HÜ
c
EYRƏLƏRİN PATOLOGİYASI
İstər ayrı-ayrı hüceyrələr, istərsə də çox hüceyrəli
orqanizmlər müxtəlif amillərin təsirinə məruz qaldıqda
onlarda struktur funksional dəyişkənliklər, həyatı
funksiyaların dəyişkənlikləri patologiya baş verir. Tək
hüceyrəli orqanizmlərin patoloji dəyişkənlikləri zamanı
hüceyrə strukturlarının zədələnməsi dərəcəsindən asılı
olaraq ya hüceyrə (orqanizm) ölür və ya da zədələnmə
ilə mübarizədə həyatını bərpa edə bilir. Çoxhüceyrəli
orqanizmdə isə bir sıra səbəblərdən bir qrup hüceyrə
zədələnir. Həmin hüceyrələrin zədələnməsi əlavə bir
sıra digər funksional pozulmaların yaranmasına səbəb
olur, onlar isə öz növbəsində digər hüceyrələrin
zədələnməsinə səbəb olur ki, beləliklə bütöv orqanizm
xəstələnir, xeyli hüceyrə və toxuma sistem halında
patoloji dəyişkənliyə uğrayır. Başqa sözlə desək
çoxhüceyrəli orqanizmin patoloji dəyişkənliyinin
əsasında hüceyrə və ya bir qrup hüceyrənin zədələnməsi
durur. Bu ideyanı ilk dəfə R.Virxov «hüceyrə
patologiyası» adlı məhşur kitabında vermişdir.
Doğrudan də əgər biz geniş yayılmış şəkər diabeti
xəstəliyinin patogenezinə nəzər salsaq o zaman həmin
xəstəliyin ilkin hüceyrə strukturlarının pozulması və
ondan irəli gələn hüceyrə və orqan strukturlarının
pozulmasının nəticəsi olduğunu görərik. Bu xəstəlik
hiperqlikemiya qanda şəkərin miqdarının artması ilə
282
xarakterizə olunur. Qanda şəkərin miqdarının artması
bir sıra qaraciyər, böyrək, damar sistemi hüceyrələrinin
patoloji dəyişkənlikləri ilə əlaqədardır. Bu prosesdə
əvvəlcə mədəaltı vəzinin Lanqenhans adacıqlarının
insulin
sintez
edən
hüceyrələri
patoloji
dəyişkənliklərə uğrayır. Belə hüceyrələrdə polipeptid
təbiətli hormon saxlayan
- sekretor qranullarının
miqdarı kəskin surətdə azalır. Deməli bu cür ağır
xəstəliyin başlanması və sonrakı gedişi hüceyrədə
xüsusi zülalın sintezinin və onun hüceyrədən çıxarılması
prosesinin pozulmasıdır (bunun səbəbi isə çox müxtəlif
amillər ola bilər). Məlum olduğu üzrə hüceyrədə
müxtəlif patoloji proseslərin öyrənilməsinin çox böyük
tətbiqi əhəmiyyəti vardır, çünki bu proseslər bilavasitə
tibb ilə əlaqədardır. Digər tərəfdən hüceyrədə patoloji
proseslərin yaranması, onların inkişafı mexanizminin
öyrənilməsi, hüceyrələrin reparasiya qabiliyyətinin
öyrənilməsi ümumbioloji əhəmiyyətə malikdir. Hüceyrə
vahid, kompleks, inteqral sistemdir ki, bu sistemdə ayrı-
ayrı funksiyalar qarşılıqlı əlaqə və vəhdətdə olub, biri
digəri ilə balanslaşdırılmışdır. Ona görə hüceyrə
metobolizminin ayrı-ayrı mərhələlərinin metobolizm
zəncirindən çıxması ya ehtiyat mənbələrinin işə
düşməsinə və ya patoloji proseslərin inkişafına səbəb
olur. Məs: əgər Na-K-asılı ATF- fermentinin fəallığını
inqibirləşdirməklə hüceyrə membranın keçiriciliyini
pozarıqsa bu zaman sitoplazmanın ion tərkibi kəskin
surətdə dəyişər, o da öz növbəsində sitoplazmanın
strukturunun, o cümlədən mitoxondrilərin, nüvənin,
vakuolların və s. dəyişməsinə səbəb olar. ATF
283
çatışmazlığına səbəb olan mitoxondridlərin ilkin
