§ 11.1. Ağırlıq və cazibə qüvvələrinin eyniliyi
Nyutona məlum idi ki, ağırlıq qüvvə si Yerin mərkəzin -dən olan məsafənin kvadratı ilə tərs mütənasib olaraq dəyişir. Uyğun olaraq ağırlıq qüvvəsinin təcili də həmin qanunla də-yişir.
Yerin səthində ağırlıq qüvvəsinin təcili
kimi təyin oluna bilər. Burada M© və R© -Yerin kütləsi və radiusu, G-cazibə sabitidir. Məlum olduğu kimi Yer səthində ağırlıq qüvvəsinin təcili
gR@» 981 sm/s2.
Nyuton maraqlanmışdır ki, görəsən Yerdən Ay məsafəsi-nə qədər uzaqlaşsaq bu təcil nə qədər olar? О, Aya qədər mə-safənin təxminən 60 Yer radiusuna bərabər olduğunu (şəkil 11.1) nəzərə alaraq tapmışdır ki, Ay məsafəsində ağırlıq qüv-vəsinin təcili
Digər tərəfdən qəbul etmək olar ki, Ayın Yer ətrafında dolanma yolu radiusu 60 Yer radiusuna bərabər olan dairə-dir. Onda Yer ətrafında dairə boyunca bərabərsürətlə fırlanan Ayın mərkəzəqaçma təcili
olar. Burada w- Ayın bucaq sürəti və r, -Ayın geosentrik mə-safəsidir.
Ayın siderik dolanma dövrünün 27.32 gün olduğunu bilə-
rək (11.3)-dən taparıq ki, Ayın orbital hərəkətinin mərkəzə-qaçma təcili
Şəhil 11.1. Yerin səthində və Ау məsafəsində ağırlıq qüvvəsinin təcili
Beləliklə, Yerdən Ay məsafəsi uzaqlığında ağırlıq qüvvə-sinin təcili Ayın orbital hərəkətinin mərkəzəqaçma təcilinə bə-rabərdir. Buradan Nyuton belə nəticə çıxarmışdır ki, ağırlıq və cazibə qüvvələri eyni qüvvələrdir və Ayı Yer ətrafı orbitdə saxlayan qüvvə Yerin cazibə qüvvəsidir. Bu mülahizələri pla-netlərə və Günəşə şamil edərək Nyuton aşağıdakı nəticəyə gəlmişdir:
Bütün planetləri düzxətli yolundan çıxaran və orbitlə-rində saxlayan qüvvə Günəşin cazibə qüvvəsidir. Cazi-bə qüvvəsi Günəşin mərkəzinə yönəlib və planetlərin heliosentrik məsafələrinin kvadratları ilə tərs mütəna-sibdir.
Dostları ilə paylaş: |