295
qaraciyrdə bölünməni stimullaşdıra bilər. Mitoz
bölünmə mühitin zərərli təsirlərinə qarşı çox həssas
prosesdir. O müxtəlif tərkibli kimyəvi müxtəlif
maddələrin, o cümlədən dərmanların təsirindən ləngiyə
bilər.
Bölünmə
vətərlərinin
mikroborucuqlarını
zədələyən maddələr (məs: kolxitsin) mitozu metafazada
dayandırır. Bunu metafaza xromosomları preparatını
almaq
üçün
istifadə
edilir.
Bu
preparatlar
xromosomların quruluşunu öyrənmək üçün istifadə
olunur. Radiasiya mitoza mənfi təsir edir. Mitotik
xromosomlar formasını dəyişir, onlarda parçalanma baş
verir, sonradan fraqmentlərın düzgün birləşməsi
pozulur. Bəzən ayrı-ayrı xromosomlar tamamilə yox
olur. Bölünmə vətərlərinin anomaliyalarına rast gəlinir.
Digər hallarda xromosomlar bölünür, nüvə isə
bölünmür, nəticədə poliploid xromosom dəstinə malik
böyük nüvələr əmələ gəlir. Əgər radiasiyanın təsiri
güclüdürsə hüceyrələr bölünmə qabiliyyətini itirirlər.
Dostları ilə paylaş: