B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19

partladı” deyilir.


Adamlar başqasına əzizi, yaxın adamının ölüm xəbərini verərkən “vəziyyəti ağırdır”, “huşunu 
itirib”, “halı yaxşı deyil” və s. kimi ifadələrlə müsahibini bu dəhşətli hadisəyə bir növ 
hazırlamağa çalışırlar. Bəzi hallarda xəstə, əsəbi zəif adamlardan belə xəbərlər gizli saxlanılır.
Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qayğıdır, mərhəmətdir, 
onların dərdlərinə şərik olmaqdır. Bu, hər bir adamın başlıca keyfiyyətlərindəndir.
Qəflətən alınan şad xəbərin yaratdığı hissi halların, gərdinliyin də bəzən adamlar üçün ağır 
nəticələri olur. İnsanlar bunu nəzərə alaraq gətirdikləri şad xəbərdən əvvəl “muştuluğumu ver”, 
“gözün aydın olsun”, “sənə şad xəbər gətirmişəm” və s. ifadələrlə şad xəbəri birdən birə-deyil, 
tədricən sahibinə çatdırırlar.
Müsbət emosiyaların törətdiyi gərginliklər də bəzən ağır nəticə verə bilər. Təəssüflər olsun ki, 
həyatda gülməkdən, sevincdən həyəcandan insanların dünyasını dəyişməsi hallarına təsadüf 
olunur.


XIII Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək. Nitqin etik 
qaydalarına əməl etmək. 
 
İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə münasibət bildirir, rəy 
söyləyirlər. Belə rəylər, söylənilən fikirlər işin məzmununun, iş görənin şəxsiyyətindən asılı 
olmayaraq dilin etik ölçülərinə uyğun olmalı, mənliyə, hissiyata toxunan fikir və ifadələrə yol 
verilməməlidir. İstər şifahi, istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirərkən “iş 
yararsızdır”, “tarixdən xəbəri yoxdur”, “boş və mənasız fikirlərdir” və s. kimi ifadələrin işlədilməsi 
məsləhət görülmür. Həmin fikirləri başqa, məs: “bəzi fikirlər aydın deyildir”, “bu barədə daha 
əsaslı faktlar gətirmək olardı” və s. kimi ifadə etmək olar və lazımdır.
Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların fəaliyyəti ilə bağlı 
danışanda, rəy söyləyəndə “yumşaq” sözlər, ifadələr işlətməyə çalışırlar. Bu heç də qüsurların 
üstündən keçmək mənasında başa düşülməməlidir. Burada qüsurlar, çatışmazlıqlar bir qədər başqa 
tərzdə göstərilir. Danışana humanist, xeyirxah mövqedən yanaşmaqla, onu daha çox işlətməyə 
oxumağa, çalışmağa sövq etmək, həvəsləndirmək üçün münasib sözlər, ifadələr işlədilir. 
Şirin, nəzakətli danışmaq, Allahın, Peyğəmbərin buyruğudur. Həzrət Əli buyurur: “ 
Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin, şirin danışın”. 
İnsan heç zaman başqasının uğursuzluğuna biganə qalmamalıdır. Ədalətsizliklə qarşılaşmaq, 
xəstəliyə düçar olmaq və s. insanı sarsıdır, bədbinləşdirir. Belə vəziyyətdə ürəkdən təəssüflənmək, 
təskinedici söz və ifadələr (hər şey yaxşı olacaq, ümidinizi üzməyin, tezliklə sağalacaqsınız və s.) 
müsahibin gərginliyinin azalmasına, daxilən sakitləşməsinə səbəb olur.
Adamlar, hər hansı formada onlara əmr edilməsini o qədər də xoşlamırlar. “Bu işi edin” və ya 
“bu işi etməyin” əvəzinə “bu iş barədə fikirləşin”, “bu iş sizcə bir nəticə verə bilərmi?” kimi 
ifadələr işlətmək daha yaxşı olar. 
Nitq praktikasında müsahibə “düzgün danışmırsan” kimi irad tutmaq məsləhət görülmür. 
Bunun əvəzinə “ yaxşı olar ki, bu haqda bir qədər düşünərdin” kimi ifadələrdə qarşı tərəfə 
müəyyən istiqamət vermək olar. Bütün hallarda hər hansı suala cavab verilməsi, tapşırığın yerinə 
yetirilməsi üçün insanlara imkan yaratmaq lazımdır. Bu cür yanaşma insanda öz gücünə inam 
yaradır, ümumiyyətlə cəmiyyət üçün əhəmiyyətini dərk edir. 
Natiq mühakimə etmək, olanlara qiymət vermək bacarığına yiyələnməlidir.
Mühakimə yürütmək baxımından insanları bir neçə qrupa ayırmaq olar. Bir qrup insan hər 
hansı məsələ barəsində qəti fikrini bildirir, heç bir həll variantı ilə razılaşmırlar. “Bunun çarəsi
yoxdur”, “torpaqlarımızı geri qaytarmaq qeyri-mümkündür” və s. Bu cür mühakimələr dinləyicini 
razı salmır, çox vaxt konfliktə gətirib çıxarır. 
Başqa bir qrup insan danışarkən uğursuzluğa daha çox meyl edir, ümumiləşmə aparır: “Mən 
bilirdim ki, heç nə alınmayacaq”, “bunun başqa çarəsi yoxdur” və s. Belə ifadələr dinləyicidə 
emosional gərginliyi artırır. Başqaları ilə ünsiyyətə girən hər hansı şəxs daha uyğun nitq 
modellərindən istifadə etməyə çalışmalıdırlar. “Mən istəyirəm”, “mən hesab edirəm”, “mənə 
lazımdır”, “Sizin fikrinizə şərikəm” və s. kimi modelləri işlətmək daha münasibdir.
Nitqin etik qaydalarına əməl etmək. Danışıq zamanı başqasının heysiyyətinə toxunan, 
şəxsiyyətini təhqir edən (zırrama, qanmaz, meymun, burnunu soxmaq, məzələnmək, burcutmaq, 
boşboğaz, sərsəm və s.) söz və ifadələrə yol verilməməlidir. Bu cür söz və ifadələr hansı 
münasibətlə deyilməyindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır, incikliyə, küsməyə 
səbəb olur. 