funksiyalarının pozulması mütləq hüceyrə membranının
keçiriciyinin dəyişməsinə, hüceyrədə enerji tələb edən
proseslərin sönməsinə səbəb olur. Əgər zülal sintezini
seçiciliklə pozsaq bu zaman RNT və DNT sintezi sönər,
fermentlərin və struktur zülalların çatışmazlığından
mitoxondrilərin fəallığı azalar, sonra isə artıq bizə
məlum olan yolla membranın keçiriciliyi dəyişər,
hüceyrə şişər və s. Digər sözlə ilkin ümumi hüceyrə
funksiyalarından birinin pozulması mütləq bir-birindən
asılı olan hüceyrə daxili funksiyalar zəncirinin
pozulmasına səbəb olar. Zədələnmə intensivliyindən,
zədələndirici
faktorun
təsir
müddətindən
və
xüsusiyyətindən asılı olaraq hüceyrənin taleyi müxtəlif
ola bilər. Bu cür zədələnmələr nəticəsində dəyişilmiş
hüceyrələr zədələndirici amillərə uyğunlaşa bilər,
adaptasiya edər, zədələri bərpa edə bilər, zədələndirici
amilin təsiri götürüldükdən sonra yenidən fəallaşa bilər
(reaktivasiya) ya da geri dönməyən dəyişkənliklərə
uğrayıb məhv ola bilər. Odur ki, bu halda hüceyrənin
morfoloji və funksional vəziyyəti çox müxtəlif olub hər
hüceyrə üçün özünə məxsusdur. Qeyd etmək lazımdır
ki, çoxhüceyrəli orqanizmlərdə bir sıra hüceyrələrin
patoloji dəyişkənliyə uğrayıb ölməsi sağlam orqanizmdə
normal proseslərin gedişini təmin edir. Məs: heç bir
xarici
təsir olmadan labil (yeniləşən) toxuma
populasiyasının hüceyrələri daima dəyişir və ölürlər.
Buna misal olaraq qan hüceyrələrini, örtük epitelisi,
bağırsaq epitelisi hüceyrələrini və s. göstərmək olar. Bu
zaman bu və ya digər hüceyrə funksiyalarının
284
proqramlaşdırılmış pozulması halları baş verir ki, o da
öz növbəsində hüceyrənin məhvinə səbəb olur. Məs:
siçanların bağırsaq epitelisi hüceyrələrinin çoxalması
zonasından mikrotükcüklərə miqrasiyasından sonra
nuklein turşularının sintezi pozulur. Bu zaman
hüceyrələrin yaşaması və zülal sintez etməsi prosesi
hələ miqrasiyaya qədər sintez olunmuş matrik və
ribosom hesabına gedir. Hüceyrələr mikrotükcüklərə,
miqrasiya etdikcə onlarda zülal sinezi zəifləyir və uc
hissədəki hüceyrələrdə artıq patoloji proseslər baş verir:
vakuolyar sistem, lizosomların fəallığı, mitoxondri
strukturu və s. pozulur. Nəticədə hüceyrə ölür və lizisə
uğrayır (həll olur). Müvəqqəti orqanların yaranmasında
iştirak edən hüceyrələrin çoxu rüşeymin inkişafı
prosesində məhv olur. Çömçəquyruğun quyruq
hüceyrələri deyilənlərə əyani misaldır.
Müxtəlif hüceyrələrə xarici zədələyici amillərin:
temperatur, şüa enerjisi, təzyiq, hüceyrə metobolizminin
müxtəlif
mərhələlərinin
inqibitor
məhsulları,
antibiotiklər və s. təsiri daha yaxşı öyrənilmişdir.
Məlum olmuşdur ki, müxtəlif hüceyrələr geri dönən
zədələnmələrə spesifik olmayan məhdud miqdar
dəyişkənliklərlərlə
cavab
verir.
Məs:
işıq
mikroskopunda canlı hüceyrələrdə təsir edən amilin
təbiətindən asılı olmayaraq işığın səpələnməsi müşahidə
edilir ki, bu da öz növbəsində sitoplazmatik vahidlərin
(məs: vakuolların) ölçüsünün və onların fraqmentasiyası
nətijəsi olaraq sayının artması hesabına baş verir.
Zədələnməyə
qarşı
ümumhüceyrə
xarakter
reaksiyalarından biri müxtəlif rəngləyiciləri toplamaq
285
xüsusiyyətidir. Məs: normal hüceyrələr hüceyrəsiz
mühitdən vital rəngləyiciləri-aşağı qatılıqlı neytral
qırmızı və ya metil göyünü mənimsəməsi və sonra
onları qranulalar halında toplaması ilə fərqlənirlər. Bu
cür vital rəngləyicilər sitoplazmada toplanır, nüvə isə
rəngsiz qalır. Lakin hüceyrələrə bir çox fiziki amillərlə
məs: temperaturla və ya kimyəvi maddələrlə (mühitin
RH-nı dəyişməklə, spirt və ya digər denaturasiya edən
maddələrlə) təsir etdikdə qranula əmələ gəlmə prosesi
pozulur. Sitoplazma və nüvə diffuz olaraq hüceyrəyə
daxil olan rəngləyici ilə rənglənir. Əgər amilin təsiri
geri dönəndirsə onda onun hüceyrədən
kənar edilməsi
yenidən rəngləyicinin qranulalar şəklində toplanmasına
səbəb olur. Bu cür müşahidələr belə nəticəyə gəlməyə
imkan verir ki, zədələnmənin bu cür morfofunksional
göstəriciləri hüceyrənin tipindən və təsir edən amilin
təbiətindən asılı olmayaraq sterotip olaraq meydana
gəlir. Müxtəlif zədələndirici amillərə qarşı hüceyrələrin
bu cür monoton qeyri spesifik xarakterli cavab
reaksiyaları göstərir ki, onlarda oxşar cavabların
inkişafını təmin edən ümumi proseslər mövcuddur. Bu
zaman adətən hüceyrədə oksidləşdirici fosforlaşma
prosesləri zəifləyir. ATF sintezi dayanır, oksigenə olan
tələbat
artır.
Zədələnmiş
hüceyrələr
qlikolitik
proseslərin artması, ATF miqdarının azalması,
proteolizinin fəallaşması ilə xarakterizə olunur.
Morfoloji
cəhətdən
hüceyrə
komponentlərinin
reaksiyaları da müxtəliflik təşkil etmir. Belə ki, nüvədə
sintetik proseslərin aşağı düşməsinə səbəb olan
xromatinin kondensiasiyası ən çox rast gələn
286
dəyişkənlikdir. Hüceyrə məhv olanda xromatin
koaqulyasiyaya uğrayır, nüvə daxilində kobud aqreqat
halında toplanır (piknoz), çox vaxt nüvənin yığışmasına
(karioreksis) və ya əriməsinə (kariolizis) səbəb olur.
r-RNT-i
sintezi pozulanda nüvəcik yığışır,
qranulalarını itirir, fraqmentlərə parçalanır və ya
içərisində sıxlığı azalan «boşluqlar» əmələ gəlir.
Ribosomların yetişməsi pozulduqda isə nüvəcik iriləşir,
lakin içərisində, ribosom olmur. Nüvə qlafının ən çox
rast gələn dəyişikliyi perinuklear sahənin şişməsi, nüvə
qılafı sərhədlərinin qıvrılmasıdır ki, bu da çox vaxt
piknozla uyğun gəlir. Hüceyrələr zədələnərkən ilk
əmələ gələn dəyişikliklərdən biri hüceyrənin şar forması
almasını, çıxıntılarının və mikrotükcüklərinin itməsini
göstərmək olar. Bir qədər sonra isə əksinə plazmatik
membranın dəyişilməsi, normal hüceyrələrdə olmayan
müxtəlif çıxıntıların əmələ gəlməsi və ya kiçik
qovucuqların
əmələ
gəlməsi
müşahidə
edilir.
Oksidləşdirici fosforlaşma proseslərinin pozulmasının
ilk mərhələlərində mitoxondri matriksinin sıxılması
membranlar arası məsafənin genişlənməsi müşahidə
edilir. Sonradan mitoxondrinin bu cür reaksiyası onun
şişməsi ilə əvəz olunur. Bu zaman mitoxondri yumru
(sferik) forma alır və ölçüsü böyüyür, matriks
şəffaflaşır. Mitoxondrinin şişməsi kristlərin ölçüsü və
sayının azalması ilə müşayiət
olunur. Mitoxondrinin
geri dönməz dəyişkənliyi zamanı isə membran
parçalanır,
matriks
hialoplazma
ilə
qarışır.
