Hüceyrələrin bölünməsi müxtəlif səviyyələrdə
tənzimlənir.
1. Hüceyrədaxili səviyyə: a) Genom – nüvə səviyyəsi. Mitoza cavabdeh olan
hüceyrələrin təsiri ilə baş verir. Hüceyrə genomunda
«İlkin» və «sonrakı» proliferativ cavab genləri var.
«İlkin» genlər fos və mus genləri, «sonralı» genlərə ras və mub genləri aiddir. Bu genlərin yaratdığı zülallar
hüceyrənin mitoza daxil olmasını stimullaşdırır və onun
sürətini artırır.
b) Sitoplazma nüvə tərkibinə həll olmuş müxtəlif
faktorlarla təsir edə bilir, bunlar triqqer zülallarıdır.
Mitozu zəiflədə və aktivləşdirə bilirlər.
b) Sitolemma komponentləri (zülallar və
qlikoproteidlər) mitozun aktivliyinə tənzimləyici təsir
göstərə bilirlər. Onlar çoxalmanın kontakt tormozlanma
fenomenində iştirak edir, lakin sərbəst tənzimləyici kimi
də təsir göstərə bilirlər.
2. Hüceyrəarası səviyyə: