Diplotena – iki qat saplar mərhələsi adlanır.
Meyozun bu mərhələsində homoloqların bir-birini dəf
etməsi başlayır. Lakin bu zaman hər homoloji
xromosomun qız xromatidləri bir-birilə birləşmiş
vəziyyətdə qalır. Bivalentlər bir-birini dəf etdikdə
xromosomların bir-birinə birləşdiyi xiazm sahələri
aydın görünür. Bu zaman ancaq bu sahədə sinaptemal
kompleksin qalıqları müşahidə edilir. Xromosomların
ayrılmış sahələrində isə onlar itir. Xiazmların
yerləşməsi və miqdarı müxtəlif növlərdə və
xromosomlarda
müxtəlif
olur.
Daha
uzun
xromosomlarda xiazm da çox olur. Ən qısa
xromosomda hər bivalentdə heç olmasa bir xiazma olur.
Diplotena mərhələsində xromosomlar daha da
qısalır,
qalınlaşır
(spirallaşma
hesabına),
kondensasiyaya uğrayır. Buna görə də hər xromosomun
dörd xromatiddən ibarət olması aydın görünür. Bu
zaman hər homoloqdan birinin xromatidinin (4
xromatiddən 2-nin) çarpazlaşması aydın görünür.
Diakinez – xiazm sayının azalması ilə bivalentlərin
qısalması, nüvəciklərin itməsi ilə xarakterizə olunur.
Bivalentlər daha kompakt forma alır. Xromosomlar
nüvə qılafı ilə əlaqəsini itirir. Bu mərhələ hüceyrənin
ikinci bölünməsinə keçid adlanır. Bundan sonra I
metafaza başlayır. Bu zaman bivalentlər metafazaya xas
olaraq ekvatorda düzülürlər.
I anafazada xromosomlar bir-birindən ayrılır.
Lakin bu zaman mitozdakı kimi qız xromotiddər deyil,
274
iki qız xromatiddən ibarət olan hər homoloji
xromosomdan
biri
müvafiq
qütbə
çəkilir.
Homoloqlardan hansının bu və ya digər qütbə çəkilməsi
tam və təsadüfi xarakter daşıyır. Belə ki, bu zaman
müxtəlif xromosom cütləri istənilən kombinasiyada
qütbələrə çəkilə bilər. Hər qütbdəki xromosomlar iki
xromatiddən ibarət olur. Bundan sonra I telofaza
başlayır. Telofazada elə bir əhəmiyyətli dəyişiklik baş
vermir. Sadəcə olaraq qütblərdəki xromosomlar
despiralizasiyaya uğrayır, spirallar açılır, xromosomlar
öz aydın görkəmini itirir və yumaq formasını alırlar.
I telofazadan sonra qısa interkinez dövrü keçir.
Lakin bu zaman DNT sintez olunmadan hüceyrələr 2-ci
bölünməyə daxil olurlar. 2-ci bölünmə morfoloji
xüsusiyyətlərinə və mərhələlərinin ardıcıllığına görə
mitozdan
fərqlənmir.
Sentromer
nahiyyələrində
birləşmiş qalan qoşa qız xromatidlər (hər yumaqda
ayrıca) II profaza, II metafaza, II anafaza və II telofaza
mərhələlərini keçərək cinsi hüceyrələrə düşürlər.
Beləliklə meyozun II bölünməsində iki xromatidli və 2 s
miqdarda DNT-yə malik hüceyrələr ayrılıqda haploid
xromosomlu 4 cinsi hüceyrə əmələ gətirir. Erkəklərdə
həmin cinsi hüceyrələr spermatozoid, dişilərdə isə
yumurta hüceyrəsidir. Həmin hüceyrələrdə hər
xromosom
bir
xromatiddən
ibarət
olur.
Bu
hüceyrələrdən hər biri öz genetik konstitusiyası ilə biri
digərindən ferqlənir və mayalanma qabiliyyətinə malik
olur.
|