ÜMUMDÜNYA CAZİBƏ QANUNU VƏ KEPLER QANUNLARININ DƏQİQLƏŞDİRİLMƏSİ Kepler planetlərin hərəkət qanunla-rını kəşf etdi və göstərdi ki, Günəş sis-temində çox mükəmməl bir harmoniya mövcuddur. Lakin o, planetləri Günəş ətrafı orbitlərdə saxlayan səbəbi görə bilmədi. Qeyd etmək lazımdır ki, hələ antik alimlərdə cazibə haqqında bəzi fi-kirlər var idi. Kepler özü də hesab edirdi ki, planetlərə məsafə ilə tərs mütəna-sib olan bir qüvvə təsir etməlidir. Fəqət о qüvvənin təbiətini açmaq və ona riyazi forma vermək yalnız bütün dövrlərin ən böyük fiziki Nyutona müəssər oldu.