(insansan) və s. sifətlər isimlərdən fərqli intonasiya ilə tələffüz edilir. Bu qəbildən olan sifətləri adi
intonasiya ilə söyləsək, nitqimizin bədii gözəlliyi itər.
Dilimizin
səslənmə tərzi, intonasiya çalarları nitqin sintaksisi ilə daha çox bağlıdır.
Nəqli cümlənin tələffüzü. Nəqli cümlənin deyilişi zamanı onun əvvəlində səs tonu yüksəlir,
müəyyən sözlərdən sonra
kiçik fasilə edilir, cümlənin sonunda səs tonu alçalır. Bu cümlələrin
arasında davamlı fasilə edilir. Məs: “İgidlər alacıq tikdilər. İçini qəşəng dərilərlə bəzədilər”. Bu
cümlələr bir-birindən davamlı fasilə ilə ayrılır.
Sual cümlələrində intonasiya məsələləri daha çox məntiqi vurğu ilə əlaqədardır. Məs:Sən
televiziya tamaşasına baxdın?
Bu cümlədə məntiqi vurğunu ayrı-ayrı sözlər üzərinə keçirməklə üslubca bir neçə sual cümləsi
düzəltmək olur.
Sual intonasiyası ilə yaranan sual cümlələrində xəbərin son hecası uzadılaraq tələffüz olunur ki,
bu əlamət sual intonasiyası yaradır. Məs: Sən sabah teatra gedəcəksən?
Sual cümlələrinin bir qismi sual əvəzlikləri ilə əmələ gəlir. Sual əvəzlikləri cümlədəki yerindən
asılı olmayaraq hər bir halda məntiqi vurğu qəbul edir. Məs: Kim bizim uğurlarımıza
şübhə edə
bilər? “Kim” sual əvəzliyi məntiqi vurğu qəbul etdiyi üçün yüksək intonasiya ilə deyilməlidir.
Sual cümlələrinin başqa bir qismi sual şəkilçilərinin ( mı
4
) köməkliyi ilə düzəlir. Məs: Hə, buruq
xoşuna gəldimi?
Nida cümləsinin tələffüzü. Danışan nida cümləsi vasitəsilə arzu, həsrət, nifrət, kin, sevinc və s.
kimi hissi halları ifadə edir. Nida intonasiyası nitqimizə gözəl ahəng, yeni məzmun gətirir.
Nida cümlələrinin əmələ gəlmə üsulları aşağıdakılardır.
1.
Bir qismi yalnız nida intonasiyası ilə tələffüz olunur. Məs: Sülh müharibəyə qalib gələcək!
2.
Cümlənin xəbəri felin əmr formasında olur. Məs: Yaşasın xalqımızın suverenliyi!
3.
Nida cümlələrinin böyük bir qismi nida sözlərinin iştirakı ilə düzəlir: vay-vay, ay aman, heyf,
əhsən və s. Məs: Vay-vay, nə pis iş oldu! Əhsən sənə oğlum!
4.
Nida cümlələrinin bir tipi sual və nida intonasiyası ilə ifadə olunur. Məs: “Kimlər gəlib keçmiş,
kimlər, a dağlar!(Ə.Cəmil)
5.
Nida cümlələrinin bir qrupunda xəbər adətən, felin vacib forması ilə ifadə olunur. Məs:
Vətən
torpağı işğalçılardan azad edilməli! və s.