Xalqın milli təfəkkürünə, ənənələrinə uyğun müəyyən nitq etiketi, normaları vardır ki, hər bir 
mədəni və savadlı adamın onlara əməl etməsi nitq mədəniyyəti baxımından zəruri sayılır. 
Danışığın milli mentalitetimizə uyğunluğu ünsiyyətin müxtəlif məqamlarında söz, ifadə, nitq 
etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib xoşagələn etiketlərin 
yerində işlədilməsi ünsiyyətə girən tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu, istəyi, hətta 
bəzən taleyi çox zaman onun nitq etiketlərini işlədə bilməsindən asılı olur. Bu tələblərin 
gözlənilməsi insanların münasibətinin pozulmasına gətirib çıxarır.
İnsan bütün hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, etika 
qaydalarını pozmamalıdır. Qeyri-normal danışığa görə adamlar məzəmmət edilməli, həm ailə, həm 
də ictimai yerlərdə nitqin etik normaları gözlənilməlidir.
Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə, mənliyinə hörmət 
edilməlidir. İnsanlar arasında müxtəlif səbəbdən narazılıq, konfliktlər ola bilər. Bütün hallarda etik 
normalar gözlənilməli, təhqiramiz sözlərə yol verilməməlidir. Bunları işlədənlər tənbeh 
olunmalıdır.
Natiqin nitqi, danışığı onun şəxsiyyətini, dünyagörüşünü müəyyənləşdirən, ətrafdakılara 
münasibətini nizamlayan başlıca amillərdir. Kollektivdə şəxsiyyətlərarası münasibətləri 
tarazlamaq, münaqişəli məsələləri yoluna qoymaq, sağlam psixoloji iqlim yaratmaq üçün rəhbər 
işçi digər keyfiyyətlərlə yanaşı, yüksək mədəniyyətə, nümunəvi danışıq qabiliyyətinə sahib 
olmalıdır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin