini dövlət təşkilatlarının sosial, struktur, idarəetmə xüsusiyyətləri üzərində cəmləşdirərək texnologiya və informasiya sistemlərinin maksimal səmərəli tətbiqi;

  3. Arxitektur yanaşma - İKT əsasında dövlət orqanlarında mövcud proses və prosedurların fiksasiyası.

Bir məqamı da qeyd etmək lazımdır ki, e-hökumət elektron interfeyslə təchiz edilmiş hökumətdən (government on-line) fərqlənir. Belə ki, onlayn interfeysi e-hökumətin ayrılmaz elementi olsa da, onlayn hökumət e-hökumət deyil. Onların arasındakı fərq təxminən e-kommersiya və e-biznes arasındakı fərq kimidir.

E-hökumət konsepsiyasının nəzəri əsaslarını yuxarıda göstərilən “informasiya cəmiyyəti” nəzəriyyəsi təşkil edir. E-hökumət fenomeninin konseptual əsasları isə C.Bellamy, J.Taylor, J.Fountaun və A.B.Antiroikko kimi alimlərin əsərlərində öz əksini tapmışdır.

Ənənəvi və yeni e-hökumət xaraktercə bir-birinə diametral əksdir:


  • Ənənəvi hökumət mürəkkəb quruluşludur, e-hökumət isə quruluşuna və proseslərin gedişinə görə olduqca sadədir;

  • Ənənəvi hökumət “hakimiyyət vertikalının möhkəmləndirilməsi”, e-hökumət isə mərkəzləşməyə və asılılığa muxtariyyət və çeviklik kimi alternativ xüsusiyyətlərə malikdir;

  • Hazırki hökumətin hesabatı rəqəmlərdən ibarət olur: bu və ya digər məqsədlə nə qədər pul xərclənmiş, nə qədər vəsait toplanmışdır. E-hökumətin hesabatı isə nəticəyə əsasən qiymətləndirilir;

  • E-hökumət açıq bir sosial sistem kimi ənənəvi daxili proseslərə deyil, yeni şəraitdəki xarici faktorlara və istehlakçılara hədəflənmişdir. Bu zaman etik məsələlər mütləq nəzərə alınır.

E-hökumət bir konsepsiya kimi qarşısına aşağıdakı məqsədləri qoyur:

  • İdarəetmə aparatının səmərəliliyinin artırılması (vergi yığımının, qanunların və tənzimləyici aktların, informasiya qeydiyyatının, kargüzarlığın qaydaya salınması);

  • Vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi (sosial xidmətləri və səhiyyə sistemlərini təkmilləşdirmək, təhsilin imkanlarını artırmaq, ətraf mühitin qorunmasını və təhlükəsizliyi təkmilləşdirmək).

E-hökumətin quruluşu dedikdə dövlət və sosial qruplar arasındakı qarşılıqlı münasibətlərin ən ümumi istiqamətlərinin təsnifatı başa düşülür. Ən geniş yayılmış təsnifata əsasən e-hökumət hökumətlə vətəndaş arasındakı qarşılıqlı əlaqələrin bu və ya digər komponentlərin istiqamətinə müvafiq olaraq seqmentlərə bölünməsidir. Ümumiləşdirilmiş formada sosial sistemdə mövcud olan bütün qarşılıqlı əlaqələri cəmiyyətin üç böyük seqmentinin – dövlət, vətəndaş və biznesin münasibətlərinə bölmək olar (şəkil 2).

Hökumət


Vətəndaş

Biznes


G2G
G2C G2B

C2C B2C B2B

Şəkil 2. E-hökumətin quruluşu


Bu əlaqələr baxımından e-hökumətə informasiyalar əlaqəsinin bütövlüyü kimi yanaşmaq olar. Eyni zamanda bu əlaqələr qlobal antikorrupsion mübarizə aparmağa imkan verir. Qeyd etmək lazımdır ki, cəmiyyətdəki hər bir fərdə, öz hüquq və vəzifələri olan bir vətəndaş, eyni zamanda həm də bir biznesmen kimi baxmaq olar. Bu sonuncu halda dövlətin fiziki yox, hüquqi şəxslə qarşılıqlı münasibətləri yaranır.

E-hökumətin “xarici” tərəfi-vətəndaş və bizneslə əməkdaşlıq e-hökumət lahiyələrin uğuru üçün əsas sayılır.

Avropa Şurası e-idarəetmədə e-texnologiyaların hökumətlə vətəndaşlar arasında daha yaxşı qarşılıqlı əlaqələrin yaradılmasında, e-demokratiyanın formalaşmasında və e-dövlət xidmətlərinin göstərilməsində istifadəsini əsas sahə hesab edir.

Virtual qarşılıqlı əlaqələr matrisində e-hökuməti cədvəl 1-də göstərilən kimi təsəvvür etmək olar.


Cədvəl 1. Virtual qarşılıqlı əlaqələr matrisində e-hökumət




Vətəndaş

Hökumət

Biznes

Üçüncü sektor

Biliklər

Vətəndaş (C)

C2C

C2G

C2B

C2N

C2K

Hökumət (G)

G2C

G2G

G2B

G2N

G2K

Biznes (B)

B2C

B2G

B2B

B2N

B2K

Üçüncü sektor (N)

N2C

N2G

N2B

N2N

N2K

Biliklər (K)

K2C

K2G

K2B

K2N

K2K

Mənbə: Ковалев, М. Создание электронного правительства с учетом международного опыта //Банкаўскі веснік. 2006. червень. С.16–25.
Cədvəldən göründüyü kimi

  • hökumət-hökumət (C2G) - bu təşkilatlararası şəbəkə, dövlət məlumatları bazası, elektron sənəd dövriyyəsi sistemi, reyestrlər və s-dir;

  • hökumət-vətəndaş (G2C) əlaqələrinə vətəndaşlarla dövlət arasında vergi əlaqələri, iş yerləri barədə məlumatların və tibbi informasiyaların verilməsi, seçicilərin qeydiyyatı və səs verməsi və s. daxildir;

  • hökumət-biznes (G2B) - bu lisenziyaların və icazələrin verilməsi, dövlət satınalmalarının aparılması və i.a. deməkdir;

  • hökumət-üçüncü sektor (G2N) - İKT-dən istifadə etməklə dövlət qeyri-dövlət ictimai təşkilatlarla (NGO) əlaqələr qurur;

  • hökumət-biliklər (G2K) - dövlətin elm, innovasiyalar və texnologiyalar sektoru ilə qarşılıqlı əlaqələridir.

Hökumət və vətəndaşlar arasındakı qarşılıqlı əlaqələrin səmərəliliyini artırmaq üçün dövlət portalı – dövlət orqanlarının veb – ehtiyatlarını inteqrasiya edən, dövlətin elektron xidmətlərini reallaşdıran və transaksiya tipli qarşılıqlı əlaqələrin yüksək təhlükəsizliyini təmin edən informasiya sistemi yaradılmalıdır. Başqa sözlə desək, portal vətəndaşlara xidmət göstərən virtual dövlət agentliyidir. Sinqapurun dövlət portalı www.ecitizen.gov.sg buna misal ola bilər. Portalın tərkibi belədir - müəssisənin iş qaydası və funksiyasını müəyyən edən əsas normativ sənədlər, yuxarı təşkilatların sənədləri, yaxud onlara istinadlar, müəssisənin yerləşməsi, iş cədvəli və lazımi hallarda işçiləri barədə tam məlumat, müəssisənin öz funksiyasına müvafiq çap etdirdiyi aktual materiallar, müəssisənin işindəki yeniliklər, mövzu ilə bağlı yeniliklər, fiziki, yaxud hüquqi şəxslərə onların tipik problemlərinin həlli üçün məsləhətlər, bölmələr üzrə axtarış.

Virtual agentliklərin fəaliyyət göstərməsinin bir sıra üstünlükləri vardır:



  • “24/7” (həftənin 7 gününün 24 saatı) rejimində internetə giriş olduqda elektron xidmətlərin əlçatan olması;

  • İşlənib hazırlanmış elektron formalarının (front office) və baza göstəricilərinin (back office) portalda inteqrasiya etməklə dövlət təşkilatı öz vətəndaşları barədə daha keyfiyyətli məlumatları toplayaraq saxlayır və sonrakı elektron xidmətə ictimai ehtiyaclar, yaxud mövcud xidmətlərə dair təhlillər verir;

  • Dövlətin çəkdiyi xərclərin azalması. Elektron xidmətə çəkilən xərclər, çoxsaylı məmur ordusuna çəkilən xərclərdən xeyli azdır. Lakin məmurların yeni üsulla işləməyə və İT - alətlərindən istifadə etməyi öyrənməsi xərc tələb edir;

Elektron demokratiyası elementləri. İnternet dövlət idarəetmə orqanlarının geniş əhali kütləsi ilə qarşılıqlı əlaqələrini dəyişir: onların rəyini nəzərə almağa, əhalinin iş planları və nəticələr barədə məlumat verməyə imkan verir. Hər bir vətəndaş dövlət orqanları ilə kommunikasiya əlaqələri olduqda bu və ya digər məsələ barədə öz fikrini bildirə bilər.

Government to Citizens (G2C–Hökumətdən vətəndaşa) sisteminə informasiyanın cəmiyyətə çatdırılması, müqavilələrə icazə verilməsi, müxtəlif arayışların və formaların alınması, doğum, ölüm, vətəndaşlıq vəziyyəti aktlarının nizamlanması, gəlir vergisinin ödənilməsi, təhsil, səhiyyə, tibbi məlumatlar, kitabxanalar və bu kimi digər əsas xidmətlər daxildir. Bu zaman dövlət büdcəsi vəsaitlərə, vətəndaşlar isə vaxta qənaət edəcəklər.

Avropa İttifaqında milli, regional və yerli hakimiyyət dairələri öz xidmətlərini onlayn formaya salmaq məqsədilə artan məbləğləri xərcləməyi nəzərdə tutmuşlar. 2000-ci ildə Lissabon şəhərində keçirilmiş sammitdə Avropa iqtisadiyyatını dünyanın ən yaxşı rəqabətə davamlı və dinamik elm tutumlu iqtisadiyyata çevrilməsi məqsədi qoyulmuşdur. Bu işlərin əsas məqsədi xidmətlərin elektron formada asan istifadəsi vasitəsilə vətəndaşların hökumət idarələrinin qarşısında yaranmış növbələrin qarşısını almaqdır.

G2C e-hökumətin 3 inkişaf modelini ayırd edir: modernləşdirmənin I eşalonu-interaktiv qarşılıqlı əlaqələr modeli (ABŞ, Kanada, Böyük Britaniya); modernləşmənin II eşalonu-interaktiv-inteqrasiya modeli (Yaponiya, Rusiya, Çin) və modernləşmənin III eşalonu-transformasiya-informasiya mövcudluğu (Braziliya, Hindistan, Cənubi Koreya, Malaziya).

Government to Business (G2B – hökumət – biznesə) əlaqələri müxtəlif formalarda ola bilir: vergi ödəmələrinin avtomatlaşdırılması, məhsulun gətirilməsi üçün elektron tenderin keçirilməsi, cari biznes informasiyalarının əldə edilməsi, icazə sənədlərinin alınması, ərizə formalarının qəbulu, lisenziyaların yenilənməsi və s. G2B əlaqələrində göstərilən xidmətlər biznesin, xüsusi ilə də kiçik və orta biznesin inkişafına kömək göstərir. G2B xidmətinə, həmçinin, hökumət tərəfindən mal və xidmətlərin satın alınması məqsədilə birja yaradan virtual hökumət-təchizatçı da daxildir. Belə ki, e-təchizat veb-saytları ixtisaslaşmış və qeydiyyatdan keçmiş istifadəçilərə mal və xidmətlərin alıcı və satıcılarını axtarmağa imkan verir. Satıcı və alıcılar müraciətlərin sayından asılı olaraq qiyməti dürüst müəyyənləşdirə və ya istədiyi qiyməti müəyyən edə bilər. E-təchizat qiymətqoyma prosesinin şəffaflığını artırmaqla yanaşı kiçik biznes sahiblərinə hökumətin böyük gəlir gətirə bilən layihələrinə təkliflər verə bilməsinə şərait yaradır. Nəticədə vasitəçilərə və alqı-satqı vasitələrinə pul vermədiyindən hökumət xeyli vəsaitə qənaət edə bilir. Belə ki, İsveç Hökuməti satınalınmaların elektron sisteminə keçəndən sonra 50% vəsaitə qənaət etmişdir.