Endoplazmatik retikülüm sistemi ayrı-ayrı kiçik
vakuollar və boşluqlara parçalanır. Dənəvər retikülüm
287
üzərində ribosomların miqdarı azalır ki, bu da zülal
sintezinin azalmasına səbəb olur. Bəzi hallarda
endoplazmatik
retikülün
üzərində
boşluqların
genişlənməsinə səbəb olan təbiəti müəyyən olunmayan
maddə toplanır. Görünür bu hadisə endoplazmatik
retikülüm üzərindəki hazır maddələrin, Holci aparatı
vakuollarına ötürülməsi prosesinin pozulması nəticəsi
olaraq yaranır. Bu zaman Holci aparatının çənləri də
genişlənə bilir və ya parçalanır, onların daxilində bəzən
Holci aparatının sintez etdiyi sekretlər toplanır.
Hüceyrələrin zədələnməsi zamanı onlarda mitotik
aktivlik kəskin surətdə azalır. Onlar meyozun müxtəlif
mərhələlərinin gecikməsi, xüsusilə mitotik aparatın
pozulması nəticəsi olaraq yaranır, mitotik zəhər olan
kolxitsin vasitəsilə mitotik aparatı dağıtmaqla və ya
plazmatik membranın keçiriciliyini artırmaqla da (xarici
mühitin hipoteniyası ilə) mitozu süni surətdə
dayandırmaq mümkündür. Maraqlı burasıdır ki, hüceyrə
komponentlərinin bu cür ayrı-ayrı submikroskopik
dəyişkənlikləri hüceyrələrin təbiətindən və zədələndirici
faktorların alternativliyindən asılı olmadan bir-birinə
oxşar ola bilər. Məs: mioxondrilərin və sitoplazma
vakuollarının şişməsi qaraciyər hüceyrələrində müxtəlif
zəhərlənmələr zamanı müşahidə olunur. Buna oxşar
dəyişkənliklər ürək infarktı zamanı və ya kəskin oksigen
çatışmazlığı zamanı da müşahidə edilir.
Zədələnməyə qarşı hüceyrələrin bu cür oxşar
cavabları belə mülahizə etməyə imkan verir ki, canlı
protoplazmanın reaksiyaları əsasında hansısa vahid
molekulyar mexanizm durur. Müxtəlif amillərin
288
təsirindən sitoplazmanın geri dönən spesifik olmayan
dəyişkənlikləri
«paranekroz»
termini
ilə
adlandırılmışdır. Güman edirlər ki, paranekrotik
reaksiyaların
əsasında
hüceyrədaxili
zülaların
denaturasiyası durur. Hüceyrələrin zədələnməsi zamanı
zülalların ikinci, üçüncü strukturu pozulur. Onlar nativ
vəziyyətdən denaturasiya vəziyyətinə keçir ki, bu da öz
növbəsində zülalın konfiqurasiyasının dəyişməsinə,
onların fiziki və kimyəvi xüsusiyyətlərinin pozulmasına
səbəb olur. (Nasonov və Aleksandrovun denaturasiya
nəzəriyyəsi, 1940). Bu nəzəriyyə ilə spesifik olmayan
zədələndirici amillərə məs: temperaturun, mühitin RH-
nın və s. dəyişməsinə hüceyrələrin göstərdiyi reaksiyanı
yaxşı izah etmək mümkün olur. Mənfi amilin təsiri
götürüldükdən sonra hüceyrədə patoloji proseslər
dayanır. Əgər hüceyrənin zədələnməsi çox dərin deyilsə
o zaman hüceyrədə reparasiya prosesləri gedə bilər və
hüceyrə normal funksional vəziyyətinə qayıda bilər.
Belə ki, çox hallarda endoplazmatik retikülümün
fraqmentlərə parçalanması və mitoxondrilərin şişməsi
geri dönür. Hüceyrədə bu proseslərin geri dönməsinə
normal vəziyyətin bərpasına çox vaxt hüceyrə
regenerasiyası deyilir. Təəssüf ki, ayrı-ayrı hüceyrə
komponentlərinin
bərpa
olması
prosesi
tam
izlənməmişdir. Odur ki, strukturlarını bərpa edən
hüceyrələrdə mitoxondri strukturlarının bərpasının
dəyişilmiş mitoxondrilərin normallaşması və ya intakt
mitoxondrilərin bölünməsi hesabına getməsini söyləmək
çətindir. Bu başqa orqanoidlərə də aiddir.
289
Hüceyrənin bütün xüsusiyyətləri qismən bərpa
olduqda o, qeyri tam reparasiya adlanır. Qeyri tam
reparasiya
zamanı
zədələndirici
amilin
təsiri
götürüldükdən sonra hüceyrə bir sıra xüsusiyyətlərini
bərpa edirsə də bir müddətdən sonra məhv olur.
Xüsusilə bunu nüvənin zədələnməsi zamanı müşahidə
etmək mümkündür. Məs: ultrabənövşəyi şüalarla təsir
etdikdən sonra bəzi infuzorlar öz hərəkət funksiyasını
bərpa edir, onlarda kirpiklər, həzm vakuolları normal
işləyir, onlar qidanı qəbul edir, lakin bir müddətdən
sonra nüvə strukturlarının zədələnməsi nəticəsi olaraq
məhv olurlar.
Geri dönməyən zədələnmələr zamanı hüceyrələr
məhv olur. Hüceyrənin ölümü vaxtını dəqiq təyin etmək
çətindir. Çünki ölüm ani hadisə olmayıb, müəyyən bir
prosesdir. Geri dönməyən zədələnmələr zamanı bir sıra
ardıcıl proseslər onun dağılmasına səbəb olur.
Hüceyrələrin ilkin zədələnmələri zamanı onlar geri
dönən dəyişikliklərə oxşayır, fərqi ondan ibarətdir ki,
zədələndirici amilərin təsiri götürüldükdən sonra o
dəyişikliklər bərpa olmur, əksinə proqressivləşir.
Hüceyrələrin
vital
rəngləyicilərlə
diffuz
rənglənməsi onların bu vəziyyətini göstərən ən yaxşı
misaldır. Hüceyrələrin ölməsi zamanı hüceyrədaxili
hidrolitik fermentlər fəallaşır. Onlar zülaları, lipidləri və
s. parçalayır, bu zaman hüceyrədaxili membranlar, o
cümlədən lizosomların membranı əriyir. Bütün bunlar
avtolizə – hüceyrələrin öz-özünü həzm etməsinə səbəb
olur ki, bu da artıq ölümlə əlaqədar olan dəyişikliklərdir.
Hüceyrə səviyyəsində patoloji proseslər təkcə
290
destruksiya (strukturun pozulması), hüceyrələrin
dağılması ilə əlaqədar olan hadisələr deyil. Hüceyrə
patologiyasının
digər
səviyyəsi
tənzimlənmə
proseslərinin dəyişilməsi, mübadilə proseslərinin
tənziminin pozulması nəticəsi olaraq müxtəlif
maddələrin hüceyrədə toplanması nəticəsi olaraq
yaranır. Yağ mübadiləsinin pozulması nəticəsində
sitoplazmada yağ törəmələri toplanır. Yağın patoloji
toplanmasının bir foması da yağ infiltirasiyasıdır ki, bu
zaman hüceyrə yağı xarici mühitdən mənimsəyir, lakin
ixrac etmək funksiyası pozulur, odur ki, yağ damlaları
sitoplazmaya toplanır. Çox vaxt patoloji dəyişilmiş
hüceyrələrin sitoplazmasında lipoproteid təbiətli
komplekslər toplusu yığılır ki, bu da ya konsentrik
dairələr formalı və ya da bir-birinin üstünə yığılmış
halda (qatlı formada) müşahidə olunur. Tənzimləmə
proseslərinin pozulması nəticəsi olaraq qlikogenin
hüceyrədə toplanmasını göstərmək olar ki, bu da çox
vaxt qlükoza-6 fosfatın çatışmaması ilə əlaqədardır.
Həmçinin patoloji dəyişilmiş hüceyrələrdə piqment
qalıqları toplanması da müşahidə edilir. Tənzimlənmə
proseslərinin pozulması nəticəsi olaraq hüceyrələrin
differensiasiyası pozula bilər ki, bu da öz növbəsində şiş
hüceyrələrinin əmələ gəlməsinə səbəb olur. Şiş
hüceyrələri qeyri məhdud miqdarda çoxalmaqla,
differensiasiya səviyyəsinin pozulması ilə hüceyrələrin
morfoloji
cəhətdən
dəyişməsilə,
nizamlayıcı
proseslərdən nisbi müxtariyyət qabiliyyəti qazanması ilə
və metastaz verməsi ilə xarakterizə olunurlar.
291
Şiş hüceyrələrinin ən xarakter əlaməti odur ki,
onlarda
bölünməyə
məhdudiyyət
olmur.
Şiş
hüceyrələrinin bölünmə sürəti normal hüceyrələrin
bölünmə sürətindən kənara çıxmır. Lakin bir qayda
olaraq differensiasiyası, ixtisaslaşması aşağı səviyyəli
olur. Şiş hüceyrələri differensiasiyaya uğramadan
yüksək proliferasiya (çoxalan və yayılan) qabiliyyətli
hüceyrələr olub, inkişafın müəyyən mərhələsində
dayanır, aid olduğu toxumanın spesifik xüsusiyyətlərini
özündə saxlayır və müəyyən mərhələdə inkişafı dayanır.
Şiş hüceyrələrinin bu cür zəif toxuma «yetkinliyi» eyni
bir orqanın xərçəngində çox müxtəlif ola bilər. Bu cür
vəziyyət
xərçəng
hüceyrələrinin
müxtəlifliyini,
polimorfluğunu təmin edir. Xərçəng şişi hüceyrələrinin
polimorfizmi bir də onunla əlaqədardır ki, xərçəng
şişində həm bölünən həm də degenerasiyaya uğrayan
hüceyrələr olur. Sağlam orqanizmələrdə tənzimləyici
təsirlər hüceyrəarası, toxuma arası, hormonal, sinir
səviyyəsində olur. Şiş hüceyrələri nisbi müxtariyyət
kəsb edirlər. Bu o deməkdir ki, onlar orqanizmin
tənzimləyici proseslərindən asılı olmurlar. Şiş
muxtariyyatı müxtəlif xərçənglər üçün müxtəlif olur.
Məs: bəzi xərçəng şişləri orqanizmin endokrin
sisteminin nəzarətində olursa, digərləri isə ondan asılı
olmadan inkişaf edir. Xərçəng şişi hüceyrələrinin bu cür
muxtariyyatı onların orqanizmin müxtəlif orqanlarında
yaşamasına imkan verir. Bəzi şiş hüceyrələri isə qan və
limfa dövranı vasitəsilə orqanizmin digər sahələrinə
ötürülür və orada metastaza verirlər. Öz əsas
funksiyasının yerinə yetirilməsinə daha doğrusu
292
hüceyrənin yaşamasını təmin edən proseslərin
getməsinə görə şiş hüceyrələri normal hüceyrələrdən
fərqlənmir. Müxtəlif sintetik proseslərin getməsinə,
çoxalmasına görə də şiş hüceyrələrini «xəstə»
hüceyrələr adlandırmaq olmaz. Onların çatmamazlığı -
ixtisaslaşma xüsusiyyətinin idarə olunmaması və
məhdudluğundan ibarətdir. Bunlar sanki «idiot»
hüceyrələrdir ki, çoxalmağa qadirdirlər, lakin inkişafın
«uşaq» səviyyəsində qalırlar. Bütün bu xüsusiyyətləri
xərçəng şişi hüceyrələri nəsildən-nəslə ötürür. Deməli
bədxassəlilik şiş hüceyrəsinin irsi xüsusiyyətləridir.
Odur ki, xərçəng şişi hüceyrələrinin çox vaxt genetik
strukturu dəyişilmiş mutant hüceyrələrlə müqayisə
edirlər. Xərçəng şişi mutasiyasının yaranmasını müxtəlif
cür izah edirlər. Bəziləri belə hesab edir ki, hüceyrə
maliqnizasiya zamanı differensiasiyanı idarə edən
hansısa bir tənzimedici geni mutasiya nəticəsi olaraq
itirir. Bəzi alimlər isə göstərir ki, həmin amillər itmir,
lakin bir çox hüceyrə nəslində gizli qalan viruslar və ya
müəyyən maddə təsirindən genin fəaliyyəti dayandırılır.
Beləliklə hüceyrə genomuna DNT-nin tənzimedici
funksiyasını dəyişdirən amillər daxil olur. Beləliklə
hüceyrənin bu və ya digər tənzimedici geni itirməsi və
ya həmin genlərin fəaliyyətinin dayanması, hüceyrənin
virus təbiətli əlavə genetik informasiyanı almasından
asılı olmayaraq hüceyrə üçün nəticə eyni olur, yəni
bütün bu hallarda hüceyrənin genotipi dəyişir, somatik
mutasiya baş verir və qız hüceyrələrə fasiləsiz olaraq
deffekti tənzimləmə məlumatı ötürülür.
|