C2B seqmentində uğurlu layihələrdən biri də elektron ticarətdir ki, bu zaman biznes üçün ticarət meydançası yaradılır, dövlət ehtiyacları üçün satınalmalar və xidmətlər aparılır.

E-kommersiyanın iqtisadi məkanda sürətli inkişafına səbəb onun açıqlıq, standartlıq, dolğunluq, sürət, öz-özünə inkişaf, əlverişlilik, operativlik, fasiləsizlik, interaktivlik, səmərəlilik, istehsalın tranzaksiya xərclərinin azaltmaq, alıcı və satıcıların imkanlarından eyni dərəcədə yararlanması, əhatəlilik, uyğunlaşma və qlobal məkanı əhatə etməsi kimi üstün cəhətləridir48, 49, 50, 51, 52, 53. Lakin bu sahədə istehlakçı hüquqlarının və fərdi məlumatların qorunması kimi məsələlər tam həll edilməmişdir.

Government to Government (G2G – hökumətdaxili, hökumətdən-hökumətə) xidmətləri 2 səviyyədə həyata keçirilir: yerli (yaxud daxili) və beynəlxalq. Dövlət orqanlarının öz aralarındakı əlaqələri müxtəlif səviyyələrdə olur: qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında; mərkəzi hökumətin nazirlikləri və departamentləri arasında; hakimiyyətin federal və regional orqanları arasında; ayrı-ayrı dövlət qulluqçuları (siyasətçilər) arasında.

G2E (hökumətdən-məmura) servisləri yalnız hökumət qulluqçularını əhatə edən ixtisaslaşmış xidmətlərdir. Bu xidmətlərə insan resurslarının öyrənilməsi, bürokratiyanın gündəlik funksiyalarının və vətəndaşlarla olan işgüzar əlaqələrin inkişafı aiddir.

G2G ümumi informasiya sisteminin bir hissəsi kimi aşağıdakı məsələləri həyata keçirir: aparatın işinin idarə olunması; regional idarə və ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi, daxili kargüzarlığın aparılması. Başqa sözlə desək, G2G dövlət təşkilatları arasında münasibətlərin və sənəd dövriyyəsinin avtomatlaşdırılmasıdır.

Həmçinin, şəkil 2-dəki sxemdə göstərilənlərdən əlavə seqmentlər də vardır:


  • Dövlət orqanlarının ictimai təşkilatlar və yerli özünüidarə orqanları ilə qarşılıqlı əlaqələri;

  • Dövlət orqanlarının lazımi xidmətləri göstərən təchizatçılar və tərəfdaşları ilə qarşılıqlı əlaqələri.

E-hökumətin reallaşmasına texnokratak yanaşma baxımından e-hökumətin dövlət arxitekturasının yaradılması tələb olunur. Hər bir milli hökumətin arxitekturası dövlətin vətəndaşla, onun xidmətlərindən istifadə edən bir müştəri kimi qarşılıqlı münasibətini əks etdirir (şəkil 3).
VƏTƏNDAŞ MÜŞTƏRİ KİMİ


İnterfeys

Səmərəlilik və nəticə modeli

Təhlükəsizlik sahəsi

Tətbiqi sistemlərin səviyyəsi

İnformasiya səviyyəsi

Dövlət funksiyaları səviyyəsi

(biznes-arxitektura, yaxud fəaliyyət arxitekturası)

Texnoloji səviyyə (platformalar)


Şəkil 3. E-hökumətin dövlət arxitekturası
Xidmətlərin yetkinliyi onlayn texnologiyaların inkişaf səviyyəsini və ondan hökumətin nə dərəcədə istifadə etməsini göstərir, yəni “xidmətlərin genişliyi” və “xidmətlərin dərinliyi”. Keyfiyyət cəhətdən xidmətlərin yetkinliyinin üç kateqoriyası ayırd edilir:

• I kateqoriyada nəşrlə çıxış mümkün olur: ikitərəfli passiv qarşılıqlı əlaqədə istifadəçi hökumət təşkilatına elektron çıxışa malik olmur (məs. qanunvericiliyin onlayn dərc olunması);

• II kateqoriya: interaktiv çıxış – istifadəçi hökumət təşkilatına elektron çıxışa malik olur və həmçinin, təşkilat da istifadəçiyə elektron cavab verə bilir. Məs. İnternetdə elektron poçtla onlayn xidmətə müraciətin edilməsi.

• III kateqoriya: transaksiyalar – ikitərəfli aktiv qarşılıqlı əlaqə.

Ümumi yetkinlik, xidmətlərin və çatdırılmanın yetkinliyinə əsasən təyin edilir. Ümumi yetkinlikdə 70% xidmətlərin, 30% isə çatdırılmanın yetkinliyinin payına düşür.

Arxitekturanın 5 yetkinlik səviyyəsi ayırd edilir: I, II, III, IV və V səviyyə (cədvəl 2).


Cədvəl 2. Arxitekturanın yetkinlik səviyyələri

Yetkinlik səviyyəsi

ATRİBUTLAR və PROSESLƏR

V səviyyə: Arxitekturadan dəyişikliklərin idarə olunmasında istifadə edilməsi

  • Arxitekturaya dəyişikliklərin, əlavələrin edilməsi barədə təsdiqlənmiş qaydalar var.

  • Arxitekturanın üstünlüklərini qiymətləndirmək üçün matrikslər mövcuddur.

  • Arxitektura ali rəhbərlik tərəfindən təsdiqlənir.



IV səviyyə: Arxitekturanın işlənib hazırlanma prosesi əsasən tamamlanıb, arxitekturanın təsviri üçün kifayət qədər məhsullar toplusu var



  • İT-yə investisiya qoyulması barədə arxitekturaya uyğun əsaslandırılmış və təsdiqlənmiş qaydalar var.

  • Arxitekturanın əsas domenlərinin “necə var” və “necə olmalıdır” təsviri olan sənədlər və modellər var.

III səviyyə: Arxitekturanın təsviri məhsullarının işlənib hazırlanması

  • Arxitekturanın işlənib hazırlanması üçün formal qaydalar mövcuddur.

  • Arxitekturanın domenlərinin təsvirinin ayrı-ayrı modellərinin dəqiqləşdirilməsi və işlənib hazırlanması prosesi gedir (biznesin, informasiyanın, əlavələrin, texnoloji)

II səviyyə: Vahid arxitektura işlənib hazırlanmasının idarəolunması proseslərinin əsaslarının yaradılması

  • Proseslərin idarəolunmasına cavabdeh nəzarət orqanı, arxitekturanın işlənib hazırlanmasına cavabdeh olan işçi qrup və “baş arxitektor” yaradılmışdır

  • Müəyyən metodikaya müvafiq olan arxitekturanın işlənilib hazırlanması prosesi başlanmışdır.

  • Biznesin, informasiyaların, texnologiyalar və tətbiqi sistemlərin arxitekturasının işlənilib hazırlanması sahəsində planlar vardır.

  • “Necə var”, “necə olmalı” arxitekturasının təsviri planı və dəyişikliklər planı mövcuddur.

I səviyyə: Arxitekturanın işlənilib hazırlanmasının vacibliyinin dərk edilməsi

  • Vahid arxitekturanın lazımlılığı barədə anlayış var.

Mənbə: Архитектуры для государственных ведомств. Примеры Лекция из курса «ИТ-стратегия», Данилин Александр Валентинович, Слюсаренко Андрей ИвановичИнтернет-Университет Информационных Технологий,

1.2. Elektron hökümətin məqsəd və vəzifələri
E-hökumətin qarşısında, əsasən, aşağıdakı vəzifələr durur:

  • İnsanlar üçün daha əlverişli biznes fəaliyyət mühitinin yaradılması. Texnologiya məhsuldarlığının və iqtisadi artımın yüksəldilməsində, xüsusilə, kənd və geridə qalmış icmalarda müsbət səmərə verən bir vasitədir. İKT-nin hökumətdə istifadə olunması və e-hökumət infrastrukturunun yaradılması da öz növbəsində qarşılıqlı əlaqələri tənzimləməyə və hökumətlə biznes arasındakı ortaq maraqları artırmaqla əlverişli biznes mühitin formalaşmasına yardım edir. Bu məqsədin həyata keçirilməsi xeyli dərəcədə ölkədən, onun sənaye potensiallarından və qlobal rəqabət gücündən asılıdır. Məsələn, e-təchizat (təminat) hökumətin təminat (təchizat) prosesini üzə çıxarmaqla onu daha da rəqabətli və ədalətli edərək yerli biznes üçün yeni bazarlar aça bilər.

  • Alıcıların canlı növbədə yox, şəbəkədə olması. Bu xidmət dövlət nümayəndəsinin birbaşa minimal müdaxiləsilə müşayət olunan ictimai mal və xidmətlərin vətəndaşlara daha səmərəli çatdırılmasına imkan verir.

  • Yaxşı idarəetmənin artırılması və idarəetmədə ictimaiyyətin iştirakının genişləndirilməsi. Menecment (idarəetmə) və əməliyyatlarda İKT-nin iştirakı hökumətdə şəffaflığı və məsuliyyəti artırmaqla bərabər, həm də vətəndaşlara hökumətin siyasətində və qərar qəbuletmə proseslərində iştirak etməyə imkan verir.

  • Hökumət agentliklərinin məhsuldarlığının və səmərəliliyinin artırılması. İT tətbiqi dəftərxanadakı proses və prosedurları sürətləndirir və xidmətlərin göstərilməsini xeyli asanlaşdırır, işçilərin məhsuldarlığını artırır və eyni zamanda, dövlətə məxsus gəlirlərin qənaət olunmasına imkan verir. E-hökumət daha çox aşağıdakılara kömək edə bilər:

        • Dövlət işçilərinin məhsuldarlığını artırmağa, bəzi idarələrdən və kağız idarəçiliyindən can qurtarmağa, idarəçiliyin dövlət tərəfindən planlaşdırılması imkanlarını artırmağa, ticarət müəssisələri və vətəndaşların lisenziyalar əldə etmək üçün müraciətlərin sayının çox olmasına və gəlirlərin artmasına;

        • Hökumət ilk mərhələdə çox bölməli çatdırma platformaları (həm ənənəvi, həm də e-hökumət) təklif etdiyindən qiymətlər artmağa meyilli olsa da, sahibkarları uzun müddət qiymətlərin orta səviyyədə saxlanılmasına razı salmağa;

        • Hökumət əməliyyatları tənzimləməklə İKT vasitəsilə lazımsız prosesləri aradan qaldıraraq kağızdan istifadəni azaltmağa imkan verir.

  • Əlverişsiz şəraitdə olan icmalarda keyfiyyətin artırılması. İKT hökumətə diqqətdən kənarda qalmış qrup və birliklərə yol açmağa imkan verir. Bu isə praktik olaraq onlara siyasi proseslərdə iştirak etmək səlahiyyəti vermək, ən çox ehtiyacları olan mal və xidmətlərin onlara çatdırılması deməkdir. Nəticə etibarı ilə, e-hökumətin məqsədi cəmiyyətin üç-hökumət, vətəndaşlar və biznes sahəsi arasında qarşılıqlı əlaqələrini artırmaqla ölkədəki siyasi, sosial və iqtisadi inkişafı sürətləndirməkdir.

Bir sözlə, e-hökumətin bütün məqsəd və vəzifələri müasir dövlətin başlıca missiyası çərçivəsindədir: “Müasir dövlətin başlıca missiyası, birincisi, əhaliyə ictimai rifah bəxş etmək, sosial və iqtisadi inkişafa kömək etmək, iqtisadi səmərəliliyə diqqəti artırmaq, ikincisi isə, sosial ədalət prinsipinə riayət etməklə əhali arasında gəlirlərin bölünməsində yüksək bərabərliyə şərait yaratmaqdır”.

E-hökumətin vətəndaşlar, hökumət və biznes üçün əsas üstünlükləri şəkil 4-də verilmişdir.





E-hökumət infrastrukturunun əsas üstünlükləri




Hökumət üçün




Vətəndaşlar üçün




Biznes üçün




  • Müasirtexnologiyalarıngeniş tətbiqiilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması

  • Büdcə vəsaitlərinə qənaətedilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azaldılması

  • Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşdırılması və təhlükəsizliyinin təmin olunması

  • Effektiv, şəffaf, nəzarət olunabilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olunması




  • Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi

  • Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi.

  • Informasiya təlabatının dolğun ödənilməsində rahatlığın təminedilməsi

  • Məhdud imkanlı insanların dövlət xidmətlərinə cıxış imkanları əldə etməsi




  • Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması

  • Iqtisadi aktivliyin, rəqabətqabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artırılması

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin